Qədim Masallı - 2-ci yazı


Səfəvilər dövründən rayonlaşmaya qədər

(1-ci yazının linki http://masallida.az/668-qdim-masalli-1-ci-yazi-bolgmiz-eramizin-vvlindn-sfvilr-dovrun-qdr.html)

(Masallı ensiklopediyası üçün-2-ci yazı)


Bölgə Səfəvilər dövründə

Bölgə, təbii ki, Masallının indiki ərazisi 200 ildən artıq - 1501-1736-cı illər ərzində Səfəvilər dövlətinin tərkibində olmuşdur.
Səfəvilər Atabəylər (Eldənizlər) zamanı onların yanında xüsusi hörmətə malik olmuş Şeyx Səfiəddinin (1252-1334) nəsilidəndir. 
Onun 1274-1281-ci illərdə  Ərkivan kəndində yaşadığını qeyd edirlər.

Şeyx Səfiəddinin həmin illərdə inşa etdiyi Şah Səfi bilağı bu gün də ziyarətgah kimi qalmaqdadır. 
Tarixi mənbələrin verdiyi məlumata əsasən Şah İsmayıl Xətai 1501-ci ildə Təbrizdən qayıdarkən Ərkivanda qalıb dincəlmiş və Şeyx Səfi bulağında su içmişdir. 

Bölgə rus işğalı dövründə

 1722-ci ildə Rusiya imperatoru I Pyotr Xəzəryanı əyalətlərin işğalına başlayır. Qızılağacda, Lənkəranda, Astarada qalalar tikilir.
I Pyotr Ərkivanı və Qızılağacı Rusiya dövlət xadimlərindən Kerç ləqəbi ilə tanınan Bernard Aleksandroviçə hədiyyə edir.
Bu diyar 1722-1732-ci illərdə Rusiya imperiyasının tərkibində olmuşdur.
Masallı Nadir şahın dövründə
  Masallının indiki  ərazisi 1736-1747-ci illərdə Nadir şah Əfşarın hakimiyyəti altında olmuşdur. 
Nadir şahın dövründə ərazinin mərkəzi 
Qızılağac kəndi, 
sonra Astara 
olmaqla hakimliklərə bölünmüşdü. 
Ərazi Şirvan bəylərbəyliyinin mahalı statusunda idi. Şahın ağır verğı siyasəti yerli əhalinin narazılığına səbəb olurdu.
Nadir şahın hakimiyyətinin zəiflədiyi dövrdə Qızlağaclı Musa xan öz rəqiblərini məğlub edərək hakimiyyəti ələ alır.
Daha sonra Mərkəz Qızılağacdan Astaraya köçürür. 
Limir-Butəsər, Lənkəran, Zuvand, Uluf Mirənkuh, Drıq, Dəştvənd, Muğan Ucarud, Ağtam (Ağdam), Bilharud,həmçinin Qala-bazar (indikı Masallı), Alvadı, Banbaşı qızılağaclı Musa xana tabe idi.
Musa xandan sonra Şirazlı İbrahim xan mahal hakimi təyin olunmuşdu.
Onun şərabxorluğundan  istifadə edən vergitoplayanı və qaynı Seyid Mir Abbas hakim oldu. 
Onun oğlu Seyid Camaləddin (Qara xan) Nadir şah Əfşarla döyüşlərdə xüsusi xidmət göstərdiyi üçün şah ona nəsilliklə ötürülən xan titulu verdi.
1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Cəmaləddin Qara xan Lənkəran xanlığında (Talış xanlığı) irsi hakimiyyətə sahib olur. 

Lənkəran xanlığı (Talış xanlığı)

şərqdən Xəzər dənizi, 
qərbdən Ərdəbil, 
şimal-qərbdən Qaradağ (indiki İran ərazisi), 
cənubdan  Gilan,  
şimaldan  Salyan, Cavad 


(sonradan Salyan xanlığı Şamaxı xanlığına birləşdirilmiş, Cavad xanlığı isə Şamaxı  və Qarabağ xanlıqları arasında bölüşdürülmüşdür) xanlıqları ilə həmsərhəd idi. 
Xanlığın mərkəzi əvvəl Astara, sonra isə Lənkəran şəhəri olmuşdur. 
Qara xanın oğlu Mirmustafa xanın dövründə onu paralel olaraq Talış xanlığı da adlandırırdılar. 
Amma o müstəqil olmadığı, ayrıca xütbə oxutmadığı, pul buraxmadığı və Qacarlar sülaləsinə tabe olduğu üçün rəsmən Talış xanlığı kimi tanınmırdı. 
Amma Mirmustafa xan nəhayət Qacar sülaləsinə qarşı açıq mübarizəyə qalxdı və hakimliyin adın Talış xanlığı adlandırdı.
Qacar qoşunları hücum etdikdə xan yaxınları ilə birlikdə Sara adasına sığındı. O, birləşmək və himayəsinə keçmək üçün yenidən Rusiyaya müraciət  elədi. İranla döyüşən rus qoşunları artıq Azərbaycan ərazisində idi. 
Aslandüzdə rus qoşunları Fətəli xana qalib gəlib, irəlilədilər. Beləcə, Lənkəran qalası 1812-ci il dekabrın 31-dən 01 yanvara keçən gecə çar Rusiyasının qoşunları tərəfindən  sonuncu istehkam olaraq mühasirəyə alındı.
Rusların odlu silahı çox idi. Buna görə də qala darmadağın edildi. Bu zaman 17 min dinc əhali, 4 min əsgər həlak oldu

Bölgəmiz və onun tərkibində olan 
indiki Masallı ərazisi 
Rusiya və Qacarlar 
arasında mübarizə dövründə


  XIX əsrin əvvəllərində Rusiya ilə Qacarlar arasında Cənubi Qafqaz uğrunda mübarizə 1804-1813-cü illəri əhatə edən müharibə ilə nəticələnir. Qanlı döyüşlər Masallı ərazisində də getmişdir. 1812-ci ilin dekabrında Ərkivan qalası general P.S.Kotlyarevskinin başçılığıilə rus qoşunu tərəfindən tutulur.
Ərkivanın alınmasını yüksək qiymətləndirən çar hökuməti generala iki min çervon rubl mükafat vermişdir.
İşğaldan sonra xanlığın ərazisində rus idarəçiliyinə qarşı narazılıqlar baş verirdi. 
1814-də xanlıq faktiki olaraq komendantların ixtiyarına keçdi. Mayor  M.S.İlinski hərbi komendant oldu, 
1826-cı ildə isə tamam ləğv edildi.  Şimali Azərbaycanın ərazisində Bakı, Quba, Şəki, Şirvan, Qarabağ əyalətləri ilə yanaşı Lənkəran (Talış) əyaləti də yaradıldı. 

Lənkəran (Talış) əyaləti 
mərkəzi Şuşa şəhəri olan 
“Müsəlman əyalətləri rəisliyi” 
dairəsinə tabe edildi.


   Talış xanları sülaləsinin banisi səfəvilər sülaləsindən olan əslən ərdəbilli Seyid Abbas, xanlığın banisi isə Cəmaləddin xandır (1747-1786). Cəmaləddin xan qara olduğundan daha çox Qara xan kimi tanınmışdır. 
Xanlıq 79 il, 1747-1826-cı illərdə mövcud olmuşdur. 
Lənkəran xanlığı   xan tərəfindən idarə olunur və inzibati cəhətdən mahallara bölünürdü. 
Tarixi mənbələrdə Talış xanlığının gah 6, gah 10, gah da 11 mahaldan ibarət olması faktlarına rast gəlirik. Eyni zamanda mahalların adlarında da fərqlilik vardır. 
Xanlıq haqqında əsas mənbə  Səidəli Kazımbəyoğlunun  1869-cu ildə fars dilində yazmış oldiğu “Cavahirnameyi-Lənkəran”  və   Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun 1882-1883-cü illərdə yazmış olduğu  “Əxbarnamə”  əsərləridir.
“Cavahirnameyi-Lənkəran”  kitabında xanlığın mahallarının sayı 11 – Astara, Çayiçi Lənkəran, Dırığ (Derığ), Dəştvənd, Əsalim, Qorqanrud, Muğan, Uluf, Ucarud, Vilgic və Zuvand (səh.28), 
“Əxbarnamə”də isə 10 – Astara, Alar, Adınabazar, Çayiçi, Drığ, Ərkivan, Xanbili, Lənkəran, Səfidəşt və Zuvand ( səh.158) qeyd olunur.
                  
Dəştivənd mahalı

   Mənbələrdə Dəştvənd mahalı bəzən Ərkivan da   adlandırılır.  Dəştvənd mahalı Boradigahdan (Masallı r.-da qəsəbə) Göytəpəyə qədər olan əraziləri əhatə etmişdir. 
Boradigah özü mahalın tərkibində olmamışdır. Dəştvənd mahalı 
Şimaldan Cəlilabadın indiki Göytəpə ərazisinə, 
Şərqdən Xəzər dənizinə, 
qərbdən isə indiki Ucarud ərazisinin Masallıya yaxın olan kəndlərinə qədər ərazisini, 
şimaldan Muğan, 
cənubdan isə Uluf mahalları ilə həmsərhəd olmuşdur. 

Muğan mahalı 

Bu mahal xanlığın Muğan ərazisinin müəyyən hissəsini, indiki Cəlilabad rayonunun Alar və Adınabazarın   bir qismini, o cümlədən Göytəpə şəhəri, Privolnoye, Qarazəncir və digər yaşayış məntəqələrini əhatə etmişdir. 

Muğanın rəhbəri Abbasqulu xan olub

Səfəvi hökmdarı Sultan Hüseyn tərəfindən verilən bir fərmandan bəlli olur ki, 1703-cü ildə Lənkəran şəhəri də daxil olmaqla Muğanı vaxtıilə
Abbasqulu xan (Mir Abbas) idarə etmişdir. 

Uluf mahalı

Lənkəran şəhərinin qədim sərhəddi olan Ləkər körpüsündən (Girdəni kəndi) başlayaraq Bədəlan kəndinə (Masallı r.) qədər uzanmışdır. Həmin vaxtlar Masallının indiki Hişgədərə, Miyankü, Kubin, Mişgəmi,  Türkoba, Qəzvinova, Şatıroba, Mahmudavar, Mololon, Rudakənar,  kəndləri Uruf mahalının tərkibində olmuşdur.
Cənubdan Çayiçi Lənkəran, şimaldan isə Dəştvənd mahalları ilə həmsərhəd olmuşdur. Mahalın eni isə Xəzər dənizindən Dırığ (Derığ)  indiki (Lerikin bir hissəsi) mahalına qədər olmuşdur. 
İndiki Lənkəran və Masallı rayonlarının bir sıra yaşayış məntəqələri Girdəni, Havzava, Veravul, Vilvan, Cil, Separadi, Mahmudavar, Boradigah, Bədəlan və b. Uluf mahalının tərkibində olmuşlar.
  Mahallar inzibati cəhətdən  şəhər və kəndlərə bölünürdülər. 
Xanlığın idarəetmə sistemi irsilik prinsipinə əsaslanırdı. 
Xanlıq xan,
mahallar naiblər,
şəhərlər kələntər və qalabəyi,
kəndlər isə yüzbaşı və kəndxudalar tərəfindən idarə olunurdu. 
Məhkəmə funksiyasını isə qazilər  yerinə yetirirdi 
Xanlığın idarəetmə sistemində çalışanlar maaş almırdılar. 
Onların xidməti xəzinə üçün toplanan vergi hesabına ödənilirdi. 
Çar Rusiyası Azərbaycanın şimal torpaqlarını işğal etdikdən sonra özünə dayaq yaratmaq məqsədi ilə rusları buraya köçürməyə başladı. 
Rusların Cənubi Qafqaza köçürülməsi haqqında hökumət sərəncamı 1830-cu il oktyabrın 20-də verildi. 

Ruslar Masallıda

Ruslar Masallının təkcə Kalinovka (Viləş kənd ) kəndində məskunlaşmışlar.
Kənd 1840 (1843)-cı ildə salınmış və çar I Nikolayın (1825-1855) şərəfinə Nikolayevka adlandırılmışdır.
1946-cı ildə isə Nikolayevka kəndinin adı dəyişdirilərək Sovet dövlət və partiya xadimi Mixail İvanoviç Kalininin (1875-1946) şərəfinə Kalinovka dlandırılmışdır. 
Bir müddət Ərkivan da daxil əksər kəndlər Nikoloyevkadakı   pristavlığa tabe olmuşdur. Hazırda bu kənd Viləş adlanır.

Masallılar 1831-ci il Lənkəran üsyanında    

1831-ci ildə  Mir Həsən xanin rəhbərlik etdiyi Lənkəran üsyanında Dəştivənd və Muğandan da çoxsaylı silahlı üsyançının vuruşduğu məlumdur.
Üsyanda Bədəlan və Kolatan kəndlərindən olan tüfəngçilər mərdliklə döyüşmüşdülər. 
Çar I Nikolay 1840-cı il aprelin 10-da Cənubi Qafqazda inzibati və məhkəmə islahatı haqqında qanun verdi. Bu qanunla 
komendant idarə-üsulu,
əyalətlər ləğv edilir, 
quberniyalar və onların nəzdində 
mahallar 
qəzalara,
qəzalar polis nahiyələrinə (dairə),
polis nahiyələri isə kənd cəmiyyətlərinə bölünürdü. 
Masallının da daxil olduğu Lənkəran qəzası müxtəlif illərdə
Xəzər (Kaspi) vilayətinin (1841-1846), 
Şamaxı (1846-1859) və 
Bakı (1859-1917) 
quberniyalarının tərkibində olmuşdur. 
Qəzanın mərkəzi Lənkəran şəhəri idi. 
Qəza Səbican, Lənkəran, Ərkivan məntəqələrindən  və Muğan pristavlığından ibarət idi.
Burada qəza idarəsi sistemi fəaliyyət göstərirdi. Qafqaz təqviminin 1917 məlumatına görə, qəzanın ərazisi 
4726,88 kv.verst idi. 
Lənkəran qəzasında 185 518 nəfər əhali yaşayırdı.
Qəzanın təsərrüfat həyatında taxılçılıq, çəltikçilik, balıqçılıq əsas yer tuturdu.
Lənkəran qəzası 1840-cı il aprelin 10-da yaradılmış və 1929 (1930)-cu ilə qədər mövcud olmuşdur. Qəza  general-qubernator  tərəfindən idarə olunurdu.
Lənkəran qəzası 77 il - 1840-1917-ci illərdə 5 polis nahiyəsinə bölünmüşdür.
Qəzanın polis nahiyələri aşağıdakılar idi: 
1. Lənkəran – mərkəz Lənkəran.
2. Astara – mərkəz Astara.
3. Zuvand (Vərgədüz- indiki Yardımlı rayonu da buraya daxil idi) – Lerik.
4. Ərkivan – Nikolayevka (Kalinovka, indiki Viləşkənd).
5. Sebican – Prişib (Göytəpə).
    Polis nahiyələri pristav tərəfindən idarə olunurdu. 
Polis nahiyələri özlüyündə kənd cəmiyyətlərinə bölünürdülər.
Masallı ərazisində 
Boradigah, 
Qızılağac, 
Xırmandalı,
Musakücə 

kənd cəmiyyətləri fəaliyyətdə idi. 
Kənd cəmiyyətləri özündə bir neçə kəndi birləşdirirdi. 
Ərkivan polis nahiyəsinə daxil olan Boradigah kənd (1966-cı ildən qəsəbə) cəmiyyəti indiki Boradigah, Mahmudavar, Miyanku, Hişkədərə, Türkoba, Tüklə inzibati dairələrindəki kəndlərini əhatə edirdi. 
Kənd cəmiyyətləri   kəndxudalar tərəfindən idarə olunurdu. Rus işğalı nə qədər ağır olsa da, mədəniyyətin və təsərrüfatın inkışafına müsbət təsir etmişdir. 

Mayılov qardaşları Masallıda

İşğaldan sonra yeni təsərrüfat və emal sahələrinin  fəaliyyətə başladı. Bakı milyonçusu, ”kürü kralı” kimi tanınan ”Mayılov qardaşları” kommersiya şirkətinin təsisçilərindən olan Danil Mayılov Rusiya imperatoru II Aleksandrın (1855-1881) 1860-cı il sərəncamı ilə mülk olaraq onlara verilmiş Xırmandalı kəndinin Xəzər dənizi sahilində balıq vətəgəsinin əsasını qoydular. 
1917-ci ilə kimi tam gücü ilə işləyən bu vətəgə balıq ovlanması və emalı ilə məşğul olan və öz dövrünün istehsal gücünə görə seçilən çox mükəmməl kapitalist müəssisəsi olmuşdur. Nəzərə alsaq ki, Azərbaycanda fabrik-zavod istehsalı XIX əsrin ortalarında meydana gəlmişdir, onda Mayılovun Xırmandalıda fəaliyyətə başlayan balıq emalı şirkətini Azərbaycanın ilkin kapitalist istehsal müəssisələri sırasına aid etmək olar.

Masallının Çaxırlı kəndində mülkədar 
Ter-Stepanovun düyü emal müəssisi


Çaxırlı kəndindən mülkədar Ter-Stepanovun düyü emal müəssiəsi də 1889-ci ildə Tiflisdə keçırılən kənd təsərrüfatı və sənaye məsullarının Qafqaz sərgisinin qalıbi olmuşdur.
1917-ci il Fevral inqilabından sonra Rusiyada Müvəqqəti hökumət yaradıldı. Müvəqqəti hökumətin Lənkəran qəzasında da orqanları yaradılmışdır. 
Polis nahiyələrinin polis dairələrinə çevrilməsi
1917-1929-cu illərdə qəzalar, o cümlədən Lənkəran qəzası polis nahiyələrinə deyil, dairələrə bölünmüşdü. 
Qeyd olunan dövrdə Lənkəran qəzası 
Lənkəran şəhəri, 
Sara (Sarı) adası və 
9 dairədən (Astara, Astraxanbazar, Boradigah, Vərgədüz, Lerik, Masallı, Mistan, Prişib, Şürükdən) ibarət idi. 

Masallının rayona çevrilməsi

  1930-cu ildə qəza və mahallar ləğv edilərək əvəzində ölkə üzrə rayonlar  yaradılmışdır. Lənkəran qəzasının yerində 
1930-cu il avqustun 8-də
Astara, 
Astarxanbazar (1967-ci ildən Cəlilabad), Lənkəran,
Masallı,
Zuvand (1938-ci ildən Lerik) və 
Vərgədüz (1938-ci ildən Yardımlı) rayonları yaradılmışdır.
Mürüvvvət Abbasov. Tarix elmləri üzrə fəlsəfə doktoru. Masallı rayon Xırmandalı.

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az