Masallı yazarların əsərlərindən nümunələr


İlk əsəri "Ana" hekayəsidir (1944)
Abdullayev Gülhüseyn Hüseyn oğlu (Gülhüseyn Hüseynoğlu) — Azərbaycan nasiri, ədəbiyyatşünas, 1958 -ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1988), antisovet "İldırım" təşkilatının qurucularından biri.
Əsərləri.
* Xəzərin qoynunda Bakı: Uşaqgəncnəşr, 1957, 48 səh.
* Bir ömrün çıraqları (hekayələr və povest). Bakı: Uşaqgəncnəşr, 1958, 126 səh.
* Poylunun gənc çobanı. Bakı: Uşaqgəncnəşr, 1958, 36 səh.
* Etiraf (hekayələr və mənsur şeirlər). Bakı: Azərnəşr, 1961, 92 səh.
* Nigarançılığın sonu (hekayələr və mənsur şerlər). Bakı: Azərnəşr, 1963, 75 səh.
* Mənsur şerlər. Bakı: Azərnəşr, 1964, 44 səh.
* Ay nur çiləyəndə (hekayələr və mənsur şerlər). Bakı: Azərnəşr, 1964, 88 səh.
* Yaşatmaq üçün (hekayələr və mənsur şerlər). Bakı: Azərnəşr, 1966, 155 səh.
* İtmiş keçi (hekayələr). Bakı: Gənclik, 1967, 16 səh.
* Müşfiq (həyat və yaralıcılığı). Bakı: Azərnəşr, 1968, 107 səh.
* İnsan (mənsur şerlər). Bakı: Gənclik, 1968, 32 səh.
* Beşincilər (hekayələr). Bakı: Gənclik, 1969, 36 səh.
* Gözəl (mənsur şerlər). Bakı: Gənclik, 1970, 26 səh.
* Sübh çağı. Bakı: Gənclik, 1970, 46 səh.
* Mücrü (mənsur şerlər). Bakı: Gənclik, 1972, 109 səh.
* Seçilmiş əsərləri. Bakı: Gənclik, 1974, 332 səh.
* Ömrümüz boyu (mənsur şerlər və hekayələr). Bakı: Gənclik, 1978, 274 səh.
* İnsanlar və dalğalar (hekayələr, povestlər, ssenarilər). Bakı: Yazıçı, 1982, 316 səh.
* Qatar gedir (mənsur şerlər və hekayələr). Bakı: Gənclik, 1983, 268 səh.
* Simic (hekayələr). Bakı: Gənclik, 1986, 20 səh.
* Yana-yana (hekayələr, povestlər, mənsur şerlər, ssenarilər). Bakı: Yazıçı, 1986, 424 səh.
* Çətin yol (hekayələr, sənədli povest, mənsur şerlər). Bakı: Gənclik, 1987, 184 səh.
* M.Müşfiqin yaradıcılıq yolu (dərs vəsaiti). Bakı: BDU nəşriyyatı, 1987, 112 səh.
* Kişi kimi. Bakı: Gənclik, 1992, 90 səh.
* Seçilmiş əsərləri (iki cilddə), I cild. Bakı: Azərnəşr, 1993, 340 səh.
* Seçilmiş əsərləri (iki cilddə), II cild. Bakı: Azərnəşr, 1993, 439 səh.
* Məhəbbətdirmi bu. Bakı: Gənclik, 1996, 452 səh.
* Mikayıl Müşfiq (albom-kitab). Bakı: İşıq, 1999, 152 səh.
_________________________________________________________________________________________________ Vaqif Əziz oğlu Yusifli:
Vaqif Əziz oğlu Yusifli 1948-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Orta məktəbi həmin kənddə bitirmiş (1966), ADU-nun filologiya fakültəsində təhsil almışdır (1967-1972).
1968-ci ildən dövri mətbuatda çıxış edir. Universiteti bitirdikdən sonra üç il (1972-1975) Masallı rayonunda, orta məktəblərdə dil-ədəbiyyat müəllimi işləmişdir.
1975-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına daxil olmuş, 1979-cu ilin oktyabr ayında «Müasir Azərbaycan nəsrində konflikt və xarakter» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ilin dekabr ayından «Azərbaycan» ъurnalının tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri kimi fəaliyyətə başlamış, 1997-ci ilin noyabrından həmin ъurnalın baş redaktor müavini vəzifəsinə təyin edilmişdir. 2002-ci ildən 0,5 ştat vahidi ilə Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi kimi də çalışmaqdadır. 2011-ci ildə «Müasir Azərbaycan poeziyasında ənənə və novatorluq» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Vaqif Yusifli müasir ədəbi prosesdə fəal iştirak edən görkəmli tənqidçilərdən biridir. Onun ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmuş 1000-ə qədər irili-xırdalı məqaləsi vardır. Bu məqalələr keçən əsrin ikinci yarısından başlayaraq Azərbaycan nəsrinin, poeziyasının, dramaturgiyasının və ədəbi tənqidinin inkişaf prosesini, mənzərəsini əks etdirir. O, tənqidin müxtəlif ъanrlarında (problem məqalə, esse, resenziya, ədəbi məktub, icmal və s.) qələmini sınamışdır. Məqalələri Azərbaycanın hüdüdlarından kənarda-Türkiyədə və Almaniyada da çap olunmuşdur. Respublikanın Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür (2003). Beynəlxalq Rəsul Rza mükafatı və Məmməd Araz ədəbi mükafatı laureatıdır.
 

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az