“Masallida.az” saytının adminliyin Faiq Hüseynzadəyə etibar etdik


Bəs Faiq Hüseynzadə kimdir?

Hüseynzadə Faiq Fariz oğlu 1995-ci il noyabrın 12-sində Masallı rayonunun Mahmudavar kəndində anadan olmuşdur. Orta təhsilini də həmin kənddə alıb.

Faiq, 2013-2017-ci illərdə Ukraynadakı Xarkov Dövlət Qida Texnologiyası vəTicarət Universitetində “Beynəlxalq iqtisadiyyat” fakultəsindən bakalavr dərəcəsi almışdır. Elə həmin universitetdə təhsilini davam etdirərək 2017-2019-cu illərdə “Beynəlxalq iqtisadi əlaqəlar” üzrə magistr dərəcəsinə yiyələnir.


2019-2020-ci illərdə cəbhə bölgəsindəki “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. 44 günlük müharibə dövründə sosial şəbəkədə maraqlı açıqlamalarla çıxış edib.

Jurnalistikaya xüsusi marağı və bacarığı olan Faiq Hüseynzadəyə rayonun ensklopedik internet portalı kimi nəzərdə tutulmuş “Masallida.az” saytının adminliyini etibar etdik.

İnanırıq ki, onun dostları bu işdə Faiqi yalnız qoymayaraq, maraqlı təklifləri və dəyərli ideyaları ilə dəstəklərini ondan əsirgəməyəcəklər.

Faiq Hüseynzadə ilə əlaqə üçün

 
Tel. (whatsApp) 055 665 40 80
Facebook: https://www.facebook.com/faig.hussain

Zahir Əmənov. Cenub.az 

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az