I Səmidxanlı

Kəndin adı: 
I Səmidxan 

Əhalisi: 

928 nəfər

Ərazisi: 

320 ha

Coğrafi mövqeyi: 
Masallı şəhərinin şərqində yerləşən və düzən qara torpaq.

Kəndin əsas məşğuliyyəti: 
Keçmişdə çəltiklik və maldarlıq, hazırda taxılçılıq, maldarlıq və tərəvəzçilikdir.

Həmsərhəd olduğu kəndlər: 
Ağakişibəyli, Şərəfə, Ətçələr, Alışanlı, Öncəqala, II Səmidxan kəndləri və Masallı şəhəri.

Kəndin adının mənası: 
Səmidxan adlı şəxsin adı ilə bağlıdır.

Kəndin qısa tarixçəsi: 
I Səmidxan kəndinin əsası təxminən 300 il bundan öncə Səmidxan və Əmirxan qardaşları tərəfindən qoyulmuşdur. Bu əraziyə əhali əsasən Azərbaycanın müxtəlif yerlərindən gələrək məskunlaşmımlar.

Kəndin tarixi abidəsi barədə məlumat: 

Səmidxan kənd məscidi bundan əvvəl 1890-cı ildə inşa edilmişdir, 1990-cı ildə köhnə məscidi sökərək yerində kənd əhalisinin vəsaiti hesabına təzə məscid tikilmişdir.
Kəndin qəbirastanlığı təxminən 300 il bundan əvvəl salınmışdır, qəbirəstanlıqda 2002-ci ildə Seyid İmanqulu adlı dini xadimi qəbri üstündə abidəsi tikilmişdir.

Kənddə ilk məktəbin açıldığı tarix:
Kənddə ilk məktəb 1936-cı ildə qonşu Ətçələr kəndində yerləşən Fərzulla bəyə məxsus evdə Səmidxan kənd ibtidai məktəbi açılmışdır. Sonradan məktəb 1956-cı ildə I Səmidxan kəndində inşa olunmuş binaya köçürülmüş və 7 illik məktəbə çüvrilmişdir. Hazırda həmin məktəb M.İbayev adına Səmidxan kənd tam orta məktəbi kimi fəaliyyət göstərir.

Kəndin ilk ali təhsillisi:
1. I Səmidxan: Allahverdiyev Abdulhəsən Həsən oğlu 1922-ci ildə anadan olmuşdur. Lənkəran Pedaqoji Texnikumunu qurtarmışdır. Böyük Vətən Müharibəsinin veteranı olmuşdur. Allahverdiyev Abdulhəsən Həsən kəndin və ərazimizin ilk müəllimi olmuşdur. Həm də kasıb uşaqların təhsil almasında xeyriyyəçi kimi uşaqlara geyim və dərs ləvazimatını öz hesabına təşkil edilmiş, 1944-cü ildən 1990-cı il tarixdə vəfat edən günədək Səmidxan kənd orta məktəbində müəllim işləmişdir. 
2. Pedaqoji təhsil almış Kərimov Malik Həmzə oğlu olmuşdur. O, əvvəllər Lənkəran pedaqoji texnikumunu, 1964-cü ildə isə B.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitututnu bitirmiş, uzun illər Səmidxan kənd orta məktəbinin direktoru işləmişdir. 2011-ci ildə 82 yaşında vəfat etmişdir.
3. Məmmədov İmanqulu Qulu oğlu: 1949-cu ildə anadan olmuşdur. 1976-cı ildə Azarbaycan KTİ-nun Baytarlıq, 1984-cü ildə Moskvada Umumittifaq KTİ-nun zoomuhəndislik fakültələrini bitirmiş, rayon Aqrar Sənaye Birliyində baş zootexnik, Təsərrüfatlararası Qarışıq Yem İstehsalı Kompleksinin direktoru işləmişdir. Şerləri bir neçə almanaxda çap olunmuş, hazırda respublikanın müxtəlif mətbuat səhifələrində dərc olunmaqdadır. Təqaüdçüdür, I Səmidxan kəndində yaşayır.
4. Vəliyev Süleyman Məmmədağa oğlu: 1955-ci ildə anadan olmuş, Saratov İqtisadiyyat İnstitutunun iqtisadiyyat fakültəsini, Saratov Ali Partiya məktəbini bitirmiş, Masallı rayon Aqrar Sənayev Birliyində iqtisadçı, Masallı rayon Partiya Komitəsində təlimatçı, Masallı rayon İcra Hakimiyyətinin iqtisadiyyat şöbəsində iqtisadçı işləmişdir. Hazırda Bakı şəhərində yaşayır, bizneslə məşğuldur.
5. Kərimov Taleh Malik oğlu: 1954-cü ildə anadan olmuş, 1978-ci ildə Azərbaycan Tibbi İnstitutunun müalicə - profilaktika fakültəsini bitirmiş, 1979-81-ci illərdə Masallı rayon təcili yardı stansiyasında həkim işləmişdir. 1982-ci ildən Bakı şəhər 5 saylı poliklinikasında baş həkimin müavini işləyir.
6. Səlimov Valeh Hilal oğlu: 1955-ci ildə anadan olmuş, 1978-ci ildə Azərbaycan Tibbi İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. 1979-2003-cü illərdə Masallı rayon Qarğalıq kənd həkim məntəqəsinin müdiri, 2005-2009-cu illərdə Bakı şəhərində özəl türk xəstəxanalarından birində həkim işləmişdir. 1993-97-ci illərdə Vətənin çağırışı ilə Qarabağ müharibəsinnə səfərbər olunmuşdur. 2009-cu ildən Masallı rayon mərkəzi xəstəxanasında müalicə həkimi işləyir.
7. Həsənov Əmənulla Absalam oğlu 1926-cı ildə anadan olmuşdur. Orta təhsil almışdır. Uzun müddət Şərəfə kənd sovetində kargüzar işləmişdir. Vəfat etmişdir.
8. Şeyx Məhərrəm tanınmış din xadimi olmuşdur. Xaricdə yüksək dini təhsil almışdır. Vəfat etmişdir.
9. Allahverdiyev Həsən Abdulhəsən oğlu 1968-ci ildə anadan olmuşdur. 1995-ci oldə Azərbaycan Dövlət İqtisadi İnstitutunu bitirmişdir. İxtisası İqtisadçıdı uzu müddət rayonda özəl sektorda çalışmışdır və 2004-cü ildə kənd bələdiyyəsinin sədr müavini işləmişdir. 04 mart 2010-cu ildə Masallı rayon İcra Hakimiyyəti Başçısının Səmidxanlı ərazisi üzrə nümayəndəsi işləyir.
10. Kərimov Cavanşir Malik oğlu 1959-cu ildə anadan olmuşdur. 1976-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun fakültəsinə daxil olmuş və 1981-ci ildə həmin institutu inşaatçı mühəndis ixtisası üzrə bitirmişdir. 1981-1999-cu illərdə rayonun müxtəlif tikinti təşkilatlarında usta, iş icraçısı, baş mühəndis vəzifəsində işləmişdir. 1999-2000-ci illərdə Masallı rayon Qaz İstismar İdarəsində Şərəf ərazisi üzrə sahə rəisi işləmişdir. 29 mart 2000-ci il tarixdən hal-hazıra kimi Masallı Rayon İcra Hakimiyyəti Başçısının Səmidxanlı ərazisi üzrə müavini işləyir.
11. Allahverdiyev Qeyrət Abdulhəsən oğlu 1957 ildə anadan olmuşdur. 1985-ci ildə Bakı şəhər Milis məktəbini qurtarmışdır. 1985-ci ildən Lənkəran rayonunun Liman (keçmiş Port-İliç) şəhərindəki Polis şöbəsində sahə rəisi kimi bu günə kimi işləyir.
12. Əkbərov Qələmşah Qaraş oğlu 1957-ci ildə anadan olub, 1984-cü ildə Azərbaycan Tibbi İnstitutunun müalicə fakültəsini bitirmişdir. 1985-ci illərdə Masallı rayon Mərkəzi Xəstəxanasında həkim işləyir. 2011-ci ildən Cəlilabad rayon Diaqnostika Mərkəzində həkim işləyir.
13. Allahverdiyev Allahverdi Abdülhüseyn oğlu 1948-ci ildə anadan olmuşdur, hal-hazirda Səmidxan orta məktəbində müəllim işləyir.
14. Həsənov Fikrət Məlik oğlu 1954-cü ildə anadan olmuşdur, hal-hazırda Səmidxan orta məktəbində direktor vəzifəsində işləyir.
15. Alışov İkram Fətiş oğlu 1950-ci ildə anadan olmuş, hal-hazırda Səmidxan orta məktəbində müəllim işləyir.
16. Məmmədov Əlövsət Xudu oğlu 1955-ci ildə anadan olmuş, 1980-ci ildə Azərbaycan tibb institutunun müalicə profilaktika fakültəsini bitirmiş, hal-hazırda Masallı rayon Mərkəzi xəstəxanasında kardeoloq həkim işləyir.
17. Əmənov Adıbala Rəcəb oğlu 1960-cı ildə anadan olmuş, hal-hazırda Masallı rayon Kommunal Xidməti İdarəsində baş mühasib işləyir.
18. Həsənov Oruc Absalab oğlu 1939-cu ildə anadan olmuş, Azərbaycan Dövlət Pedaqoji İnstitututnu bitirmiş, hal-hazırda təqaüdçüdür.

Kəndin din xadimləri:
1.    Şalıyev Xəyal Yadulla oğlu 1980-ci il.
2.    Kərimov Mirmehti Mirağa oğlu 1947-ci il.

Ölkədən kənarda yaşayan kənd ziyalıları haqqında:
1. Şükürov Çingiz Eldar oğlu 1962-ci ildə anadan olmuş, Rusiya Lomonosov adına universiteti bitirmiş və orada ayrı-ayrı sənae müəssisəsində işləmişdir. İndi hal-hazırda Moskva şəhərində biznes sahəsi ilə məşğuldur.
2. Zeynalov Musa Maşallah oğlu 1959-cu ildə anadan olmuş, Ali təhsilli Ukrayna Dövlət Texniki Universiteti bitirmişdir. Ayrı-ayrı sahələrdə çalışmış, lakin hal-hazırda Tumen oblastin Surqut şəhərində bizneslə məşğul olmuş.
3. Aslanov Qərib Soltanağa oğlu 1964-cü ildə anadan olmuş, Ali təhsilini Rusiya Federasiyasının Voronej şəhərində texniki institututnu bitirmiş, hal-hazırda Voronej şəhərində biznes sahəsində məşğul olur.
4. Kərimov Cəlal Qurban oğlu 1969-cu ildə anadan olmuş, ali təhsilini Rusiya Federasiyasının Voronej şəhərində biznes sahəsində məşğul olur.

Kəndin digər tanınmışları:
Kərimov Mirqurban Mirkərim oğlu 1938-ci ildə anadan olmuşdur. O kəndin ağır seididir və kəndin xeyir-şər məclisində və küsülülərin barışmasında həmişə yaxından iştirakı olmuşdur.

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az