Ətcələr

Kəndin adı: 

Ətçələr

Əhalisi: 

932 nəfər

Ərazisi:

208 ha

Coğrafi mövqeyi: 

Masallı şəhərinin şərqində yerləşir və Düzən qara torpaq.

Əhalinin əsas məşğuliyyəti: 
Keçmişdə maldarlıq və tazılçılıq, hazırda maldarlıq, taxılçılıq və tərəvəzçilik.

Həmsərhəd olduğu kəndlər: 
Alışanlı, I Səmidxan, Şərəfə və Kürdəbaz kəndləri.

Kəndin adının mənası: 
Toponimin mənası məlum deyildir.

Kəndin qısa tarixçəsi: 

Təxminən 200 il öncə Azərbaycan müxtəlif bölgələrindən gələnlərin hesabına formalaşmışdır.

Kəndin tarixi abidəsi barədə məlumat: 
Ətcələr kəndindəki birinci köhnə məscid 1950-ci ildə kənd əhalisi vəsaiti hesabına tikilmişdir. İkinci təzə məscidi isə 1993-cü ildə Ağayev Şahin Ağa oğlu tərəfindən tikilmişdir.
Kənd qəbirastanlığı isə 1876-cı ildə salınmışdır.

Kəndin ilk ali təhsillisi: 
1. Balaşov Həşim Abı oğlu Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. O, respublikanın müxtəlif yerlərində çalışmış, son illərdə Masallı rayon Qaz İstismar İdarəsində mühəndis işləmişdir. Vəfat etmişdir.
2. Əliyev İbrahim Abduləhəd oğlu 1923-cü ildə anadan olmuşdur. Lənkəran Pedaqoji Texnikumunu bitirmişdir. Böyük Vətən Müharibəsində iştirak etmişdir. Müharibə veteranı idi. Sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Uzun müddət rayon məktəblərində müəllimlik etmişdir. 2003-cü ildə vəfat edənədək Alışanlı əsas məktəbində müəllimlik etmişdir.
3. Mansurov Güloğlan Xanoğlan oğlu 1959-cu ildə anadan olmuşdur. 1979-cu ildə Azərbaycan İnşaat Mühəndislər İnstitutunun inşaat mühəndis fakültəsinə daxil olmuş və 1985-ci ildə həmi institutunun inşaatçı mühəndis ixtisasını bitirmişdir. Həmin ildə Bakı şəhərində tikinti tresində baş mühəndis işləmişdir. Hal-hazırda Bakı şəhərində bizneslə məşğuldur.
4. Həbibov Əbülfəz Kərim oğlu 1960-cı ildə anadan olmuşdur. 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir həmin ildən rayonun müxtəlif tikinti təşkilatlarında baş mühəndis işləmişdir. Hal-hazırda kənddə fermer təsərrüfatı ilə məşğul olur. 
5. Mansurov Firqət Xanağa oğlu 1963-cü ildə anadan olmuşdur. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitututna qəbul olmuş, 1993-cü ildə həmi institutunun inşaatçı mühəndis ixtisasını bitirmişdir. Həmin ildən indiyədək Azərneft şirkətinin tikinti şöbəsində baş mühəndis işləyir.

Kəndin ziyalıları haqqında: 

Mehdiyev Şaban Gülbala oğlu 1960-cı ildə anadan olmuş, 1977-ci ildə azərbaycan Politexnik İnstitututnun avtomobil nəqliyyatın istismarı fakültəsini bitirmişdir. Uzun müddət rayon nəqliyyat sistemində baş mühəndis kimi fəaliyyət göstərmişdir, hal-hazırda Səmidxanlı bələdiyyəsinin sədri işləyir.
Ağayev Mahir Ağa oğlu 1969-cu ildə anadan olmuşdur. 1992-ci ildə Azərbaycan İnşaat Mühəndislər İnstitutunu bitirmişdir. Uzun müddət tikinti üzrə mühəndis işləmişdir, hal-hazırda Masallı rayon İcra Hakimiyyətinin tikinti şöbəsində məsləhətçi işləyir.
Balaşov Əziz Abı oğlu 1939-cu ildə anadan olmuşdur, Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmiş, hal-hazırda təqaüdçüdür.

Kəndin digər tanınmışları: 
Maysurov Tapdıq Cəbi oğlu: - Orta ixtisaslı aqronom M.Ə.Sabir adına kolxozda sədr, Masallı rayon Məişət Xidməti idarəsinin rəisi və rayon Mülki Müdafiə Qərargahının rəisi işləmişdir. Vəfat etmişdir.

Kəndin Milli Qəhrəman və şəhidləri barədə məlumat:
1. İbayev Mərdan Qardaş oğlu 26 iyul 1967-ci ildə anadan olmuş, 22 iyun 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
2. Ağayev Rasim Həsənağa oğlu 28 mart 1975-ci ildə anadan olmuş, 18 mart 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Böyük Vətən Müharibəsində iştirak edənlər:
1.    Həbibov Kərim Bəşir oğlu
2.    Şaliyev Sadiq İbadulla oğlu
3.    Hüseynov Mirzəbala İslam oğlu
4.    Əliyev İbrahim Abdulhəyat oğlu

Həlak olanların sayı: 5

Ölkədə, kənarda yaşayan kənd ziyalıları haqqında:
1.Həşimov İlham Həşim oğlu Ali təhsillli, Azərbaycan Dövlət Tibbi İnstitutunu bitirmiş, hal-hazırda Rusiyanın Tumen oblastinin Surqut şəhərində yaşayır
2. Ağayev Şahin Ağa oğlu 1968-ci ildə anadan olub, Azərbaycan Dövlət İnşaat Mühəndislər İnstitututnu bitirmiş, hal-hazırda Moskva şəhərində yaşayır.

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az