II Yeddioymaq

Kəndin adı:
II Yeddioymaq 

Əhalisi:
1163 nəfər 

Ərazisi:
727 ha
 
Coğrafi movqeyi: 
Şimali-Şərq Kənddəkilərin əsas məşğuliyyəti əkincilik və heyvandarlıqdır. 

Həmsərhəd olduğu kəndlər
Qasımlı, I Yeddioymaq, Şıxlar 

II Yeddioymaq kəndinin tarixindən
(Bu kəndin tarixi Yeddioymaq kəndinin umumi tarixi ile eyni olduğu ucun Yeddioymaq ərazi vahidinin umumi tarixinə bax)

Kəndin tarixi abidələri:
II Yeddioymaq məscidi-XIX əsr.

Kənddə ilk məktəbin acıldığı tarix: 
Yaxın kecmişdə digər yerlərdə olduğu kimi bu ərazidə də mədrəsələr, molla məktəbləri olmuşdur. Bu mədrəsələrdən biri də II Yeddioymaq kənd məscidində fəaliyyət gostərirdi. Sozsuz ki, ali ruhani təhsili almış Məmmədəli Axund və Molla Tağı Axund təkcə dini təbliğ etməklə kifayətlənə bilməzdilər. Kəndin yaşlı sakinləri də ilk təhsillərini kənd məscidində aldıqlarını soyləyirdilər. Bu faktı Axund Hacı Mirqiyas Huseynli, Huseyn Əsədli, Nurəddin Ədiloğlu "Əsrin sonməz şamları" kitabında (Bakı 1999, 17) da gostərmişlər. 1920-ci ildən əsasən I Yeddioymaqdan olan gənclər Kalinovka kənd məktəbində təhsil alırdılar. Yeddioymaqlıların və digər turklərin Kalinovka kənd məktəbində təhsil almamalarının səbəbi gorunur rus dilini bilməməkdə və dinlə bağlı olmuşdur. Yeddioymaq camaatının əsas əlaqə saxladığı kənd Qızılağac idi. Belə ki, məktəbə - təhsilə boyuk hormət bəsləyən yeddioymaqlılar 1895-ci ildə Qızılağac kəndində kecirilən yığıncaqda iştirak edərək məktəb acılmasına səs verirlər. 1896-cı il fevralın 17-də Qızılağac kəndində məktəbin acılışı oldu. Məktəbin mudiri Qori Muəllimlər seminariyasının ilk məzunlarından biri olan Mahmudbəyov (1863-1923) oldu. Teymur Bəy Bayraməlibəyovun yaxın dostu olan M.Mahmudbəyov "Rəhbər" jurnalı vasitəsi ilə uşaqlara Azərbaycan ədəbiyyatı haqqında məlumat verməklə yanaşı, Azərbaycan orfoqrafiyasını təbliğ etmiş, bu dilin saflığını qorumağa calışmışdır. Sovet hakimiyyətinin ilk illərdən etibarən Yeddioymaq kəndində də qiraətxana, savadsızlığı ləğv etməkdən otru muxtəlif kurslar və klublar fəaliyyət gostərməyə başladı. 1929-cu ildə II Yedioymaq kəndində məktəb binasının tikintisinə başlanıldı. II Yeddioymaq kənd məktəbi 1930-1931-ci tədris ilindən fəaliyyətə başladı və I Yeddioymaq, II Yeddioymaq və Şıxlar kəndlərində təhsilin, elm və mədəniyyətin mayakına cevrilərək “ Ağ məktəb” kimi fəaliyyətə başladı. 1935-ci ildə məktəblərin strukturu dəyişdirildi. İbtidai I-IV siniflər, natamam orta I-VII siniflər və orta I-X siniflər oldu. 1937-ci il sentyabrın 1-dən Yeddioymaq kənd ibtidai məktəbi natamam məktəbə cevrildi. Kecən əsrdə canlarını şam edib, məktəb, şagird yolunda əridən coxlu muəllimlər, direktorlar olmuşdur. 

Yeddioymaq kənd orta məktəbində direktor işləmiş şəxslər:
İnşalla Hacıyev
Hacıbaba Nəsirov
Kubra Hacıyeva
Huseyn Rzayev
Suleyman Məmmədov
Muzəffər Kərimov
Zəkəriyyə Abbasov
Nəsirağa Huseynov
Əliqiyas Mahmudov
Abdulla Abdullayev
Məmmədbağır Salayev
Şalon Namazov
Ələkbər Nağıyev
Nusrət Kərimov
Daşdəmir Eyvazov
Cəfər Əzizov
İsrail İsayev
Mikayıl Əkbərov
Təvəkkul Məmiyev
Əlinadir Babayev
Əmirxan Ağayev
Huseyn Huseynov
Tofiq İslamov 
və h/h kimi Ayaz Abbasov.


Kəndin ilk ali təhsillisi:
Teymurbəy Məmmədbəy oğlu Bayraməlibəyov olmuşdur.(1862-1937). 

Alimlər 
Paşayev Xanəli Xosrov oğlu - fizika - riyaziyyat üzrə alimdir
Zeynalov İsfəndiyar Abduləzim oğlu - bioloğiya üzrə alimdir


Xanəli Xosrov oğlu Paşayev 
1942-ci il iyun ayının 15-də Masallı rayonunun II Yeddioymaq kəndində olmuşdur. X.Paşayev 1956-cı ildə orta məktəbi qurtardıqdan sonra Bakı Neft Texnikumuna, 1960-cı ildə isə Bakı Dövlət Universtetinin mexanika riyaziyyat fakültəsinə daxil olur. 1965-ci ildə Universteti qurtardıqdan sonra həsrətində olduğu Yeddioymaq kənd orta məktəbində riyaziyyat müəllimi kimi fəaliyyətə başlayır.X. Paşayev 1968-1971-ci illərdə Azərbaycan EA Dərin Neft və Qaz Yataqları Problemləri İnstittutunda böyük mühəndis vəzifəsində çalışdı. 1971-ci ildən həyatını Azərbaycan Pedaqoji Universiteti ilə bağladı. 1981-ci ildə X.Paşayev fizika elmləri namizədi alimlik dərəcəsini aldı. 1983-cü ildə APU-nun dossenti oldu.
X.Paşayev 5 irihəcmli dərs vəsaitinin və 48 məqalənin müəllifidir. O, Respubilkada həndəsə bilicilərindən sayılır. X.Paşayev 15 dekabr 2006-cı ildə vəfat etmişdir.

İSFƏNDİYAR ABDÜLƏZİM OĞLU ZEYNALOV
1939-cu il martın 12-də Masallı rayonunun II Yeddioymaq kəndində anadan olmuşdur. O, ilk təhsilini Yeddioymaq kənd məktəbində aldıqdan sonra 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zootexnik fakültəsini, 1963-1964-cü illərdə kolxoz və soxvozlarda rəhbər kadrlar hazırlayan birillik kursu, 1968-ci ildə isə Sank-Peterburq baytarlıq İnstitutunda aspiranturanı bitirmişdir.
İ.Zeynalov namizədlik dissertasiyası maldarlığın çox mühüm sahəsinə həsr edilmişdir. "Qlobal stronsium-90-nın iri buynuzlu qaramalın sümük skeletində və digər orqanlarında yayılması".
Respubilka rəhbərliyinin diqqətini cəlb edən İ. Zeynalov 1971-ci ildə ölkəmizdə tanınan Masallı rayonunun "Krupskaya" adına soxvoza direktor təyin edilir. Qısa müddətdə təsərrüfatda böyük dönüş yaratması yenə ölkə rəhbərliyinin diqqətini cəlb etdi. 1972-ci ildən Azərbaycan KPMK-nın kənd təsərrüfatı şöbəsində təlimatçı, 1977-ci ildən Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi sədrinin müavini vəzifəsində çalışmış, 1984-cü ildən Kənd Təsərrüfatı Nazirliyində Baş Damazlıq idarəsi rəisinin müavini və rəisi, 1987-ci ildən Bakı Ət Emalı Kombinatının direktoru, 1988-2000-ci illərdə "Azərbalıq" Respubilka Birliyində Baş direktorun müavini vəzifəsində işləmişdir. O, Ulu Öndər Heydər Əliyevlə iki dəfə görüşmüşdür.
Biri Azərbaycan KP Mk-ya işə qəbul edilərkən, o biri isə Nazir müavini təyin edilərkən.

Kəndin din xadimləri:
Huseynov HACI Bəxtiyar Cavanşir oğlu

Boyuk vətən muharibəsində iştirak edənlər: 71 nəfər 
Huseynov Hənifə Şahalı oğlu
Əliyev Əliş Qiyas oğlu
Əliyev Nəbiş Qiyas oğlu
Şəmiyev Tapdıq Abış oğlu
Fətullayev Əsgər İbrahim oğlu
Həşimov Nağı Fəttah oğlu
Zeynalov Abduləzim Əziz oğlu
Hacıyev Məhərrəm Musa oğlu
Fətullayev Rəzzad Məmiş oğlu
Dadaşov Qurban Museyib oğlu
Dadaşov İbad Museyib oğlu
Hacıyev İnşalla Huseyn oğlu
Hacıyev Ağadadaş Musa oğlu
Bayramov Kərim Musa oğlu
Bayramov Ədil Musa oğlu
Bayramov Salman Suleyman oğlu
Fətullayev Məğbil Məmiş oğlu
Huseynov Umud Salman oğlu
Kazımov İsa Əzim oğlu
Nurullayev Fərman Rəş oğlu
Əliyev Məhərrəm Ağababa oğlu
Məcidov Məcid Abuzər oğlu
Dadaşov İsmayıl Yusub oğu
Rəhimov Qudrət İsa oğlu
Əliyev Ağadədə Tağı oğlu
Həmidov Qardaşxan İbrahim oğlu
Məcidov Qələş Qulu oğlu
Nuriyev Əhməd Şahalı oğlu
Bədəlov Muzəffər Dadaş oğlu
Eyvazov Ələkbər Təyyar oğlu
Məmmədov Həsən Məmməd oğlu
Əliyev Məhərrəm Fəttah oğlu
Əliyev Şapı Fəttah oğlu
Məhmətov Adəm Sarbala oğlu
Şamiyev Bəhrəm Səməd oğlu
Abbasov Məlik Abış oğlu 
Abbasov Mirzəağa Abış oğlu
Nurullayev Boyukağa İbad oğlu
Huseynov Fərrux Şahalı oğlu
Muharibədən qayıdanlar:
Hacıyev Hacağa Əli oğlu
Quliyev Əjdər Rustəm oğlu
Eyvazov Həşim Təyyar oğlu
Quliyev Racı Ağababa oğlu
Şamıyev Curu Səməd oğlu
Fətullayev Curu Curu oğlu
Həmidov Mirzəcan İbrahim oğlu
Nurullayev Qəhrəman Yadış oğlu
Huseynov Huseyn Dunyaş oğlu
Abıyev Vələhət Huseyn oğlu
Abbasov Kərim Əbulfət oğlu
Kərimov Ağalələ Qasım oğlu
Əmənov Məməş Əmən oğlu
Huseynov Qılman Salman oğlu
İsayev Saleh Nusrət oğlu
Hacıyev Rəcəbəli Huseyn oğlu
Hacıyev Xanmurad Huseyn oğlu 
Əliyev Əvəz Elyas oğlu
Hacıyev Qudrət Musa oğlu
Abışov Musa Abış oğlu
Qafarov Tapdıq Mursəl oğlu
Əliyev əli Rza oğlu
Əzizov Bəhmən Əziz oğlu
Hacıyev Bəbir Musa oğlu
Tağıyev Əlihəsən Əbdulhəsən oğlu
Paşayev Xosrov Ağababa oğlu
Əliyev Yəhyə Fəttah oğlu
Eyvazov Əqil İsmayıl oğlu
Eyvazov Həşim Təyyar oğlu
Huseynov Yusif Anapəri oğlu
Abdullayev Əjdər Zəkəriyyə oğlu
Bayramov Nusrət Suleyman oğlu


Kənddə rəhbər vəzifələrdə calışanlar:
Fətullayev Qardaş Məhərrəm oğlu- RİK-in muavini
Bayramov Bayraməli Salman oğlu - Masallı Rayon Kooperativlər İttifaqının sədri
Paşayev Abduləli Xosrov oğlu - sovxoz direktoru
Məcidov Eyvaz Əli oğlu - məktəbdə həmkarların sədri
İslamov Tofiq Ağadadaş oğlu - məktəb direktoru

və başqalar

Kəndin ziyalıları:
Huseynov Huseyn Həsən oğlu 
Huseynov Nuşirəvan Huseyn oğlu 
İslamov Tofiq Ağadadaş oğlu
İslamov Ağadadaş Mohsun oğlu 
Məcidov Eyvaz Əli oğlu 
Pacayeva Dilarə Əbduləli qızı
Abdullayev Oktay Mohsun oğlu 
Abdullayev Ağaxan Murtuz oğlu 
Bayramov Qurbanəli Salman oğlu 
Huseynov Cahangir İnşalla oğlu
Paşayev Xanəli Xosrov oğlu 
Zeynalov İsfəndiyar Abduləzim oğlu 
Bayramov Bayraməli Salman oğlu və başqaları


Kəndin digər tanınmışları
Huseynov Cahangir İnşalla oğlu - cərrah

Fətullayev Qardaş Məhərrəm oğlu -
2-ci Yeddioymaq kəndində anadan olmuşdur. APİ-nin riyaziyyat fakultəsini bitirmişdir. Uzun muddət komsomol, partiya, sovet orqanlarında rəhbər vəzifələrdə da calışmışdır. Azərbaycan LKGİ Masallı Rayon Komitəsinin 1-ci katibi, RİK-in muavini olmuşdur.
"Tərəqqi" medalına layiq bilinmişdir. Hazırda Masallı Təhsil Şobəsinin metodisti və Masallı Rayon "Ziyalılar"cəmiyyətinin sədridir. 

Huseynov Huseyn Həsən oğlu -

2-ci Yeddioymaq kəndində anadan olmuşdur. APİ -nin fizika- riyaziyyat fakultəsini bitirmişdir. Uzun muddət Yeddioymaq kənd orta məktəbində direktoru kimi calışmışdır. 
Hazırda Masallı Təhsil Şobəsinin metodistidir. 

Məcidov Eyvaz Əli oğlu -

1947 - ci ildə anadan olmuşdur.1965-ci ildə Yeddioymaq kənd orta məktəbini qurtarmışdir.Elə həmin il Azərbaycan Dovlət Bədən Tərbiyəsi İnstitutuna daхil olmuş.1969-cu ildə qurtarmış, 1969-cu ildən 2013-cu ilə kimi fasiləsiz 43 il Yeddioymaq məktəbində baş muəllim işləmişdir.İctimai əsaslarla məktəb həmkarlar təşkilatının sədri olmuşdur.Masallıda coхsaylı idman tədbirlərinin aparıcısı olmuşdur.Butun bu işləri Azərbaycan Respublikası Həmkarlar Komfederasiyasının Fəхri Fərmanı ilə qiymətləndirilmişdir.

Bayramov Bayraməli Salman oğlu 
1942-ci ildə Yeddioymaq kəndində anadan olmuşdur. 1948-ci ildə Yeddioymaq kənd orta məktəbinə daxil olub. 1958-ci ildə məktəbi qurtardıqdan sonra Bakı Statistika Texnikumuna qəbul olmuşdur. Mühasib istisasına yiyələnmiş və 1960-cı ildə əmək fəaliyyətinə kənddəki böyük bir təsərrüfatda mühasib köməkçisi kimi başlamışdır.
Azərbaycan Dövlət Universitetinin "sanaye malları əmtəəşünaslığı və ticarətin təşkili" ixtisası üzrə axşam şöbəsini qurtarmışdır. O. rayon kooperativlər sistemində, İstehlak Cəmiyyətində iqtisadçı, ticarət şöbə müdiri, Şəhər Kooperativ Ticarəti İdarəsinin direktoru işləmişdir. Sonralar uzun müddət rayon ticarət sisteminə başçılıq etmişdir. masallı Rayon Kooperativlər İttifaqı İdarə Heyətinin və İstehlak Cəmiyyətinin sədri, Rayonlararası Tara Təmiri Kombinatının direktoru kimi fəaliyyəti həmişə yaddaşlardadır. Hansı işdə çalışmasından asılı olmayaraq vəzifəsini tanıdır, insanlara həyan olur, onların qayğısına qalırdı. Rayonlararası Tara Təmiri Kombinatının Masallıya salınmasında B.Bayramovun xidmətləri böyük olmuşdur.

Sucəddin Qiyas oğlu Mirzəyev-

9 iyun 1956 -cı ildə Masallı rayonunun 2-ci Yeddioymaq kəndində anadan olmuşdur. M.A.Əliyev adına Azərbaycan Dovlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakultəsinə bitirmişdir. Həmin ildən N.B.Vəzirov adına Lənkəran Dovlət Dram Teatrında calışmağa başlamışdır. 25 iyun 2013-cu ildə prezident cənab İlham Əliyevin fərmanı ilə Əməkdar artist fəxri adına layiq gorulmuşdur. İlk rolu S.Mixalkovun "Bahalı oğlan" əsərində Jora Timoxin (1980) olmuşdur. Digər rolları: Şillerin "Qacaqlar"ında Şveytser, İlyas Əfəndiyevin "Bullur sarayda" əsərində Bayandur, Cəfər Cabbarlının "Sevil"ində Balaş Uzeyir Hacıbəyovun felyeton və hekayələri əsasında hazırlanmış "Olanlardan-kecənlərdən" (1985, B.Rzayev) tamaşasında gimnazist, kəndli, şagird, muəllim, aparıcı rollarını ifa etmişdir. Ə.Haqverdiyevin "Bəxtsiz cavan" pyesində Fərhad, Sofoklun "Şah Edip" (2007) faciəsində Şah Edip , Elcinin "Dəlixanadan dəli qacıb" tamaşasında ədəbi işci, Vaqif Səmədoğlunun "Mamoy kişinin yuxuları"nda Fərhad muəllim, Qriqori Qorinin "Herostratı unudun" (2010) tamaşasında Herostrat və s. əsərlərdə muxtəlif səpkili rollar ifa etmişdir. 

Xarici olkələrdə yaşayan tanınmışlar
Əliyev Tacəddin Qardaşəli oğlu 

Biznesmen. Masallı rayonunun 2-ci Yeddioymaq kəndində anadan olmuşdur. Yeddioymaq kənd orta məktəbini qurtarmış, həqiqi hərbi xidmət kecmiş və Moskvada ali təhsil almışdır. Rusiyada, biznes sahəsində uğur qazanmış həmvətənlimizdən biridir. Əliyev Tacəddin Qardaşəli oğlun Bakı şəhərində də corək zavodunun rəhbəridir.

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az