“Yeni həyat”, “Çağırış”, “Yeni qəzet” “Qala”, “Masallı”, “Masallı xəbərləri”, “Cənub xəbərləri”, MTS “qəzetləri”,  Yerli radio verilişləri redaksiyası...
Ölkənin bütün yerlərində olduğu kimi  1932-ci ildə də Masallı da rayon statusu qazandı. Əvvəllər Lənkəran nahiyəsinin tərkibində olan ərazi Masallı rayonu adlanmağa başladı. Məhz həmin vaxtdan -    
31 may 1932-ci ildən   Masallıda  “Yeni həyat” adı ilə qəzet çıxmağa başladı və rayonda mətbuatının təməli qoyuldu. 
 Həmin vaxtlar senzura (Qlavlit) olmadığı üçün qəzetlərin senzor və redaktor funksiyasını rayona rəhbərlik edən şəxs – Rayon Partiya Komitəsinin 1-ci katibi icra edirdi. Bu qaydaya  uyğun olaraq  həmin vaxt Masallı Rayon Partiya Komitəsinin 1-ci katibi  işləyən yəhudi əsilli Mişin “Yeni həyat”  qəzetinin redaktoru olmuşdur.  
Qəzetə materialların hazırlanması, redaksiyanın, mətbəənin təşkili və digər işləri isə əslən Ərkivanın Göllü  məhəlləsinin sakini, Masallı Rayon Komsomol Komitəsində məsul vəzifədə çalışan Nemət Nemətov icra edirdi. Nemət Nemətov o vaxtlar  “N. Xəzərli”, “N. Nəzirzadə” imzaları ilə ölkə miqyası “Gənc işçi” qəzetində rayon həyatından yazılar çap etdirirdi. Belə ki, N. Nemətovu ölkə mətbuatında çıxış edən ilk jurnalist də saymaq olar.  N. Nəmətov  həm də ölkənin tanınmışlarından olan elmlər doktoru Məmmədağa Sultaov, akademik Şəfaət Mehtiyev, Əkbərxan Talışınski ilə sıx əlaqə saxlamışdır.
 Kim  yeni doğulan uşağına və niyə “Yeni həyat” adı verildi?
1932-ci ilin yaz günlərinin birində Nemət çalışdığı rayon komsomol komitəsindəki işindən evə gec gəlib. Səbəbini soruşanda, bildirib ki, Masallı tarixində ilk dəfə qəzet bda “Yeni həyat”. Elə həmin vaxt onların yaxın qohumu Molla Əlinin övladı dünyaya gəlib. Həm rayonda qəzetin çapından,  həm dünyaya yeni övladın gəlməsindən o qədər sevincək olurlar ki, nəslin ağsaqqalı  Nəzir babanın  təklifi ilə Əlinin oğluna “Yeni həyat” adı verdilər. Yeni həyat müəllim uzun müddət Ərkivan məktəblərində müəllim işləyib.
İlk nömrəsi ağ kətan üzərində çap olunan qəzet nə vaxtdan Masallıda çap olunmağa başladı?
Masallıda  mətbəə olmadığından Lənkəranda nəşrə başlayan “Yeni həyat” qəzeti öncə 600-800 tirajla çap edilirdi. Ağ kətan üzərində nəşr olunmuş ilk nömrəsi isə M.F.Axundzadə adına Milli Kitabxanada qorunub saxlanılır.
1934-cü ildə isə rayon firqə və icraiyyə komitələrinin orqanı kimi qəzet Masallıda çap olunmağa başladı.  Qəzetin redaksiyası isə indi Qazi İdarəsi yerləşən ərazidə, tanınmış ziyalı   Mirkazim Aslanlının ata yurdu olan balaca,   3 otaqlı bəy   evində yerləşirdi. Daha sonralar redaksiya  və mətbəə indi Xan Sarayı ilə üzbəüz olan binada yerləşdi. Daha sonra  redaksiya və  onun nəzdində olan mətbəə Mədəniyyət Evinin qarşısında, “tədarük idarəsi” adlanan təşkilatın binasına,  bir neçə il sonra isə redaksiya indiki “Miri market” deyilən mağazanın  yerləşdiyi binaya kəçdü. Mətbəə isə əvvəlki yerində qaldı.   
O zaman qəzetin ilk mürəttibi və çapcısı köhnə alvadılı Səfər Hüseynov olmuşdur. Ümumiytlə isə mətbəədə uzun illər Əmiş Nemətov, Şaban Çirəliyev, Abdurrəhman Xıdırov, İbrahimov Gözəlov və digərləri çalışıb.
Qəzetin sonrakı redaktorları
1933-35-cü illərdə qəzet Seyidovun və Məmmədağa Sultanovun redaktorluğu ilə nəşr olunmuşdur. 
1935-ci ildən sonra Nüsrət Məmmədov redaktor,  H.Abdullayev, Nemət Nemətov, C. Kazımov məsul redaktor, İmran Rzayev isə müvəqqəti məsul redaktor vəzifəsini daşımışlar. 
1938-ci ildən başlayaraq Oruc Əliyev, Fəyyaz Fərəcov, Cəbrayıl Məmmədov kimi rayonun ictimai işlərində fəal olan şəxslər qəzetə müvəqqəti rəhbərlik etmişlər. 
Böyük Vətən müharibəsi illərində İman Tahirov (Astara), Zülfüqar Fərəcov qəzetin redaktoru olub.
Müharibənin çətinliyi 1942-ci ildə “Yeni həyat”ın öz oxucu kütləsinin üzünə bağlanmasına səbəb oldu. Lakin bu ayrılıq çox çəkmədi. 1943-cü ilin sonunda qəzet yenidən nəşrə başladı. Böyük Vətən müharibəsi illərində cəbhəyə hər vasitə ilə kömək etməklə Nemət Nemətov uzun illər məsul katib işləyib, müharibə illərin qəzetin rəhbəri olmuşdur.
Qadın müxbirlər
1940-cı illərdən başlayaraq qəzetin səhifələrində qadın müxbirlərin adlarına rast gəlmək olur.
1955-ci ildən Münəvvər Əhmədova isə bir müddət məsul katib işləyib. Fatma Baxşiyeva isə əməkdaş olub  
30 may 1947-ci ildə 600-cü nömrəsi ilə 15 illik yubileyini qeyd edən “Yeni həyat”ın nəşrində əməyi olan bir neçə tanınmış şəxslərin adı və foto şəkilləri  qəzetdə dərc edilmiş, həmin nömrədə mətbəə işçisi-çapcı Əbdürrəhman Xıdırov, mürəttib Sahib Nəcəfov, fəal müxbirlərdən Qılman Axundov, Qafur Zöhrabov, Rəhim Tağıyev, Əli Əliyev, Abdin Cəbiyev, Mövla Allahverdiyev kimi mətbuat könüllülərinin adları sadalanır. 
1947-56-cı illər arasında Böyük Vətən müharibəsi illərindən sonrakı quruculuq və həyatın yenidən bərpası yolundan bəhs edən bir çox məqalələrdə qadın müxbirlər Cavahir Axundova, Xanımgül Mədətova, Cahan Axundova, X.Nəbiyeva kimi fəalların imzaları xüsusi seçilir. 
1950-ci illərdə “Yeni həyat” qəzetinin təşəbbüsü ilə redaksiyanın nəzdində jurnalistika məktəbi, “Gənc qələmlər” ədəbi birliyi yaradıldı. Birliyin rəhbəri Əyyüb Xankişiyev olmaqla “Gəncliyin səsi” sərlövhəsi altında yazılar dərc olunurdu. 1953-cü ilin ikinçi yarısında qəzetin 1000-ci nömrəsinin nəşri tamamlandı.
Qəzet 62 ildə fəaliyyətini niyə dayandırdı?
         1962-ci ilin mayında, “Yeni həyat”ın 30 yaşının tamamında qəzetin nəşri dayandırıldı. Qəzet öz fəaliyyətini Lənkəranda “Leninçi” rayonlararası qəzetində davam etdirdi. Azərbaycan KP MK-nın 18 avqust 1965-ci il büro qərarı ilə “Yeni həyat” “Çağırış” adı ilə fəaliyyətini davam etdirdi. “Çağırış” (“Yeni həyat”) adı dəyişdirilsə belə rayonun mətbuat orqanı kimi əsas prinsipindən uzaqlaşmadı.  
Qəzetin sonrakı   redaktorları
   1964 – Bərdəli, ali partiya məktəbinin məzunu İnqilab Əliyev  məzunu artıq “Çağırış” adı ilə dərc edilən qəzetin  1 il  redaktoru işlədi.
1967-ci ildən sonra V.Hüseynov və İ.İbrahimov bu qəzetə redaktor təyin edildilər. 70-ci illərdən sonra qəzet həftədə üç dəfə, 14 min tirajla çap olunmağa başladı.
Əslən lənkəranlı, tanınmış şair Vaqif Hüseynovun vaxtında “Çağırış” qəzeti ölkə miqyasında tanınan bir qəzet idi. 1968-ci ildə  yaxşı tərtibatına görə “Çağırış” qəzeti SSRİ Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatına layiq görüldü, 
1970-ci ildə Ostrovski adına “Ümumittifaq mükafatı”na, 1982-ci ildə, 50 illik yubileyi münasibətilə Azərbaycan SSRİ Ali Sovetinin Fəxri fərmanına layiq görüldü. 
Avqust 1977-ci ildən “Çağırış” qəzetinin baş redaktoru olan İ.İbrahimovun  bu mətbu orqanının faydalı işində zəhməti danılmazdır. 
Sonrakı illərdə “Yeni həyat”ın baş redaktorları Rahid Ulusel, İnşallah Məmmədov və  Əyyub Mehdiyev, daha sonra isə Əlyar Tahirov olmuşdur.
Qəzetin hazırkı baş redaktoru isə Əlihüseyn Şükürovdur. 
Qəzetin köhnə və yeni nəşrlərinin səhifələrində məqalələrin mövzularına uyğun çəkilən şəkillər İsaq Mahilov, Söhbət  Ağayev, Vəkil Novruzoğlu kimi fotomüxbirlərə məxsusdur. 
70-80-ci illərdə     “Çağırış”ın oxunaqlı çıxmasında ştatdankənar müxbirlərin də əməyi az olmamışdır. 
“Çağırış” qəzetinin fəaliyyəti 1994-cü ildə dayandırıldı. Müvəqqəti çətinlikdən sonra qəzet öz nəşrini “Yeni qəzet”lə davam etdirdi. Həmin vaxt qəzetin redaktoru hazırda filologiya elmləri doktoru, professor (Çaxırlı) Rahid Ulusel olmuşdur. 12 aprel 2002-ci ildə Masallı RİH başçısının sərəncamına əsasən rayonun əsas mətbuat orqanı olan “Yeni həyat” qəzetinə öz tarixi adı qaytarıldı. 
   Müxtəlif vaxtlarda rayonun bir sıra qabaqcıl ziyalıları əməkdaşlıq etmiş və qəzetdə çalışmışlar. Qəzetin tarixində yeri olan şəxslərdən Aydın Əliquliyev, Vaqif Yusifli,  Cəmil Nemətov, Həsənağa Əliyev, Daaş Bəxtiyar, Fərhad Abbasov, Mühacir Qurbaov, Zahir Əmənov, Nurəddin Ədiloğlu, Rəsul Rzayev, Adil Əliyev və başqalarının adına çəkmək olur.    
 Masallı   yerli radio verilişləri redaksiyası
 
Müharibədən sonra bir çox rayonlarda, o cümlədən Masallı rayonunda yyerli radio verilişləri redaksiyası fəaliyyət göstərirdi.
   1947-50-cu illər bu radiya  Səfər Şərifov   1963-ci illərdə  Məmməd Kazım,1964-1971-ci illlərdə Cəmil Nemətov redaktorluq etmişdir. Bu radionun sonuncu redaktoru Köhnə Alvadılı İnşalla Məmmədov olub.
Həmin vaxtlarda orta məktəbin yuxarı sinifində oxuyan qızlar növbə ilə həftədə 3 dəfə 15 dəqiqə səslənən verilişdə aparıcılıq edirdilər. Bu radionun ilk ştatlı diktoru (1969-1972) Zahir Əmənov olub.
Masallı radiosu Masallı şəhəri ilə yanaşı 10-dan artıq kəndi əhatə edirdi
Masallının “Qala”-sı 
Masallı mətbuatının tarixində “Qala” qəzetinin xüsusi yeri var. Ölkə miqyaslı tanınmış jurnalist, tatyanlı Məmməd Kazım rəhbərlik edirdi. Qəzetin məsul katibi Arif Fərzəli idi. Bir neçə il 16 səhifə çap edilən qəzet əsasən şeir, hekayə, publisist yazılar çap edirdi.
 Masallının müstəqil mətbuat tarixi
Masallının müstəqil mətbuat tarixi Zahir Əmənovun adı ilə bağlıdır. 1992-ci ilin oktyabrın 29-da onun redaktorluğu ilə  müstəqil “Masallı” qəzeti çap olunda. 4 səhifəlik, cəmi 9 sayı işıq üzü görəndən sonra Zahir Əmənov 2-ci müstəqil qəzetini “Masallı xəbərləri” qəzetini yaratdı. Z. Əmənovdan sonra “Masallı” qəzetinə gəyəçöllü Məmmədhüseyn ŞÜKÜROV VƏ Nurəddin Ədilov rəhbərlik edib.
“Masallı xəbərləri”  müəyyən   fasilələrlər 9 il çap edildi. 2003-cü ilin əvvəlində isə yenə Zahir Əmənovun təsisçiliyi və redaktorluğu ilə “Cənub xəbərləri”  regional qəzeti çap olunmağa başladı və onun nəşri 15 il davam etdi. Hazərda  qəzet “cenubxeberleri.com” saytı kimi fəaliyyət göstərir. Həmçinin Zahir Əmənovun rəhbərliyi ilə arkivan.az saytı fəaliyyətdədir.
Onu da xatırladaq ki, “Cənub xəbərləri” ölkə miqyasında region qəzetləri sırasında liderliyə yüksəlmiş bir qəzetdir. Belə ki, qəzetin əməkdaşları onlarla beynəlxalq müsabiqənin qalibi olub, 2012-ci ildə isə Azərbaycan Jurnalistlər Birrliyinin və “Yeni nəsil”  Jurnalistlər bİrliyinin “İlin qəzeti” mükafatına layiq görülmüşlər.
Masallı jurnalistləri sırasında ölkə və dünya miqyaslı şəxslər də var. Belə ki, ərkivanlı Teymur Yəhyayev bir neçə il keçmiş SSRİ-nin ən mötəbər informasiya təşkilatı-SİTA-nın Latın Amerikası üzrə müxbiri olmuş, bababserli Mikayıl Hüseynov AzərTAG-da aparıcı müxbir işləmiş, Vasif Səmədov ”İsvesstiya” qəzetinin, eləcə də “Oqonyok” jurnalının Orta Asiya və Şərq ölkələri üzrə müxbiri olmuşdur. Mərkəzi mətbuatda çalışan masallılar sırasın Malik Novruzov, Bahaddin Yunusov, Əyyub Hüseynov, Loğman Rəşidzadə və digərlərinin də adlarını sadalamaq olur.

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az