Kəndin adı: 
Xallıcallı

Əhalisi: 
732

Ərazisi: 5.8 min kv.km Coğrafi mövqeyi: 
Rayonun Şimal-Şərq hissəsində yerləşir, düzənlik

Kəndin əsas məşğuliyyəti: 
Keçmişdə çəltikçilik, indiki zamanda əkinçilik və heyvandarlıq 

Həmsərhəd olduğu kəndlər: 
Qarğalıq, Qədirli, Dəlləkli, Hüseynhacılı və Alışanlı

Kəndin adının mənası: 
Xallı-çala ( yəni çalada kiçik torpaq sahələrinin olması ilə əlaqədardır)

Kəndin qısa tarixçəsi: 
Yaşlı nəsildən eşitdiyimizə görə , bizim kəndin tarixi 200 ilə yaxındır. Yaşlıların dediyinə görə Xallıcallı kəndinin ilk sakinləri Lənkəranın Gömüşavan kəndindən gələnlər olub. Onlar öz mal-qaralarını Xallıcallının ərazisinə ( onda bura çala olub) otlamaq üçün ötürüblər. Onda bu çalada adda-budda adaya oxşar kiçik torpaq sahələri var imiş. Ona görə də bu əraziyə Xallı-çala deyirmişlər. Bu ərazidə insanlar məskunlaşdıqdan sonra bura Xalııcallı adı ilə tanınmışdır.

Kənddə ilk məktəbin açıldığı tarix: 
1990-cı il

Kəndin ilk ali təhsillisi:
Şükürov Hilal Abı oğlu - 1923-cü ildə Masallı rayonun Xallıcallı kəndində anadan olub. İkinci dünya müharibəsindən sonra Ali təhsil alıb. Ali Partiya məktəbini bitirib. Masallı rayon Partiya komitəsində məsul vəzifələrdə işləyib. Nizami sovxozunun direktoru işləyib.

Kəndin Qarabağ müharibəsi uğurunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında:
Qarayev Elşən Rəhman oğlu - 1973-cü ildə Masallı rayonunun Xallıcallı kəndində anadan olub. O, 26 may 1992-ci ildə Fizuli rayonunun Divanlılar kəndində gedən döyüşdə qəhrəmancasına şəhid olub. İsmayılov Bahəddin Mirələm oğlu - 1978-ci ildə Masallı rayonunun Xallıcallı kəndində anadan olub. O, 24 avqust 1998-ci ildə Ağdam rayonun Qiyaməddinli kəndində gedən döyüşdə qəhrəmancasına şəhid olub. 

Böyük Vətən Müharibəsində iştirak edənlər:
1. İsmiyev Hidayət Əli oğlu, 
2. Əmişov Cəfər Səfər oğlu, 
3. Ağayev İmran Bədəl oğlu, 
4. Mirzəyev Cəlil Əzzalı oğlu, 
5. Əhmədov Museyib Məcid oğlu,
6. Quliyev Həmdulla Mirzəqulu oğlu, 
7. Əmişov Əyyub əfər oğlu, 
8. Quliyev Əşrəf Mirzəqulu oğlu, 
9. Şiralıyev Miralı Əzzalı oğlu, 
10. Nurullayev Yunus Kəlbi oğlu, 
11. Mirzəyev Ağaşirin Əzzalı oğlu, 
12. Ağayev Novruz Əli oğlu, 
13. Əliyev Əliheydər Şirməmməd oğlu, 
14. Əzizov Qəyyum Abdulbağı oğlu, 
15. Abbasov Əliş Qəmbər oğlu, 
16. Quliyev Abuzər , 
17. Quliyev Ağadədə Mirzəqulu oğlu, 
18. Quliyev İbad, 
19. Quliyev Nuralı Əjdər oğlu, 
20. Mehtiyev Abdulxalıq Mirzəxan oğlu
 

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az