Kəndin adı: 
Qədirli

Əhalisi: 
1167

Ərazisi: 
6 min kv.km 

Coğrafi mövqeyi: 
Rayonun Şimal-Şərq hissəsində yerləşir, düzənlik

Kəndin əsas məşğuliyyəti: 
Keçmişdə çəltikçilik, indiki zamanda əkinçilik və heyvandarlıq 

Həmsərhəd olduğu kəndlər: 
Dəlləkli, Qızlağac, Kalinovka, Xallıcallı

Kəndin adının mənası: 
Qədirli adı tayfa, şəxs və nəsil adları əsasında yaranan yer adlarındandır. Qədirli - Qədir nəslinin məskunlaşdığı yerdir.

Kəndin qısa tarixçəsi: 
Yaşlı nəsildən eşitdiyimizə görə , bizim kəndin tarixi 200 ilə yaxındır. Qədir adlı bir şəxsin gəlişi ilə Qədirli adlandırılmışdır.

Kənddə ilk məktəbin açıldığı tarix: 
1928-ci il

Kəndin ilk ali təhsillisi:
Verdiəliyev Əlimərdan Şahbaz oğlu - 1936-cı ildə Masallı rayonun Qədirli kəndində anadan olub. 1957-ci ildə Xarici Dillər Universitetini bitirib. Milli Elmlər Akademiyasında müəllim işləyib. Bakı şəhərində müxtəlif təşkilatlarda işləyib. Sonralar Eminli əsas məktəbinin direktoru, Qarğalıq kənd orta məktəbində müəllim işləmişdir. 1986-cı ildə vəfat etmişdir. Qədirli kənd qəbiristanlığında dəfn olunub.

Böyük Vətən Müharibəsində iştirak edənlər:
1. Eynalov Şahbaz Verdiəli oğlu, 
2. Fətullayev Fərəc Kərim oğlu, 
3. Əzizov Qaraş Ağaməmməd oğlu, 
4. Əzizov İsmayıl Ağaməmməd oğlu,
5. İbişov Qasım Ağa,
6. Cavadov Cavad Qənbər oğlu, 
7. İbişov Bayram, 
8. Hüseynov Hidayət Cahangir oğlu, 
9. Nəzərov Ağa Gülüş oğlu, 
10. Nəzərov Rəhimdil Ağa oğlu, 
11. Nəzərov Tomar Gülüş oğlu, 
12. Rzayev Səyyad Əmir oğlu, 
13. İbişov Qulam Əmiraslan oğlu, 
14. Əmiraslanov Qurban Əmiraslan oğlu, 
15. Səttarov Yediyar Səttar oğlu, 
16. İbrahimov Sərəncam Qənbər oğlu, 
17. Eynalov Dənizxan Nəhmət oğlu, 
18. Mikayılov Əzim, 
19. Ağayev Cəfərxan Hüseyn oğlu, 
20. Xudaverdiyev İsrafil,
21. Xudaverdiyev Ağaverdi, 
22. Abdullayev Ağarəhim, 
23. Teyibov Böyükağa Ağadədə oğlu, 
24. Xudaverdiyev Mirzəğa, 
25. Xudaverdiyev Canəli, 
26. Şıxıyev Xeyrulla Vəli oğlu, 
27. Fətullayev Mehtixan Kərim oğlu, 
28. Fətullayev Becan Kərim oğlu
 

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az