Orta təhsilli heykəltəraş atanın yetişdirdiyi ali təhsilli heykəltəraşlar

Sizə Masallının ən kiçik yaşayış məntəqələrindən olan Qasımlı kəndinin yetirmələri, Müstəqil və Aqsin qardaşlarını təqdim edirik. Bu sənəti atalarından öyrənən qardaşlar ötən il, ərkivanlı, Tovuz döyüşlərində qəhrəmanca döyüşüb dünyasını dəyişən mayor Anar Novruzun xatirəsinə hazırladığı büst oldu. Daha sonra 2-ci Qarabağ savaşının qadın qəhrəmanı, həkim Arəsta Baxışovanın xatirəsinə hazırladığı büstü ilə gündəmə gəldilər. Sonralar isə, vətənin igid övladlarının büstlərini hazırlamaq onların ali məqsədinə çevrildi. Hazırda heykəltəraş qardaşlar daha bir neçə şəhidimiz üçün büstlər hazırlayırlar. Müstəqil və Aqsin qardaşlara heykəltəraşlığın, eləcə də nəqqaşlığın sirlərini onlara sevə-sevə öyrədən ataları İlqar Balayevə çox minnətdardırlar. Heykəltəraş qardaşlar millət vəkili Məşhur Məmmədova da çox minnətdardılar ki, yaradıcı gənclərə çox diqqət yetirir, onlarla görüşür, qayğılarına dəstək olur.
Söhbəti çox uzatmayaq. 3 ay öncə gənc heykəltəraş

Həmin videonun linki burada:

 

Heykəltaraş qardaşların yeni, möhtəşəm barlefi-Azərbaycan xəritəsi və simvolları

Bu barlef Azərbaycanın xəritəsi fonunda Mominə Xatun türbəsi, Qarabağ atları, qələbə sevinci, xarı bülbül, ölkə başcının heykəli öz əksini tapıb. 

Cenub.az saytı bildirir ki, Masallı rayonunun Qasımlı kəndində yaşayan heykəltaraşlıqla məşğul olan 2 qardaşın-Müstəqil və Aqşinin əl işlərini artıq çoxları heyranlıqla izləyir. 
Bu günlərdə heykəltaraş qardaşlar 2 aylıq çalışmalardan sonra gördüyünüz baralefi ərsəyə gətiriblər.
Baralef “Qələbə” adlanır. Bəs bu baralefdə nələr öz əksini tapıb? Azərbaycanın xəritəsi fonunda Mominə Xatun türbəsi, Qarabağ atları, qələbə sevinci, xarı bülbül, ölkə başcının heykəli öz əksini tapıb. 
Qardaşlar bu baralefi gələcəkdə rayonumuzda yaradılacaq Zəfər muzeyinə  etmək arzusundadırlar.
Bu gözəl iş münasibəti ilə gənc heykəltaraşları təbrik edirik.
Xatırladaq ki, qardaşların əvvəlki işi-şəhidlərimizə həsr olunmuşdu.
 Eləcə də qardaşlar mayor şəhidimiz Anar Novruzovun və Arəstə xanım Baxışovanın  barleflərinin müəllifləridir.
Hazırda isə qardaşlar vətənpərvərlik mövzusunda, şəhidlərimizlə hağlı yeni baralef üzərində işləyirlər.
Qardaşlar bütün uğurlarına görə heykəltaraşlığın sirlərini onlara öyrətmiş ataları İlqar Balayevəminnətdardılar.

Hazırladı Zahir Əmənov. cenub.az

 

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az