Bədəlan


Ərazisi 
 
1300 kv 2

Əhalisi: 
2423 nəfər 

Coğrafi mövqeyi: 
Masallı Boradigah yolunun üstündə 

Kənddəkilərin əsas məşğuliyyəti: 
Əkinçilik və heyvandarlıq

Həmsərhəd olduğu kəndlər: 
Qızılavar, Kolatan, Babaser, Xanalion, Molloba, Xıl, Sirəbil, Çayqıraq 

Kəndin adının mənası: 

Bədəl adlı kişinin adı ilə bağlıdır. Beləliklə Bədəlan “Bədəl yurdu” “Bədəl nəslinin yaşadığı yer” mənasını verir. Sonralar müxtəlif vilayətlərdən gələnlər də buranı bu adla tanınmış və qəbul etmişlər.

Kəndin qısa tarixçəsi: 

Qədim kəndlərdəndir “Paleolit“ dövründən bu yana burada insanlar məskunlaşmışlar (arxalıq dullacəfərli) Dünya palcontlarının fikrinə ən qədim insan məskənlərindən biri bol suyu, ov quşları və heyvanları ilə zəngin olması buna əlverişli şərait yaratmışdır. Bu mənada Talış dağlarının ətəyində yerləşən Bədəlan kəndinin qədim insan məskənlərindən biri olması şübhəsizdir.

Kənddəki tarixi abidələr: 
Kəndin mərkəzində Masallı-Boradigah magistral yolunun sağ tərəfində II Dünya müharibəsində həlak olmuş həmyerlilərimizin xatirəsinə ucaldılmış möhtəşəm xatirə kompleksi ucalır. Abidənin bir tərəfində düşmənə hücum edən Vətən oğulları o, biri tərəfində isə onların qələbə çalması üçün dua edən, yollarını qəlb çırpıntısı, hüznlə gözləyən ana-bacılar, uşaqlar, heykəllərlə əbədiləşdirilmişdir. Kəndin bütün mədəni-kütləvi tədbirləri və bu ziyarətgahı ziyarət etməkdən keçmir. Hazırda abidə kompleksinin ətrafında abadlaşdırma işləri aparılır buraya gələnlərin mədəni istirahəti üçün yeni infrastruktur qurulur.

Qaraxan çölü: 
Kəndin qərb tərəfində üç tərəfi dibi görünən təbii su dərələri ilə əhatə olunmuş, camaatın Qaraxan (Mir Mustafa xanın oğlu Cəmaləddinin ləqəbidir) adlandırıldığı böyük sahədə vaxtilə vuruşduğu barədə tarixi məlumat vardır .Qaraxan öz arxeoloji tədqiqatını gözləyir. 

Kənddə ilk məktəbin açıldığı tarix:

Sovet hakimiyyəti qurduqdan sonra kənddə ilk olaraq savadsızlığı ləğv etmə kursları təşkil olundu. Bu kurslara qadınlı-kişili bütün kənd camaatı cəlb olunurdu. İlk ibtidai məktəb isə 7 illik məktəb bütün ətraf kəndlərin uşaqlarının yeganə təhsil ocağı idi. 1955-ci ildə isə Bədəlan kənd orta məktəbi öz ilk məzunlarına Kamal attestatı verirdi. 

Kəndin ilk ali təhsillisi: 

Qulamov Qulaməli Şahəli oğlu Bədəlan orta məktəbin bitirmişdir. 1952-ci ildə isə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. İlk öncə Bədəlan kənd orta məktəbində işləmiş, sonra isə elmi işi ilə əlaqədar Bakıya köçmüşdür. 1968-ci ildə pedaqoji elmlər namizədi adını almışdır. Uzun müddət Bakı Bədən Tərbiyəsi Universitetində dərs demişdir. 2002-ci ildə vəfat etmişdir. 

Bədəlan elmlər doktoru: 
Xəlilov İdris Eynəli oğlu, tibb elmləri doktoru, professor, Rusiyada, Türkiyədə, İranda və başqa ölkələrdə də görkəmli kardioloq kimi tanınır qiymətləndirilir. Hazırda Bakı şəhərində Oksigen mərkəzində çalışır. Doğma kəndə tez-tez gəlir ona müraciət edən çoxsaylı xəstələri pulsuz müayinə və müalicə edir. Ailəlidir. İki oğlu var . Bakı şəhərində yaşayır. 

Mədəniyyət xadimləri: 
Əşrəfov Baloğlan Xanoğlan oğlu Respublikanın əməkdar artisti, bütün Azərbaycanda nəğmələri ilə məşhur müğənnidir. Doğma rayonun, kəndin xeyir-şəri onsuz keçmir. Hazırda Bakı şəhərində yaşayır. 

Kəndin şahidləri haqqında: 

Tağıyev Nəsib Qərib oğlu 
1975-ci ildə Bədəlan kəndində anadan olub. 1990-1993-cü illərdə təhsilini 137 saylı Bədəlan kənd texniki-peşə məktəbində davam etdirib. Elə ilk gündən öz bacarığı ilə komandirlərin diqqətini cəlb edib. 1993-cü ildə martın, 12-də Şişqaya uğrunda gedən ağır döyüşdə qəhrəmanlıqla həlak olub. 

Fərzəliyev Arif Eynulla oğlu. 
1965-ci ildə anadan olmuşdur. 1983-cü ildə orta məktəbi bitirmişdir. 1983-1985-ci illərdə hərbi xidmətdə olmuşdur. 1992-ci il iyulun 14-də Kasapet kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 

Qulamov Davud Allahman oğlu 
Bədəlan kəndində anadan olmuşdur. Erkən yaşlarında kənddəki Əzizləyirləyir adına sovxozda fəhlə işləmişdir. 1992-ci il iyunun 23-də Kasapet uğrunda döyüşlərdə həlak olmuşdur. 

Böyük Vətən Müharibəsində iştirak edənlər: 

Ümumi sayı – 143 nəfər
Həlak onların sayı – 1 nəfər

Rəhbər işdə çalışanlar: 

Şükürov Faril Nurulla oğlu 
müxtəlif illərdə Qubada, Cəlilabadda, Salyanda polis rəisi və başqa rəhbər vəzifəslərdə işləmişdir. 1990-cı ildə vəfat etmişdir.

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az