Kubin
Kəndin adı:Kubin
Əhalisi:
518 nəfər
Ərazisi:
186.70 ha
Coğrafi mövqeyi:
Talış dağlarının şərq ətəyində yerləşir.
Kəndin əsas məşğuliyyəti:
Maldarlıq
Həmsərhəd olduğu kəndlər:
Miyankü, Mişkəmi, Tiaqani
Kəndin adının mənası:
Dağın dibi
Kəndin qısa tarixçəsi:
XIX ƏSRİN ikinci yarısında Hacıbala və Şirvan qardaşları Lerik rayonu Tanqəbın kəndindən gəlib Kubin kəndinin əsasını qoyublar.
İlk məktəbin açılması:
Kənddə ilk məktəb 1964-cü ildə açılıb.
Kəndin ilk ali təhsillisi:
Babayev Aydın Muxtar oğlu,
1943-cü ildə Kubin kəndində anadan olub. 1970-ci ildə ADPU-nun pedaqoqika fakültəsini bitirib. Kubin kənd əsas məktəbinin direktoru , 2000-ci ilin aprel-iyul aylarında Miyankü ərazi nümayəndəsi vəzifəsində işləyib.
Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında:
Xamiyev Eldar Sahib oğlu
25.06.1975-ci ildə Kubin kəndində anadan olub. 1993-cü ildə hərbi xidmətə çağırılıb. 31.03.1994-cü ildə Qarabağ döyüşlərində şəhid olmuşdur.
Böyük Vətən müharibəsində iştirak edənlər:
BVM-də həlak olanların sayı 9 nəfər, sağ qalanlar isə 2 nəfərdir:
Nəzərov Tərlan Qubad oğlu,
Nəzərov Qələm Həsən oğlu.