Kəndin adı: Həsənli
Əhalisi: 2879 nəfər
Ərazisi: 827 ha
Coğrafi mövqeyi:
Düzənlik ( aran-rayonun Muğan zonası ).
Kəndin əsas məşğuliyyəti:
Heyvandarlıq və əkinçilik
Həmsərhəd olduğu kəndlər:
Məmmədxanlı, Təkdam, Köçəkli, Ərəb, Hacıtəpə, Sığıncaq və Çaxırlı
Kəndin adının mənası:
Həsənli kəndi təqribən 350 il bundan əvvəl qurulmağa başlamışdır. 2 rəy var. 1) Urmiya ətrafından gələn Həsənli tayfalarından ibarətdir. 2) Kənddə məskunlaşan ilk adamın Həsənin adı ilə adlandırılıb.
Kəndin tarixi abidələri:
Həsənli kənd Məscidi, XIX əsrin son illərində 1880-ci ildə tikilmişdir, əsaslı təmir edilib, Seyid Sadıq Məqbərəsi cəmiyyətin inanc yerinə çevrilib.
Kənddə ilk məktəbin açıldığı tarix:
Kənddə ilk məktəb ibtidai məktəb olmaqla 1936-cı ildə açılmışdır
Kəndin ilk ali təhsillisi:
Bəşirov İdris Həsən oğlu – Kənd təsərrüfatı institutunu qurtarıb, uzun müddət rəhbər vəzifələrdə işləmişdir. Əhədov Hüseynbala Maqsud oğlu – uzun müddət partiya və sovet orqanlarında işləmiş, rayon təhsil şöbəsinin müdiri vəzifəsində işləmişdir.
Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında:
Soltanov Hünər Musa oğlu (1974-1993).1993-cü ildə Ağdərə döyüşlərində şəhid olmuşdur.
Musayev Azər Ərzuman oğlu (1965-1994).1994-cü ildə mayın 8 - də Goranboy döyüşlərində yaralanmış və şəhid olmuşdur.
Orucəliyev Qurbanəli Əlibala oğlu (1974-1995).1995-ci ildə cəbhə xəttində hərbi xidməti yerinə yetirən zaman minaya düşərək şəhid olmuşdur.
Fərəcov Röyal Təşər oğlu (1992-2010) cəbhə xəttində hərbi xidməti yerinə yetirən zaman şəhid olmuşdur.
Kəndin ziyalıları haqqında:
Məmmədov Məmmədhüseyn İlyas oğlu – Elmi tədqiqat genetika institutunda elmi işlə məşğul olmuş, biologiya elmləri namizədi adını almış, uzun müddət həmin institutun həmkarlar təşkilatının sədri və partiya təşkilatının katibi olmuş seleksiy-genetke bölməsinin rəhbəri işləmişdir.
Əsədov Aslan Rəcəb oğlu (Aslan Həsənli) şair – 4 şerlər kitabı çapdan çıxmışdır. Azərbaycan Yazıçılar birliyinin üzvüdür.
Dadaşov İlham Qulam oğlu-Şair 3 şerlər kitabı çapdan çıxmışdır.
Qafarov Sudeyif Abbas oğlu – “Ənbiyyalar məclisi” adlı cildlik dini – fəlsəfi kitabı çapdan çıxmışdır.
Kəndin din xadimləri:
Məşədi Gülməmməd Nurməmməd oğlu, XVIII əsrin 90-cı illərində kənddə ilk mədrəsə açmışdır. Hacı Məmməd Manaf oğlu - 1850-1910-cu illərdə yaşamış, kənd qəbiristanlığının və məscidinin sahəsini cəmiyyətin istifadəsi üçün bağışlamışdır. Molla Abbas Qafarov - Fədai Təxəllüsü ilə qəzəl, qəsidə, mərsiyələr yazmış ,zamanın savadlı din alimi olmuş, kənddə klub və hamam onun şəxsi memarlığı və ustalığı ilə tikilmişdir.
- Ana səhifə
- Mədəniyyət və İncəsənət
- Turizm
- Təhsil
- Səhiyyə
- İdman
- Qalereya
Bölmə: : ---
Baxış: 700TARİX :26-08-2018, 19:11Xəbərlər-
Şəhid ailələri bir məkanda -“Halal süfrədə”
-
Masallıda uşaq bağçası intibahı doğrudanmı reallaşır?
-
Masallı dəyərli sənətkarını itirdi
-
Masallı. Mahmudavardakı “Xan Evi”
-
Masallı Kolleci öz şəhidlərini unutmur
-
Masallı rayonunda hansı istirahət mərkəzləri var?
-
“Masallida.az” saytının adminliyin Faiq Hüseynzadəyə etibar etdik
-
“Masallılar.az” saytı Masallida.az oldu, yaxud bu sayt “işğaldan” sonra
-
Arzu Bağırova - Niyə bu ad və soyadı eşidəndə hamının cöhrəsində xoş duyğular oyanır?
-
Masallının “Halay”ı – 60-dan artıq yaşı olan bu kollektiv haqqında bu vaxta qədər bilmədikləriniz
-
Masallıda “Qəhrəmanlar kompleksi” inşa edilir
-
Masallı. Bədəlanlı Mehdi Rzayev yenə ABŞ-da keçirilən müsabiqədə qalib oldu
-
Masallının 130 yaşlı hamamı, Seybətində Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Xan Şuşinskinin iştirak etdiyi 7 günlük toy
-
Masallı idmançısı karate idman növü üzrə Dünya üçüncüsü oldu
-
Masallı rayonda demoqrafik vəziyyət
-
Masallıda tapılan xaç işarəli qəribə daşların sirri açıldı
-
Masallı idmançısının daha bir uğuru
-
Masallıdan olan tələbələr Prezident təqaüdünə layiq görülüblər
-
Turistlər Masallının İsti su turizm və istirahət mərkəzində
-
Masallı sərbəst güləşçisi bürünc medal qazandı
1/5-
113 il əvvəl indiki Masallı rayounu ərazisində nə qədər əhali yaşayıb?
-
Masallı təhsilinin tarixindən
-
Masallı Birinci Dünya müharibəsi illərində
-
Masallı ərazisində son 180 ildə olan idarəçilik
-
3-cü hissə. Masallının sabiq rəhbəri öz kəndi haqqında-Masallının 124 yaşlı ilk təhsil ocağı, məktəb yataqxanası, N. Nərimanovun və Qori müəllimlər seminariysı məzununun Qızılağaca gəlişi, qızılıağaclı şair Nəccar
-
2-ci yazı. Masallının sabiq rəhbəri öz kəndi haqqında – tarixi abidələr, hamam, qonaq evi, liman, balıq vətəgələri
-
(1-ci yazı) Masallının sabiq rəhbəri öz kəndi haqqında -2000 il əvvəl şəhər olmuş bu günkü Qızılağac kəndi
-
Qədim Masallı - 2-ci yazı
-
Qədim Masallı (1-ci yazı) Bölgəmiz eramızın əvvəlindən Səfəvilər dövrünə qədər
-
Masallı körpüləri
1 2Facebook Səhifəmiz - Qalereya
- Ana Səhifə
- |
- Reklam
- |
- Haqqımızda/Əlaqə
- |