Alışanlı
Kəndin adı:Alışanlı
Əhalisi:
991 nəfər
Ərazisi:
398 ha
Coğrafi mövqeyi:
Masallı şəhərinin şərqində yerləşən və Düzən qara torpaq.
Əhalinin əsas məşğuliyyəti:
Keçmişdə maldarlıq, çəltikçilik və taxılçılıq, hazırda-taxılçılıq, maldarlıq və tərəvəzçilikdir.
Həmsərhəd olduğu kəndlər:
I Səmidxan, Ətçələr, Kürdəbaz, Qarğalıq, Hüseynhacılı, Öncəqala.
Kəndin adının mənası:
Əlişan adlı şəxsin adı ilə bağlıdır.
Kəndin qısa tarixçəsi:
Əlişan təxminən 250 il bundan əvvəl Şamaxı bölgəsindən köçərək bura gəlmiş, sonralar onun ətrafına başqa yerlərdən gələnlər sakin olmuşlar.
Kəndin tarixi abidəsi:
Alışanlı kənd məscidi 1992-ci ildə kənd əhalisinin vəsaiti hesabına tikilmişdir.
Kənd qəbirəstanlığı 2008-ci ildə salınmışdır. Buna qədər vəfat edənlər I Səmidxanlı kənd qəbirəstanlığında dəfn edilirdi.
Kənddə ilk məktəbin açıldığı tarix:
Kənddə ilk məktəb 1966-cı ildə ibtidai məktəb açılmışdır. Məktəbin ilk müdiri Ağayev Mikayıl Ağalı oğlu olmuşdur. Hazırda həmin məktəb ümumi orta məktəi kimi fəaliyyət göstərir.
Kəndin ilk ali təhsillisi :
Rəcov Adil Adil oğlu 1940-cı ildə anadan olmuşdur. O, V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Kimya-biologiya fakültəsini bitirmişdir. Əvvəllər Səmidxan 8 illik məktəbində müəllim, sonralar uzun müddət Alışanlı ümum orta məktəbinin direktoru işləmişdir. Hazırda təqaüdçüdür.
Kəndin ziyalıları:
1. Məmmədov Əşrəf Alışan oğlu Nəcəf şəhərində yüksək dini təhsil almış, Sovet Hakimiyyəti qurulandan sonra müxtəlif vəzifələrdə işləmiş və 1937-ci ildə Qazaxstana sürgün edilmişdir.
2. Əliyev Qulamhüseyn Abdulhüseyn oğlu 1928-ci ildə anadan olmuşdur. Şamaxıda Baytarlıq texnikumunu bitirmişdir. Qarğalıq kəndində “Varlı həyat” sovxozunda baytar həkim, direktor, rayonun Baş zootexniki, M.Ə.Sabir adına sovxozda baş həkim və rayon Aqrar Sənaye Birliyində zootexnik işləmişdir. 2013-cü ildə vəfat etmişdir.
3. Rüstəmov Həbib Xanoğlan oğlu 1959-cu ildə anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş və 1986-cı ildə həmin institutunu ibtidai hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsini bitirmişdir. Həmin ildən Şərəfə tam orta məktəbində müəllim işləmişdir. Hal-hazırda Alışanlı ümumi orta məktəbində direktor vəzifəsində işləyir.
Kəndin Milli Qəhrəman və şəhidləri barədə məlumat:
1. Şirəliyev Raci Qafil oğlu – 10 may 1974-cü ildə anadan olmuş, 22 fevral 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
2. Abbasov Vüqar Xeyrulla oğlu 28 sentyabr 1975-ci ildə anadan olmuş, 16 fevral 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
3. Əzizov Elxan Sakit oğlu 02 dekabr 1980-ci ildə anadan olmuş, Bakı Ali Ümümqoşun Komandirləri məktəbini bitirmiş, zabit olmuşdur. 01 avqust 2004-cü ildə hərbi xidmət zamanı şəhid olmuşdur.
Böyük Vətən Müharibəsində iştirak edənlər:
1. Ağayev Mikayıl Ağaəli oğlu
2. Rəcov Adıx Rəc oğlu
3. 3. Aslanıv Rəhman Fərman oğlu
4. Həsənov Əhməd Əzizəli oğlu
5. Rüstəmov Xanoğlan İsmiəli oğlu
6. Həsənov Sucayət Bayram oğlu
Kəndin dini xadimləri:
1. Abbasov Niftulla Novruz oğlu
2. Şirəliyev Qafil Adış oğlu
Kəndin ziyalıları haqqında:
1. Həsənov Akif Əhməd oğlu
2. Nəzərov Həsənbala Hümmət oğlu
3. Ağayev Ramin Mikayıl oğlu
4. Ağayeva Sevda İbrahim qızı
5. Rüstəmova Təmərrik Adil qızı
6. Abbasov Zəkəriyyə Həmdulla oğlu
7. Aslanov Əlisani Rəhman oğlu 1958-ci ildə Masallı rayonu Alışanlı kəndində anadan olmuşdur.Ali təhsilli müəllimdir.1975-1980-ci illərdə BDU-nun Fizika-riyaziyyat fakültəsini bitirmişdir.Alışanlı əsas məktəbində riyaziyyat müəllimi işləyir
Ölkədə və kənarda yaşayan kənd ziyalıları haqqında:
1. İmanov İmanxan Məhərrəm oğlu Ukrayna Respublikasının Doneçki şəhərində yaşayır.