Şərəfə
Kəndin adı:Şərəfə
Əhalisi:
2416 nəfər
Ərazisi:
766 ha
Kəndin əsas məşğuliyyəti:
Əkinçilik və heyvandarlıq
Həmsərhəd olduğu kəndlər:
Şərəfə kəndi Bala Təklə, Çaxırlı və Binə Xocavar kəndləri ilə həmsərhəddir.
Kəndin adının mənası:
Şərəf adlı bir kişinin adından götürülərək əvvəllər Şərəfabad sonralar isə Şərəfə kimi formalaşmışdır.
Kəndin tarixi abidələri:
1953-cü ildə tikilmiş Mədəniyyət evi şəxsən dahi Azərbaycan memarı Mikayıl Abdullayevin iştirakı ilə inşa edilmişdir. Kənd məscidi bünövrəsi mərhum Molla Baba Axundunun təşəbbüsü ilə 1870-ci illərə təsadüf edir. Kənd məscidi son dəfə 1990-cı ildə kənd sakinləri və xeyriyyəçilər tərəfindən yenidən bərpa edilib.
Kənddə ilk məktəbin açıldığı tarix:
Şərəfə kəndində ilk məktəb 1921-ci ilin avqust ayında Mirzə İsmayıl və Mirzə Nəzirməmməd kimi işıqlı insanların təşəbbüsü və zəhmətləri nəticəsində açılmışdır.
Kəndin ilk ali təhsillisi:
Əzimov İsmayıl Bağır oğlu
Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında:
Kərimov Valeh Qulamhüseyn oğlu 1962-ci ildə Şərəfə kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1980-1982-ci illərdə ordu sıralarında olmuş, 1984-cü ildə Xəzər Dəniz Gəmiçiliyi idarəsinə işə düzəlmişdir. 1992-ci ildə Ağdam rayonunun Sırxəvənd kəndinin azad olunmasında keçirilən əməliyyat zamanı itkin düşüb.
Xəlilov Hüsaməddin Xəlil oğlu 1961-ci ildə Şərəfə kəndində anadan olub, Şərəfə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı şəhərində texniki –peşə məktəbində təhsilini davam etdirmişdir. Yunan-roma güləşi ilə məşğul olmuş və idmanın bu növü üzrə idman ustası normasını yerinə yetirmişdir. 1993-cü il aprel ayının 8-də Ağdərədə gedən döyüşlər zamanı şəhid olmuşdur.
Böyük Vətən müharibəsində iştirak edənlər:
Şərəfə kəndindən Böyük Vətən Müharibəsində 268 nəfər iştirak etmiş və 64 nəfər həlak olmuşdur. Hal-hazırda bir nəfər Kərimov Zəki Camal oğlu yaşayır.
Kəndin ziyalıları haqqında:
Şərəfə kəndinin elmlər namizədi və elmlər doktoru bunlardır: Əzimov Mikayıl Bağır oğlu, Subhan Seyfullayev, Zamanov Fəyyaz Məzahir oğlu, Ağababayev Saday Ağadadaş oğlu, Əkbərov Mehman Əkbər oğlu, Ağayev Məmmədəli Hənnan oğlu, Nəbiyev Adil Daxıl oğlu, Xəlilov Abdul Oruc oğlu, Ələkbərov Samid Fəyyaz oğlu, Ağababayev Müşviq Saday oğlu, Həsənov İsmayıl Cəfər oğlu, Qurbanov Zəfər Cəfər oğlu,
Kəndin din xadimləri:
Molla Qənbər Axund, Molla Səməd Axund, Hacı Varid, Hacı Səlim.
Ölkədən kənarda yaşayan kənd xeyriyyəçiləri haqqında:
Biznesmen- Əkbərov Rabil Əli oğlu.
Ölkədən kənarda yaşayan kənd ziyalıları haqqında:
Ələkbərov Samid Fəyyaz oğlu tibb elmləri namizədi.
Əhmədov Qüdrət Davud oğlu- Hal-hazırda İngiltərədə BP şirkəti tərəfindən göndərilərək təhsilini davam etdirir.
Kəndin digər tanınmışları:
Mədəniyyət xadimi - Azərbaycan Teatr İnstitutunu bitirmiş Cəlilov Məzahir Həmdulla oğlu.
Biznes ilə məşğul olanlar - Əkbərov Rabil Əli oğlu, Ələkbərov Əsəd Əkbər oğlu.