Ağakişibəyli
Kəndin adı:Ağakişibəyli
Əhalisi:
1456 nəfər
Ərazisi:
365 ha
Kəndin əsas məşğuliyyəti:
Əkinçilik və heyvandarlıqdır
Kəndin adının mənası:
Ağakişibəyli kəndinin mənası cənubi Azərbaycanın Ərdəbil şəhərindən gələn “Ağakişi” adlı bir kişinin adından götürülüb. 1954-cü ildə yaranıb.
Kəndin tarixi abidələri:
Ağakişibəyli kəndində olan tarixi abidə kənd məscidi
Kənddə ilk məktəbin açıldığı tarix:
Ağakişibəyli kəndində ilk 4 illik məktəb 1920-ci ildə açılıb
Kəndin ilk ali təhsillisi:
Kərimov Baloğlan Kərim oğlu
Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında:
İsmayılov Qəhrəman Həmzə oğlu 1973-cü ildə Ağakişibəyli kəndində anadan olub.1988-ci ildə Şərəfə kənd orta məktəbin 8-ci sinfini bitirmişdir.1992-ci ilin fevralından milli ordunun tərkibində xidmət edib.1993-cü ilin yanvarın13-də Füzuli bölgəsində gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olub.
Əliquliyev Tələt Qulamhüseyn oğlu 1975-ci ildə Salyan rayonun Ballıcalı kəndində anadan olub.1982-ci ildə Şərəfə kənd orta məktəbində 1-ci sinfə getmiş,1990-cı ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir.Həmin il Prişibdə 108 saylı texniki-peşə məktəbinə daxil olub,1992- ci ildə oranı bitirib hərbi xidmətə getmişdir.1994-cü ilin yanvar ayının 4-də Beyləqanda gedən döyüşlər zamanı şəhid olmuşdur.
Böyük Vətən müharibəsində iştirak edənlər:
Ağakişibəyli kəndindən Böyük Vətən Müharibəsində 167 nəfər iştirak etmiş, 34 nəfər həlak olmuşdur.
Kəndin ziyalıları haqqında:
Ağakişibəyli kəndinin elmlər namizədi və elmlər doktoru bunlardır:Kərimov Böyükxan Fərzulla oğlu,Hüseynov Süleyman Səfər oğlu,Əsədov Arif Əlipənah oğlu.
Kəndin din xadimləri:
Məşədi Molla Nağı Əlibala oğlu
Ölkədən kənarda yaşayan kənd ziyalıları haqqında:
Rusiya Federasiyasında yaşayan Polis Polkovniki Tağıyev Rzaqulu Tağı oğlu
Polis rəisi Babayev Səbuhi Eynulla oğlu.
Kəndin digər tanınmışları:
Niftullayeva Gülgün Bayram qızı “Taekvando” üzrə Azərbaycan çempionu.