Təklə

Kəndin adı:
Təklə
Əhalisi:
1892 nəfər
Ərazisi:
1384 ha
Coğrafi mövqeyi:
Aran, Masallı rayonunun şimal-qərbində yerləşir.

Kəndin sərhədləri:
Kazımabad, Maşlıq (Cəlilabad r-nu) Mollahəsənli, Çaxırlı kəndləri (Masallı rayon)

Kəndin adının mənası:
Kərbəlayı Abdullanın adı ilə bağlıdır. Deyilənlərə görə, indiki Təklə kəndi ərazisini atla təyin edərkən at yıxılıb ölüb, çünki, böyük ərazini gəzən at dözməyib ölüb. Təklənin yaranma tarixi 1427-ci ilə təsadüf edir. Bu Anadolu Türk qolu olaraq Güney Azərbaycanda Şahın ətrafında toplaşmışlar. Sonralar 1459-cu ildə Güney Azərbaycandan Şimali Azərbaycana yığışmağa başlamışlar. Hal-hazırda Azərbaycanda 38, dünyanın bir çox ölkələrində, hətta Çində Təklə kəndi var.

Kəndin tarixi:1460-cı ildən başlayır.

Kəndin ilk ali-təhsillisi:
Əliyev Rəşid Qulam oğlu
O uzun müddət Təklə kənd orta məktəbində işləməklə Pedaqoji fəaliyyətini həmin məktəbdə başa vermişdir. R. Əliyev uşaqlara dil-ədəbiyyat fənnini tədris edib. Sonralar dünyasını dəyişib, vəvat edib.

Təklə kəndində ilk məktəb:
1937-ci ildə olub, 1950-ci ildə orta məktəb yaradılıb.

Kəndin elm adamları: 
Sadıqov Həsənbala Hənifə oğlu
Elmlər doktoru-professor, 1946-cü ildə Masallı rayonunun Təklə kəndində anadan olub, 1964-1968-ci illərdə ADU-nin tarix fakultəsini bitirib, Lenin təqaüdçüsü olub, 1968-ci ildə Gəncə Dövlət Universitetində işləyib. 1992-ci ildən tarix elmləri doktorudur. 1998-2008-ci illərdə Türkiyə Respublikasının Yüzüncü il Universitetində işləyib. 2009-cu ildən Azərbaycan Respublikasının əməkdar müəllimidir. Evlidir və iki oğlu var.

Bayramov Əli Yusif oğlu
1945-ci ildə Masallı rayonun Təklə kəndində anadan olub. ADU-nin Hüquq fakultəsini bitirib. Respublikanın müxtəlif rayonlarında rayon prokuroru və Respublika prokurorluğunda məsul vəzifələrində işləyib. Ailəlidir. Yazıçı-publisistdir. “Qızıl qələm” mükafatçısıdır

Zeynalov Zakir Nuru oğlu
1949-cu ildə Masallı rayonun Təklə kəndində anadan olub. ADU-nin Hüquq fakultəsini bitirib. Respublikanın müxtəlif rayonlarında prokuror köməkçisi işləyib. Hazırda vəkillər kollegiyasında işləyir. Ailəlidir.

Kəndin din xadimləri:
Əli Cəfərov
Masallı rayonun Təklə kəndində anadan olub. İranın Nəcəf şəhərində təhsil alıb.

Hacı Miryəhya Dənizxan oğlu Bəşirov
12.01.1966-cı ildə masallı rayonun Təklə kəndində anadan olub. Molla yanıda təhsil alıb. Kənddə dini ayinləri yerinə yetirir. Evlidir.

Hacı Mübariz İsmayıl oğlu Quliyev
13 yanvar 1966-cı ildə Masallı rayonun Təklə kəndində anadan olub. Molla yanında təhsil alıb və kənddə dini ayinləri yerinə yetirir.

Kənddə kolxoz sədri və kənd sovet sədri işləyənlər:
Qasımov Hənifə Sadıq oğlu
Masallı rayonun Təklə kəndində anadan olub. Kəndin ilk kolxoz sədri 1946-1951 ci illərdə işləyib.

Əliyev Mustafa İsa oğlu
11.05.1950-ci ildə anadan olub. Azərbaycan Neft Kimya İnstitutunu bitirib. Ərazi nümayəndəsi işləyib. Ailəlidir. Hazırda Təklə kəndində yaşayır, pensiyaçıdır.

Qarabağ Şəhidləri:
Bəşirov Elşən Dəmizxan oğlu
1973-cü ildə Masallı rayonun Təklə kəndində anadan olub. 1992-ci ildə hərbi xidmətə çağrılıb və 1993-cü ilin aprelin 02-də şəhid olub.

Cəfərov Rəfael Gülhüseyn oğlu
19 aprel 1986-cı ildə Təklə kəndində anadan olub. 2004-cü ildə hərbi xidmətə çağrılıb. 181 saylı hərbi hissədə Beyləqan rayon Hərəmi düzündə xidmət edib. 19 iyul 2005-ci ildə düşmən tərəfindən snayperlə vurulub və həlak olub.

II Dünya Müharibəsində iştirak edənlər:

Miriyev Aqil Nuralı oğlu
Dünyamalıyev Dadaş Hüseynalı oğlu
Cəfərov Bahadur Əbülfət oğlu
Zeynalov Yusif Məmməd oğlu
Savalanov Nuru Şirməmməd oğlu
Şiriyev Şiri
Feyziyev Feyzi Abdulla oğlu
Abbasov Əsgər Əli oğlu və s. vəfat etmişlər.

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az