Sığıncaq

Kəndin adı:
Sığıncaq

Əhalisi:
2087 nəfər

Ərazisi:
703 ha.
Coğrafi mövqeyi:
Aran, Masallı rayonunun şimal-qərbində yerləşir.

Kəndin əsas məşğuliyyəti:
Maldarlıq, tərəvəzçilik, kartofçuluq və taxılçılıq.

Kəndin sərhədləri:
Çaxırlı, Xoşçobanlı, Hacıtəpə, Xırmandalı və Həsənli kəndləri ilə

Kəndin adının mənası:
Pənah gətirmək, Sığıncaq mənasına uyğun olaraq, Sığıncaq, sonra isə Sığıncaq adlandırılıb. Bura qədim türk yaşayış məskənidir.

Kəndin tarixi:
Kəndin tarixinə nəzər saldıqda məlum olur ki, kəndin tarixi qədimlərə gedib çıxır. Çünki, qədim qəbrlərin üstündə at və qöç şəkli olan məzar daşları var. Sovetlər dövründə mənfur ermənilər şayə yayaraq bildiriblər ki, qoç və at heykəli olan məzardaşlarda qiymətli metallar, yəni qızıl var. Bu şayələr nəticəsində bu məzar daşları dağıdılıb. Ərazidə küp qəbilələrə təsadüf edilir. Yaşlı şəxslərin dediyinə görə kəndin əvvəli indiki Quruqoba deyilən ərazidə, sonra isə Əzimqumu deyilən yerdə olub.

Sığıncaq kəndinin ərazisi:
1878-ci ildə Bakı quberniyasına daxil olan ərazilərin xəritəsində daha dəqiq göstərilmişdir. Kəndin ərazisi sayılan Elyas qışlağının da ərazisi Sığıncaq torpağı kimi qeyd olunur. Elyas qışlağı deyilənə görə Əmənbəyin qızına verdiyi cehizdir. Elyas qışlağı 1878-ci ilin fevralında çap edilmiş Bakı quberniyasının 384 saylı sərənvamı ilə tərtib edilmişdir. Kəndin tarixi XVI-XVII əsrlərə gedib çıxır.
Xəzər dənizi sularının çəkilməsi ilə əlaqədar olaraq cənubdan, xüsusilə Ərdəbil mahalından Qocabəyli, Hacıxocalı, Qaralar, Honunlu, Obalar və Bəydili tayfaları bu əraziyə köç etmişlər. 1930-cu ilədək Lənkəran qəzasının Prişib nahiyyəsinə daxil olmuş, 1930-cu ildən Masallı rayonun inzibati vahidinədaxil edilmişdir.

Kəndin ilk ali təhsilliləri:
Kazımov Dədəkişi Lələkişi oğlu olub. Kənddə bir məktəb və bir məscid var.

Kəndin tanınmış adamları:
Əliyev Bahadır Atamalı oğlu,
1933-ci ildə masallı rayonun Sığıncaq kəndində anadan olub. İncəsənət İnstitutunu bitirib. Aktyor olub. Bir çox kinolarda maraqlı rolları oynayıb.

Kazımov Tahir Lələkişi oğlu
1957-ci ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. 1974-cü ildə Təklə kənd orta məktəbini bitirib. 1976-cı ildə ADU-nin Hüquq fakultəsinə daxil olub və 1981-ci ildə ADU-nin hüquq fakultəsini bitirib. Əvvəlcə Gəncə şəhərində müstəntiq, prokuror köməkçisi və respublika prokurorluğunda Ağır Cinayətlərə dair İdarəsinin rəisi işləyib. Hazırda Ədliyyə General-mayorudur.

Cavadov Heybət Əjdər oğlu
1962-ci ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. 1979-cu ildə Təklə kənd orta məktəbini bitirib. 1983-cü ildə AXTİ-na qəbul olub və 1988-ci ildə Azərbaycan xalq Təsərrüfatı İnstitutunu bitirib. Müxtəlif vəzifələrdə işləyib. Hazırda “AzərSu” Səhmdar Cəmiyyətinin müavini işləyir.

Abbasov Yədulla İbadulla oğlu
1949-cu ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. 1967-ci ildə Təklə orta məktəbini bitirib və elə həmin il Azərbaycan Neft Kimya Institunun Energetika fakultəsinə dail olub oranı bitirmişdir.. Yazıçı-publisistdir.

Şəmiyev Bəybala Xalıq oğlu
işinə görə Lenin Orderinə layiq görülüb. Vəfat edib.

Əhmədov Gülqədəm Nəhmət qızı
1922-ci ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. 1987-ci ildə vəfat edib. Sosialist Əməyi Qəhrəmanı olub.

Abdullayeva Xəzəngül Mahmud qızı
1960-cı ildə masallı rayonun Sığıncaq kəndində anadan olub. Azərbaycan Respublikasının deputatı olub.

Kəndin kənd soveti və kolxoz-sovxoz direktoru işləyənlər:

1.Hüseynov Abuzər Hüseyn oğlu
2.Həsənov Mürsəl
3.Tarverdiyev Abıseyn Bəhrəm
4.Rzayev Təvəkkül Xosu
5.Həsənov Əfsər Mürsəl
6.Ağayev İbadulla Yadulla


Kəndin din xadimləri:

1.Şeyx Mikayıl Ələkbər oğlu -1873-1925-ci illərdə yaşayıb
2.Şeyx Hüseynov Məhəmməd Novruz oğlu 1879-1936-ci illərdə yaşayıb
3.Hacı Şahbazov Ramil Qardaşəli oğlu – 21.09.1977-ci ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. Molla yanında təhsil alıb.
4.Hüseynov Məftun Ələkbər oğlu -19.11.1973-cü ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. İranın Qum şəhərində təhsil alıb.

Qarabağ Müharibəsi Şəhidləri:
Həsənov Fuad Sərhəd oğlu
1973-cü ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. 1992-ci ilin aprel ayında Milli Orduya çağrılıb. Gəncə batalyonunda döyüşlərdə iştirak edib. Aptek kəndinin ermənilərdən azad ediılməsində iştirak edib və bu onun son döyüşü olub. Şəhid olub.

Qarayev Məhəmməd Ağababa oğlu
10.11.1973-cü ildə Sığıncaq kəndində anadan olub. 18 yaşı tamam olanda xidmətə çağırılır və Lənkəran batolyonunda Selli, Fərrux, Qaralar, Qurançı, Şıxavənd kəndləri, Laçın kəndində döyüşlərdə iştirak edib. Qubadlı-Laçın yolunun əldə saxlanılmasında hünər göstərir. 30 sentyabr 1992-ci il onun son döyüşü olub.

Həsənov Anar Abdulhüseyn oğlu
05.10.1976-cı ildə anadan olub və 05.12.1994-cü ildə vəfat etmişdir.

II Dünya Müharibəsi iştirakçıları:

1.Yusubov Fətulla Niftulla oğlu
2.Yusubov Müzəffər Niftulla
3.Yusubov Talıb Niftulla oğlu
4.Dünyamalıyev Dünyamalı
5.Novruzov Dadaşbala
6.Məmmədov Həsən
7.İbayev Vəli
8.Qurbanov Vəliyulla Zəkulla
9.Tarıverdiyev Abıhüseyn Bəhmən
10.Hüseynov Abıhüseyn Murtuz oğlu
11.Muradov Elmalı Bəyalı oğlu
12.Həsənov İsmayıl

Sığıncaq kəndində 125 nəfər BVM-də iştirak edib. 35 nəfər həlak olub.

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az