Şatıroba

Kəndin adı: 
Şatıroba    

Əhalisi:    

1802 nəfər

Ərazisi:  
  
348 ha     

Coğrafi mövqeyi:
 
Kənd Türkoba ərazisinin şərqində Lənkaran rayonunun Qunbaşı kəndi ilə sərhəddir.

Kəndin əsas məşğuliyyəti: 
Kənd əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olur

Həmsərhəd olduğu kəndlər:
 
Şatıroba kəndi şərqdən Lənkaran rayonunun Qumbaşı kəndi, qərbdən və cənubdan Türkoba kəndi, şimaldan Qəzvinoba kəndi ilə həmsərhəddir.

Kəndin adının mənası:

Şatıroba toponiminin mənasını müxtəlif şəkildə izah etmək olar. Türklər çörək bişirən adama şatır deyirlər. Bərdə və Cəlilabad rayonlarında Şatırlı adında kəndlərin olması bu fikri təsdiq edə bilər. Şatıroba yaşayış yeri kimi təxminən 200-250 il bundan əvvəl yaranmışdır. Kənd əhalisinin fikrincə isə Şatıroba sözü bu yaşayış yerinin talış dilindəki adı olan Şatıroba sözündən yaranmışdır. Şatıroba - əyri oba deməkdir. Bu ad kəndin coğrafi şəraitinə də tam uyğundur. Ümumi obalardan - Qəzvinoba və Türkobadan yanda olduğuna görə belə adlandırılmışdır.

Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında: 

Hüseynov Səttar Muxtar oğlu 
1975-ci ildə Şatıroba kəndində anadan olmuşdur. 1993-cü ildə ordu sıralarına çağırılmış, 1994-cu ildə Tərtər rayonun Talış kəndi yaxınlığında şəhid olmuşdur. 

Əkbərov Natiq Xosrov oğlu 
1973-cü ildə Şatıroba kəndində anadan olmuşdur .1991-ci ildə ordu sıralarına çağırılmış 1994-cü ildə Ağdərə bölgəsində şəhid olmuşdur.

Böyük Vətən müharibəsində iştirak edənlər: 
Fəttayev Ağamir Möhüb oğlu 1924-cü il 01 iyun tarixində Şatıroba kəndində anadan olmuşdur.

Kəndin ziyalıları haqqında: 

Fəttayev Miri Mircəlal oğlu 
1947-ci ildə Şatıroba kəndində anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub. 1971-ci ildə ali məktəbi bitirdikdən sonra təyinatını Azərbaycan Elmlər Akademiyasına alıb. 1972-ci ildə Masallı rayon Aqrar Sənaye Birliyində, rayon Sanepidem stansiyasında çalışıb. 1974-cü ildə Aspiranturaya daxil olmuş, namizədlik dissertasiyasını müdafiə edib, 1979-cu ildə biologiya elmləri namizədi alimlik adını almışdır. “Genetika maraqlıdır” kitabının müəllifləri Qəzənfər Musayev və Miri Fəttayev olublar. 1981-ci ildə Ə. Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi çalışmışdır. 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, biologiya elmləri doktoru alimlik dərəcəsini almışdır. 1996-cı ilin mayın 7-də 49 yaşında vəfat etmişdir.

Fəttayev Fərhad Qədir oğlu 
1993-cü ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Politologiya şöbəsinə daxil olmuş, 1997-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Masallı rayon İcra Hakimiyyəti Gənclər və İdman İdarəsində təlimatçı vəzifəsizdə çalışıb. 1998-2000-ci ilin sentyabrında BDU-nun Politologiya şöbəsində Magistraturaya qəbul olub, 2000-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının fəlsəfə və ictimai-siyasi tədqiqatlar institutunun fəlsəfə və ictimai fikir tarixi şöbəsində böyük elmi işçisi vəzifəsində işləyib, sonra əyani olaraq 2003-cü ildə aspiranturanı bitirib. 2007-ci ilin oktyabrın 16-da fəlsəfə elmləri namizədi (BDU-nun müdafiə şurasında) alimlik dərəcəsinə layiq görülmüşdür. Fəlsəfə elmləri namizədi (BDU-nun müdafiə şurasında) alimlik dərəcəsində layiq görülmüşdür. Fəlsəfə elmləri namizədi, hazırda fəlsəfə doktorudur.

Kəndin digər tanınmışları: 

Səriyyə Paşa qızı Fəttayeva 
Yüksək tütün məhsulu təhvil verdiyinə görə 1947-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 
Həmin illərdə Şatırobalı briqadir Aslan Nəzərov da Lenin ordeni ilə təltif edilmişdir.  

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az