Qəzvinoba
Kəndin adı:Qəzvinoba
Əhalisi:
1126 nəfər
Ərazisi:
318 ha
Coğrafi mövqeyi:
Boradigah Lənkaran yolunun hər iki hissəsində yerləşir
Kəndin əsas məşğuliyyəti:
Kənd əhalisi əsasən kənd təsərrüfatı və ticarətlə məşğul olur
Həmsərhəd olduğu kəndlər:
Qəzvinoba kəndi cənubdan Türkoba kəndi, şimaldan Boradigah qəsəbəsi, şərqdən Şatıroba, qərbdən Tüklə ərazisi ilə həmsərhəddir.
Kəndin adının mənası:
Qəzvinoba şəffaf toponimidir. Bu yaşayış yerinin Qəzvinoba adlanması İranın Qəzvin şəhərinin bir qrup sakinlərinin rayonumuzun ərazisinə köçüb gəlməsi ilə bağlıdır. Buranın ilk sakinləri XIII əsrdə həmin şəhərdən gələn türkdilli tayfalar olmuşdur. Onların yaşadığı məhəllə cəmi 2-3 ailədən ibarət olmuşdur. Məhəllə sonra böyüdüyünə görə bütün kənd Qəzvinoba şəklində adlanmağa başlanmışdır.
Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında:
Əliyev Şöhrət Fazil oğlu
1973-cü ildə Qəzvinoba kəndində anadan olmuşdur. 1991-ci ildə ordu sıralarında çağırılmışdır. 1993-cü ildə Kəlbəcər-Ağdərə döyüşlərində itkin düşmüşdür.
Məmmədov Anar Cavad oğlu
1972-ci ildə Qəzinova kəndində anadan olmuşdur. 1994-cü ildə könüllü ordu sıralarına getmiş Murovdağ istiqamətində itkin düşmüşdür.