Yeyənkənd
Kəndin adı:Yeyənkənd
Əhalisi:
1623 nəfər
Ərazisi:
240 ha
Coğrafi mövqeyi:
Rayon mərkəzindən 7 km uzaqlıqda və Viləş çayının sol sahilində yerləşir.
Kəndin əsas məşğuliyyəti:
Tütünçülük, çəltikçilik, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik.
Həmsərhəd olduğu kəndlər:
Şimaldan Güllütəpə, şərqdən Banbaşı, qərbdən Abasbəyli, cənubdan isə Viləş çayı vasitəsi ilə Allahyarlı kəndi ilə əhatələnib.
Kəndin adının mənası:
Yegən Qızılbaş tayfa ittifaqına daxil olan törədir nəsildir. Lənkəran xanın oğlanlarından biri olan Yegan bəylə bağlıdır. Əvvəlcə Viləş çayı kənarında məskunlaşmışlar.
Kəndin tarixi abidələri:
Qara seyidin ocağı
Kənddə ilk məktəbin açıldığı tarix:
Kənddə ilk məktəb 1930-cu ildə açılmışdır.
Kəndin ilk ali təhsillisi:
Adıgözəlov Ağababa Baba oğlu
Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında:
Eyvazov Cəmil İsmayıl oğlu
Böyük Vətən müharibəsində iştirak edənlər:
Yeyənkənd kəndindən Böyük Vətən müharibəsində 57 nəfər iştirak edib. Hal-hazırda sağ qalanı yoxdur.
Kəndin ziyalıları haqqında:
Xəlilov Qeyrət Ağaverdi oğlu - Cəlilabad Diaqnostika Mərkəzinin Baş Cərrahıdır,
Nağıyev Əli Məmmədhüseyn oğlu - Zamin Bank Masallı filialının müdiridir.
Kəndin din xadimləri:
Axund Möhsün, Axund Abuzər, Əhmədov Mirhəsən Mirsəftər oğlu
Ölkədən kənarda yaşayan kənd xeyriyyəçiləri haqqında:
Məcidov Məmmədəli Zəki oğlu Xəlilov Əlizamin Ağaverdi oğlu Nağıyev Cabir Bayram oğlu
Kəndin digər tanınmışları:
Adıgözəlov Ağababa Baba oğlu - RTŞ-nin müdiri olub,
Adıgözəlov Hacıəli Oruc oğlu - biologiya elmləri namizədi Zaqatala dövlət qoruğunun direktoru olub,
Abbasov Adil Allahqulu oğlu - Masallı rayon komsomol komitəsinin I katibi olub,
Əliyev Ağahəsən Məmmədhüseyn oğlu - Masallı rayon partiya komitəsində təşkilat-təbliğat şöbəsinin müdiri olub,
Adıgözəlov Nəhməd Qurbanəli oğlu,
Yavərov Yaşar Sənan oğlu, Məmmədov Əhməd -kolxoz sədri,
Fərəcov Fəyyaz Qədir oğlu, Fərəcov İsa Ruhulla oğlu - Kənd sovetinin sədri,
Adıgözəlov Ağababa Baba oğlu - Kolxoz sədri,
Abbasov Adil Allahqulu oğlu - sovxoz direktoru,
Eynullayev Əlicavad Cəfər oğlu,
Əliyev Ağahəsən Məmmədhüseyn oğlu,Əliyev Rasif Ağahəsən oğlu, Nağıyev Barat Məmmədhüseyn oğlu, Fərəcov Fəxrəddin İzzət oğlu,
Əliyev Əlihüseyn Məmmədhüseyn oğlu - sovxoz direktoru,
Nağıyev Nasir Əliağa oğlu, Məcidov Səyyad Məcid oğlu - bələdiyyə sədri