Abasbəyli
Kəndin adı:Abasbəyli
Əhalisi:
772 nəfər
Ərazisi:
100 ha
Coğrafi mövqeyi:
Abasbəyli kəndi Viləş çayının sol sahilində yerləşir.
Kəndin əsas məşğuliyyəti:
Tütünçülük, çəltikçilik, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik.
Həmsərhəd olduğu kəndlər:
Şərqdən Yeyənkənd, şimaldan Güllütəpə, cənubdan Allahyarlı və qərbdən Xəlfələr kəndi ilə həmsərhəddir.
Kəndin adının mənası:
Abasbəyli kəndi-nəsil adıdır. Lənkəran xanın oğludur. Abasbəyin adı ilə bağlıdır. Abasbəyin burada torpağı olmuşdur və məskunlaşmışdır.
Kəndin ilk ali təhsillisi:
Paşayev Əhmədbəy Paşa oğlu
Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında:
İsmayılov Ərzuman Əlizamin oğlu
Kəndin ziyalıları haqqında:
Teymurov İmaməddin Qardaşəli oğlu
Kəndin din xadimləri:
Babayev Zakir Məmmədağa oğlu
Ölkədən kənarda yaşayan kənd ziyalıları haqqında:
Əhədzadə Sübhan Kamran oğlu. Azərbaycanın Tatarıstandakı diasporasının sədri
Teymurov Üzeyir Məhrəməli oğlu
Kəndin digər tanınmışları:
Teymurov Məhrəməli Malik oğlu, Teymurov İmaməddin Qardaşəli oğlu