Xəlfələr
Kəndin adı:Xəlfələr
Əhalisi:
735 nəfər
Ərazisi:
270 ha
Coğrafi mövqeyi:
Xəlfələr kəndi Viləş çayının sol sahilində yerləşir.
Kəndin əsas məşğuliyyəti:
Tütünçülük, çəltikçilik, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik.
Həmsərhəd olduğu kəndlər:
Şərqdən Abasbəyli, şimaldan Tatyan, qərbdən Viləşçay su dəryaçası və cənubdan Qəriblər kəndləri ilə əhatələnib.
Kəndin adının mənası:
Xəlfələr kəndinin keçmiş adı Milli Xəlfələr olmuşdur. Şahsevənlərə mənsub Xəlfəli nəslinin burada məskunlaşması nəticəsində yaranmışdır.
Kəndin ilk ali təhsillisi:
Sadıqov Şakir Əmiş oğlu
Kəndin ziyalıları haqqında:
Nurullayev Ramiz Vəliş oğlu. Biləsuvar rayon məhkəməsinin hakimi.
Ölkədən kənarda yaşayan kənd ziyalıları haqqında:
Allahverdiyev Vəlixan Ağaxan oğlu – Rusiya federasiyası Kazan şəhəri
Kəndin digər tanınmışları:
Xəmmədli Əmrah Göyüş oğlu,
Hüseynov Tofiq Qəyyum oğlu,
Sadıqov Şakir Əmiş oğlu,
Babayev Əhməd Ağaxan oğlu,
Xosiyev Sakit Eldar oğlu.