Kəndin adı: 
Dəlləkoba kəndi

Əhalisi: 
1479 nəfər

Ərazisi: 
314,13 hektar

Coğrafi mövqeyi: 
Dəlləkoba kəndi Talış dağları ilə Xəzər dənizi arasında Masallı rayonun Ərkivan-Boradigah-Rüdəkənar şosse yolunun üstündə yerləşir. Rayon mərkəzindən 5-6 km aralıdır. Şosse yolu kəndi iki hissəyə bölür: Şərq hissə məzə sahəsi adlanır, əsasən çökəklik və düzənlikdir. Qərb hissə bandaro (dağ yolu) adlanır. Bu ərazi nisbətən hündürdür, əsasən təpəliklərdən ibarətdir. 

Kənddəkilərin əsas məşğuliyyəti: 
Heyvandarlıq, taxılçılıq və ticarət kəndin əsas məşğuliyyət sahələridir.

Həmsərhəd olduğu kəndlər: 
Dəlləkoba kəndi şimaldan Ərkivan qəsəbəsinin ərazisi, Molla Yusifli və Lürən kəndləri ilə, cənubdan və şərqdən Qızılavar kəndinin ərazisi ilə, qərbdən Bala Kolatan kəndi ilə həmsərhəddir.

Kəndin adının mənası: 
Dəlləkoba (Dəlokbə) adı əsasən sənətkarlıqla (bərbər, dəllək) bağlı olmuşdur. Qonşu kəndlərin dəlləyə olan ehtiyacını bu kəndin sənətkarları - dəlləkləri ödəmişlər. Bu kəndin çoxlu dəlləyi olduğuna görə kənd Dəlləkoba adlandırılmışdır.

Kəndin tarixi abidələri:
Dəlləkoba məscidi - XIX əsrə aid abidədir, hazırda yenidən qurulub.
2. Şabanın evi - 150 ilə qədər yaşı var. məşhur usta Şaban özü tikib.
3. Butə-Kəlbi Kulət - kurqandır.

Kənddə ilk məktəbin açılması: 
Kənddə ilk dəfə 1940-ci illərdə yaşlı kişi və qadınlar üçün iki sinifli ibtidai məktəb fəaliyyət başladı. Bu məktəb fermanın sağıcılar evindəki iki otaqdan ibarət idi. 

E. Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəb binası. 1964-cü ildə tikilib.

Kəndin ilk ali təhsillisi:
İsmayilov İsrafil Cəbrayıl oğlu 
1934-cu ildə Masallı rayonunun Dəlləkoba kəndində dindar bir ailədə anadan olmuşdur. Bədəlan kənd orta məktəbini bitirmişdir. 1956-cı ildə Gəncə şəhərində Azerbaycan Kənd Təsərüfatı İnstitunun baytarlıq fakültəsini bitirmişdir. 1963-cü ilə kimi rayonun baytarlıq təsərrüfatlarında müxtəlif vəzifələrdə calışıb. Rayon baytarlıq müalicəxanasının müdiri, Dövlət damazlıq və süni mayalanma stansiyasının və M. F. Axundov adına kolxozun sədri vəzifəsində işləmişdir. 1963-cü ildə Masallı Rayon Zəhmətkeş Deputatları soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli cəkilib 1971-ci ilədək bu məsul vəzifədə calışmışdır. 1971-ci ildən ömrünün sonunadək rayondakı quşculuq-inkubator stansiyasının direktoru olmuşdur. Böyük təqva sahibi olan İsrafil İsmayilov Məşhəd, Kərbala və iki dəfə müqəddəs Həcc ziyarətində olmuşdur. Səkkiz övlad atası olmuşdur. 2008-ci ildə vəfat etmişdir.

Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında: 
Heybətov Elşən Əliabbas oğlu 
01 mart 1975-ci ildə Masallı rayonun Dəlləkoba kəndində annadan olmuşdur. Dəlləkoba kənd orta ümumtəhsil məktəbini və Ə. Mirzəyev adına Qızılavar kənd tam orta məktəbini bitirmişdir. 1993-cü ildə hərbi xidmətə çağırılımışdır. Onun döyüş yolu Şişqayadan başladı. Özünün həyatını dəfələrlə təhlükəyə ataraq döyüş dostlarını xilas etmişdir. 1994-cü il yanvarın 17-də Şişqaya uğrunda qanlı döyüş gedirdi. Elşən Heybətovun daxil olduğu dəstə mühasirəyə düşsə də quduz düşməmnə layiqli müqavimət göstərmişlər. Elşən Heybətov 1994-cü ilin fevralında Fizuli rayonunda Şişqaya uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuşdur. Subay idi. Dəlləkoba kənd qəbiristanlığında dəfn olunmuşdur. Hazırda Dəlləkoba kənd orta ümumtəhsil məktəbi onun adını daşıyır. 

Böyük Vətən müharibəsində iştirak edənlər: 81 nəfər
Həlak olanlar: 52 nəfər
Sağ qalanlar: Yoxdur

Kəndin din xadimləri: 
Molla Rza Şaban oğlu Məmmədov 
Ərdəbildə Mirzə İbrahim Mədrəsəsində təhsil almış və 10 il orada işləmişdir. Kəndə qayıtdıqdan sonra evində dini dərs demişdir. Çoxlu tələbələri olmuşdur. 1920-ci illərin axırlarında vəfat etmişdir. 
Molla Mirəziz 
XX əsrin əvvələrində evində mədrəsə açmış və orada dini dərs demişdir. Məşhur rozaxan olmuşdur. 
Molla Şəkur Mikayıl oğlu 
1920-ci illərdə İrana təhsil almağa getmişdir. Sərhəd bağlandıqdan sonra orada qalmışdır. Qum şəhərində mədrəsədə dərs demişdir. Orada yaşayıb vəfat etmişdir. İki oğlu və bir qızı var. 
Molla Mirəkbər Cavad oğlu Cavadov.
Molla Hüseynəli Qurban oğlu Hüseynov.
Molla Müzəffər Cəbrayıl oğlu Qurbanov.
.1941-ci ildə Masallı rayonun Dəlləkoba kəndində anadan olmuşdur. Bakı Yeyinti Sənaye İnstitunu bitirmişdir. Ticarət təşkilatlarinda, çay fabriklərində və rayon ASB-də sənaye şöbəsinin müdiri, Bakı İslam Universitetində müəllim işləmişdir. Azerbaycan İslam Partiyasının sədri olmuşdur. 1991-ci ildə Məşhəd, 1995-ci ildə Kərbala, 1992-ci ildə Həcc ziyarətinədə olmuşdur. 2004-cü ildə vəfat etmişdir. 3 oğul 2 qız böyüdüb tərbiyə etmişdir.
Molla Cəbrayıl İsmayıl oğlu Qurbanov 
Ərdəbildə Mirzə İbrahim mədrəsəsində təhsil almışdır. Azerbaycanın cənub bölgəsində dinin inkişafında böyuk xidməti olmuşdur. 1945-1950-ci illərdə Dəlləkoba kəndində M.F.Axundov adına kolxozun sədri işləmişdir.

Kəndin digər tanınmışları: 
Hüseynov Həsənağa Hüseynəli oğlu Kənd təsərrüfatı elmlər namizədi. 
Qurbanova Şəhla Müzəffər qızı - Tarix elmlər namizədi. 
Rahilə Həşimova - Tibbi elmlər namizədi, Tibb universitetinin dosenti. 
Qurbanov Şair Xalıq oğlu - Tibb elmlər doktoru, professor. Səhiyyə Nazirliyinin Taun əleyhinə stansiyasının direktor müavini.
Qurbanov Tahir Xalıq oğlu – həkim, şair. 
1947-ci ildə Masallı rayonun Dəlləkoba kəndində anadan olmuşdur. Tatyan ibtidai məktəbini Qızılavar kənd ümumi orta məktəbini və Bədəlan kənd tam orta məktəbini bitirmişdir. 1965-1971-ci illərdə ADTU-də təhsil almışdır. 1971-1973-cü illərdə hərbi həkim kimi hərbi xidmətdə olmuşdur. 1973-1988-ci illərdə Akademik Cavadzadənin klinikasında şöbə müdiri, Respublika xəstəxanasında reanimasiya şöbəsinin müdiri işləmişdir.1988-ci ildən ömrünün sonuna kimi Müdafiə Nazirliyinin Baş Anestoloji Mərkəzinin və reanimasiya şöbəsinin rəisi işləmişdir.Tibb xidməti polkovniki idi. O, Qarabağ müharibəsinin fəal iştirakçısı olmuş, erməni qəsbkarlarının hücumuna məruz qalan Şuşa şəhərindən sonuncu çıxanlardan biri olmuşdur. Tahir Qurbanov əsl şair idi.Orta məktəb illərindən mətbuatda şeirləri çap olunurdu. Şairlərdən A.Əlizadə, M.Araz, M.Kazım, S.Rüstəmxanlı, N.Kəsəmənli, Ç.Əlioğlu, Ş.Aslan və başqaları onun dostları idi. Tahir Xalıq oğlu Qurbanov 2003-cü ildə vəfat etmişdir. Bir oğlu, bir qızı vardı.

İsmayılov İsrafil Cəbrayıl oğlu 
1934-cu ildə Masallı rayonunun Dəlləkoba kəndində dindar bir ailədə anadan olmuşdur. Bədəlan kənd orta məktəbini bitirmişdir. 1956-cı ildə Gəncə şəhərində Azerbaycan Kənd Təsərüfatı İnstitunun baytarlıq fakültəsini bitirmişdir. 1963-cü ilə kimi rayonun baytarlıq təsərrüfatlarında müxtəlif vəzifələrdə calışıb. Rayon baytarlıq müalicəxanasının müdiri, Dövlət damazlıq və süni mayalanma stansiyasının və M. F. Axundov adına kolxozun sədri vəzifəsində işləmişdir. 1963-1971-ci illərdə Masallı rayon Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə komitəsinin sədri işləmişdir. 1971-ci ildən ömrünün sonunadək rayondakı quşculuq-inkubator stansiyasının direktoru olmuşdur. Böyük təqva sahibi olan İsrafil İsmayilov Məşhəd, Kərbala və iki dəfə müqəddəs Həcc ziyarətində olmuşdur. Səkkiz övlad atası olmuşdur. 2008-ci ildə vəfat etmişdir.

Məmmədov Yusif Əli oğlu 
20 may 1947-ci ildə Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. 1964-cü ildə orta məktəbi bitirdikdən sonra Masallı rayon Dövlət Statistika Müfəttişliyində statist kimi əmək fəaliyyətinə başlamışdır. 1965-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Kənd Təsərrüfatı Akademiyası) meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinə daxil olub, 1971-ci ildə həmin institutu bitirmişdir. 1970-1971-ci illərdə Masallı rayonunun M.F.Axundov adına sovxozunda aqronom işləmişdir. 1971-1972-ci illərdə Sovet Ordusu sıralarına xidmət etmişdir. 1972-1980-cı illərdə Masallı rayununun M.F.Axundaov adına sovxozunda aqronom işləmişdir. 1980-1987-ci illərdə Masallı rayon partiya komitəsində təlimatçı, şöbəmüdüri, katibi və II katib vəzifələrində işləmişdir. 1987-1990-cı illərdə Yardımlı rayon Partiya Komitəsinin birinci katibi işləmişdir. 1991-ci ildən hal-hazlra kimi Masallı rayon Məşğulluq Mərkəzində direktor işləyir. Bakı Ali Partiya Məktəbini qiyabi bitirmişdir.

Qurbanov Mahir Xalıq oğlu 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərpoçt MMC-nin Masallı Poçt Filialının rəisi.

İsmayılov Əlvan İsrafil oğlu 
1978-1979-cu illərdə Bakı şəhər daxili işlər idarəsində işləyib. Astara rayon sabiq polis rəisi. Polkovnikdir. 
Ismayılov Qılman Israfil oğlu 
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinin Auditi Baş İdarəsinin Baş Dövlət Vergi müfəttişi. 
Həşimov Əşrəf Əbülfəz oğlu 
Astara rayon Məhkəməsinin sabiq sədri. Hüquqşünas. 
Quliyev Ramiz Müslim oğlu 
1 № li İslah Əmək Koloniyasının sabiq rəisi. 
Qurbanov Subahir xalıq oğlu 
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarənin rəisi, general-mayor. 
Qurbanov Şair Xalıq oğlu 
Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının direktor müavini, Tibb elmləri doktoru, professor. 
Rahilə Həsənova 
Tibb Universitetinin dosenti, Tibb elmləri namizədi. 
Hüseynov Həsənağa Hüseynəli oğlu 
Lənkəran Rayonlararası Yer quruluşu idarəsinin mühəndisi. Kənd təsərrüfatı elmləri namizədi.
İbadov Səxavət Murtuz oğlu 
Respublika Tibbi Sosial – Ekspert Mərkəzinin sədr müavini. 
İbadov Mustafa Murtuz oğlu 
10 saylı zona Tibbi Sosial – Ekspert Komissiyasının sədri. 
Rəhimli Muxtar Əbülfəz oğlu 
Masallı rayon Partiya Komitəsində təlimatçı, Təzə Alvadı kəndində sovxoz direktoru, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsində məsləhətçi. Qənbərov Akif Mütəllim oğlu 
Milli Məclis katibliyinin işçisi. 
Həmidov Sakit Qiyas oğlu 
1945-ci ildə Dəlləkoba kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Həmkarlar Təşkilatı Maliyyə idarəsi rəisi vəzifəsində işləmişdir. 
Şahbazov Sərhəd Qasım oğlu 
1960-cı ildə anadan olmuşdur.Lənkəran Hava Limanında Polis məntəqəsinin rəisi təyin edilmişdir. 1999-cu ildə vəfat etmişdir. 
Qurbanov Xalıq İsmayıl oğlu 
Dəlləkoba kəndin tanımış adamlarından biri olmuşdur. O, 1923-cü ildə Masallı rayonu Qızılavar kəndində anadan olmuşdur. 1933-cü ildə Qızılavar kənd ibtidai məktəbinə daxil olur, 1937-ci ildə təhsilini Bədəlan kənd orta məktəbində davam etdirir. 1942-ci ildə səkkizinci sinfi bitirdikdən sonra könüllü şəkildə alman faşizminə qarşı II Dünya müharibəsi cəbhələrinə getmişdir. 1944-cü il mayın 5-də müharibə əlili kimi ordudan tərxis olunub arxa cəbhəyə yola salınmışdır. 1945-ci ildə Masallı şəhərində təşkil olunmuş üç ayliq mühasiblik kursunu bitirir. 1953-1955-ci illərdə Masallı axşam fəhlə-kəndli gənclər orta məktəbində təhsil alır. 1955-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Zootexnik fakultəsinə daxil olmuş. 1962-ci ildə bu ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. O, rayonun Qədirli (1945-1946), Bədəlan (1946-1947, 19559-1962), Ərkivan (1947-1950), Tatyan (1950-1955), Qızılavar (1955-1959) kolxozlarında baş mühasib vəzifələrində işləmişdir. 1962-1964-ci illərdə Bədəlan kəndində kolxoz sədri işləmişdir. X.Qurbanob 1964-cü ildən 1992-ci ilə kimi M.F.Axundov adına sovxoz sədri işləmişdir. Onun rəhbərliyi dövründə M.F.Axundov adına sovxoz dəfələrlə Sov.İKP MK-nın, SSRİ Nazirlər sovetinin, Azərbaycan KP MK-nın, Respublika Nazirlər sovetinin, Həmkərlar İttifaqı və komsomolun keçici Qırmızı Bayraqlarını almış, SSRİ kənd Təsərrüfatı Nazirliyinin xatirə bayrağına, SSRİ xalq Təsərrüfatı sərgisinin Qızıl medalna fəxri fərmanlarına və mükafatlarına layiq görülmüş, rayonda hər il keçirilən “Məhsul Bayramlarının” fəallarından olmuşdur. “Döyüş şöhrəti”, “ Birinci dərəcəli Vətən Müharibəsi”, “İkinci dərəcəli Vətən Müharibəsi”, “Şərəf nişanı”, “Qırmızı bayraq”, “Xalqlar dostluğu”, “ Qırmızı əmək bayrağı”, “Oktyabr inqilabı” ordenlərinə, “Lenin yubleyi”, “Əmək igidliyinə görə”, “Qafqaz müdafiəsinə görə” medallarına, həmçinin Böyük Vətən müharibəsinin 10, 20, 30, 40, 50- illik yubleyləri medallar, fəxri döş nişanları ilə təltif olunmuş, saysız-hesabsız fəxri fərmanlar, qöymətli hədiyyələr layiq görülmüşdür. O Rayon Partiya komitəsinin planının üzvü Rayon sovetinin deputatı və Rayon icraiyyə komitəsinin üzvü olmuşdur. 1999-cu ildə vəfat etmişdir.
Paşayev Azadxan Qardaşxan oğlu 
Əməkdar müəllim
İslamov Samit Yusif oğlu
Ə.Mirzəyev adına Qızılavar kənd tam orta məktəbin direktoru. 1960-cı ilin avqustun 23-də masallı rayonun Ərkivan kəndində anadan olmuşdur. 1962-ci ildə ailələri ilə birlikdə Qızılavar kəndinə köçmüşdür. 1977-1978-ci illərdə M.F.Axundov adına sovxozda fəhlə işləmiş, 1978 - 1983-cü illərdə M. F. Axundov adına APRDƏİ-da ali təhsil almışdır. 1983-1987-ci illərdə C.Cabbarlı adına Ərkivan kənd orta məktəbində təyinatla müəllim işləmişdir. 1987-1997-ci illərdə Ə.Heybətov adına Dəlləkoba kənd əsas məktəbində əvvəl müəllim və son bir ildə isə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 1997-ci ilin aprel ayının 17-də Ə.Mirzəyev adına Qızılavar kənd tam orta məktəbinə direktor təyin olunmuşdur. 1999-2000-ci illərdə 71 saylı Masallı kənd seçki dairəsinin üzvü olmuşdur. XII müəllimlər qurultayının üzvü, uzun illər Masallı RTŞ-nin Şura üzvü olmuşdur. 2000-ci ildən YAP-ın üzvüdür. Ailəlidir. Bir oğlu, üç qızı vardır. 
Məmmədov Əhməd Rza oğlu
1924-cü ildə Masallı rayonun Qızılavar kəndində anadan olmuşdur. 1934-cü ildə Qızılavar kənd ibtidai məktəbini 1941-ci ildə Bədəlan kənd orta məktəbini bitirmişdir. 1942-1945-ci illərdə Dəlləkoba kənd M.F.Axundov adına kolxozunda briqadir işləmişdir. 1945-ci ildən müəllimlik fəaliyyətinə başlamış, rayonun bir sira məktəblərində müəllim, həm də ictimai əsaslarla komsomol təşkilatı katibi işləmişdir. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1962-1990-cı illərdə Qızılavar kəndində yoldaşlıq kənd məhkəməsinin sədri işləmişdir. 1965-ci ildə kommunist partiyasına daxil olmuşdur. 1984-cü ildə qocalığa görə pensiyaya çıxmışdır. El ağsaqqalıdır. İşlədiyi kollektivin sevimlisidir.

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az