Hüseynhacılı
Kəndin adı:Hüseynhacılı
Əhalisi:
1226 nəfər
Ərazisi:
595 ha
Coğrafi mövqeyi:
düzənlik sahədə yerləşir.
Kənddəkilərin əsas məşğuliyyəti:
əkinçilik və maldarlıq
Həmsərhəd olduğu kəndlər:
Kalinovka, Öncəqala, 1-ci Yeddioymaq, Xallıcalı, Qasımlı, Alışanlı kəndləri və Viləş çayı ilə həmsərhəddir.
Kəndin adının mənası:
Burda ilk məskən salmış, Həcc ziyarətində olmuş Hüseyn adlı şəxsin şərəfinə qoyulub.
Kəndin qısa tarixçəsi:
Təxminən 450 il bundan əvvəl Hüseyn adında bir şəxs burda məskən salıb, sonralar Həcc ziyarətinə gedib-qayıtdıqdan sonra, kənd onun şərəfinə belə adlanıb
Kənddə ilk məktəbin açılması:
Təxminən 1930-cu ildə.
Kəndin ilk ali təhsillisi haqqında məlumat:
Teymurov Sabir İsmayıl oğlu
Kəndin elmlər namizədi:
Cəfərov Cavid Ağalar oğlu
Tarix Üzrə Fəlsəfə Doktoru 1982-ci il yanvar ayının 28-də Masallı rayonunun Hüseynhacılı kəndində anadan olub. Elə həmin ildə ailəsi ilə birlikdə Bakıya köçüb. 1999-cu ildə Bakı şəhər 49 saylı orta məktəbi yüksək qiymətlərlə bitirərək Bakı Dövlət Universitetinə daxil olub. Ali təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra, 2003-cü ildə magistraturaya qəbul olunub. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışır. Elmi işçi (AMEA İTİ, MEK), baş mütəxəssis, şöbə müdiri vəzifələrini icra edib. Hazırda Beynəlxalq əlaqələr və İKT üzrə direktor müavini (AMEA Elmi İnformasiya Mərkəzi-MEK) vəzifəsində çalışır. AMEA-nın müxbir üzvü, t.ü.f.d., professor R. Əliquliyev və AMEA MEK-in direktoru, f.ü.e.d., professor A.Əliyeva-Kəngərlinin rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edib. Tarix üzrə fəlsəfə doktorudur. 2 monoqrafiya, 40-dan artıq elmi məqalənin müəllifidir. 14 məqaləsi ingilis, italyan, fransız, rus dillərində nüfuzlu xarici elmi jurnallarda nəşr olunub. ABŞ, Fransa, İtaliya, Almaniya, Çex Respublikası, Tunis, Rusiya, Türkiyə və başqa ölkələrdə təşkil olunan beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış edib. 2005-2008-ci illərdə ictimai əsaslarla İctimai Televiziya və Radio Yayımları şirkətində “Rəqəmsal dünya” verilişinin aparıcısı və AR Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin mətbuat xidmətində redaktor kimi fəaliyyət göstərib. 2008-ci ildən “Proqres” nəşriyyatının direktoru, 2009-cu ildən isə “Beynəlxalq Elmi Araşdırmalar Jurnalı”nın (International Journal of Academic Research) baş redaktorudur. Eyni zamanda, İtaliyanın Bolonya Universitetinin “Conservation Science in Cultural Heritage” və Lissabon Universitetinin “International Journal of Latest Trends in Finance and Economic Sciences” jurnallarının redaksiya heyətinin üzvüdür. 2012-ci ildə ABŞ-ın ALA və LITA Assosiasiyalarına tamhüququqlu üzv seçilib. Hazırda İ.Fyodorov adına MDPU-da ikinci ali təhsil alır. İngilis, rus, türk dillərini bilir. Ailəlidir. İki övladı var.
Kəndin Qarabağ şəhidləri:
Tapdıqov Niyaməddin Rəcəb oğlu
(1977-1997)- 08 iyun 1977- ci ildə Masallı rayonunun Hüseynhacılı kəndində anadan olmuşdur. 1981- ci ildə doğulduğu kənd məktəbinin birinci sinfinə daxil olub, iyun 1992- ci ildə doqquzuncu sinfi bitirib. 1992-ci ildə Kalinovka orta məktəbinin 10-11ıci siniflərində oxuyub. 1994-cü ildə Kalinovka orta məktəbini bitirmişdir. 1995-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Dəfələrlə Qazax rayonu istiqamətində gedən qanlı döyüşlərdə şücaət göstərən cəsur əsgər mənfur düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv etmişdir. O, 21 fevral 1997-ci ildə qəhrəmancasına həlak olmuşdur. Subay idi.
"Onlar Masallıdandır" saytına təqdim etdi:
Əlihuseyn Şukurov.
[email protected]