Masallı tarixinin güzgüsü 1952-ci ildən rayonun Hişkədərə kəndində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyidir. Muzeyin palentologiya, etnoqrafiya, numizmatika, arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanmışdır. Rayonun ƏrkivanHişkədərəBoradigahTatyanHacıtəpəŞəhriyarXırmandalıMahmudavarBambaşıÇaxırlıƏrəbQızılağacQəriblərÖncəqalaKöhnə Alvadı kəndlərinin yaxınlığında qədim şəhər, qala kurqanı, türbə məqbərə yerləri aşkar edilmişdir.Bu ərazilərdən tunc, dəmir, antik və orta əsrlər dövrünə aid xeyli miqdarda maddi-mədəniyyət nümunələri toplanmışdır. Bütün bunlar Masallı (Hişkədərə) Tarix-Diyarşünaslıq muzeyində mühafizə olunur. Muzeyin yaradıcısı mərhum əməkdar müəllim Rəhim Tağıyev olmuşdur.
Masallı ərazisi 168 qədim, sirli abidələr, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar, məskənidir. Bunlardan 51-i tarix və memarlıq, 70-i arxeloji, qalanları isə XX əsr abidələridir.
Masallı rayonunda aşağıdakı tarixi və memarlıq incəsənət abidələri mövcuddur

  1. XIV əsrə aid Hişkədərə kəndində Nəzirə Xanım türbəsi;
  2. III – IX əsrlərə aid Mahmudavar kəndində yaşayış yeri arxeoloji abidə;
  3. IX – X əsrlərə aid "Ərkivan qalası";
  4. Orta əsrlərə aid Qarğalıq ərazisində Şəhriyar yaşayış yeri;
  5. XIX əsrə aid Masallı şəhər Cümə məscidi;
  6. XIX əsrə aid Boradigah məscidi;
  7. XIX əsrə aid Qızılavar məscidi;
  8. XIX əsrə aid Masallı şəhərində hamam;
  9. XIX əsrə aid Güllütəpə kəndində Əmir türbəsi;
  10. XIX əsrə aid Ərkivan kəndində Mehti bulağı;
  11. VII əsrə aid Sığdaş kəndində Mürsəli ocağı;
  12. XVI əsrə aid Mahmudavar kəndində Baba Seyidağa türbəsi;
  13. XIX əsrə aid Şıxlar, Qodman, Mahmudavar, Yeddioymaq və Hüseynhacılı kəndlərində dağ-qoç fiquru;
  14. Tunc dövrünə aid Hişkədərə kəndində Qaraxantəpə, Qoşatəpə, Allahqulutəpə və Mirzətəpə kurqanları;
  15. Tunc və Dəmir dövrlərinə aid Təzə Alvadı kəndində Məmmədtəpə, İstiottəpə, Alıtəpə kurqanları;
  16. XXI əsrə dair Ərkivan kəndində Mir Seyid Sadiq Ağa məqbərəsi;
  17. Hişkədərə kəndində iyirmi minə yaxın eksponatı olan Tarix-Diyarşünaslıq muzeyi;
  18. Orta əsrlərə dair Ninəlov kəndində Səhhət qalası;indidə səhət qalasının daş qalıqları qalmaqdadır Ninəlov kəndi özü XIII-XIV əsrlərdə salınıb
  19. XX əsrə dair Ərkivan kəndində Şəhsəfi bulağı;
  20. XIX əsrə aid Şərəfə məscidi və hamamı ;
  21. Tunc dövrünə aid Şərəfə kurqanı.

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az