Masallı  təhsili haqqında  məlumat:

            Ölkə iqtisadiyyatının inkişaf tempinə uyğun olaraq dövlətimizin təhsilə yüksək qayğısı, təhsil müəssisələrinin yenidən qurulması texniki tədris vasitələri və avadanlıqlarla təminatına dair qəbul olynmuş proqramlar Masallı təhsilinə də öz təsirini göstərmişdir.
            Masallı rayonu 1930-cu ildə inzibati rayon kimi müəyyən edilsə də bu bölgədə təhsil ocaqları daha qədim vaxtlara təsadüf edir. Masallıda ilk məktəbin açılma tarixi 28.10.1860-cı ildə Nikolayevka – indiki Viləş və 1896-cı ildə Qızılağac kəndində olmuşdur.
Hazırda 2018-2019-cu  tədris ilində Masallı rayonunda 95 ümumtəhsil məktəbi, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Ümumi təhsil  məktəblərin 66-i  tam orta, 26-si ümumi  orta, 3-ü ibtidaidir.  dərs ilində məktəblərimizdə təhsil almış 30216 şagirdin təlim-tərbiyəsi ilə 2611  müəllim məşğul olmuşdur. Onların 1701 nəfəri ali təhsilli, 910  nəfəri orta ixtisas təhsillidir. 94 ümumtəhsil məktəbində dərslər Azərbaycan dilində, 1 məktəbdə isə Azərbaycan və rus dillərində aparılır.
Masallı rayon Təhsil Şöbəsinin əhatə etdiyi təhsil müəssisələrinin qısa mənzərəsi belədir:
S/sKateqoriyalarSay
1Ümumtəhsil məktəblərinin sayı95
2İbtidai məktəblər:3
3Ümumi orta məktəblər26
4Tam orta məktəblər66
5Sinif komplektlərinin cəmi:1507
6Hazırlıq qrupları144
7 I-IV siniflər:660
8V-IX siniflər:702
9X-XI siniflər:158
10Şagirdlərin sayı- Cəmi:30216
11Hazırlıq qruplarında :2453
12I-IV siniflərində:12396
13V-IX  siniflərində:12552
14X-XI siniflərdə:2800
15I siniflərə qəbul3070
16X siniflərə qəbul1337
17Fərdi təhsil alanlar30
18Məktəbdənkənar müəssisələrin cəmi:2
 
 Hazırda rayon Təhsil Şöbəsində və 87 məktəbdə internetə çıxış yaradılmışdır.
 2018-2019-cu dərs ilinə hərtərəfli hazırlıqla başlanılmış, onun ilk günlərindən təlimin keyfiyyəti, şagirdlərin vətəndaşlıq ruhunda tərbiyəsi ön plana çəkilmişdir. Dərs ili ərzində rayonun 95 ümumtəhsil məktəblərində (66 orta, 26 ümumi orta və 3 ibtidai) I siniflərə 3070 nəfər, X siniflərə isə 1337 nəfər şagird qəbul edilmiş  İlin  sonunda qalmış 1310  şagirddən   1283 məzun test imtahanında iştirak etmiş və tam orta təhsil haqqında attestat almışlar. XI siniflər üzrə 27  şagird imtahanda iştirak etməmişdir IX siniflər üzrə 2222  nəfər şagird test imtahanına buraxılmış ,bunlardan  2189  nəfəri imtahanda iştirak etmiş və hamısına ümumi orta təhsil haqqında attestat verilmişdir. 33 nəfər imtahanda iştirak etməmişdir ki,onlardan 7  nəfərinin (imtahanların I  mərhələsində iştirak  etməyənlərin)  sentyabr ayının  8-də  keçiriləcək  3-cü  təkrar  imtahanda  iştirak  etmək  imkanları  vardır.
Məktəblərin hamısında pedaqoji kadrlarla təminat, onlarla işin təşkili,  ixtisaslarının təkmilləşdirilməsi diqqət mərkəzində olmuşdur. 88 nəfər Təhsil Nazirliyində test imtahanından keçərək ehtiyaclara görə ixtisasları üzrə məktəblərə  müddətsiz  müqavilə  ilə müəllim təyin edilmişlər,. 90 nəfər isə 1(bir) illik müqavilə əsasında Təhsil Nazirliyinin xətti ilə məktəblərə müəllim göndərilmişlər. Kənd yerlərində və pedaqoji kadrlara ehtiyac olan məktəblərdə  gənc kadrlarla işin yaxşılaşdırılması və onların məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamından irəli gələn vəzifələrin uğurlu həlli üçün məqsədyönlü iş aparılır.
Məktəblərin dərsliklərlə təminatına xüsusi ilə diqqət verilmişdir. Kitabxana fondunda 516633  ədəd kitab  var . Onlardan  185799 ədəd  bədii ədəbiyyat  , 278168 dərslik (+1874 elektron kitablar), 50792 ədəd isə müıllimlır üçün vəsaitdir..  Rus bölməsi üçün 634 ədəd  kitab gətirilmişdir ki  ; onlardan 607  ədəd dərslik , 27  ədədi isə müəllim üçün vəsaitdir.Hazırlıq qrupları üçün 24697 ədəd tədris vəsaiti gətirilmişdir .
 “Yeniləşən Azərbaycana yeni məktəblər” devizi altında həyata keçirilən ümumrespublika tədbirləri rayonumuzda da uğurla həyata keçirilir. Bu il Dövlət Proqramına uyğun olaraq rayonun Təkdam,Xallıcallı  kəndlərində  yeni  modul tipli  məktəb  binası istifadəyə  verilib .Hal-hazırda Bala Təklə,Şıxlar 2 saylı məktəblər  üçün modul  tipli ,Gəyəçöl kəndində  isə  264  yerlik tirtipli  layihə  üzrə  məktəb binası  tikilir. Hər  üç  məktəb  binasında  son  tamamlama  işləri  gedir.
 
Təltif olunmuş müəllimlər haqqında məlumat
S/sSoyadı və adıİş yeri, vəzifəsiHansı  ada layiq görülüb
1Məmmədağa Məmmədov   Boradiga 2 saylı tam o/m sabiq müəllimi“Əməkdar Müəllim” fəxri adı
2Əhməd Məmmədov“Dəfinə” m/liseyn müəllimi“Əməkdar Müəllim” fəxri adı
3Əfsər MəmmədovƏrkivan 2 saylı tam o/m sabiq müəllimi“Əməkdar Müəllim” fəxri adı
 Əşrəf Möhsümov     Şərəfə tam o/m sabiq müəllimi“Əməkdar Müəllim” fəxri adı
5Musarza AğayevMahmudavar tam o/m müəllimi“Əməkdar Müəllim” fəxri adı
6Nəriman Hüseynov              
 
Boradiga 1 saylı tam o/m sabiq müəllimi“Əməkdar Müəllim” fəxri adı
7Əlinaz Talıbov          Yeddioymaq 1 saylı tam o/m müəllimi     “Əməkdar Müəllim” fəxri adı
8Qurban Qurbanov                Türkoba tam o/m müəllimi“Əməkdar Müəllim” fəxri adı
9Azadxan Paşayev               Qızılavar tam o/m müəllimi“Əməkdar Müəllim” fəxri adı
10Sərxoş NuriyevEminli kənd tam o/m direktoru       “Əməkdar Müəllim” fəxri adı
11Nailə Əsədullayeva             Şəhər 3 saylı tam orta məktəb d/m“Tərəqqi” medalı
12Ədalət Nemətov                  Dəfnə məktəb liseyi müəllim“Tərəqqi” medalı
13Həsənbala Əhədov 
 
Həsənli tam o/m sabiq müəllimi         “Tərəqqi” medalı
 
14İltifat Abdinov           
 
Ərkivan 3 saylı tam o/m sabiq müəllimi“Tərəqqi” medalı
15Mirqabil Hüseynov              
 
Şəhər 1 saylı t/o məkt . direktor“Tərəqqi” medalı,
“Əməkdar Müəllim” fəxri adı
16Qardaş Fətullayev               
 
Masallı RTŞ-nin metodisti“Tərəqqi” medalı
17Düniyev DadaşbalaƏrkivan 4 saylı məktəb müəllimi“Əməkdar Müəllim”
fəxri adı
18Abbasov MürvətDəfinə məktəb liseyi müəllim“Tərəqqi” medalı
19Nəzərov VidadiMasallı Dövlət Regional Kolleci direktor“Tərəqqi” medalı
 
 
20Dəyyanov Firdovsi SubhanDəfinə məktəb liseyi müəllim“Əməkdar Müəllim”
fəxri adı
21Abdullayeva Adilə HəziMahmudavar tam o/m müəllimiTərəqqi” medalı
22Zeynalov Abusət İsaqBöyük  Xocavar kənd  tam  orta  məktəbin  direktoru,,Tərəqqi “ medalı
 
2019-cu  ildə  də  Azərbaycan Respublikasınin Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “Ölkəmizi tanıyaq” devizi altinda tur-aksiyanin növbəti mərhələsi təşkil olunmuşdur . Aksiyanın məqsədi ümumtəhsil məktəblərinin sagirdlərini Respublikamızın regionları ilə tanış etməkdir . Bu il təskil olunan aksiya çərçivəsində Masallı rayon ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət 40 nəfərlik nümayəndə heyəti və 5 nəfərlik təhkimçi heyət 24-26 mart  2019 -cu il tarixində “ Ölkəmizi tanıyaq” VIII tur –aksiyası ilə əlaqədar  Quba ,Qusar  və   Xaçmaz  şəhərlərinə səyahət edərək , bu şəhərlərin tarixi abidələri və təbii mənzərələri ilə tanış olmuşlar..
  2018-2019-cu   tədris ili üzrə məzunlarımızın ali məktəblərə qəbul olma səviyyəsi kifayət qədər yaxşı olmuş, nəticələrimiz bir çox parametrlərinə görə  Respublika səviyyəsinə yaxındır. Şərəfə,Həsənli, ,Hişkədərə ,Masallı  şəhər  1  nömrəli,“Dəfinə” məktəb-liseyi, Masallı şəhər 1 saylı, Binə Xocavar, Boradigah qəsəbə 2 saylı  tam orta məktəblərinin məzunları qəbul imtahanlarında   ilkin  mərhələdə yüksək nəticə göstərmişlər. 709 nəfər sənəd verən məzundan 600-700  bal  arası  25  nəfər ,500-600 arası-69  nəfər,300 baldan  yuxarı 299  nəfər   nəticə  göstərmişlər. 2-ci,3-cü  qrupların  nəticələri  hələ  elan  edilməmişdir .
            İstedadlı şagirdlərin üzə çıxarılması və onlara qayğı göstərilməsində 1996-cı il  iyun ayının 22-də  Azərbaycan Respublikasının Prezidenti  cənab Heydər Əliyevin   imzaladığı “ Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” fərmanının tələbləri əsas götürməklə fərmanın 2-ci bəndinə  müvafiq olaraq rayonun ümumtəhsil məktəblərində “Gənc istedadların fərdi uçot kartı” hazırlanmış və istedadlı şagirdlər müəyyənləşdirilərək onların əsasında “İstedad Bankı” yaradılmışdır. Bunların əsasında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq məktəblərdə “Kiçik Akademiya”ları təsis edilmiş, rayonun “Kiçik  Akademiyası” yaradılmış, Respublika “Kiçik Akademiyasına” nümayəndə seçilmişdir. İstedadlı gənclər arasında müxtəlif mərhələlərdə bilik yarışları keçirilmiş, qalib şagirdlərdən bir qrupu respublika yarışına göndərilmişdir.
  Azərbaycan Respublikası Təhsil Nazirliyinin  28 avqust 2017- ci il tarixli 261 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsildə keyfiyyət ili “ çərçivəsində nəzərdə tutulan tədbirlər planı hazırlanıb məktəb rəhbərlərinə verilmişdir . Plana uyğun olarq hər ay tədbirlər planı icra ilunur .Belə ki, oktyabr ayında başlayaraq VMA-nın işi gücləndirilmiş , bunun nəticəsi olaraq davamiyyət yüksəldilmiş, buda tədrisin keyfiyyətinə təsir etmişdir .
 Tədris proqramları yoxlanılmış , dərs vəsaitləri şagirdlərə paylanılmışdır . Açıq dərslər dinlənilərək müzakirə edilmiş və videolentə alınmışdır .  Buraxlış siniflərində monitorinqlər keçirilmiş bununlada zəif məktəblərin və orada çalışan müəllimlərin nəticələri müəyyən olunmşdur . IV-VIII siniflər arasında yazı və oxu bacarığını müəyyən etmək üçün imla yazı nümunələri keçirilmişdir .
  Müxtəlif intelektual bilik yarışları keçirilərək qaliblər mükafatlandırılmışdır .Gənc müəllimlərlə pedaqoji söhbətlər aparılmış ,dioqnostik qiymətləndirmədə zəif nəticə göstərən müəllimlərə kömək məqsədi ilə qabaqcıl müəllimlərin təcrübəsindən istifadə olunmuşdur .
 Keçən tədris ilində fənn olimpiadalarına hazırlıq əsas məsələlərdən biri olmuşdur .Mart ayında Lənkəran şəhərində Respubilika fənn olimpiadasının zonalar üzrə yarımfinal mərhələsi keçirilmişdir . Masallı rayonundan 162 şagird iştirak etmişdir Bunlardan 6 nəfəri qalib olaraq Respubilika final mərhələsində iştirak etmək hüququ qazanmışdır . Qızılagac kənd 1 saylı tam orta məktəbin X sinif  şagirdi Toğrul  Səfərli  Respubilika fənn olimpiadasının Coğrafiya fənni üzrə iştirak etmiş və I yere layiq görülərək qızıl  medulla teltif olunmuşdur .Sığdaş  kənd  tam  orta  məktəbinin  XI  sinif  şagirdi Şəhla  Sadıqova Azərbaycan  dili  və  ədəbiyyatı  fənni  üzrə  respublikanın  3-cüsü  olmuş  və  bürünc  medala  layiq  görülmüşdür.Təhsildə  qazandığı   nailiyyətlərə  görə  Şəhla  Sadıqova Xüsusi  nümunəli  attestaına  və  qızıl  medala  layiq  görülmüşdür..
  Masallı  .şəhər 4  nömrəli (Digah)  məktəbinin  şagirdi Şəhriyar  Səmədov  XI  siniflərin  buraxılış  imtahanlarında maksimum  (300 bal) bal  torplayarq  Respublikada  bu  nəticəni  göstərmiş  iki  nəfərdən  biri  olmuşdur. 
Bu  dərs  ilində  ümumi  orta  təhsil  səviyyəsi  üzrə  7  şagirdə,tam  orta təhsil  səviyyəsi  üzrə  isə  14  şagirdə  fərqlənmə  attestatı  verilmişdir.
  Azərbaycan təhsilinə ,təhsil işçilərinə daim böyük diqqət və qayğı göstərən dövlət başçısı müəllimlərin peşə bayramları ərəfəsində bir qrup təhsil işçilərinə xidmətlərinə görə “ Əməkdar müəllim “fəxri adı və “ Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalamışdır .Ənənəyə uyğun olaraq bu ilki peşə bayramı ərəfəsində də “ Böyük Xocavar  kənd  tam  orta  məktəbin  direktoru  Zeynalov  Abusət  İsaq oğlu  Tərəqqi” medalı, Qəriblər  kənd tam orta məktəbin fizika  müəllimi  Emin Bayraməliyev və Əhmədli kənd ümumi  orta  məktəbinin tarix  müəllimi Ülvi  Məhərrəmov  Təhsil Nazirliyinin “ Fəxri fərmanı ilə təltif  olunmuşlar.
 Bildiririk ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələri və ümumi təhsil müəssələrində çalışan pedaqoji işçilər üçün “Təhsilin inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi keçirmişdir .Rayon üzrə bu müsabiqəyə qatılmış Banbaşı  kənd  tam  orta  məktəbi  ümumi  təhsil  məktəbi  kateqoriyası  üzrə,Çayqıraq  kənd  ümumi orta  məktəbin  informatika  müəllimi Rabil  Abdinov,Mollahəsənli  kənd  tam  orta  məktəbin ingilis dili müəllimi   Cavad  Səfərov,Bədəlan  kən  tam  orta  məktəbin  Azərbaycan  dili  və  ədəbiyyatı  müəllimi Məhbubə  Şahbazova ,Masallı  şəhər  1  nömrəli  məktəbin riyaziyyat  müəllimi Araz  Şahverdiyev  fərdi  kateqoriya  üzrə  qalib  olmuşlar.

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az