Ərkivan qəsəbəsi
Ərazisi: 22.063.... 2294 kvm
Əhalisi: 17.166......nəfər
Ərkivanın tarixi
XIX əsrin axırlarında Morqan qardaşları Lənkəran və Masallı rayonları ərazisində olan arxeoloji qazıntı işləri aparmış, abidələrdən aşkar etdikləri qızıl və başqa qiymətli metalları özləri ilə xaricə aparmışlar. Lənkəran və Masallıda (xüsusilə Ərkivanda) aşkar olunmuş maddi-mədəniyyət nümunələri hazırda Fransanın Sen-Jermen muzeyində saxlanılır.
Məlumat üçün bildirək ki, Azərbaycanın qədim tarixinin tətqiq olunmasına XX əsrdən başlanmışdır. 20-ci illərdə isə respublikamızın abidələrini və tarixini öyrənən cəmiyyət təşkil olunmuşdur. Azərbaycan ərazisində ibtidai insanların 2,5 milyon il bundan əvvəl yaşamağa başlamasına aid ən qədim əmək alətləri tapılıb tədqiq olunmuşdur. Ərkivan ərazisində aparılmış arxeoloji tədqiqat nəticəsində ibtidai icma dövrünə aid zəngin maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Ərkivan qəsəbəsi Masallı şəhərindən 2 km qərbdə, Viləş çayının sağ sahilində, Lənkəran ovalığında və Talış dağlarının ətəklərində yerləşir.
Kəşfiyyat işləri zamanı Ərkivan ərazisindən üst paleolit dövrünə aid Daş məmulatı əldə edilmişdir. Bu, Ərkivan ərazisində qədim insanların 15-20 min il undan əvvəl yaşamağa başladığını söyləməyə imkan vermişdir. Xüsusilə Ərkivan ərazisinin Viləş çayı terraslarından tapılmış əmək alətlərindən texniki və tipoloji xüsusiyyətlərinə əsasən həmin alətlərin üst paleolit mədəniyyəti dövründə hazırlandığını söyləmək mümkün olmuşdur. Ərkivan kəndində elmi axtarışlar zamanı eneolit və tunc dövrlərinə aid "Qala təpə", "Balaca təpə", "Nadir təpə", "Qaratikan təpə", "Yekə təpə", ayrı-ayrı kurqanlar, orta əsrlərə aid qəbristanlıqlar, XIV və XIX əsrlərə aid məscidlər aşkar olunmuşdur.Maraqlıdır ki, Ərkivan qalası adlanan ərazidə axtarışlar zamanı antik və orta əsrlərə aid saxsı qab qırıntıları tapılmışdır. Həmin tapıntılara əsasən Ərkivan qalasının V-VI əsrlərdə tikildiyini söyləmək olar. Qalanın yaxınlığında qədim şəhər yerinin xarabalıqları da vardır. Bu ərazidən aşkar olunmuş maddi-mədəniyyət qalıqları və müdafiə qalasının olması burada qədim şəhərlərdən birinin ərazisi olduğunu göstərir. Hazırda Ərkivan qalası yaxınlığında qədim şəhər yerinin xarabalıqları mövcuddur. Ərkivan ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı eneolit və tunc dövrlərinə aid də maddi-mədəniyyət nümunələri tapılmışdır. Aparılan arxeoloji tədqiqatlar nəticəsində məlum olmuşdur ki, VII minillikdə neolit dövrü eneolit mədəniyyəti ilə əvəz olunmuşdur. Eneolit sözünün mənası - mis-daş dövrü deməkdir. Bəzən eneoliti neolitdən tunc dövrünə keçid mərhələsi də adlandırırlar.
Ərkivan eneolit dövründə
Ərkivanda aparılan tədqiqatlar zamanı tunc dövrünə aid maddi-mədəniyyət nümunələri qeydə alınmışdır. Tunc dövrü bəşəriyyətin inkişafında mədəni, tarixi bir dövrdür. Bu dövr Azərbaycan ərazisində V minillikdən eneolit dövrünü əvəz etmiş və eramızdan əvvəl I minilliyin əvvəllərinədək davam etmişdir. Ərkivan tuc dövründə Ərkivanın tunc dövrünə aid yaşayış məskənlərində maddi-mədəniyyət nümunələrinin aşkar olunması burada yaşayan sakinlərin əkinçiliklə məşğul olduqlarını göstərir. Tunc dövrünün əvvəllərində duluzçuluq özünün yüksək inkişaf mərhələsinə çatır. Artıq bu dövrdə qabların əl ilə, lakin simmetrik formada hazırlanmış nümunələrinə təsadüf olunur. Eyni zamanda qulplu qabların sayı artmağa başlayır. Aparılan elmi-tədqiqatlar zamanı ilk nehrələrin meydana çıxması müəyyən olmuşdur. Maraqlıdır ki, neolit dövründən, yəni IX minillikdən Ərkivanda başlamış gil qablar istehsalı bu gün də davam etdirilir. Gil qablar istehsalında mühüm yenilik duluz çarxının meydana çıxmasıdır. Duluz çarxı vasitəsi ilə daha mükəmməl qablar hazırlanmağa başlanmışdır. Duluz çarxının meydana çıxması gilin yaxşı yoğrulmasına səbəb olmuşdur. Bu da qabların keyfiyyətində və formasında dəyişiklik əmələ gətirmişdir. Xüsusən məişətdə işlənən qabların istehsal olunması kütləvi xarakter almışdır. Bu gün də Ərkivanın Bağlakücə məhəlləsində duluz çarxlarında qabların hazırlanması davam etdirilir.
Ərkivan ərazisi qədim Manna və Atropeten dövlətlərinin ən mühüm ərazilərindən biri olmuşdur.
Ərkivanda heyvandarlıq, eləc də atçılıq Mannanın vilayətlərində heyvandarlığın, xüsusən atçılığın inkişafı haqqında Assuriya MİXİ yazıları məlumat verir. Ərkivanda da I minilliyin ortalarında və xüsusən dəmir dövründə özünün yüksək mərhələsinə çatmışdır. Uzun müddət at insanların təsərrüfatında və məişətində aparıcı mövqe tutmuşdur. Bu gün də Ərkivanda atdan təsərrüfat işləri zamanı istifadə olunmaqdadır. Makedoniyalı İskəndər Orta Asyaya yürüş edən zaman Atropat onun yanına gələrək tabe olduğunu bildirdi. Eradan əvvəl 323-cü ildə İskəndər onu Midiyanın satrarpı vəzifəsinə təyin etdi. Eramızdan əvvəl 323-ci ildə İskəndər vəfat etdikdən sonra Atropat Atropatenyanın müstəqil hakimi oldu və özünü hökmdar elan etdi. Atropaten müstəqil dövlətə çevrildi. Atropat istedadlı və görkəmli dövlət xadimi idi.
Ərkivan Atropateana dövründə
Əvvəllər Atropatenanın ərazisi əsasən Azərbaycanın cənub vilayətlərindən ibarət idi. Şimalda onun ərazisi Araz çayına qədər uzanırdı. Hökmdarların iqamətgahı Urmiya gölünün cənub-şərq sahilində yerləşən Qazaka (Qanza) şəhəri idi. Əhalinin məşğul olduğu təsərrüfat sahələri içərisində yun parça emalı mühüm yer tuturdu.
Ərkivan Atropatenanın ən zəngin ərazilərindən biri hesab olunurdu. Atropaten dövlətinin meydana çıxması Azərbaycan ərazisində xalqın təşəkkülü üçün əlverişli şərait yaratmışdır.
VII əsrdə ərəblər Azərbaycanı işğal etmiş və əsasən cənub vilayətlərində İslam dinini yaymağa başlamışlar. XIV-XV əsrlərdən etibarən Azərbaycanda müstəqillik meyli artmağa başlayır. Ərdəbil şəhərini Səfəvilər sülaləsi idarə etməyə başlayır. Səfəvilər sülaləsi 1254-1334-cü illərdə yaşamış Şeyx Səfiəddindən başlayır. Səfəvilər dünyəvi və ruhani hökuməti öz əllərində birləşdirmişdilər. Onların çox böyük vəqf torpaqları və başqa sərvətləri var idi. Muğan da səfəvilərə məxsus idi.
Mənbələrin verdiyi məlumata əsasən tarix elmləri doktoru Seyidağa Onullahi Şeyx Səfiəddinin 1274-1281-ci illərdə Ərkivan kəndində yaşadığını qeyd edir. Bununla əlaqədar olaraq həmin illərdə Ərkivan kəndində Şeyx Səfinin inşa etdiyi Şah Səfi bulağı göstərilir. Hazırda Ərkivandakı "Şəhidlər bulağı"nın yaxınlığında yerləşən "Şah Səfi bulağı" (Miyondi məhəlləsində) eyni zamanda bu bölgədə ziyarətgah kimi tanınır. Tarixi mənbələrin verdiyi məlumata əsasən 1501-ci ildə Təbrizdən qayıdarkən Şah İsmayıl Xətai yol üstü Ərkivanda dayanıb dincəlmiş və Şeyx Səfi bulağından su içmişdir.
Çar Rusiyası öz müstəmləkəçilik siyasətində Talış vilayətinə xüsusi diqqət yetirir və onun ərazisini işğal etməyə çalışırdı. Ağa Məhəmməd Şah Qacar İranda hakimiyyət başına gəldiyi zaman Talış hakimi Mir Mustafa xan ona tabe olmamışdır. Eləcə də Ərkivan qalasında hakimiyyətdə olan oğlu Mir Həsən xan da İrana tabeçilik etməmişdir.
1812-ci ildə Rusiya imperatoru I Aleksandr Ərkivan qalasını işğal etmiş, buna görə general N.S.Xotlyarevskiyə 2000 çervon məbləğində pul mükafatı vermişdir.
XIX əsrin sonlarında Ərkivanda bir neçə məscid tikilmişdir.
XX-XXI əsrlərdə Ərkivan özünün tarixi inkişafında mühüm inkişaf mərhələsinə çatmış və qəsəbəyə çevrilmişdir.
(Yazı "Ərkinan salnaməsi” kitabında tarix elmləri doktoru Əsədulla Cəfərovun çap olunmuş məqaləsi əsasında hazırlanmış, ixtisar edilmiş və redaktə olunmuşdur)
Ərkivan qalası
Arxeoloji qazıntılar zamanı tapılan (maddi mədəniyyət) nümunələrinin elmi təhlili Ərkivan qalasının V-VI -əsərlərdə tikilməsini müəyyən etmişlər. 1869-cu ildə Seyid Əli Kazımbəy oğlunun qələmə aldığı "Cavahirnameyi Lənkəranı" kitabında yazır: Bu qala Mir Mustafa xanın səadət ulduzu hələ çıxmamışdan Mirəhməd xanın və əmisi uşaqlarının məskəni olmuşdur. Bir qədər əvvəlki Xəzər boyu Əyalətləri qoşun yeridir. Feodallar bu hadisəni bəyənir.Buna görə də I Piotr Talış mahalını Rusiyanın tərkibində saxlamaq arzusunu bildirir. Beləliklə, 1977-ci ildən Talış mahalı Rusiyanın tərkibinə daxil olur. Həmin dövrdə I Piotr Talış mahalının qədim tarixi məkanı olan Ərkivanı Rusiya dövlət xidmətlərindən biri Kerç ləqəbi ilə məşhur olmuş İtaliyalı Bernerd Aleksandroviçə bağışladı.Rus qoşunları bu ərazidə görünən kimi Mir Abbas bəy I Piotrun hərbi sərkərdəsi Malyuşkinə müraciət edərək, Rusiya himayəsində almaq arzusunu bildirir.
1790-1797-ci ildə Ağaməhəmməd Şah Qacarın, 1804-cü ildə İranlı Fətəli Şahın talış hücumlarına sinə gərən Ərkivan qalası qürurla dayanmışdı. 1812-ci il dekabr ayının 18-də Aslanduz vuruşunda iranlıları məğlub edən general Katlyarovski dekabrın 21-də Talış ərazisinə daxil olması nəticəsində təşvişə düşən İran süvariləri Ərkivan qalasına çəkilmişlər. Həmin il dekabrın 31-dən 1813-cü il yanvarın 1-nə keçən gecə Lənkəran şəhəri və Ərkivan (Qala) İranlılardan azad edildi. 1813-cü il oktyabr ayının 12-də Gülüstan Sülh müqaviləsi imzalandı. Talış mahalı Rusiyanın tərkibində qaldı. Mirmustafa xan yenidən xanlığında hakimiyyətə başladı. 1814-cü il sentyabr ayında Mirmustafa xan vərəm xəstəliyindən dünyasını dəyişdi, yerinə Ərkivan qalasında imarəti olan Mirhəsən xan təyin edildi.
Mirhəsən xan 1826-cı ildə vəfat etdi. Beləliklə çar Rusiyası Talışda xanlıq üsul idarəsinin həmişəlik ləğv etdi. Bununla da Talış mahalı birdəfəlik Rusiya imperatorluğunun əyalətinə çevrildi.
Odur ki, əldən-ələ keçən Ərkivan qalası ilbəil baxımsızlıq üzündən dağılaraq , Qalalıq mahiyyətini itirmişdir. Qalanın sonrakı taleyi heç kimi maraqlandırmamış, vaxtaşırı yerli əhali və həvəskar "arxeoloqlar" tərəfindən qazılıb bərbad vəziyyətə salınmışdır.
Yerli "qızıl axtaranlar" 1980-cı ildə qazıntıdan böyük bir küp tapmış, onu çox çətinliklə evlərinə gətirmişlər. Küpü açaraq içərisində oturağ vəziyyətdə dəfn edilmiş insanın sümüklərini görmüşlər. Başqaları küp və bərnilərin içərisində çəltik və taxıl nümunələri görmüşlər.
1970-ci ildə traktor qalada çay əkini üçün torpağı dərin şumlayarkən 20 ədəd kiçik dəmir çəkic (silaha qulluq etmək üçün) tapılmışdır.
1970-ci ildə daha maraqlı bir hadisə olmuşdur: həyətinə əkin üçün qaladan münbit torpaq gətirən bir nəfər sakinin qızıl tapması haqqında xəbər "sensasiyaya" səbəb olmuşdur, Bundan sonra adamlar tərəfindən qalanın hər yerin qazım-qazım edilmişdir. Burada buldozerlərdən də istifadə edilmişdir. Qızıl tapılmamış, məlum olmuşdur ki, bu xəbər yalan və şayiə imiş.
Uzun ömürlü ağsaqqallardan: 1960-cı ildə 147 yaşında dünyadan köçən Ərkivanlı Kərbəlayi Ağabala kişinin, 1981-ci ildə 130 yaşında dünyasını dəyişən Ərkivanlı Nəzir kişinin, 1975-ci ildə 106 yaşında vəfat edən Məşədi Məhəmmədhüseyn Hacı Tağı oğlunun, 1958-ci ildə 83 yaşında dünyasını dəyişən Ərkivanlı usta Qədir kişinin, 102 yaşında vəfat edən Ağabəyin, həmçinin xan nəslindən olub, Ərkivan kəndində yaşamış Sərhəng bəyin, Tağı bəyin, Miriş bəyin, yüzdən yuxarı yaşı olan Molla Əli kişinin və Ərkivanın digər uzunömürlü ağsaqqallarının dediyinə görə həmin qapı təxminən qalanın Bədirli və Cəbili məhəllələri arasında (sipər) hasar olub. Ərkivan qalasında olan möhtəşəm qala qapısı çar Rusiyası tərəfindən 1880-90-cı illərdə Dərbənd şəhərinə aparılmış, şəhərin darvazası kimi istifadə edilmişdir.
Deyilənlərə görə qapı xüsusi dəvə arabası ilə Dərbəndə aparılmışdır. Həmin vaxtdan el arasında Dərbənd şəhəri "Dəmir qapı Dərbənd" adlandırılır.
(Maraqlı əhvalat kimi oxumaq üçün saxladım, sonra silərsən, istəsən.)
Rəvayətlərə görə Qala yaxınlığında "40 arvad" adlı bir quyu var imiş. Kənd sakinlərinin ata-babalarından eşitdiklərinə və söylədiklərinə görə güya Qala hakiminin 40 arvadı varmış. Günlərin birində bərk əsəbləşən qəddar hökmdar arvadlarını bir-bir öldürüb həmin quyuya atdığı üçün el arasında bu quyuya "40 arvad" adı verilmişdir.
Digər bir rəvayətdə deyilir ki, həmin quyu şeytan quyusu da adlanırmış. Güya xanın ərazidəki kəndlərdə yaşayan sözgəzdirən, araqarışdıran, el arasında "Alacaquş" adlanan belə qadınlardan bir-bir həmən quyuya atdığına görə quyuya şeytan quyusu da demişlər.
Daha bir məlumat var ki, Qaladan yerin altı ilə qırmızı kərpiclə (kvadrat şəkilli) hörülmüş strateji əhəmiyyətli xüsusi yollar (tunel) olmuşdur. Belə yeraltı yollar Qaladan şimala, şərqə, cənuba və qərbə tərəf çıxmışdır. Bunların da böyük strateji əhəmiyyəti olmuş, Qalanın yadelli işğalçılardan qorunmasında mühüm əhəmiyyət kəsb etmişdir.
Ərkivan kəndinin Bədirli orta məktəbinin müəllimi Əfqan Cavad oğlu Hüseynov şəxsən rast gəldiyi bir əhvalatı belə danışır:"1984-cü ildə günlərin bir günündə Qalanın təxminən cənub-qərb tərəfində yerləşən Əlihəsənli sakini Ağayev Bahaddin Dadaş oğlu quyu qazdırmıq fikrinə düşdü. O, müəllim-həmkar kimi mənə dedi: Əfqan müəllim, deyirlər Cəlilabad rayonunun Üç təpə kəndində belə bir quyu qazan maşın vardır. Mənimlə gedək, o maşını danışıb gətirək. Yollandıq həmin ünvana və quyu qazan maşının sahibini tapdıq. O, bizə dedi ki, mən sizin kəndinizdə quyu qazırdım, lakin iki qonşu bir-biri ilə vuruşdu və maşınımı aparıb saldılar milis həyətinə. Bir təhər maşınımı aradan çıxartdım və spisat (çıxdaş) etdim. Geri qayıtdıq. Biz Bədirli məktəbində bir yerdə müəllim işlədiyimiz və quyu qazdırmaq peşəsi də əlimdən gəldiyi üçün ona söz verdim ki, sənin üçün mən quyu qazaram. Ehsan xatirinə, savablıq üçün.
Həmin günün səhəri mən Bahaddin müəllimin həyətində əl ilə quyu qazmağa başladım. Gündə üç metrə qədər qazırdım. Səkkizinci metrdə bir qara çiraq rast gəldi. Çıraqın içi xırda metal pul ilə dolu idi. Əldə kəsilmə pul idi. Amma üstündəki yazısını oxuya bilmədim. Vedrəyə qoyub çıraqı göndərdim çölə və dedim Bahaddin müəllim, qızıl göndərirəm, ancaq şərikik. Bahaddin müəllim dedi ki, bu qızıl deyil. (Bahaddin müəllim həmən puldan sonralar Hişkədərə kəndində Rəhim müəllimin təşkil etdiyi diyarşunaslıq muzeyinə və Bakı tarix muzeyinə də vermişdir). Az sonra quyunun on altıncı metrində Xan qalasına gedən yola rast gəldim. Mən həmin quyuya işıq çəkdirdim, işıq kabeliin uzunlğu qədər mən həmin yol ilə hərəkət etdim. Sonra isə quyu və yol qaranlıq olduğu üçün yuxarıda olanlar məni səslədilər. Mən geri qayıtdım, əlimi həmin istiqamətə uzadıb soruşdum. Bura hansı tərəfdir? Dedilər Xan Qalasına gedən tərəfdir. Dedim Bahaddin müəllim, kisə götür düş quyuya gedək xəzinəyə. Bahaddin müəllim dedi ki, səndən xahiş edirəm o yolu doldur, yoxsa gəlib həyətimi məndən alarlar. Mən də qazdığım torpaqları həmin yola doldurdum. Quyunun qazıntısına davam etdim. Quyunun dərinliyi 20 metr idi. Su quyunun dibindən çıxmadı. Lakin dağ tərəfdən bir çeşmə açıldı. Kəhriz çeşməsi kimi güclü idi. Bu əhvalat dildən-dilə dolaşdı. Bir gün Bakıdan gəlib məndən soruşdular, dedilər sənə 10 min manat pul veririk həmin yeri bizə göstər. Lakin mən qorxub boyun qaçırtdım, dedim ki, belə bir şey yoxdur, yalandır.
Məhəllədə həvəskar qızıl axtaran sakinlər tərəfindən qalada aparılan qazıntılar zamanı da belə yeraltı yollara, dağlardan Qalaya çəkilən su çeşmələrinə (kəhrizlərə) rast gəlmiş kənd sakinləri olmuşdur.
Bundan başqa Narınqalanın, kiçikqalanın şərq tərəfində küp qəbirlərinin olması da Ərkivan sovxozunun çay əkini üçün hazırlıq işi aparılarkən yerin dərin şumlanması zamanı aşkar edilmişdir.
Bütün bu deyilənlərə və diğər tarixi mənbələrdə qeyd olunanlara əsaslanaraq elmləri doktoru Seyidağa Onullahinin yazdığına görə:Yəqin ki, Ərkivan qalasında sirri açılmamış belə dəyərli işlər çoxdur.
Əlbəttə, burada əsaslı arxeoloji axtarışların aparılması lazımdır və belə arxeoloji elmi axtarışlar tariximiz üçün önəmli olan sirlərin açılmasına səbəb olar ki, bunların da gələcək üçün böyük tarixi əhəmiyyəti olar.
Ərkivan qalası strateji cəhətdən dövrünün ən möhtəşəm quruluşa malik qalalarından biri olmuşdur. Onun yerləşdiyi məkan coğrafi mövqeyinə görə də mühüm əhəmiyyətə malik olmuşdur. Qala əsasən iki hissədən ibarət olmuşdur. Böyük qala və kiçik qala. Böyük qalada xan və onun şəxsi xidmətçiləri yaşamışdır. Kiçik qala, Narın qala adlanaraq orada sənətkarlar və xanın idarə xidmətçiləri yaşamışlar. Qalanın ətrafındakı 6-7 metr enində olan dərin xəndəyin içərisi su ilə doldurulmuşdur. Xəndək "Sirac" adlanırmış. Qalanın şimalından Viləş çayı axır, cənubundan Lənkərana qədər müdafiə məqsədi ilə bir neçə təpə salınmışdır ki, qalaya qarşı yaranan təhlükə zamanı həmin təpələrdə məşəl yandırılaraq xəbərdarlıq edilir.
Ərkivan mahalı
1808-ci ildə Qara xan vəfat etdikdən sonra xanlığa rəhbərlik oğlu Mir Mustafa xana çatır.
Mir Mustafa xan 1810-cu ildə oğlu Mir Həsən xanı Talış xanlığının Ərkivan bölgəsinə xan təyin edir və onu missiyasını yerinə yetirmək üçün Ərkivan qalasına göndərmişdir.
Mir Həsən xanı Ərkivan bölgəsinə göndərməzdən əvvəl atası Mir Mustafa xan tikilmə vaxtı dəqiq bilinməyən, lakin bir sıra tarixi mənbələrdən göstərildiyi kimi IV-VI əsrlərdə inşa edilən qədim Ərkivan qalasının içərisində qırmızı kərpicdən çox qalın divarlı binalar inşa etdirmişdir.
Mir Həsən xan öz xanlıq üsul-idarəsini Ərkivan qalasında yerləşdirərək Lənkəran xanlığının Biləsuvara qədər olan torpaqlarına Ərkivan qalasından rəhbərlik etmişdir.
Mir Həsən xan Ərkivan qalasında çox böyük işlər görmüşdür. O, qalaya böyük dəmir qapı (darvaza) qoydurmuş, qala yanında ticarət üçün bazar tikdirmişdir. "Qala bazarı" adlanan ticarət mərkəzi butun Azərbaycanda, hətta qonşu məmləkətlərdə belə tanınb, məşhurlaşmışdır.
Beləliklə, Mir Həsən xan 1828-ci ilə kimi xanlıq hakimiyyətini yerinə yetirmişdir.
Fətəli xanın rəhbərliyi altında İranla Rusiya arasında gedən uzunmüddətli müharibə (1804-cü ildən başlamış) nəticəsində Rus qoşunları irəliləyərək İranın o zamankı sərhədi olan Dərbənddən İranın indiki sərhəddinə qədər olan torpaqlarını işğal etmişdir. Vəziyyəti belə görən İran şahı Fətəli xana məğlub olmasından ehtiyat edərək 1828-ci ildə çar Rusiyası ilə tarixdə məlum olan "Türkmənçay" müqaviləsini bağladı. Beləliklə, uzun sürən müharibə dayanır. Rus ordusu hara qədər irəliləmişdisə oradan da İran ilə çar Rusiyası arasında sərhədlər müəyyənləşdirilir. Nəticədə Təbrizlə birlikdə Azərbaycanın cənub hissəsi İran tərəfdə qalmışdır.
Talış xanı Mir Mustafa xanın sonuncu varisi - oğlu Mir Həsən xan 1828-ci il "Türkmənçay" müqaviləsinin bağlaması ilə əlaqədar Ərkivan qalasını tərk edərək İrana qaçır. Beləliklə də Talış və digər xanlıqlar ləğv olur.
Qala bazarı
Sonralar isə təxminən 1830-1835-ci illərdə Mir Həsən xanın oğlu Mir Abdulla bəy (o, ağıllı və uzaqgörən şəxs olub) Mir Həsən xanın Ərkivan qalasındakı iqamətgahını və həm də "Qala bazarı"nı həmin adla Ərkivan kəndinin şərqində, Viləş çayının kənarında olan Masallı kəndinə köçürür. Həmin vaxtdan Mir Abdulla bəy Masallıda yaşayır.
Mir Abdulla bəy Talış xanlığı zamanı bölgədə yerləşən ticarət mərkəzi kimi "Qala bazarı"nı Masallının mərkəzində yenidən bərpa edir. O, burada hətta cıdır və güləş meydanları da təşkil edir. 1920-1925-ci illərdə yeni Masallı "Qala bazarı" bir neçə məhəllədən ibarət olmuşdur. Bunlardan biri də "Əllaflar" məhəlləsi adlanır. Bazarın həmin məhəlləsində yalnız taxıl, düyü və digər ərzaq məhsulları gətirilib satılarmış. Məhəllənin əllaflarından (alverçilərdən) biri də Ərkivanın Bağlakücə məhəlləsindən Yunis Abı oğlu idi. Astaradan Biləsuvara və hətta Salyana qədər olan cənub bölgəsində ən böyük və həm də xalq üçün hər cəhətdən əlverişlisi "Qala bazarı" olmuşdur.
Bu bazara Astara və Lənkərandan əsasən düyü, Cəlilabaddan buğda, arpa, noxud, mərci və digər taxıl məhsulları, Lerikdən kartof və meyvə, Yardımlıdan mal-qara, Salyandan üzüm, Qubadan alma gətirilib satılarmış.
Ərkivanda Polkovnik Mir Həsən xan və övladları
Mir Həsən xanın 3 qızı və 4 oğlu olub. Oğlanlarından Mir Kazım bəy Nəmin mahalına, Mir Cavad bəy isə Ərkivan kəndinə və onun ətrafındakı əraziyə sahiblənmişdi. Xan özünün tabeliyində olan Dəştvənd (Ərkivan) mahalının böyüklüyünü oğlu Xanlar bəyə, Masallı kəndini isə böyük oğlu Mir Abdulla bəyə tapşırmışdı. Mir Abdulla bəy Masallının mərkəzi olan Ərkivan qalasında boya-başa çatmışdır. Məmməd Kazım "Mir Həsən xanın övladları" romanında yazır: "Zinyətül-Məcaüz" əsərində müəllif "Müctəddin" qalasının tikilməsi tarixini çox-çox uzaqlara aparır. Onun yazdığına görə "Ərkə" həmşəhərlisi Güdəzərin oğlu Əbşərə tikdirib. Vəzir Mehdi xan "Tarix-Nadir" kitabında yazırdı: "Onlar dəniz sahilinin yaxınlığında qalmaq üçün üç qala qayırdılar. Birinci qala Xəzər dənizinin şimal-qərb guşəsində, qurtaracağı Muğan səhrasının aşağı tərəfindəki Ərkivan adlı yerin müqabilində".
Mir Abdulla bəyin babası Mir Mustafa xanın hakimiyyəti dövründə atası Mir Həsən xan ayrıca Dəştvənd mahalına baxırdı. Onların ailəsi aylarla vaxtlarını Ərkivan qalasındakı malikanələrində keçirirdi. O, qalada ağ mərmərdən qurulmuş hovuzda çimməyi sevirdi, lakin Mir Abdulla bəy yeniyetməlik yaşına çatanda onun arzuları hövuz çərçivəsinə sığmadı. Qala divarından xeyli aşağıda axan Viləşin dumduru sularında çimməyə can atırdı. Xüsusən, Qaratikanlıqda uşaqlarla "Turna-tutdu" oynayandan sonra doğma çayın sularında daha həvəslə çimməyə can atırdı. Mənbənin yazdığına görə Qala zəbt edildikdən sonra imperiyanın soyğunçuları tərəfindən qalanın bütün əmlakı, hətta xalis qoz və palıd ağacından düzəldilmiş mebel əşyalarını, bunlar azmış kimi qala divarlarını və iç binaların kərpic və ağac materialları da Qızılağac-Xəzər limanına daşınmış, oradan da gəmilərlə Həştərxana aparılmışdır. O zaman Təbrizdəki rus konsulluğunda olanda ona söylədiklərini xatırladı: " Torpaqlar özünüzküdür. Tikin, əkin, becərin. Biz buraya ancaq qayda-qanun yaratmağa gəlmişik".
Xan oğlu aldığı sənədi az qala onun üzünə çırpa və gözlərinin içinə baxıb deyir:"Siz ki, ata-baba torpaqlarımızı mənə və qardaşlarım Mirzə və Cavad bəylə Xanlar bəyə qızıl pula satdınız. Belə olduğu halda bu həyasız sözlərinizlə kimi aldadacaqsınız?"
Bir təhər qəzəbini cilovlayıb saxladı. Ona görə ki, o, bu talançıların necə üzü qırmızı olduğunu babasının və atasının söhbətlərindən və öz gördüklərindən yaxşı bilirdi. Odur ki, Mir Abdulla bəy " lənət Şeytana" deyib Nəminə qayıtmışdır. Nəmin hakimi qardaşı Mir Kazım bəy onun xoş ovqatla qayıtdığını görüb sevindi və dedi:"Qardaş, deyəsən Allahın köməyi ilə işin düzəlib".
Mir Abdulla bəy Təbrizdə olan rus konsulluğundan aldığı kağızı ona göstərdi. Orada yazılmışdı: "Bu gündən etibarən keçmiş Dəştvənd mahalının Qumbaşından Göytəpə rayonuna qədər ərazisində, o cümlədən Masallı, Ərkivan, Seybətin, Kosakül, Dadva, Musaküçə, Oncakələ, Yeddioymaq kəndlərində Mir Abdulla bəy Mir Həsən oğlu Talışxanov istədiyi qədər torpaq götürmək ixtiyarına malikdir. Mir Abdulla bəy həmin ərazilərdə götürdüyü torpaqların hüquqi sahibidir və kəndlərin əhalisi bu məsələ ilə əlaqədar bir nəfər kimi ona tabeçilik göstərməlidirlər.
Mir Kazım bəy kağızı oxuyub qardaşını qucaqladı və dedi:-Qardaş, axır ki, arzuna çatdın. İndi gedib ağıllı adamları yığ başına, yaxşı-yaxşı qur, yarat!
Mir Abdulla bəy: Sağ ol ki, göstərdiyin kömək öz bəhrəsini verdi, deyə razılığını bildirdi.
Çox keçmədi ətraf yerlərdən xan oğlunun gəlişindən xəbər tutdular.Mahalın ayrı-ayrı kəndlərindən bəylər və tayfa ağsaqqalları dəstə-dəstə onun hüzuruna gəlirdilər.
Mir Abdulla bəy onlara öz fikrini belə çatdırdı: Artıq mahalımızın tacı olan Ərkivan qalası yoxdur. Biz Masallını mahalın yeni mərkəziə çevirməliyik. Bura Azərbaycanın şimalına, cənubuna, Xəzər dənizinə və dağ kəndlərinə uzanan yolların qovuşağındadır. Xəzərdəki limanlarımız vasitəsilə Avropanın uzaq şəhərlərinə getmək mümkündür.
Mir Abdulla bəy bilirdi ki, indi Ərkivan qalası kimi möhtəşəm bir müdafiə istehkamı yarada bilməsə də özünü düşmən basqınlarından müdafiə etmək üçün etibarlı sığınacağı olmalıdır. Bu niyyətlə də bəy təpə üzərində qalaca tikdirdi. Lakin gördü ki, həmin qalacada yaşamağın məişət çətinlikləri var. Çünki su, odun və başqa lazım olan məişət şeyləri aşağıdan yuxarıya daşınırdı. Odur ki, Mir Abdulla bəy icazə verdi ki, başının adamları Masallıda özlərinə yurd-yuva salsınlar. O, belə evlərdən birini də özünə tikdirdi. Onun evi ikimərtəbəli, tam-təraqlı deyildi, yerinə torpaq tökülüb bir qədər qaldırılsa da döşəməsində torpaq olmuş, palçıqla suvanmışdır. Bəy özünü ətrafdakı adamlardan fərqləndirmək istəmirdi.
Ərkivan sözünün mənası
Dilçi alim, professor Ağamusa Axundov yazır: Ərkivan qalalı yer deməkdir. "Ərk"— qala, "van" — yer deməkdir. Görkəmli tarixçi alim, ərkivanlı N.Məmmədovun qeydləri əsasında Vaqif Yusifli "Ərkivan və Ərkivanlılar" kitabında yazır: Ərkivan kəndi respublikamızın ərazisində olan paleotoponimlardan (poleo qədim, toponim coğrafi ad) biri də Ərkivan coğrafi adıdır. Tarixi mənbələri izlədikdə Ərkivan coğrafi adının yaranması tarixi təqribən V-VI ərslərə gedib çıxır. Çünki VII-XI əsrlərdə ərəb xilafətinə qarşı atəşpərəstliyin bir qolu olan Xürrəmilik bu ərazidə mövcud olmuşdur. Araşdırmalar göstərir ki, Babək hərəkatı (816-836) Azərbaycanın bir çox diyarlarını əhatə etdiyi kimi Talış-Muğan ərazisində də yayılmışdır Ərkivanın Babəkin istehkamlarından biri olmasını tarixçilər də təsdiq edirlər. Azərbaycanın cənub-şərq ərazisində Babək hərəkatı ilə bağlı çoxlu toponimlərə təsədüf edilməsi də təqdirə layiqdir. Ərkivan coğrafi adına Antik dövr mənbələrindən tutmuş müasir dövrümüzə qədər aşağıdakı yazılmışlara da rast gəlinir: Ərkivan, Arküvan, Ardjüvan, Arkivan və s. Bu yaşayış məntəqəsi adının tərkibindəki konpanentlərdən "Ərk", "ak" fars dilində "iç qala", "istinadgah", "qala divarı", "i" birləşdiricisi səs, van isə yer deməkdir. Ərkivan toponiminin mənası Qalanın yaxınlığında istinadgah yerində salınmış kənd deməkdir. Deməli Ərkivan kəndi ulu keçmişimizin yadigarı olan istehkam yaxınlığında salınmasına görə belə adlandırılmışdır. Tarixi mənbəələrə əsasən tarixsi-alim N.Məmmədovun dediklərinə istinad edən V.Yusifli göstərir ki, yel xəstəliklərində müalicəvi əhəmiyyət kəsb edən təbii kükürdlü İstisu mineral bulağı Ərkivan yaşayış məntəqəsinin adı ilə bağlı olaraq Ərkivan adını daşıyıb. Lakin son vaxtlarda həmin Ərkivan İstisu bulağı hansı səbəbdən və məlum olmayan hansı tarixi mənbəyə istinad edilərək Fatimeyi-Zəhra şəfa İstisu bulağı adlandırılır. Tarixi mənbəələrdə Ərkivan toponimi və onun yaranması barədə göstərilənlərdən əlavə, el arasında dildən-dilə danışılan çox maraqlı məlumatlar da söylənilir. 1960-cı ildə 142 yaşında dünyasını dəyişən Kərbəlayi Ağabala Alı oğlu, 1975-ci ildə 102 yaşında dünyadan köçmüş Məşədi Məmmədhüseyn, 1981-ci ildə dünyasını dəyişən Nəzir Molla t oğlu Ərkivan kəndinin qocaman (çoxömürlü) sakinləri söyləmişlər ki, indiki Ərkivan məkanı meşəlik və keçilməz cəngəllik olmuşdur. Ərkani-div rəvayəti Bu məkanı təqribən Ərkivan qalası olan ərazidə qədim nağıllarda deyilən kimi div adlandırılan əcayib bir (məxluq) şəxs yaşamış, rəvayətə görə, onun adı Ərkani-Div olmuşdur. Onun qorxusundan bu ətrafa (indiki Ərkivan ərazisinə) kimsə gəlib məskunlaşa bilməmişdir, həm də ətraf məkanlarda yaşayan xalqa (insanlara) ziyan vurarmış. Bu əhvalatdan xəbər tutan Həzrəti Əli (Ə) tərəfindən 640-650-ci illərdə Ərkani-Div öldürülüb. Həmin vaxtdan bu məkanın adı Ərkivani - Div öldürülən yer adlandırılır. İllər keçdikcə bu məkana müxtəlif tayfalar gəlmiş, meşəlikləri və gəncəllikləri abadlaşdıraraq məskunlaşdırmışlar, bu ərazidə məskunlaşan tayfalar özlərini Ərkivani-Div öldürülən ərazidə (yerdə) məskunlaşdıqlarını söyləmişdir. Uzun illər keçdikcə həmin ad dildən-dilə düşərək təkmilləşmiş və indiki Ərkivan adını almışdır. Bu faktı araşdırmaq məqsədilə Ərkivan kəndinin qocaman sakinlərindən biri olan, 2002-ci ildə 96 yaşında dünyasını dəyişməmişdən əvvəl, Kərbəlayi Məşədi Molla Əzim Axund Mola Səfər oğluna müraciət etdim ki, bəlkə el arasında ağızdan-ağıza danışılan həmin əhvalat Nəcəf alimi olan atası Axund Molla Səfərdən oğluna miras qalmış qədim tarixi-dini ədəbiyyat mənbələrində hansısa bir qeydiyyata rast gəlib. Kərbəlayi Məşədi Molla Əzim kişi söylədi ki, bəli, həmin əhvalat qədim tarixi mənbələrdən biri olan Həzrəti Əli (Ə) qəzavətlərindən o zamanki tilsimatlar şəraitində etdiyi müharibələrdən bəhs edən "Xavər-Zəmin" adlı tarixi kitabdan özüm oxumuşam. III əsrin əvvəllərindən sonra İranda hakimiyyət Sasanilərin əlinə keçir. Səsani sülaləsi Ərəb xilafətinə qədər İrana tam hökmranlıq edir. IV əsrdə türk tayfaların Albaniyaya gəlməsi aydın olur. V əsrdə isə bu tayfalar Qafqaza və Orta Asiyaya kütləvi surətdə gəlməyə başlayırlar. VII əsrin ortalarından başlayan Ərəb işğalları Azərbaycanı öz tərkibinə birləşdirir.
Sərkərdə Bukaryanın başçılığı ilə Ərəb qoşunu Muğana hücum edir və qələbə qazanır. 644-cü ildə muğanlılarla müqavilə bağlanır. Məhz bu dövrdə Azərbaycanda İslam mədəniyyəti yayılmağa başlayır. IX əsrdə Xilafətin siyasi hakimiyyətinin zəifləməsi nəticəsində Azərbaycanda yeni vahid ilk müstəqil dövlət meydana gəlir. Bu hakimiyyətə Yusif İbn-Əbusar gəldi. Paytaxtı da Ərdəbil oldu. Sonra hakimiyyətə Salarular gəldilər. Salarulardan sonra isə onları rəvvadilər əvəz edir (951-1071). XI əsrdə Səlcuqlar cənubi Qafqazı Orta Asiyadan Aralıq dənizinə kimi olan ərazini səlcuq imperiyasının tərkibinə qatırlar. Ərkivan Talış xanlığının tərkibində XVIII əsrin ortalarından Ərkivan Talış xanlığının ərazisinə daxil idi. M.Ə. Xudaverdi oğlu Talış xanlığını Ərkivan kəndinin Dəştvənd mahalında olmasını qeyd edirsə, S.Ə.Kazımbəy oğlu isə Cəvahirnameyi-Lənkərani" əsərində əslində Dəştvənd mahalının Ərkivanla eyni yer olduğunu yazır. Tədqiqatçıların fikrincə Talış xanlığının ən böyük mahalı Ərkivan olmuş, o xanlığın şimalında yerləşərək, qərbdən dağlıq, şərqdən düzənlik bir mahal olmuşdur. Eyni zamanda şimaldan və şimal-şərqdən Şirvan, şərqdən Xəzər dənizinə qədər uzanır. Cənubdan Lənkəran və Dırıq mahalı, qərbdən Şəfidəşt mahalı və İranla həmsərhəd olmuşdur. Daha maraqlı cəhət budur ki,XVIII əsrin əvvəllərindən başlayaraq Ərkivan Rusiya dövlətinin diqqətini cəlb etmişdir. (Digər mənbələrə görə Talış xanlığının ən böyük mahalı olan Dəştvənd şimaldan indi Göytəğpə, cənubdan indiki Bədəlan kəndi ilə həmsərhəd olmuşdur) Bu da məlumdur ki, I Pyotr Rusiya dövlət xadimlərindən biri olan "Kerç" ləqəbi Bernar Aleksandreviçə Ərkivanı hədiyyə etmişdir. General Katlyarevskinin rəhbərliyi ilə rus qoşunları Talışa gələrkən ilk növbədə Ərkivanı ələ keçirməyi vacib bilmişlər. A.A.Bakıxanov yazır: - General Katlyarevski Muğana gedib burada olan Qarabağ elatını geri qaytarır və Ərkivanı yürüşlə aldı ("Gülüstani-İrəm" Bakı-1951). >Rus qoşunlarının qələbəsi zamanı Ərkivan vuruşunda düşmənin iki topu və çoxlu silahı ələ keçdi. (F.Əsədov "Dar gündə yaxşı arxa Bakı -1987. səh. 117"). Çar hökuməti Ərkivanın alınmasını yüksək qiymətləndirir. Bunu Talışın alınmasında mühüm addım hesab edir. Ona görə də çar 1812-ci il dekabrında Ərkivanın alınmasına görə Katlyarevskiyə 2000 çervon məbləğində mükafat vermişdir. Ərkivanda tüstü pulu Ərkivan Talış xanlığının ən mühüm yaşayış məntəqələrindən biri olmuşdur. Buralarda Talış hakimi polkovnik Mir Həsən xanın malikanəsi yerləşirdi. O, yaxınları Mir Hüseyn və Mir İsmayıla xeyli torpaq sahəsi və ərazi bağışlamışdır. Xanlıqda ev hesabı ilə tütsü pulu adı ilə vergi yığılırdı. Ərkivanda o zaman 189 evdən həmin vergi alınırdı və 66 evdə xanlığın xüsusi hərbi sayılan manaflar yaşayırdı. Ərkivan rus qoşunları tərəfindən işğal edilsə də ərkivanlılar Mir Həsən xana sədaqətli olmuşlar. 1831-ci ildə hakimiyyətinə bərpa etməyə çalışan Mir Həsən xan 20 atlı ilə Talışa gəlir. Paskeviç bundan bərk narahatlıq hissi keçirir. Təcili silahlı dəstə toplamaq istəyir. Komendantın sərəncamı ilə bütün Ərkivan mahalı əhalisindən torlanmış atlı dəstə xan tərəfə keçir ("Azərbaycan tarixi" Bakı. 1984, səh. 87).
Ərkivanın təsərrüfat həyatı barəsində mənbələrdə maraqlı məlumatlar vardır. S.Kazımbəyoğlu yazır ki, ərkivanlılar döyüşdə və at minməkdə məşhurldurlar.
Ərkivanda çəltik, buğda, arpa və digər taxıl-dənli bitkilər bitir. Məlumdur ki, Ərkivanda əhalinin əsas məşğuliyyəti isə çəltikçilik olmuşdur. Su çatışmamazlığına görə əhali əziyyət çəkir, ziyana düçar olurdular. Ərkivandan keçən kəhriz XVIII əsrin axırlarında Ərkivanda olan sərin, şəfa verən suyu Mirmustafa xanın diqqətini cəlb etmiş, xan bu suyu Lənkəran şəhərinə axıtmaq üçün 30 kilometrlik saxsı borular düzəltdirmiş və yeraltı su xəttini inşa etdirmişdir. 1904-cü ildə isə Ərkivan kəndindəki gözəl sərin suyu olan bulaqlardan biri Mehdi bulağından Kalinovka kəndinə qədər ruslar tərəfindən saxsı borularla yeraltı su kəməri də çəkilmiş və son illərə (1960) qədər istifadə edilmişdir. Ərkivan Səfəvilər dövründə Şah İsmayılın Azərbaycanın vahid dövlət olmasında xidmətləri misilsizdir. 2001-ci ildə Səfəvi dövlətinin 500 illiyi tamam olmuşdur. Məlum olduğu kimi Şah İsmayıl 1501-ci ildə Şirvana gedərkən Ərkivandan və Şərəfədən keçərək, Muğana, oradan da Şirvana yürüş etməsi barədə məlumatlar var.
Ərazimizdə də Xəzərin səviyyəsi barədə müxtəlif fikir deyimləri vardır. Belə ki, XIX-XX əsrdə yaşamış ağsaqqalların ağızdan-ağıza gəzən "Dəniz Masallının Muğan zonasını, xüsusən Məmmədxanlı kəndini yuyardı" və ya "Ərkivan kəndi Xəzərin ləpədöyəni olmuşdur" sözləri həqiqətən müxtəlif dövrlərdə Xəzərin qalxması və enməsinə daha digər misallar göstərmək kifayət edər: Belə ki, Ərkivan kəndinin Pələnküştə məhəlləsinin sakini Əbdüləli kişinin XIX əsrin ikinci yarısına qədər Masallının Qızılağac kəndində taxta-şalban pristini olmuşdur ki, Həştərxandan həmin pristinə gəmilər dəniz vasitəsilə taxta-şalban və digər tikinti materialları gətirirmiş, yerli əhali təmin edilərmiş və yaxud XX əsrin əvvəllərində dəniz səviyyəsinin bir qədər enərək Qızılağacdan uzaqlaşarkən cənub bölgəsində digər bir liman olan Port-İliçə Xəzərdə gəmilər yan alıb, yük götürüb, yük boşaldar və sərnişin daşıyardılar. Yaxşı yadımdadır, 1930-1932 və 1934-cü illərdə uşaq idim. Mərhum Güləli əmimlə Port-İliç limanından Kalantay və Sentsayuz adlı böyük gəmiləri ilə Bakı şəhərinə getmişik.
Ərkivan ləpədöyən olub
Ərkivan kəndi çox qədim bir məkan olmaqla ərazinin hündür yerində yerləşib. Xəzər dənizi səviyyəsinin enərək kəndin ləpədöyəni olmasına daha bir misal: Ərazidə yaşayıb 2007-ci ildə dünyasını 97 yaşında dəyişən ziyalı mərhum Hüseyn Əsədlinin dediyinə görə 1915-1916-cı illərdə Ərkivan kəndinin Bədirli məhəlləsində (Məhəllənin şərqə - dənizə tərəf olan yerində) Hacı Süleyman, Hacı İbrahim və Hacı Qulamhüseyn qardaşları özlərinə qırmızı kərpicdən iki mərtəbəli yaşayış evi tikdirmək məqsədi ilə bünövrə qazarkən gəmi lövbərinə rast gəlinmişdir. Bu da həqiqətən Xəzər dənizinin Ərkivana qədər uzanmasına, Ərkivanın ləpədöyən olmasına və həmin dövrdə bu ərazidə gəmilərin gəzməsinə əyani misaldır.
Deyilənlərə görə, belə bir gəmi lövbəri Təkkeçid və Bəylər kəndi İsinin aşağı hissəsində Viləş çayının sağında aparılan qazıntı zamanı da tapılmışdır. Buradan aydın olur ki, Xəzər dənizinə axıb tökülən Viləş çayı eyni zamanda Yardımlı yolu kənarında yerləşən Təkkeçid körpüsünə qədər gəmi yolu olmuşdur.
Ərkivan kəndi müxtəlif tayfaları təmsil edən, hər biri kiçik kəndə bərabər olan 13 məhəllədən ibarətdir. Bu məhəllələr Qızılaküçə, Pələnküştə, Bağlaküçə, Zeynioba, Miyondi, Həsənəküçə, Abaslı, İsioba, Ramazanlı, Göllü, Bədirli, Cəbili və Əlihəsənlidən ibarətdir.
Bu məhəllələrin hər birinin Ərkivanda özünəməxsus məlum ərazisi vardır. Vaxtı ikən kənd ərazisinin müxtəlif yerlərindən özlərinə məskən salıb yaşamağa başlamış tayfalar zaman keçdikcə törəyib artdıqları üçün məhəllələr genişlənib böyümüş, bəziləri isə hətta bir-biri ilə qarışaraq məhəllənin ərazi sərhəddi itmişdir. Bunu kəndin Abaslı, İsioba, Göllü, Həsənəküçə, Miyondi, Bağlaküçə və Zeynoba məhəllələrinin timsalında aydın görmək olar. Adi baxışda hər kəs bu məhəllələrin birini digərindən ayırd edə bilmir, taki həmin məhəllə sakinlərindən soruşub öyrənilməsə.
Ərkivanın məhəllələri
Ərkivan qəsəbəsi əhalisinin sayına görə müstəqil
Azərbaycan Respublikasında ən böyük kəndlərindən biridir.
Toponimik hesablamalara görə Ərkivandakı coğrafi adların sayı təqribən 3 mindən artıqdır.
Ancaq bütün bunların hamısını bu kiçik yazıda əhatə etmək mümkin deyil.
Hələlik Ərkivandakı məhəllələr haqqında sizə qısa məlumat veririk.
1. ABBASLI məhəlləsi – Məhəlləyə ad orada məskunlaşan ilkin sakinlərin nəsil mənsubiyyətinə görə verilmişdir. Bu məhəllədə Abbas kişinin nəsli yaşayır.
2.Bağlakuçə məhəlləsi – Bizcə, bu yaşayış məntəqəsinin adının düzgün yazılışı Bağılarküçə məhəlləsi olmalıdır.
Coğrafi adın tərkibindəki ”bağla” komponenti "kücə” isə Talış dilində "kənd”, "məhəllə”, "yaşayış yeri”, "yaşayış məskəni”mənasındadır. Məhəllədə Bağılar nəsli ilk dəfə məskən salmasına görə o, belə adlandırılırmışdır.
Bağlakücə - bağılar nəsli yaşayan məhəllə deməkdir.
3.Bədirli məhəlləsi- Yaşayış məntəqəsinin ilkin sakinlərinin Bədir nəslinin adını daşımasına görə belə adlandırılmışdır.
4.Qızılaküçə məhəlləsi - Yaşayış məntəqəsinin ilk sakinlərinin Qızılavar kəndindən köçüb gəlməsi ehtimalı etmək mümkühdür. Çox ehtimal ki, "Qızla” komponenti "Qızıl-vo” sözündən təhrifdir. "Qızılvo” adındaki "vo” sözü talışca külək mənasındadır. Qızlakücə Qızılavar kəndindən köçüb gəlmiş əhalinin saldığı məhəllə
deməkdi.
5.Zeynoba məhəlləsi – Zeynoba toponimi Zeyni oba adından təhrifdir. Yaşayış məntəqəsi Zeyni obası adlı yerdə salınmasına görə belə adlandırılmışdır.
Coğrafi adın düzgün yazılışı Zeynioba məhəlləsi olmalıdır.
6.İsoba məhəlləsi – Yaşayış məntəqəsi adının İsoba yazılışı təhrifdir. Mənbələri araşdırdıqda aydın olur ki, coğrafi adın ilkin yazılış variantı İsa oba olmuşdur. Yerli əhalinin tələffüzü və elziya (səsdüşümü) nəticəsində "a” səsi düşmüş və coğrafi ad İsoba şəkilində yazılmışdır. Bu məhəllənin ilkin sakinləri İsa obasında mıskunlaşmasına görə məhəllə belə adlandırılmışdır.
7.Göllü məhəlləsi – Məhəllənin ilkin sakinləri çoxlu kiçik göl olan ərazidə məskunlaşmasına görə yaşayış məntəqəsi belə adlandırılmışdır.
8.Miyondi məhəlləsi - Coğrafi adın tərkibindəki komponentlərdən olan "miyon” ("miyona”) talışca dairəvi, orta, mərkəz, "di” isə kənd deməkdir. Burada məskunlaşmış əhalinin əksəriyyətinin milliyyətcə talışlardan olması da fikrimizi təsdiq edir.
9.Pələnküştə məhəlləsi - Respublikamızda bir qrup yaşayış məntəqələri yuxarıda qeyd etdiyimiz kimi baş vermiş müəyyən hadisəni əks etdirir. Belə coğrafi adlardan biri də Pələnküştə məhəlləsi adıdır. Toponimin tərkibindəki pələng – heyvan adıdır, küştə isə talışca öldürülən deməkdir. Məhəllə pələng öldürülən ərazidə salınmasına görə yaşayış məntəqəsi belə adlandırılmışdır. Deməli, Pələnküştə pələng öldürülən yer mənasındadır.
10.Ramazanlı məhəlləsi – Yaşayış məntəqəsinə ad ilkin sakinlərinin nəsil mənsubiyyətinə (Ramazanlı nəslinin orada məskən salmasına) görə verilmişdir.
11.Həsənəküçə məhəlləsi – Yaşayış məntəqəsi ilkin sakinlərinin başçısının (Həsənin) adını daşıyır. Həsənəküçə coğrafi adında "Həsən” şəxs adı, "ə” birləşdirici səs, "küçə” yaşayış yeri, kənd, məhəllə deməkdir.
12.Cəbili məhəlləsi – məhəlləyə ad ilkin sakinlərinin nəsil mənsubiyyətinə (Cəbili nəslinin orada məskunlaşmasına) görə verilmişdir. Bu məhəllədə sırf Məşədi Cəbinin övladları yaşayır. 2014-ci ildən Allahyarlı kəndi də Ərkivanın məhəllələrindən biri hesab edilir.
Əlihəsənli məhəlləsi haqda mənbədə məlumat yoxdur.
Əkivan coğrafiyası
Ərkivan toponiminin mənasi haqqinda bir necə fikirlər var. Bu fikirlərdən ən maraqlısı "ər”-igid və ya qocaq. "ki” bağlayıcı, "van”-da məsgən, yəni igidlər məsgəni.
Ərikivan qəsəbəsi coğrafi mövqeyinə görə
cənubşərqdən Lürən,
cənubdan Qızılavar və Kolatan,
şimalqərbdən Ko¬sakül,
Bambaşı və Yeyənkənd,
şərqdən İskəndərli, Masallı şəhəri
qərbdən Qəriblər, Qodman kəndləri ilə həmsərhəddir.
Ərazisi 2294 kvm-dir.
Ərkivan qəsəbəsi Masallı şəhərindən 2 km qərbdə, Viləş çayının sağ sahilində, Lənkəran ovalığında və Talış dağlarının ətəklərində yerləşir
Ərazidə rəsmi qeydiyyatda olan təsərrüfatların miqdarı 3802, əhalinin sayı isə 16.000 nəfərə yaxındır. Ərkivan qəsəbəsində ümumi torpaq sahəsi 2200 hektardır. Bunun 1263 hektarı əkinə yararlı torpaqlardir.
Coğrafiyaşünas alim [u]Mirnuh İsmayılov[/u]un dediklərinə istinad edərək, ilologiya elmləri doktoru, görkəmli filoloq tənqidçi alim Vaqif Yusifli "Ərkivan və ərkivanlılar" kitabında yazır: - "Zəngin və rəngarən təbiətə malik Ərkivan Azərbaycanın cənub bölgəsində ən böyük kəndlərdən biridir. Azər¬baycanın digər əraziləri ilə müqayisədə Ərkivanın təbiəti təkraredilməzdir. Bura yarımrütubətli subtropik iqlimlərin olduqca əlverişli şəkildə görüşdüyü ərazidir.
Qəsəbənin relyefi yarğan və çay dərələri ilə parça-lanmış maili düzənlikdir. Viləş çayının min illər boyu səbrlə topladığı çöküntülərin əmələ gətirdiyi klassik formalı gətirmə konsunun üzərində formalış-mışdır.
Maili düzənlik şərqə doğru 10-12 m hündürlüyü olan terrasla birdənbirə dəniz çöküntülərindən ibarət olan hamar ovalığa keçir. Qəsəbənin özü birbaşa terrasın qaş hissəsindən formalaşmağa başlamışdır. Bura həm təbii şəraitinə, həm də ətraf ərazilərdən seçilən mənzə¬rəsinə görə fərqlənir.
Ərkivan qəsəbəsinin yerləşdiyi terrasın mütləq hündürlüyü dünya okeanının səviyyəsinə uyğun gəlir. Yəni, müasir deyimdə Ərkivan qəsəbəsi Xəzər dənizinin səviyyəsindən indiki halda 26,8 m hündürlükdə yerləşir.
"Şah Səfi" bulağı
Masallı rayonunda bir çox müqəddəs tarixi yerlər İslam dininin şiəlik təriqəti ilə əlaqədar yaranmışdır.
Xüsusən, XIII əsrdən başlayan Səfəvi-Talış münasibətlərinin bu sahədə mühüm rolu olmuşdur. Şiəliyi təbliğ edən və özlərini 7-ci İmam Museyi-Kazımın nəslindən hesab edən Səfəvilər Talış ərazisi ilə sıx bağlı olmuş, həmin abidələr indi də qalmaqdadır. Onlardan biri də Ərkivan kəndindəki "Şah Səfi" bulağıdır.
Bulağın kim tərəfindən və nə vaxt salınması barədə müxtəlif fikirlər və ehtimallar söylənilir. Dəqiqləşdirilmiş məlumat demək olar ki, hələ də yoxdur. Bu işə səy göstərənlərdən biri də Masallı ziyalılarından tarix müəllimi Şərəfəli Adəm Seyfullayevdir. Müəlliflərin fikrincə bulağı güya Şah İsmayıl Xətai (1501-1524) saldırmışdır.
Bulağın salınması 6-cı Səfəvi hökmdarı Şah Səfiəddın (1629-1642) ilə əlaqələndirilir.
Ərkivanlı Alimlər
Ərkivanda boya-başa çatmış onlarla şəxs ölkə elminə layiqli töhvələr vermişdir. Onlar haqqında qısa məlumatları sizə tədim edirik:
Akademik və elmlər doktorları
1. Bağır Bağırov Əli oğlu (Bədirli məhəlləsi ) - Geologiya-minerologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Neft Akademyasında kafedra müdiri.
2. Əvəz Cəbiyev Abdulhəsən oğlu (Cəbili məhəlləsi) -Tibb elmləri doktoru, Azərbaycan Tibb Universititinin professoru olub,vəfat etmişdir. Masallı rayon Mərkəzi Xəstəxanası onun adını daşıyır.
3. Əsədulla Cəfərov Qüdrət oğlu – (Bağlaküçə məhəlləsi) –Tarix elmləri doktoru, professor, AMEA-nın Arxeologiya və Etnoqrafiya institunda şöbə müdiri., beynəlxalq İNTAS-2000 proqramının qrant lauretıdır.
4. Bədrəddin Həsənov Hacı İbrahim oğlu (Bədirli məhəlləsi.) – Neft-Qaz sənayesi üzrə elmləri doktoru, Uzun müddət ərəb ölkələrində - Misirdə, İraqda, Səudiyyə Ərəbistanında və digər ölkələrində mütəxəssisi kimi çalışmış və AMEA-nın şöbə müdiri işləmişdir. Vəfat etmişdir.
5. Məhərrəməli Niftullayev Zülfüqar oğlu (Bədirli məhəlləsi) - Tibb elmləri doktoru. Tibb Universitetində dərs deyir.
6. Sabir Mirzəyev Soltanağa oğlu (Bədirli məhəlləsi) - Fizika-riyaziyyat elmləri doktoru, Bakı Dövlət Universitetinin professorudur.
7. Nadir Məmmədov Gülməmməd oğlu (Ramazanli məhəlləsi.) – Coğrafiya elmləri doktoru, Bakı Dövlət Universitetinin dosentidir.
8. Rasim Cabbarov Baba oğlu (Ramazanlı məhəlləsi.) - Fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın fizika institutunda çalışır.Paris şəhərində uzunmüddətli elmi ezamiyyətdə olub.
9. Ədalət Cəbiyev Nurəddin oğlu (Cəbili məhəlləsi) - texnika elmləri doktoru. Sankt-Peterburqda hərbi sənaye sahəsində aparıcı mütəxəssis kimi çalışır.
10. Vaqif Yusifli Əziz o. (Həsənəküçə məhəlləsi)– filologiya elmləri doktoru, tənqidçi, .Azərbaycan Yazıçılar İttifaqının üzvü. Onlarla kitabın müəllifidir. Bir neçə ədəbi mükafata layiq görülüb.
11. Cavanşir Əliyev Əziz o. ( Həsənəküçə məhəlləsi) - filologiya elmləri doktorudur. "Turan” tərcümə mərkəzinin direktorudur.
Fəlsəfə doktorları
12. Abdurrəhman Səmədov Qubad o. (Qızılaküçə məhəlləsi) - Baytarlıq üzrə fəlsəfə doktoru, "Ərkivan salnaməsi ” kitabının müəllifidir. Vəfat edib.
13. Qoşqar Şiriyev Ağaxan - (Pələnküçtə məhəlləsi) - Iqtisadiyyat və tibb üzrə fəlsəfə doktoru.
14. Firudin Şiryev Ağaxan - ( Pələnküçtə məhəlləsi) –biologiya üzrə fəlsəfə doktoru.
15. Əbdülhüseyn Mənsimov Abı oğlu - Cəbili məhəlləsi - Tarix üzrə fəlsəfə doktoru, APU-da müəllim.
16. Müctəba Mirzəyev Mütəllim (Bədirli məhəlləsi) –İqtisadiyyat üzrə fəlsəfə doktoru. Vəfat edib.
17. Yavər Mirzəyev Mütəllim oğlu – (Bədirli məhəlləsi) – İqtisadiyyat üzrə fəlsəfə doktoru. Vəfat edib.
18. Nadir Kazımov - (Həsnəküçə məhəlləsi) - İqtisadİyyat üzrə fəlsəfə doktoru. Vəfat edib.
19. Rahib Kazımov Nadir oğlu - (Həsənəküçə məhəlləsi) – İqtisadİyyat üzrə fəlsəfə doktoru. İqtisadiyyat Universitetində müəllim işləyir.
20. Qorxmaz Mikayılov Eyvaz(Bağlaküçə məhəlləsi) - Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, ABŞ-da işləyir
21. Rahib Mikayılov Eyvaz(Bağlaküçə məhəlləsi) - Texnika üzrə fəlsəfə doktoru. (ABŞ-da işləyir).
22. Zülfüqar Cəbiyev Abdulhəsən oğlu – (Cəbili məhəlləsi) - Tibb elmləri üzrə fəlsəfə doktoru. Vəfat edib.
23. Tağı Cəbiyev - (Cəbili məhəlləsi) - Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru.
24. Yusif Cəbiyev Abdulla o – (Cəbili məhəlləsi) fizika-riyaziyyat üzrə fəlsəfə doktoru. Neft Akademiyasında müəllim işləyir.
25. Həsənağa Qənbərov Məmi oğlu.- (Miyondi məhəlləsi) – Tibb üzrə fəlsəfə doktoru. Bakı xəstəxanalarında həkim işləyir.
26. Çingiz Axundov Qəni oğlu, - (Ramazanlı məhəlləsi ) - Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru.
27. Vidadi Mirzəyev Soltanağa oğlu - (Bədirli məhəlləsi) - Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru. AMEA-nın Kibernetika-riyaziyyat institutunda işləyir.
28. Elçin Bağırov Bağır - (Bədirli məhəlləsi) - Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru. (ABŞ-da yaşayır)
29. Samirə Bağırova(Bədirli məhəlləsi) - Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru. (ABŞ-da işləyir)
30 Raufə Bağırova - (Bədirli məhəlləsi) - Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru elmləri namizədi
31. Rəsmiyyə Əşrəfova Sabir qızı (Miiyondi məhəlləsi) - İqtisadiyyat üzrə fəlsəfə doktoru.
32. Lalə Məmmədova Nadir qızı – (Ramazanlı məhəlləsi) - İqtisadiyyat üzrə fəlsəfə doktoru. Respublikanın Əməkdar Artisti.
33. Arif Vasif oğlu Səmədov – (Qızılaküçə məhəlləsi) - Siyasi elmlər üzrə fəlsəfə doktoru. Azərbaycan Respublikası Prezident Administrasiyasında işləyir.
34. Fərqanə Vasif qızı Səmədova- (Qızılaküçə məhəlləsi) - Siyasi elmlər üzrə fəlsəfə doktoru. (ABŞ-da yaşayır)
35. Mirnuh Cavad oğlu İsmayılov – (Ramazanlı məhəlləsi) - Coğrafiya üzrə fəlsəfə doktoru.
36. Gülağa Azadxan oğlu Salayev – (Həsənəküçə məhəlləsi - Hüquq üzrə fəlsəfə doktoru. Hazırda Belorusiya Respublikasında Arbitraj Məhkəməsinin hakimidir.
37. Vaqif Qurbanov Oruc oğlu (Abbaslı məhəlləsi.) – Tibb elmləri üzrə fəlsəfə doktoru. Masallı Rayon Mərkəzi Xəstəxanasında işləyir.
38. Raif Rüstəmov Məmməd oğlu – (Bədirli məhəlləsi)- Riyaziyyat üzrə fəlsəfə doktoru. (ABŞ-da yaşayır və işləyir)
39. Nailə Məmmədhüseyn qızı Zaidova – (Bədirli məhəlləsi) - filologiya elmləri üzrə fəlsəfə doktoru.
Aşağıda adları qeyd olunan 2 nəfərin də ərkivanlı alimlər sırasında olduğu bildirilsə də, onlar haqqında hələlik tam məlumat edə bilmədik.
40. Zakir Mirzəyev (Bədirli)- fizika-riyaziyyat üzrə fəlsəfə doktoru.
41. Rəşad Məhərrəm oğlu Əzizov - geologiya-mİneralogiya üzrə fəlsəfə doktoru.
Onu da xatırladaq ki, elmlər doktorları və fəlsəfə doktorlarının 7 nəfəri Cəbili məhəlləsindən (2-si elmlər doktoru), 12 nəfəri Bədirli məhəlləsindən (4-ü elmlər doktoru), 5 nəfəri Ramazanlı məhəlləsində (2-si elmlər doktoru), 5 nəfəri Həsənəküçə məhəlləsində (2 elmlər doktoru), 5 nəfər Qızılaküçə məhəlləsində , 3 nəfəri Bağlaküçə məhəlləsinə (1-i elmlər doktoru), 2 nəfər Miyondi məhəlləsində, 1 nəfəri Abbaslı məhəlləsindəndir. Zeynoba, İsoba, Göllü məhəllələrindən alim adını qazanan olmamışdır.
Ən çox alim Bağırovlar (4 nəfər), Cəbiyevlər (6), Mirzəyevlər (3), Məmmədovlar (2), Yusiflilər (2), Səmədovlar (3), Şiriyevlər (2), Kazımovlar (2), Mikayılovlar (2) ailələrindən çıxmışdır. Yusiflilər ərkivanlı alimlər sırasında 2 elmlər doktoru yetişdirən yeganə ailədir.
Bu alimlərdən 5 nəfəri tibb, 3 nəfəri filologiya, 12 nəfəri fizika-riyaziyyat, 7 nəfəri iqtisadiyyat, 5 nəfəri geologiya-minerologiya və coğrafiya üzrəailmlik adı qazanıblar.Sonda onu da qeyd edək ki, bu son deyil – ilkin məlumatdır. Bu barədə əlavə məlumatı olanlar bizimlə əlaqə saxlaya bilər, onların köməyi ilə dəqiqləşdirmə apara bilərik.Yaxın vaxtlarda hörmətli ailimlər haqqında daha geniş məlumatları "Kitablarda və məqalələr” bölümündə tanış ola bilərsiniz.
Ərkivanın Din Xadimləri
Ərkivan qəsəbəsinin yetirmələrindən olan din xadimlərinin 15 nəfərdən Nəcəfül-Əşrəfdə uzun müddətli təhsil almışdır.. Bu din xadimlərinin sırasında bir neçəsi müçtəhidlik rütbəsinə yüksəlmişdir. Ərkivanlı din xadimlərini sizə təqdim edirik.
1. Molla Hacı Məhəmmədəli Axund Məhəmməd oğlu
2. Molla Ağarza Axund Molla Fətəli oğlu
3. Şeyx Bəşir Axund Molla Hüseynəli oğlu
4. Seyid Qüdrət Axund Mikayıl oğlu
5. Molla Səfər Axund İbrahim oğlu
6. Şeyx Əli Axund Məhəmməd oğlu
7. Molla Məhəmməd Axund Molla Həsən oğlu
8. Molla Qulamhüseyn Axund Kərim oğlu
9. Molla Mirbəşir Axund Mirhəşim oğlu
10. Molla Əli Axund Hacı Molla Məhəmməd oğlu
11. Molla Müzəffər Axund Ağadədə oğlu
12. Ayətullah Şeyx Fazil Hacı Bəşir oğlu.
13. Ayətullah Uzma Şeyx Hacı Məhəmməd Fazil Lənkərani
14. Şeyx Məhəmməd Cavad Lənkərani Ayətulla Uzma Hacı Məhəmməd Fazil Lənkərani oğlu
15. Hacı Ağa Seyid Rza Molla Mir Bəşir oğlu
16. Molla Hüseyn Axund.
17. Molla Fətulla Axund Molla Əbdüləli oğlu
18. Molla Əbdüləli Axund.
19. Molla Novruzəli Axund.
I.Molla Hacı Məhəmmədəli Axund Məhəmməd oğlu
Ərkivanın ilk məsçidinin mollası
1840-1926-cı illərdə yaşamış, 86 yaşında vəfat etmişdir. O, Ərkivanda dünyaya gəlmiş, ibtidai təhsilini kənd molla məktəbində almışdır. Kənd sakinlərinin maddi köməyi ilə təhsilini artırıb, yüksək dərəcəli ruhani olmaq üçün Ərdəbil, Tehran şəhərlərinə göndərilmişdir. İlahiyyətçi ixtisası verən Darülfünündə və Nəcəf şəhərində dünyavi və dini elmləri tədris edən ali ruhani məktəblərində 25 il təhsil aldıqdan sonra Ərkivana qayıtmışdır. Ərkivanın ilk məscidi olan Bağlakücədəki məscidin baş mollası kimi fəaliyyət göstərmiş, öz hesabına mədrəsə açıb, burada çoxlu tələbələr yetişdirmişdir. Həmin məscid Ərkivanın Bağlakücə, Qızılaküçə və Pələnküştə məhəllələri sakinlərinə məxsus olmuşdur. Lakin Hacı Məhəmmədəli Axundun təşəbbüsü ilə 1903-cü ildə Qızılaküçə və Pələnküştə sakinləri üçün ayrıca məscid inşa edilmişdir. Şəxsi su dingi, kərpic kürəsi və kustar sənətkarlığı ilə ailəsini halal zəhmətlə dolandırmışdır. Sovetlər quruluşu zamanı əmlakı müsadirə olunmuş, 80-dən artıq yaşı olduğuna görə həbs edilməmişdir. Hacı Məhəmmədəli Axund 86 yaşında Ərkivanda dünyasını dəyişmişdir. Məzarı məhəllə qəbristanlığındadır.
II. Molla Ağarza Axund Molla Fətəli oğlu
Masallıya gələn Həmid Sultanov onun əmlakına niyə ona qaytardı?
1853-1941-ci illərdə yaşamışdır. Ərkivan kəndində dünyaya gəlmişdir. İbtidai dini təhsilini Ərkivan kəndinin molla məktəbində aldıqdan sonra İranın Ərdəbil, Təbriz şəhərlərində oxuyub, Ərəb-Fars dillərini mükəmməl öyrəndikdən sonra İraqın Nəcəfin ali ruhani məktəbinə qəbul edilmişdir. Məktəbi bitirdikdən sonra doğma Ərkivan kəndinə qayıtmış, Ərkivanın Göllü məhəlləsində qırmızı kərpicli məscidin tikintisinə yaxından kömək etmişdir. Molla Ağarza Axund xeyli müddət bu məscidin mollası olmuşdur. O, eyni zamanda gənclərin savadlanması üçün öz şəxsi evində onlara dərs demişdir.
Göllü məhəlləsinin sakini 120 yaşlı Molla Əli kişinin dediyinə görə, sovet hakimiyyəti dövründə Molla Ağarza Axunddan böyük məbləğdə vergi tələb edilmişdir. Bu zaman 75 yaşı olduğunu nəzərə alıb həbs edilməmişdir. Lakin onun bütün əmlakı zəbt edilmişdir ki, vergisi ödənilsin. Təsadüf nəticəsində həmin ərəfədə mərkəzdən Masallıya gələn yüksək vəzifəli Həmid Sultanov Ərkivanda olur. Molla Ağarza Axundun əkinçiliklə məşğul olub, halal zəhmətilə ailəsini dolandırmasını bildikdən sonra onun vergidən azad edilməsinə və həm də əmlakının müsadirə edilməməsinə sərəncam vermişdir. Kəndin yaşlı adamlarının dediyinə görə o, daim təsərrüfatla məşğul olmuş və mollalıqdan gəlir mənbəyi kimi istifadə etməmişdir. Molla Ağarza Axund 88 yaşında Ərkivan kəndində vəfat etmiş, məzarı məhəllə qəbristanlığındadır.
II.Şeyx Bəşir Axund Molla Hüseynəli oğlu
O müçtəhidlik zirvəsinə necə yüksəlmişdi?
Molla Hüseynəli oğlu Şeyx Bəşir Axund 1861-ci ildə Ərkivan kəndinin Həsənəkücə məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Atası Molla Hüseynəli orta dini təhsilə malik olan molla idi. O, eyni zamanda kənd təsərrüfaitı işləri ilə məşğul olaraq, halal zəhmətilə ailəsini saxlamışdır. Onun ailəsində dünyaya gələn övladlarından biri də Şeyx Bəşir Axund olub. O, ilk ibtidai dini təhsilini atası Molla Hüseynəlidən almışdır. Sonra isə Lənkəranda Böyük ruhani, alim Molla Məmmədhüseyn Axundun (İmam Axund) mədrəsəsində (1885-1889-cu illər) oxumuşdur. Bununla da o, kənd məclislərində "Quran" oxuyub, dini söhbətlər edirmiş. Atası Molla Hüseynəli Bəşiri Ərdəbil şəhərinə göndərmiş, orada ruhani məktəbinə daxil olmuşdur. 7 il Ərdəbildə Miribrahim Mədrəsəsində oxuduqdan sonra iki il də Tehran ruhani məktəbində təhsil almışdır. Bu müddətdə Ərəb - fars dillərini mükəmməl öyrənmişdir. Sonra isə Nəcəfül-Əşrəfə gedib Ali Ruhani məktəbinə daxil olmuşdur. Nəcəfül-Əşrəfdə ali ruhani məktəbində tədris olunan 24 fənni dərindən öyrənən Şeyx Bəşir Axund özünün vaxtı ilə dediyinə görə Müctəhidlik dərəcəsinə qədər təhsil alıb. 1911-ci ildə 55 yaşında vətənə (Ərkivana) qayıtmış, özü ilə gətirdiyim kitablarla elə alimlər yetişdirə bilib ki, İranda təhsil alanlardan da yüksək biliyə malik olublar". Məhz bu niyyətlə Şeyx Bəşir Axund məktəb açır, 200 nəfərdan artıq tələbəyə orta ruhani təhsil həcmində savad vermişdir. Kəndin Bağlakücə məhəlləsindəki məsciddə baş molla kimi fəaliyyət göstərmişdir. Sovet dövründə o, 1932-ci ildə müxtəlif uydurma bəhanələr əsasında həbs edilir. Heç bir əsaslı təqsiri olmadığı üçün 1933-cü ildə həbsdən azad edilir. 1935-ci ildə isə o, yenidən həbs edilərək 5 il müddətinə azadlıqdan məhrum edilməklə bütün əmlakı da müsadirə olunur.
1953-cü ildə Şeyx Bəşir Axunda dini və şəriət ehkamlarını izah etməyə icazə verilmişdir.
1953-cü ildə Azərbaycan Elmlər Akademyasından bir neçə alim gəlib, Şeyx Bəşir Axundu sərf-nəhf elminin ən mükəmməl bilicisi kimi tələbələr üçün dərslik hazırlamağa dəvət edirlər. Lakin o, ailə şəraitini nəzərə alaraq bu təklifdən imtina etmişdir.Şeyx Bəşir Axund 1966-cı ildə Məhərrəm ayının 11-də (aşura gününün səhəri) 105 yaşında vəfat etmişdir. Çox hörmətli din xadimi kimi böyük izdihamla Ərkivanın Həsənəkücə qəbiristanlığında dəfn edilmişdir.
IV. Şeyx Qüdrət Axund Mikayıl oğlu
O, indiki Cəlilabada niyə köçdü?
1870-1960-cı illərdə yaşamışdır. Ərkivan kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, atasının arzusu ilə Ərdəbil şəhərinə gedib, orta ruhani təhsil verən mədrəsədə oxumuşdur. Dini təhsilə olan həvəsi onu ali ruhani təhsili almağa ruhlandırır. Odur ki, o, İraqın Nəcəf şəhərinə gedərək, orada ali ruhani təhsilini uğurla başa çatdırıb doğma Ərkivan kəndinə qayıdır. Öz evində mədrəsə açır və yüzlərlə gəncə ibtidai təhsil verir.1924-cü ildə Astarxanbazar (indiki Cəlilabad) camaatının dəvəti ilə Şeyx Qüdrət dini xidmətlər göstərmək üçün oraya gedir. Astarxanbazarın mərkəzi məscidində Axund olur. O, dini mərasimlərdə, hüzür məclislərində şəriət qanunlarından maraqlı söhbətlər edir. 30-cu illərdə NKVD-yə məlumat verirlər ki, guya Şeyx Qüdrət Axund kolxoz əleyhinə təbliğat aparır. Şeyx həbs olunur. Lakin bir müddət sonra həqiqət üzə çıxır, Şeyxi azadlığa buraxmağa məcbur olurlar. Onun "xalq düşməni" olmasını isbat etməyə tutarlı dəlillər tapılmır. O, ömrünün sonuna kimi Cəlilabadda yaşayır, lakin Masallı ilə, doğma kəndi ilə əlaqəni üzmür. Tez-tez Ərkivana, doğma yurduna baş çəkir. Şeyx Qüdrət Axund Mikayıl oğlu 90 yaşında Cəlilabadda dünyasını dəyişmişdir. Məzarı Cəlilabad şəhər qəbristanlığındadır. Şeyx Qüdərət cənubun tanınmış din xadimi olmuş Molla Məhəmmədin atası olmuşdur.
V. Molla Səfər Axund İbrahim oğlu
O, İrana niyə köçüb?
1871-1959-cu illərdə yaşamışdır. O, Ərkivan kəndində anadan olmuş, ibtidai dini təhsilini kənd mollaxanasında aldıqdan sonra İranın Ərdəbil şəhərinə gedib, orada orta və İraqın Nəcəf şəhərində ali ruhani təhsilini başa vurmuşdur. Onun dini və dünyavi təhsil aldığı müddət 24 ildən artıq olmuşdur. O, vətənə-Masallıya qayıtdıqdan sonra əvvəl Ərkivanın Göllü məhəlləsində məsciddə mollalıq edib, onlarca tələbəyə ibtidai dini təhsil vermişdir.
Şura hakimiyyəti dövründə müxtəlif böhtan və təqiblərə məruz qalmışdır. Ona görə də o, 1920-ci ildə İrana köçməyə məcbur olmuşdur. Molla Səfər Axund 1959-cu ildə 88 yaşında İranda vəfat etmişdir. Oğlu Məşədi Əzim Ərkivanda qalaraq yaşamış, ailə qurmuş, təsərrüfat işləri ilə məşğul olmaqla yanaşı atasının yolunu da davam etdirmiş və 2002-ci ildə 92 yaşında vəfat etmişdir. Məzarı Ərkivanın Abaslı qəbristanlığındadır.
VI. Şeyx Əli Axund Məhəmməd oğlu.
Bədirli məhəlləsinin baş mollası olmuşdur
1872-1946-cı illərdə yaşamışdır. Bədirli məhəlləsində dünyaya gəlmişdir. İlk dini təhsilini Ərkivan kəndində Molla Əbdüləli Axunddan almışdır. Sonra kənd sakinlərinin maddi yardımı ilə əvvəl Ərdəbildə, sonra isə İraqın Nəcəf şəhərində Ali ruhani təhsilini başa çatdırmışdır.
Şeyx Əli Axund 1915-ci ildə doğma vətəni Ərkivana qayıtmışdır. O, şərəfli ömrünün 25 ilini təhsil almağa sərf etmişdir.O, tələbəlik illərində çox vaxt günəmuzd fəhləlik edib. Kəndin Bədirli məhəlləsinin məscidində baş molla kimi fəaliyyətə başlayan Şeyx Əli Axundun başına çox müsibətlər gəlmişdir.Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra əmlakı dövlət tərəfindən müsadirə edilib, şəxsi evində sovet məktəbi açılmışdır. Beş oğul və iki qızı olan Şeyx Əli Axund ailəsi ilə birlikdə ev-eşiksiz qalmış, 1934-cü ildə güya kolxoz quruluşunun əleyhinə təbliğat apardığına görə həbs edilmişdir.
O, mədəsindən iki dəfə cərrahiyyə əməliyyatı olduğuna görə 40 gün həbsdə qaldıqdan sonra sərbəst buraxılmışdır. Lakin 1937-ci ildə onu təkrarən həbs etmək istəmişlər. O, Astarxanbazarın (indiki Cəlilabadın) Həziabad kəndində özünə sığınacaq tapmalı olur. Şeyx Əli Axundu yaxından tanıyanların dediklərinə görə həmin illərdə o, Lənkəranda doktor Ağaxanın evində yaşayıb.
1939-cu ildə Şeyxin böyük oğlu Həsənağa Sovet-Fin müharibəsindəki döyüşlərdə həlak olmuşdur. İkinci oğlu da Sovet-Alman müharibəsinin ilk günlərində cəbhədə ölmüşdür. Şeyxin ailə üzvlərinin böyük əziyyət çəkdiklərini görən Ərkivan kənd sakini Xaliq kişi xeyirxahlıq edərək evsiz-eşiksiz qalmış ailəyə öz evində sığınacaq vermişdir.1943-1944-cü illərdə ölkənin hər yerində olduğu kimi Ərkivanda da aclıqdan insanlar tələf olmuşdur. Şeyx Əli Axund özü ehtyac içində yaşamasına baxmayaraq insanlara köməkliyini əsirgəməmişdir. Deyilənlərə görə, ölüsünə kəfən almaq imkanı olmayanlara yorğan-döşəyinin üzünü çıxarıb verirmiş. Belə matəm mərasimlərini təmənnasız keçirirmiş.Şeyx Əli Axund yas mərasimlərində dini mövzularla yanaşı ictimai quruluşun eybəcərlikləri barədə söhbətlər edirmiş. O, öz dövrünün gənclərinə və uşaqlarına xitabən deyirmiş ki, siz bu dövlətin dağılmasını görəcəksiniz. Bəşəriyyət tarixində Fironların çox olmasından bəhs edən Şeyx Əli Axund həmişə deyərmiş ki, ilk kommuna Firona aiddir. Paris kommunasının ömrü uzun sürmədi.
Şeyx Əli Axund 1946-cı ildə 74 yaşında dünyasını dəyişmişdir. Onun məzarı Ərkivan kənd qəbiristanlığındadır.
VII. Molla Məhəmməd Axund Molla Həsən oğlu Göllü məhəlləsindəki məsçidin tikintisinin əsas təşəbbüskarı
1872-1937-ci illərdə yaşamışdır. O, Ərkivan kəndində anadan olmuşdur. İbtidai dini təhsilini atası Molla Həsəndən və kəndin molla məktəbində almış, sonra İranın Ərdəbil şəhərindəki mədrəsədə 5 il oxumuşdur. Orada Ərəb-fars dillərini mükəmməl öyrəndikdən sonra Nəcəf şəhərinə gedib, ali ruhani məktəbinə daxil olmuşdur.O, mədrəsə və ali ruhani təhsili almağa ömrünün 25 ilini sərf etmişdir. Molla Məhəmməd axund 1915-ci ildə Nəcəf şəhərindən doğma Ərkivan kəndinə qayıtmışdır. O, kəndin Ramazanlı məhəlləsindəki məsciddə baş molla kimi fəaliyyət göstərmişdir. Kəndin çoxömürlü sakinlərinin dediyinə görə molla Məhəmməd Axund Göllü məhəlləsində öz evinin yaxınlığında qırmızı kərpicdən məscid binasını kənd camaatının köməyi ilə tikdirmişdir. 1930-cu ildə məclislərdə tənqid etdiyi vəzifəli şəxslər Axundu nahaqdan şərləyərək gözdən salmağa çalışırlar. 1937-ci ildə Molla Məhəmməd Axund müxtəlif bəhanələrlə şərlənərək xalq düşməni kimi həbs edilir, həmin il mühakimə olunub güllələnir. Evi müsadirə edildikdən sonra ailəsi bir müddət təndirxanalarda yaşamış, sonra Məryəm adlı bir qadın ailəni öz evinə aparmışdır.
VIII. Molla Qulamhüseyn Axund Kərim oğlu
Nargin adasında tələbə yoldaşı olan müstəntiqə nə cavab verib?
1878-1946-cı illərdə yaşamışdır.
Molla Qulamhüseyn Axund Ərkivan kəndində dünyaya gəlmişdir. Uşaq vaxtından ruhaniyyətə böyük maraq göstərmiş, atası Kərim kişi elmə həvəsini hiss edərək onu kənd molla məktəbinə qoyur. O, ibtidai dini təhsilini kənddə aldıqdan sonra İranın Ərdəbil şəhərinə gedir. Orada Şimali Azərbaycandan gələn tələbələrə qoşularaq Ərəb və fars dillərinin qrammatikasını mükəmməl öyrənir, eyni zamanda şəriət qanunlarını və müsəlman tarixinə dərindən bələd olur. Qulamhüseyn Kərim oğlu Ərdəbildə orta ruhani savad aldıqdan sonra İraqın Nəcəf şəhərindəki İlahiyyət Universitetinə daxil olur, ömrünün 27 ilini təhsil almağa sərf edir. O, 1916-cı ildə vətənə-doğma kəndinə qayıtmış, mollalıq etməyə başlamışdır. 2 il sonra 1918-ci ildə İskəndərlidə torpaq sahəsi alaraq əkinçiliklə məşğul olur. El arasında böyük nüfuz qazansa da Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra Molla Qulamhüseyn Axundun fəaliyyəti məhdudlaşdırılır, təqib edilməsinə başlanır. O dövrdə quruluş və kolxozlaşmanı möhkəmləndirmək məqsədilə NKVD yeni quruluşun əleyhinə olan adamları aradan götürmək üçün əməliyyat keçirir. Axund Molla Qulamhüseyn Kərim oğlu vətəndaşlıq hüququndan məhrum edilir. İskəndərli kəndindəki əmlakı müsadirə edilir, Ərkivan kəndinə, ata-baba yurduna qayıtmağa məcbur olur. O, burada da təqiblərdən yaxa qurtara bilmir. Tutulmasından ehtiyatlanan Axund qonşu Yardımlı rayonuna pənah aparsa da 1938-ci ildə Ərkivana, ailəsinə baş çəkməyə gələrkən tutulub həbs edilir.
Bakının Bayıl həbsxanasında atasına baş çəkməyə gedən oğlu İsrafil çox çətinlikdən sonra onunla görüşə bilir. Görüş zamanı İsrafil narahatlıq hissi ilə atasından "Ağa, üzünə kim durdu" -deyə xəbər alır, Molla Qulamhüseyn Axund gələcək narazılıqlara son qoymaq üçün oğluna müdrikliklə belə cavab verir: "Oğul, bu tale bizə Tanrıdan qismətdir, belə zülmün intiqamını da tarix özü zülümkarlardan alacaqdır! Bu, bizim vida görüşümüzdür. Yaxın günlərdə bizi gedərgəlməzə sürgün edəcəklər…"
İsrafil atasının söhbətindən öyrənir ki, hər axşam bir neçə ruhani alimi Nargin adasına aparıb boğazlarına daş bağlayıb dənizə atırlar. Molla Qulamhüseyn Axundun oğlu İsrafilə etdiyi söhbətlərdən: "Günlərin bir günü gecə yarısı məni kameradan aparmağa gələndə yoldaşlarımla vidalaşdım. Kameradan çıxandan sonra uzun və darısqal, həm də yarıqaranlıq dəhlizlə məni gətirib bir otağa saldılar. Stolun arxasında əyləşən müstəntiq məni görcək çox hörmətlə qarşılayıb, gözlənilmədən boynumu qucaqladı. O, məni diqqətlə süzüb dilləndi: Siz məni tanıyırsınız?.Mən cavab verdim ki, elə gündəyik ki, indi heç kəsi tanıya bilmirik. Müstəntiq dedi: "Biz Nəcəfdə birlikdə oxumuşuq. Hökumət qurulanda mən dini xidmət göstərməkdən imtina etdim. İndi bu vəzifəni aparıram. Sən də imtina et!, Saqqalını qırxdır, Nəcəfdə təhsil aldığını demə, biz səni Dövlət Universitetinin Şərqşunaslıq Şöbəsinə müəllim təyin etdirərik!".
Mən ona dedim: "Bu təklifinizə görə sizə minnətdaram, lakin mən heç vaxt öz əqidəmdən dönüb, ilahiyyatı inkar edə bilmərəm.
Beləliklə, söhbətimiz baş tutmadı və sürgünə getməyi mənə verilən "rahatlıq"dan üstün tutdum…"
Molla Qulamhüseyn Axundun sonuncu məktubu Vladivastokdan gəlmişdir. Təqribən 1946-cı ildə sürgündə olarkən vəfat etmişdir. Molla Qulamhüseyn Axunda 1957-ci ildə bəraət verilmişdir.
IX. Molla Mirbəşir Axund Mirhəşim oğlu Onu niyə "Xalq düşməni” élan etmişdilər?
1880-1938-ci illərdə yaşamışdır.Molla Mirbəşir Axund Ərkivan kəndində anadan olmuşdur. Ərəb-fars dillərini mükəmməl öyrənmək və ruhani təhsili almaq məqsədi ilə Ərdəbil şəhərindəki mədrəsəyə qəbul edilmişdir. Mədrəsəni bitirdikdən sonra Nəcəf şəhərində Ali ruhani təhsilə yiyələnərək, Axund rütbəsi almışdır. O, Ərkivan kəndinə qayıtdıqdan sonra İsioba məhəlləsində olan məsciddə mollalıq etmişdir. Din xadimi olmaqla yanaşı Molla Mirbəşir Axundun el arasında Seyid nəslinə mənsubiyyəti olmuşdur. O, Seyid Peyğəmbər övladı kimi insanlar arasında münaqişəli məsələlləri həll edib, sülh yaradıb. Küsülüləri barışdırırmış. Sovetlər quruluşu dövründə onu da "xalq düşməni" adı ilə 1937-ci ildə həbsə alırlar. Lakin bir neçə aydan sonra ağır xəstəliyinə görə azadlığa buraxılır.
Molla Mirbəşir Axund Mirhəşim oğlu 58 yaşında 1938-ci ildə vəfat etmişdir. Məzarı Ərkivan qəbristanlığındadır.
X. Molla Əli Axund Hacı Molla Məhəmmədəli oğlu
Hələ də onun hansı şəkildə vəfat etməsi bəlli deyil?
1880-1938-ci illərdə yaşamışdır. Molla Əli Axund Ərkivan kəndində dünyaya gəlmişdir. İlk dini təhsilini rühani atası Molla Məhəmmədəli Axunddan almışdır. Orta ruhani təhsili həcmində biliklərə yiyələndikdən sonra Nəcəfdə Ali ruhani məktəbinə daxil olmüşdür. Ərkivan kəndinin Qızılaküçə məhəlləsindəki Məscidin mollası olmuşdur. Məhəllədə gənclərin savadlanması üçün mədrəsə açıb, onlara təmənnasız dərs demişdir. Molla Əli Axund atasından qalma su dingi və kərpic kürələrini işlədib, ondan əldə etdiyi gəlirlə həm ailəsini dolandırmış, həm də xeyriyyəçi kimi imkansızlara yardım etmişdir. Onun xeyirxahlığı barədə yaşlı nəslin nümayəndələri çoxlu əhvalatlar danışırlar.
Represiya illərində — 1938-ci ildə həbs edilir, əmlakı dövlət tərəfindən müsadirə olunmuşdur. O, həbsxanada müəmmalı formada vəfat etmişdir. Yaxın qohumları Əkbər Məmmədov və Rzaqulu Abdinovun müraciətinə baxmayaraq meyidi verilməmişdir. Odur ki, Molla Əli Axund hansı vəziyyətdə vəfat etməsi və ya güllələnməsi, dəfni barədə dəqiq məlumat əldə etmək mümkün olmadı.
XI. Molla Müzəffər Axund Ağadədə oğlu
Tanınmış molla necə kolxozçu oldu?1881-1959-cu illərdə yaşamışdır. O, Ərkivan kəndində dünyaya gəlmişdir. 1903-cü ildə Ərdəbil şəhərində orta ruhani məktəbinə daxil olub, orada təhsilini uğurla başa vurduqdan sonra İraqın Nəcəf şəhərində ilahiyyat və dünyəvi elmlər üzrə yüksək ixtisas verən Ali məktəbə daxil olur. Tədris olunan 24 fənnin arasında tarix, nücum, fəlsəfə, şəriət qanunları elmlərini mükəmməl öyrənmişdir. 1926-cı ildə vətənə qayıdan Molla Müzəffər Axund 1930-cu ilə kimi məsciddə rühani kimi fəaliyyət göstərmişdir. Dini xidmətlərlə yanaşı məktəb açıb gənc həmyerlilərinə dərs demişdir. Lakin kollektivləşmə dövrünün çətinlikləri onun işlərini yarımçıq qoymuşdur. Qonşu kəndlərdə və Ərkivanda bir çox ruhanilərin həbs edilməsi xəbərini eşidib yaşayış yerini dəyişməyə məcbur olmuşdur. Molla Müzəffər Axund qonşu Astarxanbazar rayonunun Köyüzbulaq kəndində sığınacaq tapmışdır. Lakin 1938-ci ildə onu burada həbsə alıb Prişib (Göytəpə) sərhəd zonasına gətirirlər. Molla Müzəffər Axund nahaqdan tutulması barədə o zamankı SSRİ Ali Sovetinə Lənkəran dairəsindən deputat seçilmiş Əli Qasımlı kənd sakini Urşan Xubalıyevə müraciət edir. Urşan Xubalıyev Molla Müzəffər Axundun həbsdən azad olunmasına və 1942-ci ilə kimi onun Astarxanbazarın Köyüzbulaq kənqdindəki kolxoz işlərində çalışmasına nail olur.
1942-ci ildə Molla Müzəffər Axund doğma Ərkivan kəndinə qayıdıb, kəndin Əli Bayramov adına kolxozunda işə düzəlir. O, 1959-cu ildə 78 yaşında vəfat etmişdir. Məzarı məhəllə qəbristanlığındadır.
XII. Şeyx Fazil Lənkərani Hacı Bəşir oğlu
Müçtəhidlik adını qazanmış ilk ərkivanlılardan biri
1884-cü ildə Masallı rayonunun Ərkivan kəndində dünyaya göz açmışdır. O, ruhaniyyət elminin ən yüksək pilləsinə yüksələrək 1940-cı ildə 56 yaşında müctəhidlik dərəcəsinə çatmış, 1971-ci ildə 87 yaşında İranın Qum şəhərində vəfat etmişdir. Məzarı Qum şəhərindədir.
Şeyxin yaradıcılıq fəaliyyəti və tərcümeyi-halı barədə kitabın Ramazanlı məhəlləsi bölümündə ətraflı məlumat veriləcək. (Qeyd: Bu nəsl haqqında ayrıca yazı təqdim ediləcək)
XIII. Şeyx Məhəmməd Fazil Şeyx Fazil oğlu Lənkəraniı
İslam dünyasının ən böyük mərcən-təlqidlərindən biri olmuşdur. Şeyx Məhəmməd Fazil 1931-ci ildə müqəddəs Qum şəhərində dünyaya gəlmişdir. Şeyx Fazil Qum şəhərində yaşamışdır. O, ali ruhani təhsilin ən yüksək pilləsinə çataraq 1961-ci ildə 36 yaşında Müctəhidlik məqamına nail olmuşdur. İslam dünyasının ən böyük mərcən-təlqidlərindən olmuşdur. O, 2007-ci ildə 76 yaşında Qum şəhərində dünyasını dəyişmişdir. Məzarı Qum şəhərindədir. Şeyx Məhəmməd Fazil Lənkəraninin həyat və yaradıcılığı barədə kitabın Ramazanlı məhəlləsi bölümündə ətraflı tanış olmaq mümkündür.
XIV. Şeyx Məhəmməd Cavad Fazil oğlu Ərkivanlı müçtəhidlərdən biri
XV. Molla Novruzəli AxundGöllü məhəllıəsindəki məsçiddə mollalıq etmişdir Molla Novruzəli Axund Kərbəlayi Şirəli oğlu 1868-ci ildə Ərkivan kəndində dünyaya gəlmişdir. İbtidai dini təhsilini Ərkivan kəndinin mollalarından almış, atasının arzusu ilə Ərdəbilə gedərək burada ruhani məktəbini bitirmişdir. Sonra həmkəndlilərinin maddi köməyi ilə İraqa getmiş, ilahiyyət üzrə elm mərkəzi olan Nəcəfül-Əşrəfdə təhsilini davam etdirmişdir. 25 il ruhani təhsili alan Molla Novruzəli Axund vətənə-Ərkivana qayıdaraq, Göllü məhəlləsinin məscidində mollalıq fəaliyyəti göstərmişdir. Sovetlər dövründə represiya illərində yaşının çoxluğunu nəzərə alaraq o, həbs edilməmişdir. 1934-cü ildə 66 yaşında Molla Novruzəli Axund dünyasını dəyişmişdir. Məzarı məhəllə qəbiristanlığındadır.
XVI. Hacı Seyid Rza Axund Şeyx Mirbəşir oğluMirsadiq Ağanın atası
1891-ci ildə Nəcəf şəhərində dünyaya gəlmiş, 1973-cü ildə Ərkivanda dünyasını dəyişmişdir. Məzarı Ərkivan kəndində məhəllə qəbiristanlığındadır. Hacı Seyid Rza Axund ibtidai dini təhsilini atası Mir Bəşir Axunddan almış, sonra isə Xorasan ali Ruhani Məktəbini bitirmişdir. Ata yolunun davamçısı Hacı Seyid Rza ağa cavan yaşlarından şəriət elmi ilə məşğul olub, fitri istedadı və kəramətli nəfəsi ilə seçilib, cəddinin möcüzələri haqqında rəvayətlər indi də xalq arasında, el-obada danışılır. Ağa hafizi-"Quran" ("Quran"ı əzbər bilən) olmuşdur. O, böyük ailəsini halal zəhmətilə saxlamışdır.
Hacı Seyid Rza Ağanın Seyid Mirsadıq, Seyid Mirxalıq, Seyid Mirhabil, Seyid Mirtalıb, Seyid Mirtahir, Seyid Mirteyyub, Seyid Mirtaha adında 7 oğlu və Mirzöhrə, Mirzadə, Mirbacı, Seyidbacı, Gövhər adlı 5 qızı dünyaya gəlmişdir. Oğlanlarından Seyid Mirhəbib, Seyid Mirtahir, Seyid Sadıq qızlarından isə Seyidbacı vəfat etmiş, qalanları isə yaşayırlar.
Hacı Seyid Rza Axundun geniş tərcümeyi-halı barədə kitabın İsioba məhəlləsi bölməsndə danışılmışdır.
Ərkivan kəndində doğulub boya-başa çatan ali ruhani təhsili alan Molla Hüseyn Axundun, Molla Fətulla Axundun və Molla Əbdüləli Axundun tərcümeyi-hallarını dəqiqləşdirmək üçün məlumat əldə etmək mümkün olmadı.
XVII. Şeyx Molla Məhəmməd Şeyx Qüdrət oğlu
Şeyx Qüdrətin oğlu
1928-ci ildə Cəlilabad rayonunda dünyaya gəlmişdir. O, ibtidai dini təhsilini atası Şeyx Qüdrətdən, sonra daha yüksək (ali) ruhani təhsilini isə Nəcəfül-Əşrəfdə ali ruhani məktəbini müctəhidlik dərəcəsində bitirmiş, atası Şeyx Molla Qüdrət və həmyerlisi Şeyx Molla Bəşir Axundlardan almaqla təkmilləşmiş, bölgədə atası Şeyx Molla Qüdrət Axundun vəfatından sonra onu əvəz edə bilmişdir.
Şeyx Molla Məhəmməd Ərkivanın Pələngküştə məhəlləsində yaşayan əmisi Hənifənin Tükəz adlı qızı ilə ailə qurmuşdur. O, yüksək savad və hərtərəfli biliyə malik olduğu üçün bölgədə geniş tanınır və ona çox böyük hörmət göstəriliridi.
O, ruhaniyyət elminə mükəmməl bələd olması ilə yanaşı dünya şöhrətli filosof şairlərin (Füzuli, Nizami, Nəsimi, Firdövsi, Xəqani, Ə.Cami və s.) yaradıcılıqlarının dərindən bilicisi idi. O, iştirak etdiyi məclislərdə dini ehkamlardan moizə edərkən yuxarıda göstərilən filosof şairlərin yaradıcılığından və onların bəşəriyyət üçün yazdıqları ibrətamiz məsələlərdən çox dəyərli misallar gətirərək məclisləri zinətləndirirdi. O, müqəddəs Məşhəd, Kərbəla, Həcc ziyarətlərində də olmuşdur.
Cəmiyyət üçün belə bir dəyərli şəxsiyyət olan Şeyx Molla Məhəmməd 9 sentyabr 2002-ci ildə yaşadığı Cəlilabad rayonunda 74 yaşında dünyasını dəyişib, əbədiyyətə qovuşmuşdur. Məzarı Cəlilabad qəbiristanlığında uyuyan atası Şeyx Molla Qüdrət Axundun məzarı ilə yanaşıdır. Şeyx Molla Məhəmmədin dəfn və hüzr mərasimi çox izdihamlı olmuş, burada Azərbaycanın müxtəlif bölgələrindən, İrandan, Orta Asiyadan və digər türkdilli ölkələrdən din xadimləri, ziyalı və digər şəxslər iştirak edərək ailəsinə, Cəlilabad, Masallı və bütövlükdə cənub bölgəsinə dərin hüzünlə başsağlığı vermişlər. Şeyx Molla Məhəmmədin əmisi qızı Tükəz xanımla olan izdivacından ailəsində 6 oğlan və 2 qız övladı dünyaya gəlmişdir (Zeynalabidin, Rza, Səkinə, Sadıq və Kazım əkizlər, Fatimə, Məhəmmədbağır, Tağı).
Şeyxin oğlanlarının hamısı müqəddəs Məşhəd ziyarətlərində olmuşlar. Onlardan 1971-ci ildə anadan olmuş Məşədi Rza müqəddəs Həcc ziyarət etmişdir. O, Hacı Rza kimi tanınmaqdadır, dindarlıqla məşğuldur, hazırda Bakı şəhərində Göy məsciddə ruhani kimi çalışır.
XVIII. Hacı Molla Əlihəsən Şeyx Bəşir oğlu.
"Hazırcavablığı molla Hüseyndən, səbrli olmağı isə Cəbrayıl əmidən öyrəndim”
1939-cu ildə anadan olmuşdur. Kiçik yaşlarından dini tədrisə və fars dilini öyrənməyə başlamışdır. Eyni zamanda 1955-ci ildə 7-ci sinfi, 1955-56-cı illərdə Masallı 1 saylı orta məktəbi bitirmişdir. Həmin illərdə həm də atasından dini təhsil almışdır. Sonra 3 il molla Hüseyn və Axund Əlidən təhsil almışdır. Özünün dediyinə görə atasının məsləhəti ilə 8 il molla Cəbrayıldan təhsil almışdır. "Hazırcavablığı molla Hüseyndən, səbrli olmağı isə Cəbrayıl əmidən öyrəndim” deyir. Uzun müddət dərziliklə məşğul olmuşdur. (Tütün zavodunda). Hacı Əlihəsən Nəcəf alimi olan atası Şeyx Bəşir Axunddan və bir neçə alimdən dərs alaraq neçə-neçə müctəhidin risalələrini oxuyub öyrənməklə bərabar meyid namazını qılmağı və meyid götürməyi, eləcə də kəbin kəsməyi də icra edir. Molla Hacı Əlihəsən Ərkivanda xeyli tələbəyə dərs deyərək, mollalıq etməyə qabiliyyəti olan şəxslər yetişdirmişdir. Sabiq prezident H. Əliyevlə "Təzə Pir" məscidində və Dünya İslam Konfransı iştirakçıları ilə "Gülüstan" sarayında görüşmüşdür.
XIX. Mirkərim Mirabdulla oğlu
O həm də təsərrüfat işləri ilə məşğuldur
Ərkivanın Bağlakücə məhəlləsində Seyidlər tayfasından Mir Kərim Mir Abdullah oğlu ruhani təhsilə malik olmaqla bərabər təsərrüfat işləri ilə də məşğuldur. Kənd mollaları arasında yüksək dini savada malik olan bir molladır. Məclislərdə özünəməxsus gözəl hədis, söhbət və moizələri ilə fərqlənir. Qurani-Kərimi oxuduqca təfsirindən dinləyiciləri feyziyab edir. O, pak, halal zəhməti ilə ailəsini dolandırır. İndi Seyidlər tayfasının ağsaqqalıdır. Mir Kərim Ağa müqəddəs Məşhəd, Kərbəla və Məkkə ziyarətlərində olmuşdur. Hazırda o Hacı Molla Mir Kərim kimi tanınmaqla Bağlakücə məhəlləsində yaşayır.(Ərkivanda hazırda mollalıqla məşğul olan Hacı Həmid, Hacı İbad və digərləri haqda əlavə məlumat veriləcək)
GƏNC NƏSLİN İSLAM DİNİNƏ MEYLİNDƏN
Göstərildiyi kimi Ərkivan kəndində ta qədimdən islami dəyərlərə böyük hörmət olmuş, kəndin ali ruhani təhsili alanları, Nəcəfül-Əşrəfdə müctəhid dərəcəsinə yüksələnləri olmuşdur.
Ruhaniyyət elminin ən yüksək dərəcəsinə yüksələn ərkivanlı, 1987-ci ildə 21 yaşında müctəhidlik dərəcəsinə nail olmuş, hazırda 40 yaşı olan Məhəmməd Cavid Fazil Lənkərani Qum şəhərində Ayətulla-Uzma Fazil Lənkəraninin dəftərxanasının rəisi, "Məsum İmam"lar adına Beynəlxalq fiqhi mərkəzinin müdiridir. Ərkivanlı müctəhidlərdən sonra ənənə olaraq müxtəlitf ölkələrdə ali ruhani təhsil alanların sayı daha da artmışdır. Xüsusilə Sovetlər qurluşunun süqutundan sonra dini-mənəvi dəyərlərə qayıdış yeni vüsət almışdır. Azərbaycanın müstəqilliyi dövründə ziyalılar məkanı sayılan Ərkivan qəsəbəsindən bir neçə gənc ümumi orta məktəbi uğurla başa vurmuş, sonra isə Suriyanın, İranın və eləcə də ölkəmizin ali ruhani müəssisələrində təhsillərini davam etdirirlər. Bu gün ali məktəblərdə tələbə kimi dini biliklərə yiyələnənlər yəqin ki, Ərkivanın keçmiş nüfuzlu alimlərinin, şəriət təbliğatçılarının, müctəhidlərinin şərəfli işini davam etdirəcək, xalqın mənəvi dəyərlərini qoruyacaqlar.
Hazırda Suriya və İranda ali ruhani məktəblərdə təhsil almış ərkivanlı gənclər aşağıdakılardır.
Nicat Cihad oğlu — Pələngküştə məhəlləsi
Ramil Fəxrəddin oğlu— Qızılaküçə
Gündüz Səyədulla oğlu— Bağlakücə
Ziya Vaqif oğlu— Həsənəkücə
Habil İltizam oğlu— Abaslı
Ələddin Mehman oğlu— Ramazanlı
Cəmaləddin Mehman oğlu— Ramazanlı məhəlləsi.
Bunlardan başqa Ərkivan kəndinin bir neçə gənci Bakı İslam Universitetində və ADU-nun şərqşünaslıq fakültəsində təhsil alır.
Ərkivanda Mətbuat
Ərkivanın mətbuat tarixi
Masallı rayonun dünənki və bu günkü mətbuat tarixi ərkivanlılarla bağlıdır
Nemət Nemətov və "Yeni həyat”qəzeti
Masallı rayon kimi təşkil olunandan sonra onun tarixində ilk dəfə olaraq qəzet çap olunmağa başlayıb. Bu qəzetin adı "Yeni həyat” olub. Qəzetin ilk redaktorluğu Ərkivan qəsəbəsinin Göllü məhəlləsində anadan olub boya-başa çatmış Nemət Nemətova etibar edilib. Bu qəzetin rayonda yaranması böyük hadisəyə və əksəriyyətin sevincinə səbəb olub. Bu sevinc o həddə çatıb ki, Ərkivanın Ramazanlı məhəlləsinin sakini molla Əli həmin gün dünyaya gələn körpəsinin adını Yeni Həyat qoyub.
Nemət Nemətov uzun müddət bu qəzetə rəhbərlik edib.
Bu qəzet sonralar "Çağırış” adı ilə çıxanda Ərkivan qəsəbəsinin Bədirli məhəlləsinin sakini İsaq Mirzəyev qəzetin şöbə müdiri olub. Hazırda tanınmış iş adamı və xeyriyyəçi Rəşad Mirzeyev onun oğludur.
Məlumat üçün bildirək ki, Nemət Nemətov 4 oğlundan ikisi sonralar onun yolunu davam etdirib. Belə ki, Cəmil Nemətov 60-cı illərdə Masallı rayonunda fəaliyyət göstərən yerli radio verilişləri redaksiyasının ilk redaktorlarından biri olub. Eləcə də "Çağırış” qəzetində maraqlı məqalələrlə çıxış edib.
N. Neməovun digər oölu Mahir Nemətov da jurnalist fəaliyyəti ilə məşğul olmuş, ölkənin onlarla aparıcı qəzeti ilə əməkdaşlıq etmiş, hazırda da jurnalistika sahəsi ilə məşğuldur.
Digər ərkivanlı jurnalistlər
Ərkivanlı jurnalistlər sırasında Bahaddin Yunusovun adın çəkməmək insafsızlıq olardı. Bahaddin müəllim Moskvada təhsil alıb, uzun müddət "Azərbaycan müəllimi” qəzetinin redaktor müavini işləyib.
Daha bir ərkivanlı jurnalist, dünyadan vaxtsız köçmüş Əyyub Hüseynov (Göllü) sonradan "Azərbaycan müəllimi”qəzetində onun yolunu davam etdirmişdir.
Hazırda Masallı Rayon İcra hakimiyyətinin orqanı kimi fəaliyyət göstərən "Yeni həyat” qəzetinə yenə də redaktor əvəzi kimi ərkivanlı Əyyar Tahirov rəhbərlik edir.
Ərkivan qəsəbəsinin Göllü məhəlləsində anadan olmuş Əyyar Tahirov əvvəllər "Çağırış”qəzetində əməkdaşlıq etmiş, sonralar "Azərbaycan” qəzetinin bölgə müxbiri işləmiş, hazırda isə "Yeni həyat” qəzetinin redaktor əvəzidir.
Ərkivanlıların jurnalistika sahəsində zirvələr
Ərkivanlı jurnalistlər sırasında ən yüksək zirvə Teymur Yəhyayevə (Abbaslı məhəlləsi) məxsusdur. Moskva Beynəlxalq Əlaqələr Universitetinin Beynəlxalq Jurnalistika fakültəsini bitirənTeymur Yəhyayev uzun müddət ölkənin ən möhtəşəm teleqraf agentliyinin – SİTA-ın ən güclü redaksiyalarından biri sayılan Latın Amerikası redaksiyasında çalışıb.
Vasif Səmədovun (Qızılaküçə məhəlləsi) da jurnalistika sahəsində özünə məxsus xidmətləri olub. Keçmiş SSRİ-nin ən tanınmış mətbu orqanlarından sayılan "İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri işləyən Vasif Səmədovhazırdan "Oqanyok” jurnalının şərq ölkələri üzrə müxbiri işləyir. Bir neçə kitabın müəllifidir.
Masallının və cənub bölgəsinin müstəqil mətbuatı
Masallı rayonunda, eləcə də bütün cənub bölgəsində müstəqil mətbuatın yaradıcılarından biri Zahir Əmənov(Abbaslı) olmuşdur. 1991-ci ildə fəaliyyətə müstəqil "Masallı”qəzetinin redaktoru kimi başlayan Zahir Əmənov, bir il sonra "Masallı xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru kimi fəaliyyət göstərmişdir. 2003-cü ildən isə müstəqil regional qəzet olan "Cənub xəbərləri”-nin baş redaktoru və təsisçisi kimi çalışır. (Z. Əmənov haqqında daha ətraflı məlumat almaq istəyənlər cenubxeberleri.com saytında, "haqqımızda” bölümündəki yazı ilə tanış ola bilərlər http://www.cenubxeberleri.com/index.php?do=feedback. ).
Onu da xatırladaq ki, Zahir Əmənovun rəhbərliyi və Sücəddin Novruzovun sponsorluğu ilə 1995-ci ildə Ərkivan qəsəbəsinin tarixi və mədəniyyətini əks etdirən 12 səhifəlik "Ərkivan” qəzeti də çap olunmuşdur. Eləcə də yenə S. Novruzovun sponsorluğu ilə "Alo, Ərkivan” adlı orijinal bir telefon-məlumat kitabçasını buraxmışdır. Hazırda həmin kitabçanın təkrar nəşrinə hazırlıq görülür.
Z. Əmənov ölkə miqyaslı jurnalistlər içərisində onlarla müsabiqənin qalibi olmuş, müsabiqə qalibi kimi ABŞ, Litva, Polşa, Ukrayna, Türkiyə və sair şəhərlərə səfər etmişdir. Həsən Bəy Zərdabi mükafatı laureatıdır. Rəhbərlik etdiyi qəzet 2013-ci ildə region qəzetləri içərisində "İlin qəzeti” hesab edilib.
Hərbiçilər
Ərkivanlı hərbiçilər(İlkin məlumatlar)
1. Yəhyayev Heydər Hacıağa oğlu ( Abbaslı məhəlləsi) – polkovnik - leytenant. Monqolustanda xidməti vəzifəsini yerini yetirərkən vəfat edib.
2. Yəhyayev Natiq Gülağa oğlu (Abbaslı məhəlləsi) – polkovnik - leytenant
3. Yəhyayev Ramiz Gülağa oğlu (Abbaslı məhəlləsi)- polkovnik. Rusiyada işləyib. İstefadadır.
4. Şahbazov Telman ( Qızılaküçə məhəlləsi) – Polkovnik.
5. Abiyev Afaq Abbas oğlu ( Bağlaküçə məhəlləsi) – Polkovnik.
6. Qənbər ... ( Allahyarlı) – Polkovnik. Istefadadır.
7. Ağayev İbadət Hacıəli oğlu (İsoba məhəlləsi) –Polkovnik-leytinant
8. Fərziyev İmaməddin Əlifağa oğlu ( Abbaslı məhəlləsi) – Mayor.
9. Axundov Rza Qəni oğlu ( Ramazanlı məhəlləsi) – Mayor.
10. Cəbiyev İslam Sədrəddin oğlu ( Cəbili məhəlləsi) – mayor
11. Novruzov Anar Gülverdi oğlu (Abbaslı məhəlləsi) – kapitan
12. Kazımov Anar Xanoğlan oğlu (İsoba məhəlləsi) – kapitan. İstefadadır.
13. Qurbanov İlqar İbrahim oğlu (Abbaslı məhəlləsi) – kapitan. Hərbi həkim. İstefadadır.
14. Əliyev Faiq Ramazan oğlu (Abbaslı məhəlləsi) – kapitan. Hərbi həkim. İstefadadır.
15. Dadaşov Ruhid Balağa oğlu (Göllü məhəlləsi) – kapitan
16. Fəttayev ... Mirdaməd oğlu (İsoba məhəlləsi) – aviasiya kapitan. İstefadadır.
17. Novruzov Ramal Hidayət oğlu (Abbaslı məhəlləsi) – Baş leytenant.
18. Şirəliyev Xalid Ələsgər oğlu (Ramazanlı məhəlləsi) - Baş leytinant. Vəfat edib.
19. Abiyev Nicat Niyaz oğlu (Bağlaküçə məhəlləsi) – Baş leytenant. İstefadadır
20. Qənbərov Səyyad Yavər oğlu. (Göllü məhəlləsi) – Leytenant. Səhid olub.
21. Bağırov .... Cəlil oğlu (İsoba məhəlləsi) – Gizil. İstefadadır.
22. Museyibov Sakit Nuri oğlu ( Göllü məhəlləsi) – Gizir. İstefadadır.
23. Fərziyev Fərasəddin Əlifağa oğlu (Abbaslı məhəlləsi) – Gizir. İstefadadır.
24. Kazımov Rauf Qəzənfər oğlu (İsoba məhəlləsi) – Gizir İstefadadır.
25. Hüseynov Ədalət Əfqan oğlu (Göllü məhəlləsi) – Baş gizir. İstefadadır.
26. Kazımov Abdin İbrahim oğlu (İsoba məhəlləsi) – çavuş. Istefadadır.
27. Novruzova Zəhra Bəyverdi qızı (Abbaslı məhəlləsi) – çavuş.
Hazırladı: Əfrail
Ərkivanlı idmançının uğuru
Əhmədov Fərid Ustin oğlu Sambo üzrə keçirilən rayon birinciliyində 42 kq çəki dərəcəsində 6 nəfər rəqibinin hər birini 1 dəqiqədən də az müddətdə məğlub edərək öz çəki dərəcəsində yarışmanın qalibi olub.
|
Səhiyyə Tarixi
Ərkivanda səhiyyə
Digər elm sahələrində olduğu kimi ərkivanlılar səhiyyə sahəsində də bir sıra uğurlara əl atmışlar. Təəssüf ki, biz Ərkivanın səhiyyə tarixi haqqında ən intektual hesab etdiyimiz həkimlərdən belə dolğun məlumat ala bilmədik. Sovet hökumətindən öncə Ərkivanda həkim olubmu? İlk dəfə bu peşəni özünü sənət seçənlər kimlər olub? İlk həkim məntəqəsi harada yaranıb? Bu və buna bənzər suallara biz hələlik cavab ala bilməmişik. Buna görə, hələlik ərkivanlı həkimlər barədə əlimizdə olan ilkin məlumatları sizə təqdim edirik:
"Alimlər” bölməsində qeyd etdiyimiz kimi 4 ərkivanlı tibb sahəsində alimlik adını qazanıb. Onlardan ən ucada dayanan Tibb Elmləri Doktoru olmuş Əvəz Cəbiyevdir. Tibb sahəsində 2-ci tibb elmləri doktoru adını qazanmaq Məhərrəməli Niftullayeva nəsib olub. Bu sırada tibb sahəsi üzrə fəlsəfə doktorları adını qazananlar sırasında Zülfüqar Cəbiyevin, Həsənağa Qəmbərovun, Vaqif Qurbanovun və Qoşqar Şiriyevin adlarını çəkə bilərik. Səhiyyə sistemində idarəçilik sahəsində aşağıdakıların adını çəkə bilərik: Rasim Əzizov – Masallı Səhiyyə şöbəsinin müdiri olmuş, hazırda Masallı MX-nin poliklinikasının müdiridir.
Seyfəddin Məmmədov – Masallı Ağ Ciyər Xəstəlikləri Xəstəxanasının müdiri olmuşdur.
Kamal Vəkilov - Masallı Sanitar Epidemioloji Stansiyasının rəisi olmuşdur.
Kamal Məmmədov – Masallı Mərkəzi Xəstəxananın Rentgen Şöbəsinin müdiri.
Fəxrəddin Nəzərov – Masallı Mərkəzi Xəstəxanasının Cərrahiyyə Şöbəsinin müdiri.
İlqar Qurbanov - Masallı Mərkəzi Xəstəxanasının Uşaq Xəstəlikləri şöbəsinin müdiri.
Natiq Məmmədov – Mərkəzi xəstəxananın mədə xəstəlikləri şöbəsinin müdiri.
Ramiz Sadıqov – Kalinovka xəstəxanasının Cərrahiyyə Şöbəsinin müdiri.
Faiq Əliyev – Masallı Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri işləyib.
Hazırda həmin xəstəxanada cərrahdır.
Kazımov Xanoğlan İbrahim oğlu. – Masallı Rayon Uşaq Xəstəxanasının müdiri işləmişdir. Vəfat etmişdir.
Ərkivanlılar bir sıra kəndlərdəki
"Sağlamlıq” Mərkəzlərinə rəhbərlik etmişlər və edirlər.
Vaqif Qurbanov, Rauf Qurbanov – müxtəlif vaxtlarda Qızılağac həkim məntəqəsinə rəhbərlik ediblər.
Əlican Məmmədov – Yeddioymaq kəndində həkim məntəqəsinin müdiri işləyib. Vəfat edib.
Məmməd İbayev – Təzə Alvadı həkim məntəqəsinə rəhbərlik edib.
İlqar Qurbanov - Bədəlan həkim məntəqəsinin müdiri olub.
Rauf Qurbanov - Qəriblər həkim məntəqəsinin müdiri işləyir.
Bağır Bağırov – Təklə həkim məntəqəsinin müdiri işləyir.
Vaqif Sadıqov - Qodman həkim məntəqəsinin müdiri işləyir
Tofiq Şahbazov – Şəki Rayonlararası Şəkər Xəstəxanasının direktoru işləmişdir.
Hüseynbala Novruzov– Bakıda 1 saylı klinikanın baş həkimin müavini
Əlsahib Mahmudov - Bakıda Əhmədli qəsəbəsində 14 saylı poliklinikanın müdiri.
Fərayil Məmmədov —Lənkəran Diaqnostika Mərkəzinin həkimi
Ərkivanlı stomatoloqlar, ginekoloqlar, qadın həkimlər, ilk apteklər və əczaçılar və sair bölmələr üzrə yazılar isə hazırda işlənir. .
Mədəniyyət Tarixi
Öncə bildirək ki, ərkivanlılar bir neçə dəfə Masallı Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində çalışıb. Öncə bu vəzifədə Abuzər Mikayılov, daha sonralar qısa müddətə Qardaşxan Zeynalov, nəhayət Talıb Əliyev işləyib. Ərkivanlı mədəniyyət işçiləri sırasında ən yüksək adı Ramazanlı alim Nadir Məmmədovun qızı Lalə Məmmədov qazanıb. O, Respublikanın Əməkdar Artisti adına layiq görülüb. Ərkivanlı müğənnilər arasında Nəriman Məmmədovu, onun oğlu Azər Nəriman oğlunu, Şamo İbayevi və başqalarını da göstərmək olar. Tanınmış müğənni Miriş Hesynov d Qəriblər kəndində anadan olsa da orta təhsilini Ərkivanda alıb. Ərkivanlı müğənnilərin mahnılarının lingləri ilə Videolar bölümündə tanış ola bilərsiniz. Ərkivanda bir neçə nəfər Balayar İbayev, Tale Mikayılov və başqaları tamadalıqla məşğul olur. Ərkivanlı rəssamlar Ərkivanlı rəssamlardan söz düşəndə öncə Fətullayev qardaşları yada düşür. (Bu barədə yaxın vaxtlarda ayrıca yazını sizə təqdim edəcəyik). Digər ərkivanlı rəssamlar sırasında dünyasını vaxtsız dəyişmiş İslam Bağırovu (Abbaslı m.) və Yunus Yunusovu (Qızılaküçə m) göstərə bilərik Hazırda Ərkivanda rəssamlıqla məşğul olanlardan biri Allahverən İbayevdir.
Ərkivanda Təhsil Ərkivanda çar Rusiyası dövründə kənddə olan ruhanilər tərəfindən evlərdə və ya məscidlərdə yalnız dini dərslər keçirilirmiş. 1880-1885-ci illərdə Ərkivanda rəsmi mədrəsələr (molla məktəbi) yaranmışdır ki, bu mədrəsələrdən birində Hacı Molla Məhəmmədəli Axund və Molla Ağarza Axund dərs verirmiş. Deyilənlərə görə XIX əsrin sonlarında kənddə yalnız bir nəfər Mirzə olmuşdur. XX əsrin 1-ci onilliyində isə kəndin Göllü məhəlləsindən Abasəli Baxış oğlu, Həsənəkücədə Qurbanəli Əlməmməd oğlu kənddə ana dilində məktəb açmağa cəhd etmişlər. 1920-ci ildə Əkbərxan Talışınskinin yaxından köməyi ilə Ərkivan kəndində ilk ibtidai məktəb açılır. O, zaman kənddə ictimai bina olmadığından məktəb ilk dəfə Abbaslı məhəlləsində Molla Səfər İbrahim oğlunun evində fəaliyyətə başlamış və türk əlifbası ilə dərs keçirilmişdir. Həmin məktəbdə ilk müəllim Bədirli məhəlləsindən Musa Hacı Zahid oğlu olmuşdur. 1921-ci ildə məktəb Abbaslı məhəlləsində Eynəli Məmmədovun evinə köçürülmüşdür. (sonralar Burcunun yaşadığı evdə) I-II sinif şagirdləri orada bir otaqda dərs keçmişlər. Bədirli məhəlləsindən Nüsrət Mirzəyev, Pələngküştə məhəlləsindənVəkil Bayramov da Ərkivan kəndinin ilk müəllimləri olmuşlar. 1921-ci ildə həmin məktəb Göllü məhəlləsinə-Kamilin evinə köçürülmüş və 1927-ci ilə kimi burada fəaliyyət göstərərək sonar 7 illik və natamam orta məktəbə çevrilmişdir. 1920-ci ildə Molla Səfər İbrahim oğlunun evində təşkil olunan məktəbin 1-ci sinifində ilk dəfə 13 nəfər oxumuşdur. Abbaslı məhəlləsindən Abdullayev Qədir Binyət oğlu. Bədirli məhəlləsindən Bağırov Əli Bağır oğlu. Bədirli məhəlləsindən Bağırov Qədir Bağır oğlu. Abbaslı məhəlləsindən Qurbanov Məşqur İsrafil oğlu. Abbaslı məhəlləsindən İbrahimov Əzim Molla Səfər oğlu. Abbaslı məhəlləsindən Məmmədov Məmməd Məcid oğlu. İsioba məhəlləsindən Məmmədov Heybət Musa oğlu. Pələnküştə məhəlləsindən Məmmədov Yaqub Əmiraslan oğlu. Bədirli məhəlləsindən Zahidov Məmmədhüseyn Zahid oğlu. Bədirli məhəlləsindən Rüstəmov Məzahir Məmməd oğlu. Cəbili məhəlləsindən Cəbiyev Abdulla Abdulkərim oğlu. Bədirli məhəlləsindən Həsənov Əlövsət İbrahim oğlu. İsioba məhəlləsindən Şamiyev Fazil Dadaş oğlu. 1923-1926-cı illərdə Ərkivan kəndində gənclər oxumağa ciddi meyl göstərirdilər. Bunu nəzərə alaraq dövlət tərəfindən Ərkivan kəndində 1927-ci ild böyük bir məktəbin binövrəsi qoyulmuş, məktəbin tikintisi 1928-ci ildə başa çatdırılmışdır. Həmin məktəb xarici görünüşünə görə "Ağ məktəb" adlandırılmışdır. "Ağ Məktəb" əvvəl 7-illik, sonra isə 1937-ci ildən orta məktəb kimi fəaliyyət göstərmişdir. Bundan əvvəl 1931-1932-ci illərdə daha 3 məhəllədə -Bədirli, Həsənəkücə və Bağlakücə məhəllələrində ibtidai məktəblər yaradıldı. Bunlar 1933-cü ilə kimi Ərkivan 7 illik məktəbinin nəzdində olmuş, sonra isə müstəqil olaraq 7 illik məktəb kimi fəaliyyət göstərmişlər. Bu məktəblərdə ilk dəfə Vəkil Əbdüləli oğlu Bayramov (Pələnküştə) və Nüsrət Mirzəyev (Bədirli məhəlləsi) müəllim işləmişlər. Ərkivan kəndində 1978-ci ildə 624 yerlik (Abbaslı) yeni bir məktəb tikilməyə başlandı və 1980-cı ilin sentyabrında istifadəyə verilərək C.Cabbarlı adına orta məktəb kimi fəaliyyət göstərir. Bununla yanaşı Bədirli, Həsənəkücə və Bağlakücə 7 illik məktəblər də sonrakı illərdə orta məktəbə çevrilmişdir. Hazırda Ərkivan kəndində ilk orta məktəb olan "Ağ məktəbdən" başqa (Bu məktəb indi əsas məktəb kimi fəaliyyətdədir) daha 4 orta məktəb fəaliyyət göstərməkdədir. BunlarC.Cabbarlı adına Ərkivan, Vəkil BayramovadınaBağlakücə, Şəhid Əlvan Bağırov adına Həsənəkücə və Şəhid Zahir Nəcəfov adına Bədirli orta məktəbləridir. Bundan əlavə, 2013-cü ildən Allahyarlı kəndi Ərkivan qəsəbəsinə qatıldığından buradakı ibtidai məktəb də Ərkivan məktəblərindən sayılır. |
Savad kursları və “Ağ məktəb” 1932-1938-ci illərdə 7 illik məktəblərin nəzdində hər bir məhəllədə qadın və kişilər üçün savad kursları da yaradılmışdır. Onlara dərs demək üçün yaxşı oxuyan yuxarı sinif şagirdlərindən də istifadə edilirdi. Abdurrəhman Səmədov "Yaxşı yadımdadır, mən o zaman V-VI siniflərdə oxuyarkən dərs əlaçısı kimi kəndin ilk müəllimi, Bağlakücə 7 illik məktəbinin direktoru işləyən mərhum Vəkil Bayramovun dəvəti ilə Qızılaküçə məhəlləsi üçün təşkil edilən savad kursuna cəlb edilən adamlara Molla Müzəffər Axundun evində dərs demişəm”. Ərkivan "Ağ məktəb"i illər keçdikcə inkişaf edərək rayonda və hətta bölgədə tədris, təlim-tərbiyə sahəsində nümunəvi orta məktəb kimi tanınır. Burada xüsusən nümunəvi kimya, fizika, kabinələri (laboratoriyaları) təşkil edilmişdir. Bundan başqa "Ağ məktəb"də bədən tərbiyəsi və idman kabineti daha yüksək səviyyədə təşkil edilərək şagirdlərə hərbi vətənpərvərlik ruhu aşılamaq məqsədilə 1938-ci illərdə hərbi kabinetə çevrildi və burada hərbi dərslər keçirildi. İlk hərbi dərsləri deyən hərbi müəllimimiz Masallının İskəndərli kəndindən olan Məhəmmədhüseyn Axundov idi. Bu da yadamdadır ki, rayonun digər məktəblərindən yuxarı sinif şagirdləri xüsusi cədvəl üzrə təyin edilmiş günlərdə "Ağ məktəb"dəki kimya, fizika və hərbi kabinələrdə (laboratoriyalarda) praktik məşğələlərdə iştirak edirdilər. Hər il "Ağ məktəb"i bitirən müdavimlərin əksəriyyəti ardıcıl olaraq ali məktəblərə qəbul olunurdular. Bütün bu keyfiyyətlərinə görə Ərkivan "Ağ məktəb"i nümunəvi orta məktəb kimi rayon, bölgə və respublika miqyasında tanınmış və yüksək hörmətə malik olmuşdur. "Ağ məktəb"in fəaliyyət xidməti və nailiyyətlərinin nəticəsidir ki, Ərkivan kəndində ziyalı potensialı xeyli inkişaf etmişdir. İndi "Ağ məktəb" xüsusi təmayüllü lisey kimi fəaliyyət göstərir. Ərkivan "Ağ məktəb"inin Masallının təhsil tarixində mühüm rolu nəzərə alınaraq 1998-ci ildə Zahir Əmənovun və Sücəddin Novruzovun təşəbbüsü ilə onun 70 illik yubileyi təntənəli surətdə qeyd edildi. Yubileydə Azərbaycanın xalq şairəsi Mirvari Dilbazivə o vaxt rayonun icra başçısı işləyən Teymur Yəhyayev iştirak ediblər. Hazırda Ərkivan kəndində fəaliyyət göstərən 6 məktəbdə 2600 nəfər şagird təhsil alır ki, bunların təlim-tərbiyəsi ilə 230-a yaxın yüksək ixtisaslı müəllim məşğul olur. Ərkivanda "Ağ məktəb"ə qədər və "Ağ məktəb"də direktor işləmiş müəllimlər Musa Zahidov — Bədirli, 1920-1921 Vəkil Bayramov — Pələngküştə, 1921-1925 Mir Ələkbər Ağayev — Masallı, 1926-1928 Mirzə İsmayıl Əzimov — Şərəfə, 1928-1930 Hüseyn Hüseynov — Qazax rayonundan, 1930-1931 Nüsrət Mirzəyev — Bədirli, 1931-1932 Fətulla Abdullayev — Dadva kəndi, 1932-1934 Əli Bağırzadə — Bədirli, 1935-1937 Qulamhüseyn Mahmudov— Dadva kəndi, 1937-19423 Mirnuh Hüseynov — Lənkəran, 1942-1943 Mənsuma Əlibəyova — Bakılı, 1943-1944 Əli Bağırzadə — Bədirli, 1944-1950 İzzət Cəbiyev — Bədirli, 1950-1952 Ənvər Həsənov — Bədirli, 1952-1960 Fazil Nağıyev — Bədirli, 1961-1965 Xurşud Qasımov — Həsənəkücə, 1965-1969 Fəyyaz Həsənov — Bədirli, 1969-1980 Şəmsəddin Əmraslanov — Pələngküştə, 1980-1983 Hacıbaba Əmrahov — Bədirli, 1983-1988 Zakir Əliyev — Abaslı məhəlləsindən, 1989-1993 Burhan Ağabalayev — Abaslı,1993-1993 Nurəddin Məlikov – Həsənəküçə Fərhad Qənbərov - Göllü Rasif Cabbarov - Ramazanlı Zahirə Məmmədova – İsoba (Hal-hazırda direktordur) |
Ərkivan Kitablarda və Məqalələrdə
Ərkivan kitablarda və məqalələrdə Ərkivan haqqında zaman-zaman müxtəlif qəzetlərdə, jurnallarda, tarixi kitablarda məlumatlar çap olunmuşdur.20 il öncə isə Zahir Əmənov bütün bu məlumatları 12 səhifəlik bir qəzetə topladı və Sücəddin Novruzovun sponsorluğu ilə "Ərkivan” adlı qəzetdə toplandı.Bundan 2 il sonra filologiya elmləri doktoru Vaqif Yusifli "Ərkivan və ərkivanlılar” adlı kitabında bu məlumatları daha da təkmilləşdirdi.
Nəhayət 2012-ci ildə Baytarlıq üzrə fəlsəfə doktoru Abdurrəhman Səmədov Ərkivan haqqında 500 səhifəlik "Ərkivan salnaməsi”-ni hazırladı. Siz bu bölmədə təkcə Ərkivan haqqında məqalələr və kitablarla yox, əkrivanlıların çap olunmuş kitabları ilə də tanış olacaqsınız.

Ərkivan kitablarda və məqalələrdə Ərkivan haqqında zaman-zaman müxtəlif qəzetlərdə, jurnallarda, tarixi kitablarda məlumatlar çap olunmuşdur.20 il öncə isə Zahir Əmənov bütün bu məlumatları 12 səhifəlik bir qəzetə topladı və Sücəddin Novruzovun sponsorluğu ilə "Ərkivan” adlı qəzetdə toplandı.Bundan 2 il sonra filologiya elmləri doktoru Vaqif Yusifli "Ərkivan və ərkivanlılar” adlı kitabında bu məlumatları daha da təkmilləşdirdi. Nəhayət 2012-ci ildə Baytarlıq üzrə fəlsəfə doktoru Abdurrəhman Səmədov Ərkivan haqqında 500 səhifəlik "Ərkivan salnaməsi”-ni hazırladı. Siz bu bölmədə təkcə Ərkivan haqqında məqalələr və kitablarla yox, əkrivanlıların çap olunmuş kitabları ilə də tanış olacaqsınız.
ALLAHYARLI