Kəndin adı: 
Böyük Xocavar 

Əhalisi:
2500 nəfər

Ərazisi: 
340 ha

Banbaşı ərazi nümayəndəliyi, Banbaşı bələdiyyəsi, Banbaşı həkim ambulatoriyası, Banbaşı mədəniyyət evi, Banbaşı kənd krayon mərkəzindən 5 km məsafədə Masallı-Təzə Alvadı magistral yolunun şərq hissəsində yerləşir. Masallı şəhəri. Banbaşı , Binə Xocavar və Köhnə Alvadı kəndləri ilə həmsərhəddir.Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və fərdi əmək fəaliyyətidir.itabxanası, Banbaşı poçt şöbəsi Böyük Xocavar kəndində yerləşir. Böyük Xocavar kənd orta məktəbində nəfər şagird təhsil alır. 140 yerlik Böyük Xocavar kənd uşaq bağçası 1984-cü ildən 1998-ci ilə qədər fəaliyyət göstərmişdir. Hazırda yşaq bağçasının əsaslı təmir olunması və yenidən fəaliyyətə başlaması nəzərdə tutulur. Kənddə iki məscid dindarların istifadəsindədir Kənddə bir mebel sexi fəaliyyət göstərir. Kəndin ilkin adı Xocavar olmuşdur. Kəndin adının Xoca sözündən əmələ gəlməsi ehtimal olunur. Xocavar sözü iki mənada yozulur. Böyük Xocavar kəndi ticarət yollarının kəsişdiyi rahat bir yerdə yerləşdiyindən bura bazarların olduğu, tacirlərin sevdiyi, məskən saldığı yer olmuşdur. Xocavar- xoca, yəni tacir adından əmələ gəlməsi ehtimal olunur. Böyük Xocavar kəndi həm də elmin, təhsilin inkişaf etdiyi yer olmuşdur. Kənddə demək olar hər bir dövrdə bu dövrə uyğun məktəb olmuşdur. Xocavar sözünü xoca, yəni müəllim, elmli, elm adamlarının kəndi kimi ehtimal edənlər də var. Binə Xocavar kəndi yarandıqdan sonra Xocavar kəndi BöyükXocavar adlandırılmışdır. Kənddə ilk dünyəvi məktəb sovetlər dönəminin ilk illərinə təsadüf edir. Kəndin ilk rus dilində təhsil almış ziyalıları Nağıyev Yadulla Bəşir oğlu və Abdulhəsən Balakişi oğlu olmuşdur. Onlar Privolnoye rus-tatar məktəbində təhsil almışlar. Kəndin ilk ali təhsillisi Zeynalov Abusət Əşrəf oğlu olmuşdur. O, 1944-cü ildə ATİ-nin müalicə fakultəsini bitirmiş və bundan az müddət sonra vəfat etmişdir. Kəndin ilk ali təhsil almış və bütün ömrünü təhsilə həsr etmiş ziyalısı ADU-nin tarix fakultəsini 1954-cü ildə bitirmiş Quliyev Nəriman Məmmədəli oğlu olmuşdur. Kəndin ilk alimi, fizika-riyaziyyat elmləri namizədi ADPU-nin dosenti Museyib Yadulla oğlu Bəşirov olmuşdur. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, mərhum şair Qiyas Həmid Böyük Xocavar kəndində anadan olmuş və burada təhsil almışdır. Ölkənin müxtəlif ali təhsil və elm ocaqlarında Böyük Xocavar kəndindən olan aşağıdakı alimlər çalışır: Məmmədsadıqov Hüseyn Həsən oğlu-texnika elmləri namizədi, professor, Azərbaycan Dövlət Memarlıq və Arxitektura Akademiyasında işləyir. Rəşidzadə Loğman Rəşid oğlu- filoloqiya elmləri namizədir, Məmmədov Alim İslam oğlu-tibb elmləri namizədi, Azərbaycan Dövlət Tibb Univerisitetinin assisentidir. Rəhimli Ədalət Böyükxan oğlu- hüquq elmləri namizədi, ARDNŞ-nin hüquqşunasıdır Məmmədov İlqar İslam oğlu- tibb üzrə fəlsəfə doktoru, Masallı rayon xəstəxanasının şöbə müdiridir. Böyük Vətən Müharibəsində iştirak edənlərdən sağ qalan yoxdur. Torpaqlarımızın toxunulmazlığı, Qarabağ uğrunda Böyük Xocavar kəndi dörd şəhid vermişdir: Məmmədov Bəyalı İlyas oğlu-1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Əzizov Emil Əbil oğlu- 1994-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Alışov Nahid Güləli oğlu 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Bayramov Qismət İlyas oğlu 1992-ci ildə şəhid olmuşdur. Böyük Xocavar kəndindən olan ziyalılar bir çox rəhbər vəzifələrdə işləmişlər və hal-hazırda işləyirlər. Rəşidzadə Loğman Rəşid oğlu. “ Sovet kəndi “ qəzetinin redaktoru, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsləhətçisi işləmişdir, hazırda Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentində müavin vəzifəsində işləyir. Mikayılov Allahyar Qüdrət oğlu Masallı RPK-nin təşkilat şöbəsinin müdiri olmuş və başqa bir sıra rəhbər vəzifələrdə çalışmışdır. Quliyev Ağadədə Abdulmənəf oğlu-Masallı rayon Komsomol Komitəsinin birinci katibi işləmişdir. Bayramov İmanəli Əbülhəsən oğlu Lerik rayon Prokuroru olmuşdur.


Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az