Yaşamadım adam kimi, İlahi. Elə öldür, adam ölüb, desinlər.
Yaşamadım adam kimi, İlahi.
Elə öldür, adam ölüb, desinlər.
Böyükxan Pərvizi tanımayanlar üçün
Elə öldür, adam ölüb, desinlər.
Böyükxan Pərvizi tanımayanlar üçün
Dünyaya gələndən 1 il sonra atasını itirdi.49 yaşında ilk kitabı çıxdı.50 yaşına 7 ay qalmış dünyasını dəyişdi.Masallı Rayonun Babaser kəndində anadan olmuşdu, orada da dəfn olundu.Konservatoriyanı bitirmişdi. Opera və Balet teatrında işləmişdi.
Çox sıxıntılı bir həyat yaşamışdı, əgər ona da yaşamaq demək mümkünsə.
...Bu gün şair bolluğunda fərqlənmək olduqca çətindir. Xüsusən də, yaxşı şairin kasıbçılığını keçirən cənub bölgəsində. Buna görə, dəyərli,bənzərsiz bir şeir oxuyanda onu, şair Əli Kərimin dili ilə desək, adamı “susuzluğun od vurub göz kimi yandırdığı dodağ su sevən kimi”, qəlbə sərinlik gətirən o su təki içmək istəyirsən.
Harda qaçıb gizlənirəm,
soraq-soraqnan gəlir.
Dərd bizə qonaq gələndə
arvad-uşaqnan gəlir.
***
Hər sözümə dodaq büzür,
Dediyimi bəyənmir.
O, mənim özümü yeyir ,
Yediyimi bəyənmir.
***
Əlini uzatma mənə,
Canım sənə sadağa.
Dərdim körpə uşaq kimi
Getməz özgə qucağa.
***
Qayıt, gül çiçəyim, qayıt ətirim,
Yenə də padşah ol, otur bu taxtda.
Gəl səni təzədən gəlin gətirim,
Taptala dilimi ayağın altda...
***
Ah çəkib, haray eylədim,
Ömrü eşqə pay eylədim,
Göz yaşımı çay eylədim,
Yar gəlib, çırmanıb keçdi.
***
Qoşa əllərimi qərənfil kimi
Qoymuşam qəbrinə dönmüş sinəmə...
***
Gözlərimə əlac elə,
Gözü kölgəliyəm, həkim.
***
Heyif, gül taxdığım yerdən
Üstümə buynuzun çıxdı...
***
Məni öldürəni əfv eləmişəm,
Çünki ya dost çıxır, ya qardaş çıxır.
***
Nakam pərvanətək yandım şamında,
Qəlbim sevinmədi, üzüm gülmədi.
Nə yaxşı, sənin bu toy axşamında
Mənim ölməyimi kimsə bilmədi...
***
Oraq tutub əlinə
Çalğıçılar, a yarım,
Sənin havan çalınır,
Mənimsə arzularım.
***
Bir qızın ki, ürəyinə girmədin,
Neyniyirsən yastığına baş qoyub?..
***
Yeddi qızdan sonra gələn qız kimi,
Ürəyimi paraladı bu xəbər.
***
Yas yerinə gələnlərin
Qırxacan qəmi itəcək.
Baş daşımdakı şəkilin
Üzündə tükü bitəcək...
***
Dişimi suya qoymuşam,
Qorxma səni yemərəm.
***
Zəhər uddum, şəkər oldum,
Hər əzabı çəkər oldum,
Yara qırx il nökər oldum,
Bir gecə “Bəy” olmaq üçün.
***
İşvənlə hər cana qada salarsan,
Bilməzsən, meylini yada salarsan,
Yoldan keçənləri oda salarsan,
Bağla gözlərini evdən çıxanda...
***
Qız, məni qoymusan uşaq yerinə,
Di gəl, kirit məni, analıq elə.
***
Bu da belə ömür-gündü,
Nadana toydu, düyündü.
Dünya məddahlar üçündü,
Allah da tərifi sevir.
***
Yuvamı quran da, sökən də özü,
Bilməm, əli dəydi, yoxsa ki gözü?
Bir zaman yazdığı “sevirəm” sözü
Qanun tək, fərman tək kağızda qaldı.
***
Necə ki, gülmədim eşqində sənin,
Ağlada bilməzsən xəyanətinlə...
***
Günüm qara, üzüm qara,
Qismətim qarabaxtdı.
Qardaş, məni anam doğub,
Qanının qara vaxtı..
***
Xanəndə oxuyur, tar-qaval dinir,
Neynim, bu qismətdən razıyam daha.
İndi ki bu qədər adam sevinir,
Bir nəfər ölürsə, şükür Allaha!
***
Get, mən də ölmürdüm səndən ötəri,
Dərdindən gülürdüm, qəşş eləyirdim.
Mən səni sevmirdim, sənin dalınca,
Səndən qaçmaq üçün məşq eləyirdim...
***
Düşərsən dara , çətinə,
Məhəl qoymaz zillətinə.
Sevinci od qiymətinə,
Dərdi havayı dünyanın.
***
Gözəl qızlar nənə oldu,
Yaşın gizlədə-gizlədə.
***
Budaqda haqdı yetişən,
Gözlə, gördüyün düşəcək.
Allah çırpacaq bu göyü,
Bizə də bir gün düşəcək...
***
Hə, nə başını ağrıdım?
Dedikcə söz uzanır.
İndi hamı çörəyini,
Susmaq ilə qazanır.
***
Arxada qalan ömürdü,
Qarşıdan gələn Daşdı.
Bir şərəfli ölüm vardı,
Ölmədim, ucuzlaşdı...
***
Günahkaram, sözümdən as,
Taqsırımı üzümdən as,
Allah, məni özümdən as,
Qırılsam, içimə düşüm.
***
Yığıb ətəyinə torpağı, daşı,
Yerinə tökəsən bir az göz yaşı,
İndidən səbətə qoyub bu başı,
Şahın qapısından asıb gedəsən.
***
Cəlladla çörək kəsmişəm,
Başımı yaxşı kəsəcək...
***
Kimi gözləyirik, oturub indi?
Haqqın da adı var, arxası yoxdu.
Tanrını ittiham etmək çətindi,
Onun ətəyi var, yaxası yoxdu...
***
Tərəzi işləmir, yüngüldü çəki,
Cüt tutub gülləyə məhv edir təki.
“Dünən” sənin idi, “Bu gün” mənimki,
“Sabah” bilinməyir, hələ kimindi.
***
Nurundan qamaşır gözüm az qala,
Vəsiyyət qoyuram şerimi sənə.
Məzarım şamsız da keçinər, bala,
Təki bu Vətəni çıxar ağ günə.
***
Sənsiz kor olmuşam, gözlərim dolub
Sevmərəm kimsəni, get, arxayın gəz.
Zalım, ürəyimi bir hala saldın
Ora qadın nədir, heç it də girməz...
***
Bu da bir ömürdü, axırı yoxdu,
Papağı gedənin abırı yoxdu.
A bala, fələyin taqsırı yoxdu,
Biz elə beləydik, fələkdən qabaq.
Bunlar Böyükxan Pərvizin şeirlərindən kiçik parçalardır. Ona şeirlərinə həsrətlilər isə çoxdur. Heyf ki, 15 il öncə cəmi 500 nüsxə çap olunmuş kitabını tapmaq hər kəsə qismət olmur.Onun yeni kitabının elektron variantı da hazırdır. Cəmi 500-600 manat kifayət edər ki, həmin kitab yenidən çap olunsun. İnanırıq ki, bu vəsaiti tapmaq çətin olmayacaq.
Sponsor tapmasaq, yəqin ki, ianə kompaniyası keçirəcəyik.
Hazırladı: Zahir
Çox sıxıntılı bir həyat yaşamışdı, əgər ona da yaşamaq demək mümkünsə.
...Bu gün şair bolluğunda fərqlənmək olduqca çətindir. Xüsusən də, yaxşı şairin kasıbçılığını keçirən cənub bölgəsində. Buna görə, dəyərli,bənzərsiz bir şeir oxuyanda onu, şair Əli Kərimin dili ilə desək, adamı “susuzluğun od vurub göz kimi yandırdığı dodağ su sevən kimi”, qəlbə sərinlik gətirən o su təki içmək istəyirsən.
Harda qaçıb gizlənirəm,
soraq-soraqnan gəlir.
Dərd bizə qonaq gələndə
arvad-uşaqnan gəlir.
***
Hər sözümə dodaq büzür,
Dediyimi bəyənmir.
O, mənim özümü yeyir ,
Yediyimi bəyənmir.
***
Əlini uzatma mənə,
Canım sənə sadağa.
Dərdim körpə uşaq kimi
Getməz özgə qucağa.
***
Qayıt, gül çiçəyim, qayıt ətirim,
Yenə də padşah ol, otur bu taxtda.
Gəl səni təzədən gəlin gətirim,
Taptala dilimi ayağın altda...
***
Ah çəkib, haray eylədim,
Ömrü eşqə pay eylədim,
Göz yaşımı çay eylədim,
Yar gəlib, çırmanıb keçdi.
***
Qoşa əllərimi qərənfil kimi
Qoymuşam qəbrinə dönmüş sinəmə...
***
Gözlərimə əlac elə,
Gözü kölgəliyəm, həkim.
***
Heyif, gül taxdığım yerdən
Üstümə buynuzun çıxdı...
***
Məni öldürəni əfv eləmişəm,
Çünki ya dost çıxır, ya qardaş çıxır.
***
Nakam pərvanətək yandım şamında,
Qəlbim sevinmədi, üzüm gülmədi.
Nə yaxşı, sənin bu toy axşamında
Mənim ölməyimi kimsə bilmədi...
***
Oraq tutub əlinə
Çalğıçılar, a yarım,
Sənin havan çalınır,
Mənimsə arzularım.
***
Bir qızın ki, ürəyinə girmədin,
Neyniyirsən yastığına baş qoyub?..
***
Yeddi qızdan sonra gələn qız kimi,
Ürəyimi paraladı bu xəbər.
***
Yas yerinə gələnlərin
Qırxacan qəmi itəcək.
Baş daşımdakı şəkilin
Üzündə tükü bitəcək...
***
Dişimi suya qoymuşam,
Qorxma səni yemərəm.
***
Zəhər uddum, şəkər oldum,
Hər əzabı çəkər oldum,
Yara qırx il nökər oldum,
Bir gecə “Bəy” olmaq üçün.
***
İşvənlə hər cana qada salarsan,
Bilməzsən, meylini yada salarsan,
Yoldan keçənləri oda salarsan,
Bağla gözlərini evdən çıxanda...
***
Qız, məni qoymusan uşaq yerinə,
Di gəl, kirit məni, analıq elə.
***
Bu da belə ömür-gündü,
Nadana toydu, düyündü.
Dünya məddahlar üçündü,
Allah da tərifi sevir.
***
Yuvamı quran da, sökən də özü,
Bilməm, əli dəydi, yoxsa ki gözü?
Bir zaman yazdığı “sevirəm” sözü
Qanun tək, fərman tək kağızda qaldı.
***
Necə ki, gülmədim eşqində sənin,
Ağlada bilməzsən xəyanətinlə...
***
Günüm qara, üzüm qara,
Qismətim qarabaxtdı.
Qardaş, məni anam doğub,
Qanının qara vaxtı..
***
Xanəndə oxuyur, tar-qaval dinir,
Neynim, bu qismətdən razıyam daha.
İndi ki bu qədər adam sevinir,
Bir nəfər ölürsə, şükür Allaha!
***
Get, mən də ölmürdüm səndən ötəri,
Dərdindən gülürdüm, qəşş eləyirdim.
Mən səni sevmirdim, sənin dalınca,
Səndən qaçmaq üçün məşq eləyirdim...
***
Düşərsən dara , çətinə,
Məhəl qoymaz zillətinə.
Sevinci od qiymətinə,
Dərdi havayı dünyanın.
***
Gözəl qızlar nənə oldu,
Yaşın gizlədə-gizlədə.
***
Budaqda haqdı yetişən,
Gözlə, gördüyün düşəcək.
Allah çırpacaq bu göyü,
Bizə də bir gün düşəcək...
***
Hə, nə başını ağrıdım?
Dedikcə söz uzanır.
İndi hamı çörəyini,
Susmaq ilə qazanır.
***
Arxada qalan ömürdü,
Qarşıdan gələn Daşdı.
Bir şərəfli ölüm vardı,
Ölmədim, ucuzlaşdı...
***
Günahkaram, sözümdən as,
Taqsırımı üzümdən as,
Allah, məni özümdən as,
Qırılsam, içimə düşüm.
***
Yığıb ətəyinə torpağı, daşı,
Yerinə tökəsən bir az göz yaşı,
İndidən səbətə qoyub bu başı,
Şahın qapısından asıb gedəsən.
***
Cəlladla çörək kəsmişəm,
Başımı yaxşı kəsəcək...
***
Kimi gözləyirik, oturub indi?
Haqqın da adı var, arxası yoxdu.
Tanrını ittiham etmək çətindi,
Onun ətəyi var, yaxası yoxdu...
***
Tərəzi işləmir, yüngüldü çəki,
Cüt tutub gülləyə məhv edir təki.
“Dünən” sənin idi, “Bu gün” mənimki,
“Sabah” bilinməyir, hələ kimindi.
***
Nurundan qamaşır gözüm az qala,
Vəsiyyət qoyuram şerimi sənə.
Məzarım şamsız da keçinər, bala,
Təki bu Vətəni çıxar ağ günə.
***
Sənsiz kor olmuşam, gözlərim dolub
Sevmərəm kimsəni, get, arxayın gəz.
Zalım, ürəyimi bir hala saldın
Ora qadın nədir, heç it də girməz...
***
Bu da bir ömürdü, axırı yoxdu,
Papağı gedənin abırı yoxdu.
A bala, fələyin taqsırı yoxdu,
Biz elə beləydik, fələkdən qabaq.
Bunlar Böyükxan Pərvizin şeirlərindən kiçik parçalardır. Ona şeirlərinə həsrətlilər isə çoxdur. Heyf ki, 15 il öncə cəmi 500 nüsxə çap olunmuş kitabını tapmaq hər kəsə qismət olmur.Onun yeni kitabının elektron variantı da hazırdır. Cəmi 500-600 manat kifayət edər ki, həmin kitab yenidən çap olunsun. İnanırıq ki, bu vəsaiti tapmaq çətin olmayacaq.
Sponsor tapmasaq, yəqin ki, ianə kompaniyası keçirəcəyik.
Hazırladı: Zahir