Masallılı rəssamlar
Nüsrət Fətulla (1911-1987) Azərbaycan Respublikasının Əməkdar rəssamı. Atası Masallı Rayon Ərkivan qəsəbəsinin İsoba məhəlləsində anadan olub. Azərbaycan Dövlət Akademik Dram teatrının rəssamı olub. Həyat yoldaşı SSRİ Xalq artisti Hökümə Qurbanova, qızı Respublikasının Əməkdar artisti Vəfa Fətullayevadır. Nüsrət Fətullayev SSRİ-nin Dövlət mükafatı laureatı adını almışdır.
Tələt Şıxəliyev Əslən Masallı rayonun Digah kəndindəndir. Azərbaycan Respublikasının xalq rəssamıdır. Bakıda adına küçə var. Əsərləri dəfələrdə, bir sıra Avropa ölkələrində və ABŞ-dakı sərgilərdə nümayiş etdirilib
Arif Möhüb oğlu (1942-1973) Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. Bakıda Ə. Əzimzadə adına və Sankt-Peterburqdakı Muxin adına Rəssamlıq Akademiyasını qurtarıb. Sonradan təhsil aldığı Əzim Əzimzadə adına məktəbə müəllim kimi qayıdıb, eyni eyni zamanda Azzərbaycan qadını jurnalında rəssam işləyib.1973-cü ildə gənc yaşında vəfat edib. Onlarla dəyərli rəsm əsərinin müəllifidir
Yunusov Yunus Rəşid (1941-1977) Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Ali təhsilli rəsm müəllimi olub. Gənc nəsilə rəssamlıq sənətinin sirlərini öyrədib. Səttar Bəhlulzadə, Arif Qazıyev, Mikayıl Abdullayev kimi dahi sənətkarları Masallı rayonuna dəvət olunmasında, onların sərgisinin təşkili təşkilatçı olub. Bir qızı yadigar qalıb. “Əməkdar müəllim “ adına layiq görülüb. Bir sıra əsərlər çəkmişdir. Onlardan “Milli toy”, “kişi portreti”,”Ana” və sair.
Zeynalov Fərahim İbrahim 1954-cü ildə Masallı rayonunda anadan olmuşdur. İlk rəssamlıq təhsilini Ərkivanlı müəllim Yunus Yunusovdan almışdır (1968-1969 cu illərdə) Hələ uşaq ikən “Göldə qayıqlar” adlı sulu boya ilə işlədiyi mənzərə ilə sərgilərdə iştirak etmış diplom və hədiyyələr almşdır.1977-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. Bir müddət əmək fəaliyyəti ilə məşğul olduqdan sonra 1985-ci ildə Lenin adına (indiki N.Tusi adına) Azərbaycan Dövlət Pedoqoji institutunu fərqlənmə diplomu ilə bitirib. Xalq rəssamı İbrahim Zeynalov, əməkdar rəssamlar Hafis Məmmədov, Lətif Feyzullayev və Sima Ağayeva kimi sənətkarlardan dərs almışdır. Həmən il o institutda saxlanılıb və müəllim kimi fəaliyyətə başlayıb.2004-cü ildə elmi şini müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 1995-ci ildə Plener, 2008-ci ildə V siniflər üçün rəsm dərsliyi. 2012-ci ildə ümumi rəsm, 2013-ci ildə boyakarlıq dərsliklərinini və ümumilikdə 5 dərslik, 1 monoqrafiya 50-dən artıq elmi məqalənin müəllifidir .2001-2016-ci illərdə Azərbaycan Dövlət Pedaqoji universitetinin Rəsm, Boyakarlıq və Heykəltaraşlıq şöbəsinin dekanı vəzifəsində çalışıb. Hal-hazırda həmən şöbənin dossentidir. Azərbaycan rəssamlar ittifaqının üzvüdür. Respublikanın Əməkdar rəssamıdır. Çoxlu sayda əsərləri vardır. O çümlədən “İntizar”, “Çayçı qızlar”, İçəri şəhərin bərpaçıları”, “Növbə vaxti”, “Köhnə bakı”, “Ana körpəsi ilə”, “Xocalı bəlası”, “Ş.İ.Xətai”, İbrahim Zeynalov və Rasim Babayevin eksbrisləri, N.Gəncəvinin 850 illiyi ilə əlaqədar silsilə tablolar və sair. Tel 051-892-64-08
Əsədov Rafail Hüseyndadaş oğlu 1944-cü ildə Masallı rayonuun Masallı şəhərində anadan olub.1961-ci ildə Sankt-Peterburq Rəssamlıq Akademiyasına daxil olub. Bir il oxuduqdan sonra Bakı Memarlıq İnstitutuna köçürülüb. Institutu bitirəndən sonra 40-ilə yaxın telestudiyada baş rəssam işləyib. Hal-hazırda Bakida incəsənət unverstitində müəllim işləyir. Çoxlu sayda əsərləri var. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir.Facebook ve Youtube – Rafael Asadov.
Bağırov İslam Mirkazim oğlu. 1948-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olmuşdur.1975-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. 1976-1991 – ci ilə kimi Masallı rayonunda fəaliyyət göstərən “Rəssamlıq” emalatxanasına rəhbərlik edib. 1992-ci ildə dunyasını dəyişib
Fətəli Vəlihəd oğlu Muradov 1936Fətəli Muradov Boradigah qəsəbəsində anadan olub. Ali təhsilli sinif müəllimidir.Mədəniyyət nazirliyi tərəfindən onun qabaqcıl iş təcrübəsindən bəhs edən 34 səhifəlik kitabça buraxılıb. “Qabaqcıl maarif xadimi” və ali dərəcəli müəllimdir. Qəsəbə də bütün rəssamlıq işləri ona məxsusdur. “Ana”, “Dəniz”, “Payız”, “Çoban” digər əsərlərin müəllifidir.
Fərəcov Tofiq İzzət oğlu 1952-ci ildə Masallı rayon Yeyənkənd kəndində müəllim ailəsində anadan olub. İlk rəssamlıq təhsilini ərkivanlı Yunusov Yunusdan alıb. 1977-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin “ Bədii tərtibat” şöbəsini bitirib. Masallı rayon Dövlət Rəsm Qalereyasında uzun müddət direktor vəzifəsində çalışıb. Eyni zamanda qalereyanın nəzdində fəaliyyət göstərən “rəssamlıq” dərnəyinə rəhbərlik edib. Gənc nəslə bu sənətin sirlərini öyrədib .Şagirdlərin əl işləri xaricdə və ölkəmizdə dəfələrlə nümayiş etdirilib. Faşizm üzərində qələbənin 65 illiyi ilə əlaqədar Respublikanın paytaxtı Bakı şəhərində keçirilən Rəsm müəllimlərinin əl işlərindən ibarət sərgidə 2 rəsm əsəri ilə “Kəndimiz”, ”Abşeron” tabloları ilə iştirak edib. Fəxri fərman alıb. Həmən əsərlər sərginin fondunda saxlanılıb.30-dan artıq qrafik əsərlər işləyib (əsasən kitab qrafikası).“Qadın portreti” ,”Azərbaycan məhsulu” ,”Ağ dalğa”, ”Xəyal”, ”Görüş yeri”, ”İlk məhəbbət”, ”kişilik”, ”Ucalıq”, ”Sev məni” N.Gəncəvinin 850 illiyinə isgəndərnamə əsərinə silsilə illutrasiyalar Novruz bayramına aid rəsmlər və s.
Məmmədov Etiram Arif oğlu. 1964-cü ildə Masallı rayonunun Öncəqala kəndində anadan olmuşdur. 1984-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Almaniyada,Türkiyədə və bir sıra Beynəlxalq sərgilərdə iştirak edib.19 fəxri fərman,6 diplom,5 sertifikat alıb.Əsərləri “Viləş çayı”,”Dağ kəndi”,”Sakitlik”,”Kənd evi”,Masallı isti su yolu”,”İstanbul sahilində”,”Yardımlı yolu”,”Qızılıağac qoruğundan” və s. Facebook [email protected]
Həşimov Tapdıq Tərlan oğlu1949-cu ildə Masallı rayonunda anadan olub.1978-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini nin Bədii toxuculuq” şöbəsini bitirib. Müxtəlif sərgilərdə iştirak edib.200-dən artıq qrafik əsərləri vardır.”Sülh göyərçini” ,”Xalçaçı qız”,”Viləş su dəryaçasının inşası””Ömrümüzün çiçəkləri” ,”Qoy həmişə günəş olsun”,”Dünyaya sülh”,”Balaca”,”Gənc rəssam”, ”Düşüncələr”,”Romantika”,”Bahar gəlir”,”Bahar nəğməsi”,”Açıq səma” və bir sıra karikaturaların müəııifidddir.
Məcidov Təhmasib Bayram oğlu 1979-cu il iyun ayının 18-də Masallı rayon Hİşkədərə kəndində anadan olub.2002-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət kollecini fərqlənmə diplomu ilə bitirib. Hələ tələbə ikən 2002-ci ildə Vəciə Səmədova adına qalereyada gənclərdən ibarət olan rəssamların əl işlərindən ibarət rəsm sərgisində tələbələrin iştirakı ilə keçirilən sərgidə fəal iştirak edib.2009-cu ildə “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009”adlı tədbirdə iştirak edib və 2-ci yerə layiq görülmüşdür.2016-ci ildə “Bİr cənub şəhərində” əl işləri festivalında iştirak edib fəxri fərmanla təltif olunub.2017-cu ildə Masallı rayonun Asan xidməti kompleksində rəsm sərgisində 20-dən çox əsəri nümayiş olunub.Hazırda 50-dən çox rəsm əsəri vardır.Əsərləri “Ömür yolu”,”Çay yığan qızlar”,”Arzuları qalan arzu”,”Avtoportret”,”Çörək bişirən qadın” və s. 2016-ci ildən Masallı rayon Dövlət Rəsm Qalereyasında işləyir.Hal-hazırda Masallı rayon Dövlət Rəsm Qalereyasında direktor əvəzi olaraq işləyir. Facebook Tehmasib Mecidli [email protected]
Xankişiyev Azər Əyyub oğlu1961-ci ildə Masallı şəhərində anadan olub.1983-89-cu illərdə Moskva Dövlət Pedaqoji institutunun qrafiak şöbəsində təhsil alıb.Ölkəmizdə,Almaniyada ,İsraildə,Norveçdə,Finlandiyada,Fransada hazırladığı heykəlləri vardır. Mərhum alim Mirkazım Aslanın qəbirüstü abidəsi də Azər Xankişiyevin əl işidir.
Hüseynov Fuad Mirnuh oğlu 1948-ci ildə Masallı rayonunda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib.Leninqrad Rəssamlıq Akademiyasında təhsil alıb.
Murtuzayev Mirələm Baba oğlu 1958-ci ildə Masallı rayon Ərkivan qəsəbəsində anadan olub.Bakı şəhərində 84№li texniki peşə məktəbində rəssamlığın sirlərini öyrənib. 1980-ci ildən 1991-ci ilədək rayon “rəssamlıq” emalatxanasında rəssam işləyib.2002-ci ildən Masallı Dövlət Rəsm Qalereyasında rəssam işləyir.
Şahbazov Rahib İman oğlu 1964-cü ildə Masallı rayon Bədəlan kəndində anadan olub. Bakı şəhərində 84№li texniki peşə məktəbində oxuyub.1984-cü ildən 1993-cü ilədək rayon “rəssamlıq” emalatxanasında rəssam işləyib.Əsərləri “ Qız qalası”,”Talış dağları”,Çayçı qızlar”,”Kişi portreti” və s.
Məmmədov Azad Qubad oğlu 1962-ci ildə Masallı şəhərində anadan olub. Bakı şəhərində 84№li texniki peşə məktəbində təhsil alıb.1983-cü ildən 1990-cı ilədək rayon “rəssamlıq” emalatxanasında rəssam işləyib.Karikatura ilə məşğul olub.
Novruzov İsrafil 1962-ci ildə Masallı rayon Əhmədli kəndində anadan olub. Bakı şəhərində 84№li texniki peşə məktəbində təhsil alıb. 1984-cü ildən 1991-cü ilədək rayon “rəssamlıq” emalatxanasında rəssam işləyib.
Əkbərov Faiq Əşrəf oglu 23 fevral 1970-ci ildə Masallı rayonunun Təklə kəndində anadan olmuşdur.1990-ci ildə Ə.Əzimova adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin bitirib. 1997-ci ildə İncəsənət universtetinin bitirib. 2000-ci ildə Aspiranturda oxuyub həmən ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasinda Müellim işləyib Dossentdir. Əsərləri: “Qiyamət elçiləri” “odunçu” “Qurbanlıq” ve sair.
Xankişiyev Vilayət 1964-cü ildə Masallı rayon Tüklə kəndində anadan olub. Bakı şəhərində 84№li texniki peşə məktəbində təhsil alıb. 1986-cü ildən 1993-cü ilədək rayon “rəssamlıq” emalatxanasında rəssam işləyib.