ÜÇ MASALLILI AKADEMİK
Tağıyev Bahadır Hüseyn oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Akademiyasının fizika institutunun direktor müavini, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı
- 1934 - cü ildə martın 13-də Masallı rayonunun Türkoba kəndində anadan olmuşdur .
- 1941-1945-ci illərdə İkinci Cahan müharibəsinin ağrı-açısını hələ uşaqlıqdan duymuş , öz zəhməti bahasına həyatda tutduğu mövqeyə çatmışdır.
- 1952-ci ildə V.İ.Lenin adına (indiki Azərbaycan Dövlət Pedaqoji Univeristetinin) Azərbaycan Dövlət Pedaqoji İnistitutunun fizika şöbəsinə daxil olmuş və 1956-cı ildə həmin ali məktəbi fizika ixtisası üzrə bititmişdir.
- 1959-cu ilin sonunda Azərbaycan MEA-nın Fizika İnstititunun aspiranturasına qəbul olunaraq keçmiş SSRİ EA-nın Leninqrad şəhərindəki (indiki Sankt- Peterburq) Yarımkeçiricilər İnistitutuna ezam olunmuşdur.
- Öz elmi fəaliyyətinə məşhur alim, fizika-riyaziyyat elmləri doktoru, professor, SSRİ Dövlət mükafatı laureatı A.R. Regilin rəhbərliyi altında başlamış və onun sevimli aspirantlarından biri olmuşdur.
- 1962-2001-ci illərdə Azərbaycan MEA-nın Fizika İnistitutunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri (1973-2002) və direktorun birinci müavini (1993-2002) vəzifəsində işləmişdir.
- Azərbaycan MEA-nın Fizika İnistitutunda “Lüminessensiyasının fizika əsasları lüminessesiya texnikasının inkişafı” problem şurasının rəhbəri, Rusiya Elmlər Akademiyasının lüminessesiya şurasının üzvüdür.
- 1964-cü ildən fizika-riyaziyyat elmlər namizədi, 1977-ci ildən fizika-riyaziyyat elmlər doktoru,1984-cü ildən isə professordur. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür,
Xatırladaq ki, onun oğlu da alimdir.
Nağıyev Vaqif Mirəsgər oğlu - Tibb elmləri doktoru, professor, 1991-ci ildə SSRİ EA nın həqiqi üzvü seçilmişdir.
aviasiya üzrə general olmuşdur.
ŞƏKLİ YOXDUR
- 1941-ci ildə. Aprel ayının 20-də anadan olub. Əslən Masallı rayonun Xıl kəndindəndir. Valideynləri ailə vəziyyəti ilə bağlı Lənkərana köçmüşdür.
- Orta məktəbi və institutu Bakıda oxuyub.
- 16 yaşında Neft və Kimya İnstitutuna qəbul olunmuşdur. 1963-cü ildə Neft-Kimya İnstitutunu elektromexanik-mühəndis ixtisa-sı üzrə bitirdikdən sonra bir ilə yaxın Azərbaycan EA-da işləmişdir.
Sonra Moskvaya getmiş, 1965-ci ildən elektron sənayesi üçün mühüm əhəmiyyət kəsb edən yarımkeçiricilərin tədqiqi ilə məşğul olmuşdur.
- 27 yaşın-da Moskva Polad və Ərintilər İnstitu-tunun elmi şurasında namizədlik dis-sertasiyasını uğurla müdafiə etmişdir.
- 1970-ci ildə Siolkovski adına Moskva Aviasiya Texnologiya İnstitutunun Radio elektron aparatlarının istehsa-lı texnologiyası kafedrasında dosent kimi işləməyə başlamışdır.
- 1971-ci ildə EHM-lərin blok və qurğularıüçün termoelektrik sərinləşdirici qurğuların layihələşdirilməsinin maşın metodla-rının hazırlanması və tətbiqi sahəsində kompleks işinə görə A.S.Popov adı-na Fəxri fərmana layiq görülmüşdür.
- 1986-cı il dekabrın 5-də ona texnika elmləri doktoru alimlik dərəcəsi ve-rilmişdir.
- Bir il sonra SSRİ elektron sənayesinin fəxri işçisi
olmuşdur.
- O, SSRİ-də bu sahənin yaradıcılarından biri idi.
- 5 monoqrafiyanın,
- 23 ixtiranın,
- 200dən artıq elmi məqalənin müəllifidir.
- 23 ixtirası müəlliflik şəhadətnaməsi almışdır.
1988ci ilin yanvarında SSRİ Səhiyyə Nazirliyinin tibbi texnika üzrə Umumittifaq Elmi Tədqiqat Sınaq İns-titutunda ultrasəs diaqnostik tibbi apa-ratların hazırlanması və koordinasiya-sı şöbəsinin müdiri, həm də Səhiyyə Nazirliyində bu sahənin rəhbəri təyin olunmuşdur.
SSRİ dağılandan sonra hər iki vəzifə RF Səhiyyə Nazirliyinə keçmişdir. V.Nağıyev həm də SSRİ Müdafiə
Nazirliyində kosmosda diaqnostik tədqiqatlarla bağlı mühüm vəzifə daşımışdır. - Ultrasəs vazolokator, elektron qurğularının termoelektrik sərinləşdirilməsi, inteqral sxemlərin tədqiqi və sınağı üçün termoelektrik cihazlar, allergiyalı dermotozların müalicə üsulları və ultrasəs texnologiyalarının perspektiv inkişafı ilə bağlı tədqiqatlar aparmışdır. - Tədqiqatlarının əsas yönümü kosmosla bağlı olmuş-dur.
- 1991-ci il yanvar ayının 25-də SSRİ EA nın həqiqi üzvü seçilmişdir.
- Elmi fəaliyyətlə yanaşı keçmiş SSRİ hərb sənayesinə öz töhfəsini vermiş, general-mayor hərbi rütbəsi ilə təltif edilmişdir.
- Vaqif Nağıyev 1992-ci il dekabr ayının 3-də, İtaliyaya gedərkən, 51 yaşında vəfat etmiş-dir. Moskvada, Fəxri Xiyabanda dəfn edilməli olan
akademik qohumları tərəfindən Bakıya gətirilmiş,
Yasamal qəbiristanlığında dəfn edilmişdir.
- Texnika elmləri doktoru, profes-sor, SSRİ EA-nın və SSRİ Tibbi-Texniki Elmlər Akademiyasının akademiki, tibb
xidməti general- mayoru olmuşdur. Lənkəran şəhərində adına küçə var.
- Lənkəran şəhərində adını daşıyan küçə var.V.Nağıyevi Azərbaycanda çox az adam tanıyır.
Bağırov Bağır Əli oğlu - geologiya-minerologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Neft Akademiyasında kafedra müdiri. Bədirli məhəlləsi
- 1936-ci il avqustun 8-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olmuşdur.
- Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsində təhsil almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir.
- 1968-ci ildə namizədlik, 1984-ci ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir.
Elmi fəaliyyəti
- Neft və qaz yataqlarının geologiyası prosesində onların etibarlı öyrənilməsini təmin edən kompleks geoloji-riyazi üsullar yaratmışdır.
- Avropa geoloqlar-mühəndislər birliyi – EAGE, Amerika Neftçi- Geoloqlar Cəmiyyəti – ASPG və riyazi geologiya assosiasiyası – COGEODATA-nın üzvüdür.
- 1969-1988-ci illərdə AN AZDNQİPL-də laboratoriya rəhbəri, direktor müavini, şöbə müdiri vəzifələrində işləmişdir.
- 1989-cu ildən Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiridir.
- 160-dan çox elmi əsəri ( bunlardan 47-si xaricdə) dərc olunmuşdur.
- 11 elmlər namizədinin elmi rəhbəri olmuşdur.
- Əməkdar elm xadimidir.
- Əməkdar müəllimdir.
Onun oğlu və gəlini də alimdir.
Onu da qeyd edək ki, Bağır Bağırov Masallının ən tanınmış pedoqoqlarından olan, Əməkdar müəllim Əli Bağırzadənin oğludur.