Kəndin adı:
ÇayqıraqƏhalisi:
1471 nəfər
Ərazisi:
260 ha
Coğrafi mövqeyi:
Masallı, Boradigah, yolunun Bədəlan kəndinin sol tərəfində
Kənddəkilərin əsas məşğuliyyəti:
Əkinçilik)
Həmsərhəd olduğu kəndlər:
Bədəlan, Qızılavar, Lürən, Gəyəçöl, Xıl
Kəndin adının mənası:
Talış dilində, Ruəkmə yəni çayı bu sahil sahilində yerləşdiyi üçün ona bu ad verilib.
Kəndin qısa tarixçəsi:
Hələ eradan əvvəl burada insanlar yaşamışlar Tune dövründə abidələr “Polelit” dövründən 350-400 ilə qədər ola bilər
Kənddə ilk məktəbin açılması:
İlk məktəb 1982-ci ildə açılıb
Kəndin ilk ali təhsillisi:
Rəhimov Yavər Məmmədrəhim oğlu. Rayon xalq mərkəzi komitəsinin sədri işləmişdir.
Kəndin elmlər namizədləri:
Bağırov Beyhulla Süleyman,
Bəşirov Yusif Murtuza oğlu
Kəndin şəhidləri:
Həsənov Kamran Gülverdi oğlu
1973-cü ildə Çayqıraq kəndində anadan olub. 1991-ci ildə Bədəlan kənd orta məktəbini bitirib ordu sıralarına çağırılmışdır. Naxçıvan MR-da hərbi xidmətdə olmuşdur. 1993-cü ildə avqustun 3-də Kamran Ağdam bölgəsinə göndərildi. Beş gündən sonra o faciəli sürətdə həlak oldu. Kamran boya-başa çatdığı Çayqıraq kəndində dəfn olunmuşdur.
Rəhbər vəzifəslərdə çalışmışlar:
Əkbərov Təyyar Əkbər oğlu
1964-cü ildə Azərbaycan KTİ-a daxil olub. Sovxozda baş aqronom işləyib 1981-ci ildə ona Azərbaycan Respublikasının əməkdar aqronomu fəxri adı verilib. 1993-cü ildən YAP-ın üzvüdür.
Bağırov Əşrəf Süleyman oğlu
rayon kənd təsərrüfatı idarəsinin sədri işləmişdir.
Ələkbərov Fəyyaz Əkbər oğlu
12.05.1968-ci ildə anadan olub. Orta məktəbi bitirib istehsalatda işləmişdir. Ali məktəbi bitirdikdən sonra rayonda Əzizbəyov adına Sovxozda işləmişdir hal-hazırda təqaüddədir.
Bağırov Əfsər Süleyman oğlu
1931-ci ildə Çayqıraq kəndində anadan olub. Ali təhsil aldığı ildə Masallı rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində işləmişdir. 1995-ci ildə vəfat etmişdir.