Kəndin adı:
Dəmirçi
Əhalisi:
2062 nəfər
Ərazisi:
340 ha
Kənddəkilərin əsas məşğuliyyəti:
Əkinçilik, dəmirçilik, tikinti materiallarının alqı-satqısı və heyvandarlıqdır.
Həmsərhəd olduğu kəndlər:
Şərqdən Sirəbil, cənubdan, Babeser, şimaldan Çayqıraq, qərbdən Bədəlan kəndi ilə həmsərhəddir.
Kəndin adının mənası:
Dəmirçi adının mənası burda ilk məskən salıb dəmirçilik sənəti ilə məşğul olanlarla bağlıdır. Deyilənlərə görə bu sənətkarın ilk nümayəndələri indiki İsmayıllı rayonun Lahıc kəndindən gəlmişdir. Və onlar yerli əhali ilə qaynayıb qarışmışlar. İndi də rayonda Lahıcdan qalma misgərlərə rast gəlmək mümkündür.
Kəndin qısa tarixçəsi:
500-600 il bundan əvvəl bina olduğu güman olunur . Dəmirçilər bura İsmayıllı rayonunun Lahıc kəndindən gəlmişlər.
Kənddəki tarixi abidələr:
Kənddə xalq arasında (həm də ki, qonşu kəndlərin camaatı arasında , “Piyəqəb“ ( talışcan qədim məzar) adlanan əsl adı isə “Türbeyi Pir Qəbir Mir Abdulla”-dır. Bura da rəvayətə görə vaxtı ilə Peyğəmbərin övladlarının qətlinə hökmdarın zülmündə ətrafa səpələnmiş hörmətli seyidlərdən biri Mir Abdulla dəfn olunmuşdur.
Kənddə ilk məktəbin açıldığı tarix:
Sovet hakimiyyətindən əvvəl kənddə mədrəsə mövcud olmuşdur. Müasir tipli məktəb isə Sovet hakimiyyətinin gəlişindən sonra 1920-ci ildə Mir Əhmədin evində 4 illik məktəb açılmışdır. Həbibağa Xavər Məhərrəm məktəbin ilk müəllimlərindən biri olmuşdur.
Kəndin ilk ali təhsillisi:
Məmmədov Xəlil Teymur oğlu 1916-cı ildə Dəmirçi kəndində anadan olmuşdur. 1938-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. Neft sahəsində elmi işlərlə məşğul olmuşdur. Bu sahədə dissertasiya müdafiə edib elmlər namizədi adını almışdır.
Mikayılov Ənvər Məmmədəli oğlu Politexnik İnstitutunu bitirmişdir. Ali məktəbdə dərs demiş, kafedra müdiri olmuşdur.
Kəndin din xadimləri:
Hacı Müseyib Kərbəyali Əsəd oğlu 30 il Bakıda Təzə pir məscidində rozaxan vəzifəsində işləmişdir. Hələ 1975-ci ildə Həcc ziyarətində olmuşdur.
Bağırov Molla Sərdar Fəttah oğlu kəndin nüfuzlu din xadimi olmuşdur. O həm də gözəl insan qayğıkeş ailə başçısı idi. Xalqın mərasimlərdə Könüllü xidmət göstərdi.
Bağırov Molla Məhərrəm - Dəmirçi kəndində çıxmış respublika səviyyəsində tanınan din xadimlərindən idi. Molla Məhərrəm mədrəsə təhsili almışdı bununla yanaşı ədəbiyyatdan tarixdən sənətdən də xəbərdar idi. Buna görə də yaşadığı Bakı şəhərində və 30 il işlədiyi (rəsmən) “Göy məsciddə” dindarlar tərəfindən hörmətli qarşılanırdı. Onu tez-tez hökumət səviyyəsində olan məscidlərə də çağırırdılar. Çünki Nizamidən, Fizulidən də nümunələr gətirərdi.
- Ana səhifə
- Mədəniyyət və İncəsənət
- Turizm
- Təhsil
- Səhiyyə
- İdman
- Qalereya
- Şəhid ailələri bir məkanda -“Halal süfrədə”
- Masallıda uşaq bağçası intibahı doğrudanmı reallaşır?
- Masallı dəyərli sənətkarını itirdi
- Masallı. Mahmudavardakı “Xan Evi”
- Masallı Kolleci öz şəhidlərini unutmur
- Masallı rayonunda hansı istirahət mərkəzləri var?
- “Masallida.az” saytının adminliyin Faiq Hüseynzadəyə etibar etdik
- “Masallılar.az” saytı Masallida.az oldu, yaxud bu sayt “işğaldan” sonra
- Arzu Bağırova - Niyə bu ad və soyadı eşidəndə hamının cöhrəsində xoş duyğular oyanır?
- Masallının “Halay”ı – 60-dan artıq yaşı olan bu kollektiv haqqında bu vaxta qədər bilmədikləriniz
- Masallıda “Qəhrəmanlar kompleksi” inşa edilir
- Masallı. Bədəlanlı Mehdi Rzayev yenə ABŞ-da keçirilən müsabiqədə qalib oldu
- Masallının 130 yaşlı hamamı, Seybətində Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Xan Şuşinskinin iştirak etdiyi 7 günlük toy
- Masallı idmançısı karate idman növü üzrə Dünya üçüncüsü oldu
- Masallı rayonda demoqrafik vəziyyət
- Masallıda tapılan xaç işarəli qəribə daşların sirri açıldı
- Masallı idmançısının daha bir uğuru
- Masallıdan olan tələbələr Prezident təqaüdünə layiq görülüblər
- Turistlər Masallının İsti su turizm və istirahət mərkəzində
- Masallı sərbəst güləşçisi bürünc medal qazandı
1/5- 113 il əvvəl indiki Masallı rayounu ərazisində nə qədər əhali yaşayıb?
- Masallı təhsilinin tarixindən
- Masallı Birinci Dünya müharibəsi illərində
- Masallı ərazisində son 180 ildə olan idarəçilik
- 3-cü hissə. Masallının sabiq rəhbəri öz kəndi haqqında-Masallının 124 yaşlı ilk təhsil ocağı, məktəb yataqxanası, N. Nərimanovun və Qori müəllimlər seminariysı məzununun Qızılağaca gəlişi, qızılıağaclı şair Nəccar
- 2-ci yazı. Masallının sabiq rəhbəri öz kəndi haqqında – tarixi abidələr, hamam, qonaq evi, liman, balıq vətəgələri
- (1-ci yazı) Masallının sabiq rəhbəri öz kəndi haqqında -2000 il əvvəl şəhər olmuş bu günkü Qızılağac kəndi
- Qədim Masallı - 2-ci yazı
- Qədim Masallı (1-ci yazı) Bölgəmiz eramızın əvvəlindən Səfəvilər dövrünə qədər
- Masallı körpüləri
1 2 - Qalereya
- Ana Səhifə
- |
- Reklam
- |
- Haqqımızda/Əlaqə
- |