Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyi ilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiiyə, mədəniyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə yazılar hazırlanıb massallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi bu gündən başlayaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik. Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa tələsməyin. Çalışın təkliflərinizi verib, bizə yardımçı olasınız.
İşçi qrupun telefonları
Zahir Əmənov:- 0 50 322 75 23 (Həm də NAR-la)
Xodaşirin Cəbiyev: - 050 429 05 96: 0 70 542 54 30
Əlizaman Baxış: – 0 50 427 70 25
Beləliklə, bu silsilədən ilk yazımızla tanış olun:
Boradigah Qəsəbə İnzibati Ərazi Daairəsi
Tabeliyində olan kəndlər:
Boradigah qəsəbəsi
Babaser
Mollaoba
Adının mənası:
Coğrafiya elmləri namizədi, dosent Nadir Məmmədov “Boradigah” toponiminin talış mənşəli “Bırədiqo” (tikanlıqda salınmış kənd yeri ) sözündən törəndiyini yazır. (Əsas: ”Kənd həyatı” jurnalı, N-7,1977). Toponimlə bağlı faktlar XVIII əsrdən sonrakı dövrə aiddir. Maraqlıdır ki, həmin dövrə aid olan mənbələrin heç birində bu toponimin “Bırədiqo” variantına rast gəlinmir. Talış xanlığının mirzəsi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu özünün “Əxbərnamə” əsərində də “Boradigah” adını çəkir. Səidəli Kazımbəyoğlunun “Cəvahirnameyi-Lənkəran” əsərində də “Boradigah” adı tez-tez çəkilir. Bəzi mülazihələrə görə, bu yaşayış yerinin indiki ərazisi vaxtilə dəniz altında olub, dəniz çəkildikcə quru sahə yaşayış yerinə çevrilib. Onlar burada tapılan limanla bağlı əşyalara əsaslanaraq ”Boradigah” toponiminin “Barigah” (farsca: dəniz kənarı, sahil, liman deməkdir) sözündən yarandığını ehtimal edirlər. Lakin bütün bu deyilənlərə baxmayaraq, həmin toponimin “bura digahdır” (“digah” kənd deməkdir) yozumu da vardır ki, adın bu cür verilməsi daha ağlabatandır.
Əhalisi: (01 yanvar 2021)
İnzibati Ərazi Dairəsi üzrə cəmi: 12.330 nəfər
O cümlədən:
Boradigah 7137 nəfər
Babaser 1775
Molloba 3418
Ərazisi: 1889 ha
Həmsərhəd olduğu kəndlər:
Boradigah cənubdan Türkoba və Tüklə, qərbdən Bədəlan, şimaldan Sirəbil, şərqdən isə
Qumbaşı kəndləri ilə həmsərhəddir.
Lənkəran qəzasınnın tərkibində:
Boradigah XVIII əsrin ortalarında Talış xanlığının, 1840-1846-cı illərdə Talış əya-lətinin, 1846-1930-cu illərdə Lənkəran qəzasının Uluf mahalının, 1930-cu ildən isə Masallı inzibati rayonunun tərkibinə daxil olmuşdur.
1924-cü ildə az bir müddət ərzində Boradigah ayrıca nahiyə kimi fəaliyyət göstərmiş, onun ayrıca bankı, tədarük məntəqəsi, 3 hamamı, 3 dəyirmanı olmuşdur. İba İbayev həmin layihənin ilk sədri olmuşdur.
Coğrafi mövqeyi:
Boradigah qəsəbəsini cənubdan Lənkəran rayonu və Talış dağları, şimaldan və qərbdən qonşu Bədəlan və Sirəbil kəndləri, şərqdən isə qonşu Qumbaşı kəndindən sonra Xəzər dənizi əhatə edir. Onun bu cür əlverişli coğrafi mövqeyi ta qədimdən bu yaşayış yerinin iqtisadi həyatına çox müsbət təsir etmişdir. Talış xanlığının iqtisadi həyatında ticarətin çox böyük rolu olmuşdur. Bu hər şeydən əvvəl Talışın əlverişli coğrafi şəraiti, zəngin təbiəti ilə bağlı idi. Dəniz və limanın olması xarici ölkələrlə ticarət əlaqələri yaratmaqda əvəzsiz rol oynayırdı.
Əhalinin əsas məşğuliyyətləri:
Boradigahın iqtisadiyyatında taxılçılıq (əsasən çəltikçilik), bostançılıq, maldarlıq və balıqçılıq əsas yer tuturdu. Hal-hazırda əhalinin əsasən heyvandarlığa meyl etməsi də onu göstərir ki, Boradigahda bu növ məşğuliyyətin tarixi daha qədimdir.
Tarixi abidələri:
Boradigahın mühüm yaşayış məntəqəsi kimi nə vaxt yaranması barədə məlumatımız olmasa da, tarixi mənbələrdən aydın olur ki, hələ qədim zamanlarda, təxminən III-II minilliklərdə bu ərazidə insanlar yaşamışlar. Boradigahda tunc dövrünün arxeoloji abidələri vardır: ”Ağbala təpəsi” və “Mehdi təpəsi”. Ərazidə tapılmış və tuncdan hazırlanmış kiçik şir fiquru atəşpərəstliklə bağlıdır. Boradigahda 5 qəbiristanlığın olması da bu yerin tarixinin daha qədim olduğunu təsdiq edir. Ərazinin qədim insan məskəni olmasını Hişkədərə tarix-diyarşünaslıq muzeyində saxlanılan bir sıra maddi-mədəniyyət nümunələri də sübut edir. Tuncdan düzəldilmiş qılınc, çuqun lampa e. ə. I minilliyə aiddir. Daş qoç heykəli (başdaşı) orta əsr Səfəvilər dövrünə, qədim xalça də orta əsrlərin ilk dövrünə aiddir. Hətta xalça üzərində bazar təsvirinin olması onu göstərir ki, Boradigah qədim ticarət mərkəzi olmuşdur.
Pirlər:
Tarixin müəyyən dövrlərində qəsəbədə 5 pir yaranıb: “İmamzadə ziyarətgahı”, “Qərib Seyyid türbəsi”, “Seyidəkinə”, “Bahomba”, “Qulaməli və Zəhnoba ocaqları”. “Qərib Seyid” və “Seyidəkinə” ocaqlarının Səfəvilərlə bağlı olması ehtimal olunur. Boradigahda məscid 1853-1854-cü illərdə, Mollaobada isə 1957-ci ildə tikilib. Deyilənə görə, Seyidəli Kazımbəy oğlu Lənkərani (Boradigahi) Boradigah məscidinin, Hacı Zeynalabdin Tağıyev isə Mollaoba məscidinin təmirinə maddi yardım etmişlər. Son illərdə Boradigahda xeyriyyəçilər daha bir möhtəşəm, müasir məscid binası inşa etdirmişlər.
İlk məktəb:
Boradigahda ilk yeni tipli məktəb 1917-ci ildə fəaliyyətə başlayıb. 1918-ci ildə məktəb rəsmiləşdirilib və o vaxtkı sahibkar Hacı Mirağanın evinin 1-ci mərtəbəsində yerləşdirilib. Məktəbin ilk müəllimi Kələntərov olub. Əliqulu Talışinski, Mirməmməd, Əsədulla Böyükağa Talışlı, Mirzə Əbu Talıb, Böyükağa Həkimbaşı məktəbin ilk müəllimləri olmuşlar. İlk rus dili müəllimi Əlixan Talışxanlı olub. Mirəli Ağayev, Rza Ramazanov, Əliabbas Novruzov, Həsənağa Əsgərov, Xanəli Zülfüqarov, Pərviz Zeynalov, Məmməd Məmmədov, Əlipaşa Əliyev, Qayda Məmmədova, Cahan müəllimə, Şaban Muradov, Rəhim Bayramov, Məmmədhəsən Məmmədov da məktəbin ilk müəllimlərindən olmuşlar.
Nəriman Nərimanov Boradigahda:
N. Nərimanov Lənkəran qəzasında və Boradigahda nə vaxt olub? N. Novruzovun “Masallı” və M. Mirzəyevin “Mənim Masallım” kitablarında həmin tarix 1921-ci il, M. Talışlının kitabında isə 1922-ci il göstərilib.
Din xadimləri:
Axund Musa Tanrıverdi oğlu Baxşəliyev (1868-1958)
Miyənkü kəndində doğulub, gənc yaşlarından Boradigaha köçərək Məşədi Zeyninin qızı ilə ailə həyatı quraraq boradigahlı kimi tanınıb. O əvvəlcə Lənkəranda sonra isə İran, İraq və Nəcəfdə təhsil alaraq axund rütbəsi alıb.
Şeyx Qüdrət Kərbəlayı Ağakişi oğlu Abbasov (1905-1975)
Babaser kəndində doğulub, Ərdəbildə dini təhsil alıb. Tanınmış din xadimlərimiz Hacı Allahşükür Paşazadə, Hacı Mirəziz Seyidzadənin müəllimi olub.
Mir Sücəddin Mir Tacəddin oğlu Talıbov (1957-1981)
24 yaşında vəfat etmişdir. Cavan olmasına baxmayaraq dinə sonsuz məhəbbəti və aydın, səlis Quran oxumağı onu tez tanıtdırdı. Ağdamda usta Nurəddinin atasının hüzr məclisində Molla Sücəddinin aydın nitqi, şirin ləhcəsi, rəvan oxunusu xanəndə Qədir Rüstəmova o qədər təsir etmişdi ki, o öz qəlyanını və təsbehini ona bağışlamışdı.
Bəyverdiyev İsbəndiyar Məhərrəm oğlu (1954)
Boradigahda doğulub, dini təhsilini müstəqil surətdə almışdır. Hazırda Boradigah qəsəbə dini icma məscidinin rəhbəridir.
Talıbov Rəşid Qiyas oğlu (22.12.1975)
Boradigahda doğulub, Suriyada Ali dini məktəbi bitirib. Boradigahda yeni tikilən “Həzrəti Əli” dini icma məscidinin rəhbəridir.
Cabbarov Cəbrayıl Ədalət oğlu(28.07.1985)
Boradigahda doğulub, Suriyada Ali dini təhsil alıb. Hal-hazırda qəsəbədə olan dini məclisləri idarə edir.
İsmayılov Şahsuvar Akif oğlu (05.09.1983)
Boradigahda doğulub, İranda Ali dini təhsil alıb. Hazırda dini məclisləri idarə edir.
Həsənov Musa Məmməd oğlu (22.03.1977)
Boradigahda doğulub, İranda dini təhsil alıb. Hazırda qəsəbədə dini məclisləri idarə edir.
Yusifov Elsevər İsmayıl oğlu (1975)
Boradigahda doğulub, Suriyada Ali dini təhsil alıb. Sankt-Peterburqda İslam dinini təbliğ edir.
Alimlər:
1. Abdullayev Heybət İzzət oğlu - 1929-1995-ci il, Tibb elmləri doktoru, professor
2. Nəsirov Vaqif İbad oğlu - 05.10.1945-ci il, fizika–riyaziyyat elmləri doktoru, professor
3. Gülhüseyn Hüseynoğlu - 16.10.1923-cü il, filologiya elmləri doktoru, professor
4. Məmmədov Faiq Cəbrayıl oğlu - fizika-riyaziyyat elmləri doktoru
5. Abbasov Əliqulu Əliabbas oğlu - 15.05.1939-cu il, kənd təsərrüfatı elmləri namizədi
6. Abbasov Əmmar Sabir oğlu - 22.12.1941-ci il, tarix elmləri namizədi
7. Aslanlı Gülağa Qulam oğlu - 24.02.1952, fizika-riyaziyyat elmləri namizədi
8. Əsgərov Rəşad Hüseynağa oğlu - 1978-ci il, fəlsəfə elmləri namizədi
9. Nəsirov Emin Vaqif oğlu - 05.02.1973, fizika üzrə fəlsəfə doktoru
10. İsmayılov Samir Ələddin oğlu - 09.05.1981, tarix üzrə fəlsəfə doktoru
11. Qarayeva Gülxanım İbrahim oğlu - 1947-ci il, tarix elmləri namizədi
12. Məcidov İlkin Sabir oğlu - 20.06.1947, İqtisadiyyat üzrə fəlsəfə doktoru
13. Məcidov Natiq Sabir - 05.10.1978, İqtisadiyyat üzrə fəlsəfə doktoru
14. Məcidov Sahib Əsəd oğlu - pedaqoji elmlər namizədi
15. Bayramov Rauf Rəhim oğlu - fizika-riyaziyyat elmləri namizədi
16. Bəşirov Çingiz Adil oğlu - hüquq elmləri namizədi
17. Qarayev Malik İbrahim oğlu - Filologiya elmləri namizədi
Sultanağa Teymurbəy oğlu Zülfüqarov (1899-1976)
İnqilabdan əvvəl Lənkəran seminariyasını bitirib. 1920-ci ildə Masallı İnqilab Komitəsinin sədri olub. 1922-ci ildə Lənkəran qəza prokurorluğunun müstəntiqi işləyib. 1928-ci ildə Astara RİK-də sədr, həmin ildə Laçın rayon qəza komitəsinin katibi, 1930-1933-cü ildə Lerik RİK-nin sədri olub. 1933-1935-ci ildə Astarada, 1935-1938-ci ildə Xaçmaz və Quba rayonlarında prokuror işləyib. 1938-1939-cu illərdə Azərbaycan Yeyinti Sənayesi Nazirliyində hüquq şöbəsinin, 1939-1941-ci illərdə Sumqayıt şəhər torpaq şöbəsinin müdiri vəzifəsində çalışıb. BVM-də iştirak edib, Krım, Sevastopol, Kerç, Feodesiya, Qamışburun ətrafında vuruşub.
Feyruz Yusif oğlu İsmayılov (1909-1974)
1939-cu ildə Azərbaycan Hüquq Məktəbini bitirib. Azərbaycan Ali Məhkəməsində məsul vəzifədə çalışıb. 1940-cı ildə Balakən rayon Xalq Məhkəməsinin sədri seçilib. 1942-ci ildə Bakı 3 saylı piyada qoşunları məktəbini bitirib və Balakən rayon Hərbi Komissarlığında məsul vəzifədə çalışıb. 1945-ci ildən isə Masallı rayonunda müxtəlif təsərrüfat və dövlət işlərində fəaliyyətini davam etdirib.
Xanoğlan Əbdüləhəd oğlu Ağayev (1913-cü il - ölümü məlum deyil)
Azərbaycan Hüquq Məktəbini bitirib. Lerik, Zaqatala və Balakən rayonlarında maliyyə şöbəsinin müdiri, Zaqatala və Zərdabda xalq hakimi işləyib. Bir müddət Ədliyyə Nazirliyində işləyəndən sonra Sumqayıtda baş hakim və şəhər İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışıb. Ali Məhkəmə kollegiyasının üzvü olub.
Əliabbas Mehrəli oğlu Novruzov(1916-1944)
1941-ci ildə cəbhəyə gedib, Ukraynanın Kanatov şəhərində hərbi təyyarəçilik məktəbini bitirib. Çeçen-İnquşetiyanın Qroznı şəhərinə hərbi komendant təyin edilib. 1944-cü ildə Türkmənistanın Mari şəhərinə tank briqadasına göndərilib. Ə. Novruzov Litvanın Rokişçki rayonunun Obyalyay qəsəbəsində döyüş zamanı həlak olub.
Gülhüseyn Hüseynoğlu (1923 - 2013)
Nasir, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar birliyinin üzvü, filologiya elmləri doktoru, professor. Mollaoba kəndində doğulub, 1947-ci ildə BDU-nun filologiya fakültəsini bitirib. Hal-hazırda həmin universitetin Azərbaycan ədəbiyyatı kafedrasının professorudur. O, 27 kitabın müəllifidir.
Kamil İsgəndər oğlu Zülfüqarov (1923-1942)
Şimali Qafqaz cəbhəsinin 885-ci atıcı alayın vzvod komandiri olub. Yazıçı Əlfi Qasımovun “Qızburunda tək məzar” povesti 19 yaşlı həmyerlimiz Kamil Zülfüqarova həsr edilib. K. Zülfüqarovun qəbri Nalçikin II Qızburun kəndindədir. II Qızburun
kəndindəki 1 saylı orta məktəbin həyətində K. Zülfüqarovun heykəli qoyulub.
Hüseynov Nəriman Muxtar oğlu (1928-ci il)
1928-ci ildə Boradigah qəsəbəsində anadan olmuşdur. 1945-ci ildə tam orta məktəbi bitirərək həmin ildə Azərbaycan Dövlət Pedaqoji institutuna daxil olmuşdur. 1949-cu ildə institutu bitirərək oxuduğu məktəbə direktor müavini təyin edilmişdir. 1955-1957-ci illərdə Mahmudavar orta məktəbində müəllim, 1961-ci ildən Boradigah tam orta məktəbinə direktor təyin edilmişdir. O, həmin vəzifədə 2008-ci ilin sentyabr ayına qədər - 47 il 7 ay işləmişdir. 26 avqust 2011-ci ildən təqaüddədir. N. Hüseynov 3 dəfə - 5-ci, 7-ci. 8-ci Azərbaycan müəllimləri qurultayının iştirakçısı olmuşdur. “Rəşadətli əməyə görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 03 oktyabr tarixli 3070 saylı Sərəncamı ilə Hüseynov Nəriman Muxtar oğluna “Əməkdar” müəllim adı verilmişdir.
Heybət İzzət oğlu Abdullayev (1929-1995)
1954-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Moskva Tibb İnstitutunun aspiranturasına daxil olduqdan sonra akademik B. V. Petrovskinin rəhbərlik etdiyi cərrahlıq klinikasının ürək cərrahlığı şöbəsində elmi fəaliyyətə başlayıb. 1966-cı ildə keçmiş Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun döş cərrahlığı və anesteziologiya kafedrasının müdiri və həmin institutun rektoru təyin edilib. Professor H. Abdullayev 9 elmi kəşfin, 7 monoqrafiyanın, 118 elmi məqalənin müəllifidir.
Cavanşir Nəbi oğlu Əsədov (1936)
1960-cı ildə ADPU-in tarix-filologiya fakültəsini bitirib. 1960-1965-ci illərdə Boradigah orta məktəbində müəllim, 1965-1969-cu illərdə Telman adına sovxozda ilk partiya təşkilatı katibi, 1969-1971-ci ildə həmin sovxozda direktor işləyib. 1971-1976-cı illərdə Masallı rayon XDS İcraiyyə Komitəsinin sədri seçilib. 1976-1978-ci illərdə tütün fermentləşdirmə zavodunun, 1978-1982-ci illərdə Bədəlan və Boradigah 1 saylı çay fabrikinin direktoru, sonra isə 2 saylı çay fabrikin direktoru işləyib. 1991-1992-ci ildə Rayon Çayçılıq Birliyinin rəisi, 1992-1993-cü illərdə Masallı Rayon Sovetinin sədri olub. 1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı olub. İlk yerli millət vəkili olub.
Akif Feyruz oğlu İsmayılov (1937-1994)
1956-cı ildə Bakı Ümumqoşun hərbi məktəbini, sonra isə Mərdəkan Milis məktəbini, Rostov-Don şəhərində Ali Milis Məktəbini bitirib. Respublika DİN-də əməliyyat müvəkkili, Cinayət Axtarışı İdarəsinin baş inspektoru, Xətai rayon DİŞ-nin və 6-cı İdarənin rəis müavini, Bakı şəhər Dİİ-nin xüsusi ağır cinayətlər bölməsinin, Bakı şəhər cinayət axtarış şöbəsinin, Sabunçu rayon DİŞ-nin, 7-ci İdarənin rəisi kimi məsul vəzifələrdə çalışıb. Ömrünün sonunda, Azərbaycan Prezident Aparatında Xüsusi İdarənin məsul işçisi kimi fəaliyyət göstərib, Polkovnik rütbəsinə qədər yüksəlib.
Arif Möhüb oğlu Quliyev(1942-1973)
Ə. Əzimzadə adına Bakı Rəssamlıq məktəbini və Sankt-Peterburqdakı Muxina adına Rəssamlıq Akademiyasını bitirib, Bakıya təhsil aldığı rəssamlıq məktəbinə müəllim kimi qayıdıb. Eyni zamanda “Azərbaycan qadını” jurnalında rəssam kimi işləyib. Heyif ki, həyat onu aramızdan tez apardı...
Elmira Hüseyn qızı Axundova (1953)
Respublikanın Əməkdar jurnalisti, filologiya elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin katibi, Milli Məclisin deputatı, H. Zərdabi, R. Rza, N. Nəcəfov adına mükafatların lauratı, ”Şöhrət “ordeni ilə təltif olunmuşdur. “Naşirin ölümü” (2001), ”Həqiqət anları” (2003), ”Şüşə saray” kitablarının müəllifidir. Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildlik tədqiqat romanı onun yaradıcılığının zirvəsidir.
Çingiz Adil oğlu Bəşirov (1955)
1977-ci ildə ADU-nin hüquq fakültəsini bitirib, Respublika ədliyyə nazirliyinin qanunların hazırlanması və sistemləşdirilməsi idarəsində məsləhətçi işləyib. M. V. Lomonosov adına Moskva Dövlət Universiteti aspiranturasının hüquq fakültəsinin cinayət prosesi, məhkəmə quruluşu, prokuror nəzarəti və kriminalistika şöbəsində təhsil alıb. 1982-ci ildən RSFSR Ali Məhkəməsində məsləhətçi, cinayət işləri üzrə məhkəmə kollegiyasında baş məsləhətçi, məhkəmə qərarlarına nəzarət və onların yoxlanılması şöbəsinin və 1986-cı ildən Azərbaycan Ədliyyə Nazirliyi xalq təsərrüfatı və qanunçuluq idarəsinin rəis müavini, məhkəmə təcrübəsi və milli münasibətlər şöbəsinə təlimatçısı vəzifəsinə təyin edilib. 1990-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini vəzifəsində işləyib. Hazırda Abşeron rayon Məhkəməsinin sədridir.
Əflatun İbrahim oğlu Qasımov (1955)
1981-ci ildə BDU-nun hüquq fakültəsini bitirib. 1977-ci ildən ədliyyə sistemində çalışıb. Bakı şəhər, Nərimanov, Nizami rayon məhkəmələrində müxtəlif işlərdə fəaliyyət göstərib. Xaçmaz rayon 1 saylı Dövlət Notariat kontorunda notarius, 1990-cı ildə həmin kontorda baş notarius işləyib. 1993-cü ildə Xaçmaz rayon xalq məhkəməsinin sədri olub. O, Sumqayıt hərbi prokuroru, Bakı şəhər xüsusilə ağır cinayətlər üzrə məhkəmə sədri, hal-hazırda isə Bakı şəhər Apelyasiya Məhkəməsinin sədrlərindən biri kimi çalışır.
Rafiq Vəli oğlu Kazımov (1956)
1983-cü ildə BDU-nun hüquq fakültəsini bitirib. 1985-1987-ci illərdə Bakı şəhər məhkəməsində iclas katibi, 1987-1989-cu illərdə Respublika Ədliyyə nazirliyinin qanunvericiliyin sistemləşdirilməsi və qanun layihələrinin hazırlanması idarəsində Baş məsləhətçi. sonralar Bakı şəhərində 2-ci dövlət Notariat kontorunda dövlət notariusu, Lerik rayon məhkəməsinin sədri, hal-hazırda isə Balakən rayon məhkəməsinin sədridir.
Nurməmməd Ağa (Ağayev Nurməmməd Heybət oğlu) (1957)
1957-ci il mayın 2-də anadan olmuşdur. 1978-ci ildə ADPU-in filologiya fakültəsini bitirib. Boradigah qəsəbə 2 saylı tam orta məktəbin direktorudur. 1991-1992-ci illərdə ”Qala” respublika qəzetində poeziya şöbəsinin müdiri işləyib. Dövrü mətbuatda 1972-ci ildən çıxış edir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2007-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Şəkər Aslan ədəbi mükafatına layiq görülmüşdür. 6 kitabın müəllifidir.
Vasif Höccət oğlu Hüseynov (1961)
1989-cu ildə BDU-nun filologiya fakültəsini bitirib. 1990-cı ildə Sumqayıt “Gənclik” mərkəzində “Ədəbi Almanax”ın redaktoru və həmin mərkəzin dövri mətbuat işləri üzrə direktor müavini işləyib. 1991-ci ildən Azərbaycan Teleradio Şirkətinin xəbərlər baş redaksiyasında müxbir, 1992-ci ildən həmin redaksiyanın müdiri işləyib. ”Avrasiya” qəzetinin əməkdaşıdır.
Mirzə Əvəz oğlu Məmmədov(1961)
Yekaterinburq rəssamlıq məktəbini bitirib. İncəsənət İnstitutunda oxuyub, hazırda oranın ölkəşünaslıq muzeyində baş rəssam-dekorator vəzifəsində işləyir.
Məmmədov Vüqar Firudin (1973)
1973-cü ildə Boradigahda anadan olub. 1990-cı ildə Boradigah qəsəbə 1 saylı orta məktəbi gümüş medalla bitirib. Həmin il Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinə daxil olub, 1995-ci ildə təhsilini bitirib. 1995-1999-cu illərdə ETPEİ-nin aspiranturasında qiyabi təhsilini davam etdirib. Oxuduğu müddətdə dərslik yazmaqla məşğul olub, 20-dən çox dərslik, metodiki vəsait və iş dəftərinin həmmüəllifidir. Hazırda “Pedaqogika” nəşriyyatının direktor müavinidir.
Jurnalistlər
Nəbiyulla Əhmədov
Nəbiyulla Ağahüseyn oğlu Əhmədov 18 sentyabr 1947-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olmuşdur. .
1966-1971- ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsinin bitirib.
1975-1985-ci illərdə rayon “Çağırış” qəzetində məsul katib vəzifəsində işləyib.
1985-ci ildən 1995-ci ilə kimi Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar birləşmiş Mətbəəsinin direktoru vəzifəsində çalışıb.
1986-1987-ci illərdə Moskva Dövlət Möhür İşlərinin İxtisaslaşdırması İnsitutunda oxumuşdur.
O, ”Qırmızı Əmək Bayrağı” Ordeni ilə təltif olunmuşdur.
Ailə olmuşdur 3 övladı vardır.
02 oktyabr 2014-cü ildə vəfat etmişdir.
Zahid Fərzullalı
Zahid Səfər oğlu Fərzullalı 03 noyabr 1961-ci ildə Masallı rayonunun B0radigah qəsəbə i.ə.d.-nin Molloba kəndində doğulub.
1979-cu ildə RF-nın Leninqrad (hazırkı Sankt-Peterburq) şəhərində Leninqrad Əczaçılıq İnstitutuna daxil olub və 1984-cü ildə əmin institutu bitirib.
1985-96-ci illərdə ölkənin səhiyyə sistemində müxtəlif vəzifələrdə çalışıb.
1996-ci ildən jurnalistlik fəaliyyəti ilə məşğuldur. 1998-ci ilin avqust ayından “Yeni Müsavat” qəzetində çalışır.
2005-ci ildən qəzetin redaktorudur. 2010-ci ildə “Əməkdar Jurnalist” fəxri adını alıb.
Sucəddin Şərifov
Sücəddin Vaqif oğlu Şərifov 25 avqust 1975-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində doğulub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-Kredit fakültəsini bitirib.
1997-ci ildən “Hər Gün” və “Avrasiya” qəzetlərində iqtisadiyyat yazarı kimi fəaliyyətə başlayıb. 1999-cu ilin avqustunda həftəlik “Məkan” qəzetini təsis edib. 2000-ci ilin aprelindən 2003- ilədək həmin qəzetin təsisçisi və baş redaktoru olmaqla ölkədə yaşca ən cavan baş redaktor olub. 2003-cü ildən ölkənin ilk müstəqil qəzeti olan “Azadlıq” qəzetinin redaktoru vəzifəsində çalışır.
Vasif Höccət oğlu Hüseynov (1961)
1989-cu ildə BDU-nun filologiya fakültəsini bitirib. 1990-cı ildə Sumqayıt “Gənclik” mərkəzində “Ədəbi Almanax”ın redaktoru və həmin mərkəzin dövri mətbuat işləri üzrə direktor müavini işləyib. 1991-ci ildən Azərbaycan Teleradio Şirkətinin xəbərlər baş redaksiyasında müxbir, 1992-ci ildən həmin redaksiyanın müdiri işləyib. ”Avrasiya” qəzetinin əməkdaşıdır.
İdmançılar:
Boradigahda tarixən qoluqüvvətli, güclü adamlar çox olub. Belələrinə Şamil Qasımoğlu, Məşədi Əkbər, İsa Nəciyev, Məmməd Qurbanov və başqalarını misal göstərmək olar. Boradigahda futbol və milli güləş daha çox yayılmışdır. Məmməd Qurbanov ağırlıqqaldırma üzrə qəsəbədə ilk çempion olub. 1951-1952-ci illərdə o Ümumittifaq yarışlarında iştirak etmiş, 1-ci dərəcəli idman ustası adını almışdır. Həmyerlimiz Məmmədov Sifariş güləş üzrə idman ustasıdır. Daha bir Boradigahlı Arif Hüseynəli oğlu Məmmədov da Azərbaycan çempionu olmuşdur (1992).
Telman Paşa oğlu Paşayev (1953)
Güləş üzrə Beynəlxalq dərəcəli idman ustası, Avropa çempionudur. 1975-ci ildə Minskdə keçirilən dünya çempionatında 2-ci yeri tutmuş, 2 dəfə dünya kubokunun sahibi olmuşdur. Amerikada gənclər arasında keçirilən çempionatda 1-ci yeri, İspaniyada isə 2-ci yeri tutub, Avropa çempionu olub.
Həkimlər:
Boradigahda 3-5 çarpayılıq xəstəxana ilk dəfə 1905-ci ildə yaradılmışdır. İlk ali təhsilli qadın həkim Səkinə Mirzəməmmədəli qızı Ələkbərli (1919-1988) olmuşdur. O 1939-cu ildə Azərbaycan Dövlət Tibb institutunu bitirib, 1943-cü ildən Boradigahda həkim kimi fəaliyyətə başlamışdır. Onun bacısı Səltənət Ələkbərli (1913-1990) ilk mama-ginekoloq olub. Boradigahda hal-hazırda 15 çarpayılıq xəstəxana vardır. Orada doğum, terapeya, USM, rentgen, laboratoriya və cərrahiyyə şöbələri fəaliyyət göstərir. Ali təhsilli həkimlərdən Şahab İbadov, Faiq Nəzərov, Ətrafil Hacıyev, Vəliağa Ramazanov, Cavanşir Ramazanov, Nazim Mahmudov, Naib Zeynalov, Məmməd Məmmədov, Fərasət Kazımov, Seymur Əsədov və başqalarını, qadın həkimlərdən Ceyran Məmmədova, Məryəm Dadaşova, Şahnaz Novruzova, Aygün Hacıyevanı göstərmək olar.
Zeydulla Hüsrət oğlu Səlimov (1949)
1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1975-1982-ci illərdə Boradigah xəstəxanasında işləyib, 1983-cü ildən Bakı şəhərinin Sabunçu qəsəbəsində cərrah işləyir.
Babayev Eldar Seyidağa oğlu (1955)
Boradigahda doğulub. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Bir neçə il Oğuzda pediatr-həkim işlədikdən sonra Elmi Tədqiqat Pediatriya İnstitutunda çalışmışdır. 1989-2001-ci illərdə Moskva şəhərində Elmi Tədqiqat Hemotoloji Mərkəzdə işləmişdir. 1994-cü ildə tibb elmləri namizədi, 2001-ci ildən isə tibb elmləri doktoru, professordur. Hazırda Bakı şəhərində Elmi Tədqiqat Hematologiya və Transfuzologiya institutunda Şöbə rəhbəridir.
Qarabağ uğrunda döyüşənlər:
1. Ağayev Azər Həmid oğlu
2. Ağayev İlqar Şamil oğlu
3. Abbasov Zəfər Məzahir oğlu
4. Abdullayev Mirzəbaba Nəriman oğlu
5. Baxşəliyev Fətəli Eldar oğlu
6. Baxşəliyev Fizuli Hüseynbala oğlu
7. Boyliyev Şaiq Mürsəl oğlu
8. Əhmədov Soltanağa Mirzəbala oğlu
9. Zaliyev İlkin Fətəli oğlu
10. İsmayılov Cəsarət Səyyad oğlu
11. İsmayılov Səfərxan Böyükağa oğlu
12. Məmmədov Şaiq Sabir oğlu
13. Məmmədov Nazim Nurulla oğlu
14. Məmmədov İxtiyar Xudayar oğlu
15. Məmmədov Əzim Şirəli oğlu
16. Nağıyev Seymur Yunus oğlu
17. Rəfiyev Malik İsabala oğlu
18. Tağıyev Daməd Səfər oğlu
19. Teymurov Orucəli Ağahüseyn oğlu
20. Teymurov Rufulla Beytulla oğlu
21. Cəfərov Elşən Səfər oğlu
22. Şahverdiyev Rakif Akif oğlu.
23. Səmədli Maqsud Malik oğlu
Fətəli Eldar oğlu Baxşəliyev (1964)
1986-cı ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib. 1993-cü ilin may ayında könüllü olaraq Milli Orduya gedib, tank bölüyü komandiri olub. Baş leytenant Fətəli Baxşəliyev Fizuli rayonunun Alxanlı, Qaraxanbəyli, Şükürbəyli, Seyidəhmədli, Əbdürrəhmanlı və Horadiz kəndlərinin erməni işğalçılarından təmizlənməsində iştirak edib.
Qarabağ uğrunda şəhid olanlar:
Məmmədov Qeysər Heybət oğlu (1974-1994)
1991-ci ildə Boradigah qəsəbə orta məktəbini bitirmiş, 1993-cü ilin aprelində hərbi xidmətə çağırılmışdır. Sumqayıtda hərbi hissələrin birində 6 aylıq təlim keçdikdən sonra Zəngilan bölgəsinə göndərilmişdi. Beyləqan istiqamətində döyüşmüş, Fizulidə gedən vuruşmada 1994-cü ilin yanvar ayının 12-də qəhrəmancasına həlak olmuşdur.
Paşayev Fərasət Qubad oğlu (1973-1994)
Boradigahda anadan olmuşdur. 1991-ci ildə hərbi xidmətə çağırılmış, Laçının, Qubadlının, Kəlbəcərin, Fizulinin bir çox kəndlərinin müdafiəsində igidlik göstərmişdir. 1994-cü il fevral ayının 3-də Fizulinin müdafiəsi zamanı həlak olmuşdur.
Cavadov Zəfər Əlihüseyn oğlu (1974-1994)
Boradigahda doğulmuşdur. 1993-cü ildə hərbi xidmətə çağırılmış, Fərrux, Ağbulaq, Aranzəmin, Sırxavənd, Qazançı kəndləri uğrunda döyüşlərdə igidlik göstərmişdir. 1994-cü il aprelin 19-da Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur.
Nağıyev İnqilab Şabala oğlu (1974-1993)
Boradigah qəsəbəsində anadan olmuşdur. 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. Bir müddət Lənkəran hərbi topçu polkunda hazırlıq keçmişdir. Laçın, Kəlbəcər, Ağdərə bölgəsində vuruşmalarda iştirak etmişdir. 1993-cü il martın 27-də cəsur topçu Çərəkdar kəndinin müdafiəsi zamanı həlak olmuşdur.
Böyük Vətən Müharibəsində iştirak edənlər:
Boradigah qəsəbə ərazisindən 700 nəfərə qədər çağırışçı cəbhəyə gedib. Hal-hazırda onlardan yalnız 1 nəfəri sağdır: Abbasov Məmmədhəsən Əliməmməd oğlu (1927).
Hələlik çatışmazlıqlar:
Tanınmış şəxsiyyətlər barədə əlavə məlumatlar olarsa:
1. Şəxsin adı, familiyası, atasının adı
2. 5x10 ölçüdə 1 ədəd fotoşəkil ( mümükün deyilsə pasport fotoşəkli)
3. Doğum tarixi, döğum yeri (əgər vəfat etmişdirsə, vəfat tarixi göstəril-məlidir).
4. Yaşayış yeri
5. Ibtidai və orta təhsil aldığı illər və ünvan
6. Orta texniki və ya ali təhsil aldığı illər və ünvan
7. İxtisası
8. Elmi dərəcəsi
9. İşlədiyi, fəaliyyət göstərdiyi sahələr və ünvan
10. Təltiflər (orden və medallar)
11. Aldığı fəxrı adlar və mükafatlar
12. Əlavə məşğuliyyət sahələri (istedad tərəfləri - şair, yazıçı, ilahiy-yatçı, bəstəçi, ifaçı, ixtiraçı və s.)
Qəhrəman analar (uşaqların sayı cinslər üzrə)
Əmək qəhrəmanları barədə qısa məlumat, təltiflər və fotoşəkil
Kəndin inzibati binalarının (10X15 sm ölçüdə)
Məktəb direktorları barədə məlumat (illər üzrə)
Xeyriyyəçilər
Kənd barədə məlumatlar:
1. Kəndin inzibati binalarının və məscidlərinin qabaq fasaddan fotoşəkilləri (10X15 sm ölçüdə)
2. Kənddə idarəçiliyin tarixi (kəndxudalar, kənd soveti sədrləri, kolxoz sədrləri, sovxoz direktorları, ərazi nümayəndələri, bələdiyyə sədrləri) haqqında illər üzrə adlı məlumatlar
3. İnfrastrukturlar
Kəndin adı: Babaser
Kəndin adının mənası:
“Babaser“ sözü sırf talış toponiminə aiddir. Əsil adı “Bobose” olub, sonralar indiki adını daşıyır. “Bobo” - yəni kəndin ilk sakini olmuş Bobo kişinin adı ilə bağlıdır. ”Se” - sözü talışca istil, göl, su yığılan yer deməkdir. Yəni Baba kişinin gölü mənasını verir.
Babaser kəndinin qısa tarixi:
Babaser kəndinin tarixi çox qədimdir. Yaşlı ağsaqqalların sözlərinə görə kəndin yaşı 400-500-il bundan əvvələ gedib çıxır. Kənd ilk əvvəl indiki ərazidən 200 m şərqdə yerləşib. Amma coğrafi yeri çox alçaq olub və tez-tez su basıb. İndiki yerləşdiyi ərazi isə meşəlik olub. Sonradan kəndlilər meşəni təmizləyərək tədricən indiki əraziyə köçməyə başlayıblar. Kəndin ən qədim yaşayış yeri “köhnə evlər” mənasını verən “Kana kaon” məhəlləsidir. Həmin məhəllədə cəmi 5 ev olub, sonradan tədricən evlər çoxalmağa başlayıb. 1932-ci ildə qonşu Mollaoba kəndi ilə bir təsərrüfatda birləşərək “İskra” adına kolxoz yaradılıb. 1953-cü ildə Babaser kəndinin torpaqları Mollaoba ilə birləşdirilərək “Yeni həyat” kolxozu yaratdılar. Kolxozun sədri Musa Məcidov, müavini isə Kamil Əhədov olmuşdur. 1958-ci ildə isə “Yeni həyat” kolxozu Boradigah qəsəbəsindəki Telman adına kolxoz ilə birləşdirildi. Əhədov Kamil Boradigah kənd sovetinin sədri təyin olundu.
1961-1964-cü illərdə kənddə su anbarı tikilib.
Əhalisi:
14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Boradigah kənd cəmiyyətinə daxil olan Boradigah kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qəzvinoba, Şatıroba, Babaser, Mollaoba və Tüklə kəndlərində toplam 291 evdə şiə təriqətli müsəlman talışlardan ibarət 2628 nəfər (1508 nəfər kişilər, 1120 nəfər isə qadınlar) əhali yaşayırdı.
2021-ci ci il 01 yanvar tarixə Babaser kəndində 1775 nəfər əhali yaşayır.
Ərazisi:
325 ha
Coğrafi mövqeyi:
Masallı -Boradigah-Lənkəran şosse yolunun sağ kənarında yerləşdiyindən çox əlverişli coğrafi şəraiti vardır.
Kəndin əsas məşğuliyyəti: Əkinçilik və maldarlıq
Həmsərhəd olduğu kəndlər:
Şərqdən Mollaoba, qərbdən Sığdaş, cənubdan Tüklə, şimaldan Bədəlan kəndləri ilə həmsərhəddir.
İlk kolxoz sədrləri:
1.Məmmədov Eynulla Seyfulla oğlu;
2.Mirzəyev Xankişi Mirzə oğlu
3.Bayramov Bayraməli Bayram oğlu
4.Mahmudov Məmməd Mahmud oğlu
5.Əhədov Kamil Məmməd oğlu
Kənddə ilk məktəbin açıldığı tarix:
1928-ci ildə 3 illik məktəb açılıb. Maraqlısı bu idi ki, o vaxt məktəbdə talış dili fənni də tədris olunurdu. İlk məktəb Kərbəlayı Hüseynin evində açılıb. Hüseynin evi iki mərtəbəli olduğuna görə kommunistlər evi alaraq məktəbin ixtiyarına veriblər. 1968-ci ildə məktəb üçün 6 otaqlı bina tikilmiş və 8 illik məktəbə çevrilmişdir. 2009-cu ildə Babaser kəndində 200 yerlik yeni müasir məktəb binası tikilmişdir. Məktəbin ilk direktoru Qürbət Əzimov olmuşdur. O, 1928-1937-ci illərdə məktəbə direktorluq etmiş, sonralar isə aşağıdakılar həmin vəzifəni daşımışlar:
1938-1968-ci illər: Yadulla Nurullayev
1969-1994-cü illər: Mürsəl Boyliyev
1994-2008-ci illər: Şahrza Mirzəyev
2009-cü ildən isə Nərgiz Vəfa qızı Eminova
Kəndin ilk ali təhsillisi:
Qubad Seyfulla oğlu Məmmədov Yardımlı rayonunda müəllim işləyib, 1941-1945-ci illər müharibəsində həlak olub.
Kəndin görkəmli şəxsiyyətləri:
1. Şeyx Qüdrət Kərbəlayı Ağakişi oğlu.(1905-1975)
1905-ci ildə anadan olmuşdur.ilk dini təhsilini əvvəlcə atasından, sonralar isə Molla Mikayıldan alıb. O, ərəb, fars, türk dillərini mükəmməl bilib.Ali dini təhsilini Şərqin ən məşhur mədrəsələrindən biri olan Ərdəbil şəhərinin “Mirzə Əli Əkbər” mədrəsəsində alıb. Şeyx Qüdrət o dövrün böyük din xadimləri olan Şeyxülislamlar Ağa Əlizadə, Şeyx Məhsun Həkimzadə, Şeyx Hüseyn, Şeyx Mir Bəşir ağa, Şeyx Əli və digərləri ilə dostluq etmişdir. Hazırkı Şeyxülislam Hacı Allahşükür Paşazadə və həmçinin Hacı Mir Əziz Ağa, Hacı Barat, Hacı Mir Cavad, Hacı Əlihəsən onun şagirdləri olmuşlar.
Şeyx Qüdrət 1975-ci ildə vəfat etmişdir.
2. Mikayıl Kərim oğlu Kərimov (1955-2011)
Kərimov Mikayıl 1977-ci ildə BDU-nin jurnalistika fakültəsinə daxil olmuş, yaxşı oxuduğuna görə 1979-cu ildə M. Lomonosov adına Moskva Dövlət Universtitetinə göndərdilər. 1984-cü ildə həmin ali məktəbi müvəffəqiyyətlə bitirən Mikayıl, Bakıya dönərək müxtəlif teleqraf agentliklərində çalışmışdır. 2003-cü ildə müstəqil ”Alternativ” qəzetini nəşr etdirmişdir.
3. Şeyx Əhməd Şeyx Qüdrət oğlu Abbasov (1942)
Buxara və Daşkənddə ali ruhani təhsili alıb.1985-ci ildən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Qazilər Şurasının sədri vəzifəsində çalışır.
4. Elşən Mərdan oğlu Rüstəmov (1971)
1990-1995-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “dram teatrı və kino aktyorluğu” fakültəsini bitirib.1992-ci ildə ilk dəfə “Etiraf” filmində baş rola - Azad roluna çəkilib. 1994-cü ildə isə onu məşhur edən “İtkin gəlin” filmində çəkildiyi Elməddin rolu oldu.
2012-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülmüşdür.
5. Nəsrulla Məmməd oğlu Mahmudov (1936)
1952-1957-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun stomotologiya fakültəsini bitirib. 1962-ci ildən Masallı rayon Mərkəzi Xəstəxanasında çalışmış, sonradan baş stomotoloq vəzifəsində çalışmışdır. 2011-ci ildən təqaüddədir.
6. Şücaət Adil oğlu Əliyev (1969)
1988-1995-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Hal-hazırda Sarıcalı Hərbi Qospitalının rəisidir.
Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə
şəhid olmuş sakinləri haqqında:
1. Şahbazov Rəşad Murad oğlu (1986-2005)
2. Əhədov Araz Bəxtiyar oğlu (1984-2003)
Qarabağ veteranları:
1. Məmmədov İxtiyar Xudayar oğlu (1973)
2. Boyliyev Şaiq Mürsəl oğlu (1974)
3. Əliyev Nicat Səadət oğlu (1975)
4. Qənbərov Rakit Musa oğlu (1964)
5. İsmayılov Əmirxan Səfər oğlu (1963)
BVM-də iştirak edənlər:
1. Abbasov Mirzə Atakişi
2. Abbasov Şali Qəhrəman
3. Abbasov Novruzəli Əziz
4. Abbasov Mütəllim Fərzulla
5. Ağasiyev Sahib Mahmud
6. Boyliyev Məmməd Məmmədrahim
7. Boyliyev Rəhmət Məmmədrahim
8. Boyliyev Əhməd Məmmədrahim
9. Boyliyev Əhməd Ağarəhim
10. Əliyev Qürbətəli Bayraməli
11. Əhədov Xalıq Məmməd
12. Məmmədov Yədulla Seyfulla
13. Mövsümov Məmməd Möhsüm
14. İsmayılov Cahangir Qaraxan
15. Məmmədov Qubad Seyfulla
16. Həsənov Əsgər Əhməd
17. Həsənov Gülməmməd Əhməd
18. Həbibov Mehrəli Güləli
19.Həbibov Mirzəbala Feyzulla
20.Həbibov İslam Yunus
21.Heydərov Abdulla Heydər
22.Heydərov Eynulla Heydər
23.Heydərov Fətulla Heydər
24.Zahirov Rəzi Gülməmməd
25.Zahirov Nəzir Həşim
26.Zaliyev Yadulla Seyfulla
27.Şahbazov Gülağa Ağabala
28.Şahbazov Həsən Şaban
29.Talıbov Böyükağa Nəhmətulla
Kəndin ziyalıları:
1. Mahmudov Nəsrulla Məmməd oğlu
2. Mahmudov Vüqar Nəsrulla oğlu
3. Mahmudov Rafael Nəsrulla
4. Boyliyev Mürsəl Məmməd oğlu
5. Nəsirov Qafur Rəhmət oğlu
6. Nəsirov Rasif Rahib oğlu
7. Eminova Nərgiz Vəfa qızı
8. Mirzəyev Şahrza Ağarza oğlu
9. Quliyev Aydın Səmədulla oğlu
10. Rüstəmov Elşən Mərdan oğlu
11. Əliyev Şücaət Adil oğlu
12. Həsənov Pərviz İdris oğlu
13. Həsənova Həlimə Əlibaba qızı
14. Nəsirova Kəmalə Cəbrayıl qızı
15. Əhədova Vüsalə Vüqar qızı
16. Zaliyeva Kəmalə Adil qızı
17. Fərzəliyeva Xatirə Sabir qızı
18. Həbibov Zülfüqar Süleyman oğlu
19.Əliyeva Nigar Sakif qızı
20. Əliyev Cavid Sakif oğlu
21. Qardaşov Zabit Ələkbər oğlu
22. Qardaşov Mais Ələkbər oğlu
23. Qardaşova Tünzalə Ələddin qızı
24. Səlimova Firuzə Nüsrət qızı
25. Abbasov Fərhad Məzahir oğlu
26. Abbasov Ədalət Hacı oğlu
27. Rüstəmov Mehti Mərdan oğlu
28. Cavadov Ədalət Bayraməli oğlu
29. Əzimov Lazım Əzim oğlu
30. Ağayev Beytulla Dadaş oğlu
31. Mahmudov İlqar Nəsrulla oğlu
32. Mahmudova Afət İbarət qızı
33. Əzimov Yasər Əzim oğlu
34. Əzimov Rasif Əzim oğlu
35. Əzimov İltimas Cani oğlu
36. Əzimov Ehtiman Cani oğlu
37. Abbasov Kənan İbrahim oğlu
38. Abbasov Əfqan İbrahim oğlu
39. Mikayılov Fərəmaz Əmiraslan oğlu
40. Həsənov Elman Qurbanəli oğlu
41. Abbasov Yunus Loğman oğlu
42. Şiriyev Atabala Xanlar oğlu
43. Ağayev Zabil Aslan oğlu
44. Zahirov Elçin İnşallah oğlu
45. Qənbərov Rövşən Əbazər oğlu
46. İsmayılov Ravil Şəmsəddin oğlu
47. Zaliyev Burhan Qurban oğlu
48. Soltanzadə Ülviyyə Ənvər oğlu
49. Məmmədov Əlisurət İsa oğlu
50. Əhədov Fəxrəddin Kamil oğlu
51. Əhədov Əliyar Kamil oğlu
52. Əhədov Elmar Fəxrəddin oğlu
53. Zaliyev Firudin Bəhlul oğlu
54. Rüstəmov Manaf Xanoğlan oğlu
55. Kəlbiyev Fəzail Əvəz oğlu
56. Qardaşov Ələsgər Qüdrət oğlu
57. Şiriyev Böyükxan Balağa oğlu
58. Qardaşov Heybət Ələkbər oğlu
59. Zaliyeva Fatma Bəylər oğlu
60. İsmayılov Nayib Rəcəb oğlu
61. Mayılov Zöhrab Eldar oğlu
62. Zaliyev Fərəc Fətulla oğlu
63. Zaliyev Asəf Fərəc oğlu
64. Nəzərov Zahir Baxşəli oğlu
65. Əliyev Hüseyn Adil oğlu
66. Əliyev Vəfadar Səadət oğlu
67. İsmayılov Şahmar Səfər oğlu
68. Abbasov Tahir Əhməd oğlu
69. Mahmudova Tahirə Məmməd oğlu
70. Məmmədova Nərgiz Həkim oğlu
Çatışmazlıqlar:
Tanınmış şəxsiyyətlər barədə məlumatlar:
1. Şəxsin adı, familiyası, atasının adı
2. 5x10 ölçüdə 1 ədəd fotoşəkil ( mümükün deyilsə pasport fotoşəkli)
3. Doğum tarixi, döğum yeri (əgər vəfat etmişdirsə, vəfat tarixi göstəril-məlidir).
4. Yaşayış yeri
5. Ibtidai və orta təhsil aldığı illər və ünvan
6. Orta texniki və ya ali təhsil aldığı illər və ünvan
7. İxtisası
8. Elmi dərəcəsi
9. İşlədiyi, fəaliyyət göstərdiyi sahələr və ünvan
10. Təltiflər (orden və medallar)
11. Aldığı fəxrı adlar və mükafatlar
12. Əlavə məşğuliyyət sahələri (istedad tərəfləri - şair, yazıçı, ilahiy-yatçı, bəstəçi, ifaçı, ixtiraçı və s.)
13. Qəhrəman analar (uşaqların sayı cinslər üzrə)
14. II Qarabağ müharibəsində döyüşənlər, yaralananlar və şəhid olanlar, təltif alanlar
Kənd barədə məlumatlar:
1. Kəndin inzibati binalarının və məscidlərinin qabaq fasaddan fotoşəkilləri (10X15 sm ölçüdə)
2. Kənddə idarəçiliyin tarixi (kəndxudalar, kənd soveti sədrləri, kolxoz sədrləri, sov-xoz direktorları, ərazi nümayəndələri, bələdiyyə sədrləri) haqqında illər üzrə adlı məlu-matlar
3. İnzibati binalar, abidələr, məktəblər, məscidlər barədə məlumatlar
4. İnfrastrukturlar
5. İlk müəllimlər kimdir?
6. Xeyriyyəçilər
Kəndin adı: Mollaoba
Kəndin adının mənası:
Kəndin əhalisi tarixən mollalıqla məşğul olduqlarından əhali də kəndə “Mollaoba” adını vermişdir.
Əhalisi: 3418 nəfər
Ərazisi: 515 ha
Coğrafi mövqeyi:
Mollaoba kəndi çox əlverişli bir coğrafi mövqedə yerləşir. Beləki, Masallı - Boradigah - Lənkəran magistral yolunun kənarında yerləşdiyinə görə əhalinin gediş-gəlişini xeyli asanlaşdırır.
Kəndin əsas məşğuliyyəti: sənətkarlıq və əkinçilik
Həmsərhəd olduğu kəndlər:
Şərqdən Boradigah qəsəbəsi, qərbdən Bədəlan kəndi, cənubdan Babaser və Qəzvinoba kəndləri, şimaldan Sirəbil kəndi ilə həmsərhəddir.
Kəndin tarixi abidələri:
1857-ci ildə Mollaobada kənd Cümə məscidi tikilib və həmin məscidin tiklməsinə Hacı Zeynalabdin Tağıyev də maddi köməklik etmişdir.
Kənddə ilk məktəbin açıldığı tarix: 1932-ci il
Kəndin Qarabağ müharibəsi uğrunda döyüşlərdə şəhid olmuş sakinləri haqqında:
Şiriyev Bəxtiyar Qurbanəli oğlu(1973-1993)
Şıxəliyev Elşən Nadir oğlu(1973-1992)
Əliyev Niyaməddin Məmməd oğlu(1973-1994)
BVM-də iştirak edənlər:
Abbasov Məmmədhəsən Əliməmməd oğlu (1927)
Kəndin ziyalıları:
1. Elmira Hüseyn qızı Axundova (1953).
2. Gülhüseyn Hüseyn oğlu Abdullayev (1923)
3. Heybət İzzət oğlu Abdullayev (1929-1995)
4. Vaqif İbad oğlu Nəsirov (1945)
5. Abbasov Əliqulu Əliabbas oğlu (1939)
6. Abbasov Əmmar Sabir oğlu (1941)
7. Aslanlı Gülağa Qulam oğlu (1952)
8. Əsgərov Rəşad Hüseynağa oğlu (1978)
9. Nəsirov Emin Vaqif oğlu (1973)
10. İsmayılov Samir Ələddin (1981)
11. Qarayeva Gülxanım İbrahim (1947)
12. Məcidov İlkin Sabir (1977)
13. Məcidov Natiq Sabir (1978)
14. Qarayev Malik İbrahim oğlu
Kəndin din xadimləri:
Nurullayev Fuad İzzət oğlu
Mənbə olaraq istinad edilən ədəbiyyat və materiallar:
Azərbaycan Sovet Ensiklopediyası I -VII cild. Bakı - “Qızıl Şərq” mətbəəsi - 1976.
Məmməd Kazım - “Mir Həsən xanın övladları”. Bakı - 1979.
Böyükağa Hüseynbala oğlu, Mirhəşim Talışlı - “Lən-kə-ran”. Bakı - “Maarif” nəşriyyatı - 1990.
Musarza Mirzəyev - “Mənim Masallım”. Bakı - “Azər-
baycan” nəşriyyatı - 1991.
Musarza Mirzəyev, Şahrza Ağayev - “Masallı topo-nimləri”. Bakı - “Maarif” nəşriyyatı – 1992.
Musarza Mirzəyev – “Talış toponimlərinin qısa izahlı lüğəti”. Bakı - “Azərbaycan” nəşriyyatı - 1993.
Musarza Mirzəyev – “Mahmudavar”. Bakı – “Sabah” nəşriyyatı - 1997.
“Masallı” müstəqil qəzeti - “Masallının görkəmli şəx-siyyətləri, müqəddəs məkanları ziyarət edənləri və istedadlı gəncləri barədə”. 15-30 sentyabr - 1995.
Vaqif Yusifli - “Ərkivan və ərkivanlılar”. Bakı - “Sa-bah” nəşriyyatı (1996).
Mirzə Əhməd Mirzə Xudaverdi oğlu - “Əxbarnamə” (Talış xanlığının tarixindən). Bakı - “DİZAYN EL MMC” nəş-riyyatı (2009).
Abdurrəhman Səmədov - “Ərkivan salnaməsi”. Bakı - “Viktori” nəşriyyatı (2009).
Nurməmməd Ağa – “Boradigahım mənim” . Bakı. 1997
Novruz Novruzov - “Masallı”. Bakı. 1990
Çatışmazlıqlar:
Tanınmış şəxsiyyətlər barədə məlumatlar:
1. Şəxsin adı, familiyası, atasının adı
2. 5x10 ölçüdə 1 ədəd fotoşəkil ( mümükün deyilsə pasport fotoşəkli)
3. Doğum tarixi, döğum yeri (əgər vəfat etmişdirsə, vəfat tarixi göstəril-məlidir).
4. Yaşayış yeri
5. Ibtidai və orta təhsil aldığı illər və ünvan
6. Orta texniki və ya ali təhsil aldığı illər və ünvan
7. İxtisası
8. Elmi dərəcəsi
9. İşlədiyi, fəaliyyət göstərdiyi sahələr və ünvan
10. Təltiflər (orden və medallar)
11. Aldığı fəxrı adlar və mükafatlar
12. Əlavə məşğuliyyət sahələri (istedad tərəfləri - şair, yazıçı, ilahiy-yatçı, bəstəçi, ifaçı, ixtiraçı və s.)
Qəhrəman analar (uşaqların sayı cinslər üzrə)
II Qarabağ müharibəsində döyüşənlər, yaralananlar və şəhid olanlar, təltif alanlar
İlk ali təhsilli şəxs
İlk müəllimlər kimdir?
Xeyriyyəçilər
Kənd barədə məlumatlar:
1. Kəndin inzibati binalarının və məscidlərinin qabaq fasaddan fotoşəkilləri (10X15 sm ölçüdə)
2. Kənddə idarəçiliyin tarixi (kəndxudalar, kənd soveti sədrləri, kolxoz sədrləri, sovxoz direktorları, ərazi nümayəndələri, bələdiyyə sədrləri) haqqında illər üzrə adlı məlumatlar
3. İnzibati binalar, abidələr, məktəblər, məscidlər barədə məlumatlar
4. İnfrastrukturlar
- Ana səhifə
- Mədəniyyət və İncəsənət
- Turizm
- Təhsil
- Səhiyyə
- İdman
- Qalereya
- Şəhid ailələri bir məkanda -“Halal süfrədə”
- Masallıda uşaq bağçası intibahı doğrudanmı reallaşır?
- Masallı dəyərli sənətkarını itirdi
- Masallı. Mahmudavardakı “Xan Evi”
- Masallı Kolleci öz şəhidlərini unutmur
- Masallı rayonunda hansı istirahət mərkəzləri var?
- “Masallida.az” saytının adminliyin Faiq Hüseynzadəyə etibar etdik
- “Masallılar.az” saytı Masallida.az oldu, yaxud bu sayt “işğaldan” sonra
- Arzu Bağırova - Niyə bu ad və soyadı eşidəndə hamının cöhrəsində xoş duyğular oyanır?
- Masallının “Halay”ı – 60-dan artıq yaşı olan bu kollektiv haqqında bu vaxta qədər bilmədikləriniz
- Masallıda “Qəhrəmanlar kompleksi” inşa edilir
- Masallı. Bədəlanlı Mehdi Rzayev yenə ABŞ-da keçirilən müsabiqədə qalib oldu
- Masallının 130 yaşlı hamamı, Seybətində Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Xan Şuşinskinin iştirak etdiyi 7 günlük toy
- Masallı idmançısı karate idman növü üzrə Dünya üçüncüsü oldu
- Masallı rayonda demoqrafik vəziyyət
- Masallıda tapılan xaç işarəli qəribə daşların sirri açıldı
- Masallı idmançısının daha bir uğuru
- Masallıdan olan tələbələr Prezident təqaüdünə layiq görülüblər
- Turistlər Masallının İsti su turizm və istirahət mərkəzində
- Masallı sərbəst güləşçisi bürünc medal qazandı
1/5- 113 il əvvəl indiki Masallı rayounu ərazisində nə qədər əhali yaşayıb?
- Masallı təhsilinin tarixindən
- Masallı Birinci Dünya müharibəsi illərində
- Masallı ərazisində son 180 ildə olan idarəçilik
- 3-cü hissə. Masallının sabiq rəhbəri öz kəndi haqqında-Masallının 124 yaşlı ilk təhsil ocağı, məktəb yataqxanası, N. Nərimanovun və Qori müəllimlər seminariysı məzununun Qızılağaca gəlişi, qızılıağaclı şair Nəccar
- 2-ci yazı. Masallının sabiq rəhbəri öz kəndi haqqında – tarixi abidələr, hamam, qonaq evi, liman, balıq vətəgələri
- (1-ci yazı) Masallının sabiq rəhbəri öz kəndi haqqında -2000 il əvvəl şəhər olmuş bu günkü Qızılağac kəndi
- Qədim Masallı - 2-ci yazı
- Qədim Masallı (1-ci yazı) Bölgəmiz eramızın əvvəlindən Səfəvilər dövrünə qədər
- Masallı körpüləri
1 2 - Qalereya
- Ana Səhifə
- |
- Reklam
- |
- Haqqımızda/Əlaqə
- |