Təhsil - 01.01.2019
Masallı rayonu 1930-cu ildə inzibati rayon kimi müəyyən edilsə də bu bölgədə təhsil ocaqları daha qədim vaxtlara təsadüf edir. Masallıda ilk məktəbin açılma tarixi 28.10.1860-cı ildə Nikolayevka – indiki Viləş və 1896-cı ildə Qızılağac kəndində olmuşdur.
Hazırda 2018-2019-cu tədris ilində Masallı rayonunda 95 ümumtəhsil məktəbi, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Ümumi təhsil məktəblərin 66-i tam orta, 26-si ümumi orta, 3-ü ibtidaidir. dərs ilində məktəblərimizdə təhsil almış 30216 şagirdin təlim-tərbiyəsi ilə 2611 müəllim məşğul olmuşdur. Onların 1701 nəfəri ali təhsilli, 910 nəfəri orta ixtisas təhsillidir. 94 ümumtəhsil məktəbində dərslər Azərbaycan dilində, 1 məktəbdə isə Azərbaycan və rus dillərində aparılır.
Masallı rayon Təhsil Şöbəsinin əhatə etdiyi təhsil müəssisələrinin qısa mənzərəsi belədir:
S/s | Kateqoriyalar | Say |
1 | Ümumtəhsil məktəblərinin sayı | 95 |
2 | İbtidai məktəblər: | 3 |
3 | Ümumi orta məktəblər | 26 |
4 | Tam orta məktəblər | 66 |
5 | Sinif komplektlərinin cəmi: | 1507 |
6 | Hazırlıq qrupları | 144 |
7 | I-IV siniflər: | 660 |
8 | V-IX siniflər: | 702 |
9 | X-XI siniflər: | 158 |
10 | Şagirdlərin sayı- Cəmi: | 30216 |
11 | Hazırlıq qruplarında : | 2453 |
12 | I-IV siniflərində: | 12396 |
13 | V-IX siniflərində: | 12552 |
14 | X-XI siniflərdə: | 2800 |
15 | I siniflərə qəbul | 3070 |
16 | X siniflərə qəbul | 1337 |
17 | Fərdi təhsil alanlar | 30 |
18 | Məktəbdənkənar müəssisələrin cəmi: | 2 |
Hazırda rayon Təhsil Şöbəsində və 87 məktəbdə internetə çıxış yaradılmışdır.
2018-2019-cu dərs ilinə hərtərəfli hazırlıqla başlanılmış, onun ilk günlərindən təlimin keyfiyyəti, şagirdlərin vətəndaşlıq ruhunda tərbiyəsi ön plana çəkilmişdir. Dərs ili ərzində rayonun 95 ümumtəhsil məktəblərində (66 orta, 26 ümumi orta və 3 ibtidai) I siniflərə 3070 nəfər, X siniflərə isə 1337 nəfər şagird qəbul edilmiş İlin sonunda qalmış 1310 şagirddən 1283 məzun test imtahanında iştirak etmiş və tam orta təhsil haqqında attestat almışlar. XI siniflər üzrə 27 şagird imtahanda iştirak etməmişdir IX siniflər üzrə 2222 nəfər şagird test imtahanına buraxılmış ,bunlardan 2189 nəfəri imtahanda iştirak etmiş və hamısına ümumi orta təhsil haqqında attestat verilmişdir. 33 nəfər imtahanda iştirak etməmişdir ki,onlardan 7 nəfərinin (imtahanların I mərhələsində iştirak etməyənlərin) sentyabr ayının 8-də keçiriləcək 3-cü təkrar imtahanda iştirak etmək imkanları vardır.
Məktəblərin hamısında pedaqoji kadrlarla təminat, onlarla işin təşkili, ixtisaslarının təkmilləşdirilməsi diqqət mərkəzində olmuşdur. 88 nəfər Təhsil Nazirliyində test imtahanından keçərək ehtiyaclara görə ixtisasları üzrə məktəblərə müddətsiz müqavilə ilə müəllim təyin edilmişlər,. 90 nəfər isə 1(bir) illik müqavilə əsasında Təhsil Nazirliyinin xətti ilə məktəblərə müəllim göndərilmişlər. Kənd yerlərində və pedaqoji kadrlara ehtiyac olan məktəblərdə gənc kadrlarla işin yaxşılaşdırılması və onların məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamından irəli gələn vəzifələrin uğurlu həlli üçün məqsədyönlü iş aparılır.
Məktəblərin dərsliklərlə təminatına xüsusi ilə diqqət verilmişdir. Kitabxana fondunda 516633 ədəd kitab var . Onlardan 185799 ədəd bədii ədəbiyyat , 278168 dərslik (+1874 elektron kitablar), 50792 ədəd isə müıllimlır üçün vəsaitdir.. Rus bölməsi üçün 634 ədəd kitab gətirilmişdir ki ; onlardan 607 ədəd dərslik , 27 ədədi isə müəllim üçün vəsaitdir.Hazırlıq qrupları üçün 24697 ədəd tədris vəsaiti gətirilmişdir .
“Yeniləşən Azərbaycana yeni məktəblər” devizi altında həyata keçirilən ümumrespublika tədbirləri rayonumuzda da uğurla həyata keçirilir. Bu il Dövlət Proqramına uyğun olaraq rayonun Təkdam,Xallıcallı kəndlərində yeni modul tipli məktəb binası istifadəyə verilib .Hal-hazırda Bala Təklə,Şıxlar 2 saylı məktəblər üçün modul tipli ,Gəyəçöl kəndində isə 264 yerlik tirtipli layihə üzrə məktəb binası tikilir. Hər üç məktəb binasında son tamamlama işləri gedir.
Təltif olunmuş müəllimlər haqqında məlumat
S/s | Soyadı və adı | İş yeri, vəzifəsi | Hansı ada layiq görülüb |
1 | Məmmədağa Məmmədov | Boradiga 2 saylı tam o/m sabiq müəllimi | “Əməkdar Müəllim” fəxri adı |
2 | Əhməd Məmmədov | “Dəfinə” m/liseyn müəllimi | “Əməkdar Müəllim” fəxri adı |
3 | Əfsər Məmmədov | Ərkivan 2 saylı tam o/m sabiq müəllimi | “Əməkdar Müəllim” fəxri adı |
Əşrəf Möhsümov | Şərəfə tam o/m sabiq müəllimi | “Əməkdar Müəllim” fəxri adı | |
5 | Musarza Ağayev | Mahmudavar tam o/m müəllimi | “Əməkdar Müəllim” fəxri adı |
6 | Nəriman Hüseynov | Boradiga 1 saylı tam o/m sabiq müəllimi | “Əməkdar Müəllim” fəxri adı |
7 | Əlinaz Talıbov | Yeddioymaq 1 saylı tam o/m müəllimi | “Əməkdar Müəllim” fəxri adı |
8 | Qurban Qurbanov | Türkoba tam o/m müəllimi | “Əməkdar Müəllim” fəxri adı |
9 | Azadxan Paşayev | Qızılavar tam o/m müəllimi | “Əməkdar Müəllim” fəxri adı |
10 | Sərxoş Nuriyev | Eminli kənd tam o/m direktoru | “Əməkdar Müəllim” fəxri adı |
11 | Nailə Əsədullayeva | Şəhər 3 saylı tam orta məktəb d/m | “Tərəqqi” medalı |
12 | Ədalət Nemətov | Dəfnə məktəb liseyi müəllim | “Tərəqqi” medalı |
13 | Həsənbala Əhədov | Həsənli tam o/m sabiq müəllimi | “Tərəqqi” medalı |
14 | İltifat Abdinov | Ərkivan 3 saylı tam o/m sabiq müəllimi | “Tərəqqi” medalı |
15 | Mirqabil Hüseynov | Şəhər 1 saylı t/o məkt . direktor | “Tərəqqi” medalı, “Əməkdar Müəllim” fəxri adı |
16 | Qardaş Fətullayev | Masallı RTŞ-nin metodisti | “Tərəqqi” medalı |
17 | Düniyev Dadaşbala | Ərkivan 4 saylı məktəb müəllimi | “Əməkdar Müəllim” fəxri adı |
18 | Abbasov Mürvət | Dəfinə məktəb liseyi müəllim | “Tərəqqi” medalı |
19 | Nəzərov Vidadi | Masallı Dövlət Regional Kolleci direktor | “Tərəqqi” medalı |
20 | Dəyyanov Firdovsi Subhan | Dəfinə məktəb liseyi müəllim | “Əməkdar Müəllim” fəxri adı |
21 | Abdullayeva Adilə Həzi | Mahmudavar tam o/m müəllimi | Tərəqqi” medalı |
22 | Zeynalov Abusət İsaq | Böyük Xocavar kənd tam orta məktəbin direktoru | ,,Tərəqqi “ medalı |
2019-cu ildə də Azərbaycan Respublikasınin Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “Ölkəmizi tanıyaq” devizi altinda tur-aksiyanin növbəti mərhələsi təşkil olunmuşdur . Aksiyanın məqsədi ümumtəhsil məktəblərinin sagirdlərini Respublikamızın regionları ilə tanış etməkdir . Bu il təskil olunan aksiya çərçivəsində Masallı rayon ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət 40 nəfərlik nümayəndə heyəti və 5 nəfərlik təhkimçi heyət 24-26 mart 2019 -cu il tarixində “ Ölkəmizi tanıyaq” VIII tur –aksiyası ilə əlaqədar Quba ,Qusar və Xaçmaz şəhərlərinə səyahət edərək , bu şəhərlərin tarixi abidələri və təbii mənzərələri ilə tanış olmuşlar..
2018-2019-cu tədris ili üzrə məzunlarımızın ali məktəblərə qəbul olma səviyyəsi kifayət qədər yaxşı olmuş, nəticələrimiz bir çox parametrlərinə görə Respublika səviyyəsinə yaxındır. Şərəfə,Həsənli, ,Hişkədərə ,Masallı şəhər 1 nömrəli,“Dəfinə” məktəb-liseyi, Masallı şəhər 1 saylı, Binə Xocavar, Boradigah qəsəbə 2 saylı tam orta məktəblərinin məzunları qəbul imtahanlarında ilkin mərhələdə yüksək nəticə göstərmişlər. 709 nəfər sənəd verən məzundan 600-700 bal arası 25 nəfər ,500-600 arası-69 nəfər,300 baldan yuxarı 299 nəfər nəticə göstərmişlər. 2-ci,3-cü qrupların nəticələri hələ elan edilməmişdir .
İstedadlı şagirdlərin üzə çıxarılması və onlara qayğı göstərilməsində 1996-cı il iyun ayının 22-də Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin imzaladığı “ Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” fərmanının tələbləri əsas götürməklə fərmanın 2-ci bəndinə müvafiq olaraq rayonun ümumtəhsil məktəblərində “Gənc istedadların fərdi uçot kartı” hazırlanmış və istedadlı şagirdlər müəyyənləşdirilərək onların əsasında “İstedad Bankı” yaradılmışdır. Bunların əsasında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq məktəblərdə “Kiçik Akademiya”ları təsis edilmiş, rayonun “Kiçik Akademiyası” yaradılmış, Respublika “Kiçik Akademiyasına” nümayəndə seçilmişdir. İstedadlı gənclər arasında müxtəlif mərhələlərdə bilik yarışları keçirilmiş, qalib şagirdlərdən bir qrupu respublika yarışına göndərilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 avqust 2017- ci il tarixli 261 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsildə keyfiyyət ili “ çərçivəsində nəzərdə tutulan tədbirlər planı hazırlanıb məktəb rəhbərlərinə verilmişdir . Plana uyğun olarq hər ay tədbirlər planı icra ilunur .Belə ki, oktyabr ayında başlayaraq VMA-nın işi gücləndirilmiş , bunun nəticəsi olaraq davamiyyət yüksəldilmiş, buda tədrisin keyfiyyətinə təsir etmişdir .
Tədris proqramları yoxlanılmış , dərs vəsaitləri şagirdlərə paylanılmışdır . Açıq dərslər dinlənilərək müzakirə edilmiş və videolentə alınmışdır . Buraxlış siniflərində monitorinqlər keçirilmiş bununlada zəif məktəblərin və orada çalışan müəllimlərin nəticələri müəyyən olunmşdur . IV-VIII siniflər arasında yazı və oxu bacarığını müəyyən etmək üçün imla yazı nümunələri keçirilmişdir .
Müxtəlif intelektual bilik yarışları keçirilərək qaliblər mükafatlandırılmışdır .Gənc müəllimlərlə pedaqoji söhbətlər aparılmış ,dioqnostik qiymətləndirmədə zəif nəticə göstərən müəllimlərə kömək məqsədi ilə qabaqcıl müəllimlərin təcrübəsindən istifadə olunmuşdur .
Keçən tədris ilində fənn olimpiadalarına hazırlıq əsas məsələlərdən biri olmuşdur .Mart ayında Lənkəran şəhərində Respubilika fənn olimpiadasının zonalar üzrə yarımfinal mərhələsi keçirilmişdir . Masallı rayonundan 162 şagird iştirak etmişdir Bunlardan 6 nəfəri qalib olaraq Respubilika final mərhələsində iştirak etmək hüququ qazanmışdır . Qızılagac kənd 1 saylı tam orta məktəbin X sinif şagirdi Toğrul Səfərli Respubilika fənn olimpiadasının Coğrafiya fənni üzrə iştirak etmiş və I yere layiq görülərək qızıl medulla teltif olunmuşdur .Sığdaş kənd tam orta məktəbinin XI sinif şagirdi Şəhla Sadıqova Azərbaycan dili və ədəbiyyatı fənni üzrə respublikanın 3-cüsü olmuş və bürünc medala layiq görülmüşdür.Təhsildə qazandığı nailiyyətlərə görə Şəhla Sadıqova Xüsusi nümunəli attestaına və qızıl medala layiq görülmüşdür..
Masallı .şəhər 4 nömrəli (Digah) məktəbinin şagirdi Şəhriyar Səmədov XI siniflərin buraxılış imtahanlarında maksimum (300 bal) bal torplayarq Respublikada bu nəticəni göstərmiş iki nəfərdən biri olmuşdur.
Bu dərs ilində ümumi orta təhsil səviyyəsi üzrə 7 şagirdə,tam orta təhsil səviyyəsi üzrə isə 14 şagirdə fərqlənmə attestatı verilmişdir.
Azərbaycan təhsilinə ,təhsil işçilərinə daim böyük diqqət və qayğı göstərən dövlət başçısı müəllimlərin peşə bayramları ərəfəsində bir qrup təhsil işçilərinə xidmətlərinə görə “ Əməkdar müəllim “fəxri adı və “ Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalamışdır .Ənənəyə uyğun olaraq bu ilki peşə bayramı ərəfəsində də “ Böyük Xocavar kənd tam orta məktəbin direktoru Zeynalov Abusət İsaq oğlu Tərəqqi” medalı, Qəriblər kənd tam orta məktəbin fizika müəllimi Emin Bayraməliyev və Əhmədli kənd ümumi orta məktəbinin tarix müəllimi Ülvi Məhərrəmov Təhsil Nazirliyinin “ Fəxri fərmanı ilə təltif olunmuşlar.
Bildiririk ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələri və ümumi təhsil müəssələrində çalışan pedaqoji işçilər üçün “Təhsilin inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi keçirmişdir .Rayon üzrə bu müsabiqəyə qatılmış Banbaşı kənd tam orta məktəbi ümumi təhsil məktəbi kateqoriyası üzrə,Çayqıraq kənd ümumi orta məktəbin informatika müəllimi Rabil Abdinov,Mollahəsənli kənd tam orta məktəbin ingilis dili müəllimi Cavad Səfərov,Bədəlan kən tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Məhbubə Şahbazova ,Masallı şəhər 1 nömrəli məktəbin riyaziyyat müəllimi Araz Şahverdiyev fərdi kateqoriya üzrə qalib olmuşlar.