Masallının 130 yaşlı hamamı, Seybətində Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Xan Şuşinskinin iştirak etdiyi 7 günlük toy
Keçmişə bir nəzər, 7 günlük toy
Masallının musiqi tarixində önəmli yeri olan seybətinli xanəndə Mir İslamın əmisi Miri Ələmov 1901-ci ildə Masallı ərazisinin Seybətin kəndində doğulmuş, 1994-cü ildə vəfat etmişdir. O, erkən yaşlarında ikən əvvəl anasını, bir müddət sonra atasını itirmişdir. Əmisi Mir İslam onu öz himayəsinə götürərək, 1927-ci ildə Seybətin kəndində Kürsum adlı bir qızla evləndirmiş, onun rəhbərliyi il 7 gün davam edən həmin toyda məşhur Qarabağ xanəndələri Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Xan Şuşinski iştirak etmişlər.
Miri Ələmov
Ərdəbildə oxşarı olan Masallı hamaı
Xatırladaq ki, Miri Ələmovun həyat yoldaşı Kürsüm xanımın atası bənna Məlikməmməd olmuşdur. Məlikməmməd özü əslən İranlı olub, sonralar Seybə-tində məskunlaşmışdır. O, Masallıı şəhərində indiki Mədəniyyət Evi ilə üzbəüz istiqamətdə yerləşən hamamının bənnası olmuşdur. Ərdəbil şəhərində tikdiyi hamamlardan birini , həm də eyni layıhə ilə təqribən 1880/85-ci illərdə Masallıda inşa etmişdir.
Deyilənə görə, tikinti başa çatdıqdan sonra ona sual verirlər: “Usta Məlik-məmməd, Ərdəbildəki ilə Masallıda tikdiyiniz hamamların fərqi nədən ibarətdir?”. O, müsahibinə belə cavab verir: “Hamamların bircə fərqi var, o hamam Ərdəbildə tikilib, bu hamam isə Masallıda”.
100 il bənnalıqla məşgul olan usta Məlikməmməd 124 yaşında - 1953-cü ildə Seybətində vəfat etmişdir.
Masallın hamamının bu günü
1985-ci ilə qədər istifadədə olan bu hamam masallıların, necə deyərlər, əsas təmilik mərkəzi olub. 2 hissədən, qadın və kişi hamamından ibarət olan bu binada hovuz, soyunub- geyinmə və masaj otağı olmuşdur otağı.
Hazırda XIX əsr yadigarı bu hamam bərbad vəziyyətdədir. Dəfələrlə bu bərbadlıq mətbuatda işıqlandırılsa da, hələ ki, tədbir görən yoxdur
Yazı yazıçı-publisist
Xodaşirin Cəbiyevin 2012-ci ildə Cənub xəbərləri qəzetində çap olunmuş yazısı əsasında hazırlanmışdır