Fond bu il məzunlara veriləcək “Azərbaycan dili”, “Riyaziyyat” test toplusu, “Abituriyent jurnalı” və “Cavab kartları” təkcə 70 saylı seçki dairəsindəki məktəblərin məzunlarına yox, Masallının 66 tam orta ümumtəhsil məktəblərinin hamısında ali məktəbə sənəd verəcək qız məzunlara paylayacaq.
Masallı Təhsil Fondu növbəti toplantısını keçirib. Toplantıda Fondun təşəbbüsçüsü, millət vəkili Məşhur Məmmədov da iştirak edib.
Ötən şənbə günü baş tutan toplantıda fondun yarım ildə gördüyü işlər müzakirə olunub, yeni hədəflər müəyyənləşib.
Əsas yeniliklər aşağıdakılardan ibarətdir:
1. Fond bu il məzunlara hədiyyə kimi veriləcək “Azərbaycan dili”, “Riyaziyyat” test toplusu, “Abituriyent jurnalı” və “Cavab kartları” təkcə 70 saylı seçki dairəsindəki məktəblərin məzunlarına yox, Masallının 66 tam orta ümumtəhsil məktəblərinin hamısında ali məktəbə sənəd verəcək qız məzunlara paylanacaq. Ümimilikdə, bu hədiyyələr 180 nəfəri əhatə edəcək. (Həmin hədiyyələr bu il fevral 15-dən başlayaraq fondun könüllüləri tərəfindən həmin məzunlara şəxsən təqdim olunacaq).
2. Ötən il Fondun xətti ilə ötən il ödənişləri qarşılanan, yaxud təqüd veriləcək 45 tələbə qızla fevral 2020-cı ildə görüş keçiriləcək. Həmin tələbələrin bu müddətdəki fəaliyyəti təhlil olunacaq.
3. Məzunların təşəbbüskarlığını və yaradıcılığını daha da yüksəltmək üçün “Qarabağ bizimdir” mövzusunda qiymətli hədiyyələr verilmək qarşılığnda Fond inşa müsabiqəsi keçirtmək nəzərdə tutulur. Yuxarı siniflər şagirdlərin əyani təhsili bərpa edildikdən sonra həmin müsabiqənin detalları açıqlanacaq.
Fondun ayrı-ayrı üzvləri rayondakı iş adamlarına, xeyriyyəçilərə müraciət də ünvanlayıb. Həmin müraciətdə xahiş edilir ki, hər bir ərazidə iş adamları ailə məktəb qəbul olunacaq qızlara dəstək olsunlar. Elə şərait yaradılsın ki, Masallı rayonunda ali məktəb qəbul olunun hər bir qız ödənişdə, eləcə də təqaüddə problem yaşamasın. Hələ ki, xeyriyyəçi xanım, ictimai fəal Arzu Bağırova boya-başa çatdığı Bədəlan kəndindən ali məktəblərin pedoqojo fakültəsinin məzunu olacaq qızlara dəstək olacağını bəyan edib.
“Masallı Təhsil Fondu”nun mətbuat xidməti
13 fevral 2021 ci il
Bu gün "Masallı Təhsil Fondu" nun əməkdaşları sosial məsafə gözlənilməklə növbəti görüş keçitdi. Görüşdə "Masallı Təhsil Fondu" nun əməkdaşları 70 saylı seçki dairəsinə daxil olan umumtəhsil məktəblərinin qız məzunlarının Ali məktəblərdə 1-ci semestr imtahanların nəticələrini muzakirə etdilər.
Qızlarımız ali məktəblərdə oxuduqları az müddətdə uğurlu nəticələr əldə etmişlər. Ümüd edirik ki, onlar 2ci semester imtahanlarından uğurlu nəticə əldə edəcəklər.
Fevral ayının sonunda uğurlu nəticə əldə etmiş bütün tələbələrin ödənişləri və təqaüdləri Fond tərəfindən ödəniləcək.
Qızların təhsilə cəlb edilməsi istiqamətində işlər aparılır. Bu məqsədlə 25 tam orta məktəblərdə təhsil alan və ali məktəblərdə oxumaq istəyən 180 nəfər qıza kömək məqsədi ilə "Masallı Təhsil Fondu" tərəfindən gətirilən test kitablarının verilməsinə başlanmışdır. Verilən hədiyyələrdə Azərbaycan dili, Riyaziyyat test toplusu abituriyent jurnalı və cavab kartları nəzərdə tutulmuşdur. "Masallı Təhsil Fondu" təkcə 70 saylı seçki dairəsinə daxil olan 25 umumtəhsil məktəbləri deyil, rayonun digər məktəblərinə də hədiyyə verilməsi nəzərdə tutulmuşdur. Görüş zamanı istedadlı şagirdlərin aşkar edilməsi məqsədi ilə Masallı Dövlət Regional Kallecində 44 günlük qələbəmizi qeyd etməklə Təhsil Fondu inşa müsabiqəsinin keçirilməsini nəzərdə tutur. Tələbələr hələlik karantin dövründə dərsləri onlayn usulu ilə keçirlər. Dərslər başlanan kimi Təhsil Fondu bu tədbiri yerinə yetirəcək, həmçinin Rayonun ümumtəhsil məktəblərində də musabiqənin aparılması nəzərdə tutulur.
Müsabiqədə :
1-ci yer bir nəfər
2-ci yer 2 nəfər
3-cu yer 2 nəfər olmaqla qaliblər müəyyən ediləcək və onlar Fond tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Görüşdə Azərbaycan Respublikası Milli Məclisin deputatı Məhşur Məmmədov iştirak etdi. Millət vəkili "Masallı Təhsil Fondu"nun işlərinə uğurlar dilədi və öz tövsiyyələrini bildirdi. "Masallı Təhsil Fondu" ali məktəblərdə təhsil alan qızları 20 fevral 2021-ci il tarixdə saat 11-00-da Təhsil Fonduna görüşə dəvət edir.
Görüşdə tələbələrin 1-ci yarımildə ali məktəblərdə necə oxumaları muzakirə ediləcək.
"Masallı Təhsil Fondu" :Hüseyn müəllim
- Ana səhifə
- Mədəniyyət və İncəsənət
- Turizm
- Təhsil
- Səhiyyə
- İdman
- Qalereya
- Şəhid ailələri bir məkanda -“Halal süfrədə”
- Masallıda uşaq bağçası intibahı doğrudanmı reallaşır?
- Masallı dəyərli sənətkarını itirdi
- Masallı. Mahmudavardakı “Xan Evi”
- Masallı Kolleci öz şəhidlərini unutmur
- Masallı rayonunda hansı istirahət mərkəzləri var?
- “Masallida.az” saytının adminliyin Faiq Hüseynzadəyə etibar etdik
- “Masallılar.az” saytı Masallida.az oldu, yaxud bu sayt “işğaldan” sonra
- Arzu Bağırova - Niyə bu ad və soyadı eşidəndə hamının cöhrəsində xoş duyğular oyanır?
- Masallının “Halay”ı – 60-dan artıq yaşı olan bu kollektiv haqqında bu vaxta qədər bilmədikləriniz
- Masallıda “Qəhrəmanlar kompleksi” inşa edilir
- Masallı. Bədəlanlı Mehdi Rzayev yenə ABŞ-da keçirilən müsabiqədə qalib oldu
- Masallının 130 yaşlı hamamı, Seybətində Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Xan Şuşinskinin iştirak etdiyi 7 günlük toy
- Masallı idmançısı karate idman növü üzrə Dünya üçüncüsü oldu
- Masallı rayonda demoqrafik vəziyyət
- Masallıda tapılan xaç işarəli qəribə daşların sirri açıldı
- Masallı idmançısının daha bir uğuru
- Masallıdan olan tələbələr Prezident təqaüdünə layiq görülüblər
- Turistlər Masallının İsti su turizm və istirahət mərkəzində
- Masallı sərbəst güləşçisi bürünc medal qazandı
1/5- 113 il əvvəl indiki Masallı rayounu ərazisində nə qədər əhali yaşayıb?
- Masallı təhsilinin tarixindən
- Masallı Birinci Dünya müharibəsi illərində
- Masallı ərazisində son 180 ildə olan idarəçilik
- 3-cü hissə. Masallının sabiq rəhbəri öz kəndi haqqında-Masallının 124 yaşlı ilk təhsil ocağı, məktəb yataqxanası, N. Nərimanovun və Qori müəllimlər seminariysı məzununun Qızılağaca gəlişi, qızılıağaclı şair Nəccar
- 2-ci yazı. Masallının sabiq rəhbəri öz kəndi haqqında – tarixi abidələr, hamam, qonaq evi, liman, balıq vətəgələri
- (1-ci yazı) Masallının sabiq rəhbəri öz kəndi haqqında -2000 il əvvəl şəhər olmuş bu günkü Qızılağac kəndi
- Qədim Masallı - 2-ci yazı
- Qədim Masallı (1-ci yazı) Bölgəmiz eramızın əvvəlindən Səfəvilər dövrünə qədər
- Masallı körpüləri
1 2 - Qalereya
- Ana Səhifə
- |
- Reklam
- |
- Haqqımızda/Əlaqə
- |