Kəndin adı: 
Gəyəçöl 

Əhalisi: 
3610 nəfər 

Ərazisi: 
832 min kvm
 
Coğrafi mövqeyi: düzənlik, yararlı, yararsız

Kəndlilərin əsas məşğuliyyəti:
Əkinçilik və heyvandarlıq, usta, bənna, dülgər

Həmsərhəd olduğu kəndlər:
Musaküçə, Lürən, Xıl, Şıxlar və Qasımlı

Kəndin adının mənası: Geniş çöl

Kəndin qısa tarixçəsi:
Yaşlı nəsildən eşitdiyimizə görə, bizim kəndin tarixi qədim olsa da, indiki əraziyə köçmələri 300 ildən bir az artıq vaxta təsadüf edir. Əvvəl bu kənd Viləş çayının üstündə “Arxarası“ deyilən yerdə imiş. Əsasən çəmənlikdən ibarət olan bu böyük əraziyə Geniş çöl deyirlərmiş və hazırda Gəyəçöl kimi formalaşmışdır. Gəyəçöl kəndi 1980-ci il də Musaküçə kənd sovetliyindən ayrılmış, Gəyəçöl sovetliyi yaranmışdır. 

Kənddə ilk məktəbin açıldığı tarix:
Gəyəçöl kəndində ilk məktəbin açılışı 1929-cu ildə olub, məktəbin ilk müəllimi və direktoru Lənkəran şəhərindən gəlmiş Əkbərov Yəhya Hacıağa oğlu olmuşdur. Qazax rayonundan Sücayət müəllim və Musaküçə kəndindən Mamed müəllim ilk müəllimlərdəndir.

Kəndin ilk ali təhsillisi: 
Niftiyev Yolu İman oğlu
1921-ci ildə Masallı rayonun Gəyəçöl kəndində anadan olub. 1950-ci ildə Pedaqoji İnstitutun tarix fakültəsinin qiyabi şöbəsinə qəbul olmuş, 1957-ci ildə təhsilini bitirmişdir, Gəyəçöl kəndində pedaqoji fəaliyyətin davam etdirib. 2006-cı ildə 77 yaşında Gəyəçöl kəndində vəfat edib.

Kəndin şəhidləri:
İsayev Elşad Yaşar oğlu
1974-cü ildə Masallı rayon Gəyəçöl kəndində anadan olub, 1991-ci ildə Gəyəçöl kənd orta məktəbini bitirmiş, 1992-ci ildə Hərbi xidmətə çağırılmışdır. Səfiyan və Pircahan kəndlərinin müdafiəsində döyüşmüş, 1993-cü il martın 31-də Kəlbəcərə göndərildi Murovdağ da gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olub, kənd qəbiristanlığında dəfn olunmuşdur. Gəyəçöl kənd uşaq bağçası şəhid E.İsayev adını daşıyır.

Paşazadə Siyavuş Əziz oğlu
1974-cü ildə Masallı rayon Gəyəçöl kəndində anadan olub, 1991-ci ildə Gəyəçöl kənd orta məktəbini bitirmiş, 1992-ci ildə Hərbi xidmətə çağırılmış Fizuli, Qubadlı, Laçın istiqamətində vuruşmuşdu. Laçın bölgəsinin Səfiyan kəndində gedən döyüşlərdə oktyabr ayının 9-da şəhid olmuş, kənd qəbiristanlığında dəfn edilib.

Həsənov Nicat Xıdır oğlu
1973-cü ildə Masallı rayon Gəyəçöl kəndində anadan olub, 1990-cı ildə Gəyəçöl kənd orta məktəbini bitirmiş. 1991-ci ildə Hərbi xidmətə çağırılmışdır. Ağdam cəbhəsində, Qalayçılar, Fərrux, Qaralar, Serxavənd, Çıldıran, Qazançı kəndlərinin düşməndən təmizlənməsində igidlik və şücaət göstərmişdir. Oktyabrın 31-də o, Qazançı kəndinin alınmasında qəhrəmancasına şəhid olmuşdur, kənd qəbiristanlığında dəfn olunub, Gəyəçöl kənd tam orta məktəbi N.Həsənov adını daşıyır.

Hüseynov Bahəddin Süleyman oğlu
1973-cü ildə Masallı rayon Gəyəçöl kəndində anadan olub. 1990-cı ildə Gəyəçöl kənd orta məktəbini bitirmiş, 1992-ci ildə Hərbi xidmətə çağırılmışdır. Laçın bölgəsində döyüşlərdə iştirak etmiş, 1992-ci il oktyabr 19-dan Laçın bölgəsinin Hoçaz yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Kənd qəbiristanlığında dəfn olunub, Gəyəçöl Həkim məntəqəsi B. Hüseynovun adını daşıyır.

Eynullayev Əlizadə Abduləli oğlu
1975-ci ildə Masallı rayon Gəyəçöl kəndində anadan olub, 1992-ci ildə Gəyəçöl kənd orta məktəbini bitirmiş, 1993-cü ildə Hərbi xidmətə çağırılmış, 1994-cü il də Beyləqan ərazisində gedən döyüşlərdə yanvarın 27-si şəhid olub. Kənd qəbiristanlığında dəfn olunub.

Quliyev Cəbi Subhan oğlu
1968-ci il də Masallı rayon Gəyəçöl kəndində anadan olub, 1985-ci ildə Gəyəçöl kənd orta məktəbini bitirmiş, 1992-ci ildə könüllü olaraq torpaqlarımızın müdafiəsinə qalxmış, 1994-cü ilin iyun ayında Dağlıq Qarabağda gedən döyüşlərdə ağır yaralanıb, Bakı şəhər iyunun 2-si Qospitalda vəfat etmişdir. Kənd qəbiristanlığında dəfn olunub.

Kəndin görkəmli adamları:
Abdullayev Əbdüləli Mehman oğlu 
1938-ci ildə Lənkəran şəhərində anadan olub. 1961-1965-ci illərdə Qazaxıstan Dövlət universitetinin hüquq fakültəsində təhsil alıb. 1965-1970-ci illərdə Qazaxstan Respublikasının Daxili İşlər Nazirliyinin Cinayət Axtarış şöbəsində çalışıb. 1970-1984-ci illərdə Azərbaycanın bir-neçə rayonunda rəis vəzifəsində işləyib.1984-1987-ci illərdə Azərbaycan Respublikası Ali Milis Məktəbinin müdiri, 1988-1992-ci illərdə ARDNŞ-nin Baş Mühafizə idarəsində rəis müavini, 1993-cü ildə Ticarət Nazirliyinin Hüquq şöbəsinin müdiri, 1997-2000-ci ilə kimi Avrasiya Akademiyasında hüquq kafederasının müəllimi, 2000-ci ildən bu günə kimi Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğu və hüquq kafedrasında dosent vəzifəsində işləyir. Ə.Abdullayev Hüquqşünas alim 200-dən çox buraxılış işlərinə rəhbərlik etmiş, Azərbaycan hüquq elminə öz həyat təcrübəsi hesabına ərsəyə gətirdiyi 20-dən çox elmi və tədris-metodiki əsərlərinin müəllifidir. Əbdüləli Abdullayev Qızıl Qələm media mükafatına layiq görülmüşdür.

Niftiyev Ağaddin Aslan oğlu 
1957-ci il oktyabr ayının 28-də Masallı rayonun Gəyəçöl kəndində anadan olub. 1965-ci il Gəyəçöl kənd orta məktəbinin birinci sinfinə gedib, 1975-ci ildə oranı bitirmişdir 1975-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsinə daxil olmuş və 1980-ci ildə adıçəkilən ali məktəbi müvəffəqiyyətlə bitirib, AMEA-nın Kibernetika İnstitutuna təyinat almışdır. 1982-ci ildə Riyaziyyat kibernetika ixtisası üzrə aspiranturaya qəbul olmuş və 1987-ci ildə müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1985-ci ildən indiyədək Bakı Dövlət Universitetində kiçik elmi işçidən şöbə müdirinə qədər müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat ETİ-də «İqtisadi sistemlərin riyazi modelləşdirilməsi» şöbəsinin müdiridir. Fransanın Nant Universiteti onu 2005-ci ilin aprel-may və 2007-ci il iyun-iyul aylarında professor kimi ölkəsinə dəvət etmiş və orada elmi kadrların hazırlanmasında yardımçı olmuşdur. A.A.Niftiyev 70-dən çox elmi məqalənin, bir dərs vəsaitinin və iki monoqrafiyanın müəllifidir. O, Fransa, Almaniya, Kanada, Rusiya, Türkiyə, İran və digər ölkələrdə keçirilən Beynəlxalq Konfranslara dəvət olunmuş və aldığı nəticələr burada müzakirə edilmiş və bəyənilmişdir. Bu Maliyyə vəsaiti daxilində onun təşəbbüsü ilə təşkil olunmuş Fransız, Azərbaycan və Gürcüstan riyaziyyatçılar qrupu qarşılıqlı səfərlər təşkil etməklə faydalı əməkdaşlıq etmiş və 2007-ci ilin dekabrında Fransanın Nant Universitetində «Tərs məsələlərlə və optimal formanın tapılması» adlı Beynəlxalq Riyaziyyat Konfransı keçirmişlər. 

Şükürov Əlişirin Səyədulla oğlu 
1963-cü ilin dekabrın 2-də Masallı rayonu Gəyəçöl kəndində müəllim ailəsində anadan olub. 1981-ci ildə Gəyəçöl kənd orta məktəbini bitirib və BDU-nun tətbiqi riyaziyyat fakültəsinə daxil olub. 1986-cı ildə BDU-nu bitirib. Fizika-riyaziyyat elmləri namizədidir. Çox saylı elmi əsərlərin, «Ehtimal nəzəriyyəsinin elementləri» adlı metodik vəsaitin müəllifidir 2008-ci ildə Ankarada yerləşən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professoru seçilib. Professor Əlişirin Şükürov Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Üç bədii kitabın müəllifidir.

Şükürov Kəramət Rza oğlu 
1957-ci ildə Masallı rayonunun Gəyəçöl kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə alan Kəramət Gəncə Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuşdur. “Yeni quruluş” qəzetinin redaktoru olan Kəramət həm də “Qobustan” jurnalında fəaliyyət göstərirdi.O, 1990-cı ildə “Dünyadan köçürəm” şerlər kitabını çap etdirmişdir. 

Əbülfəzov Qulu Fəttah oğlu
1956-cı ildə iyulun 1-də anadan olmuşdur. 1973-cü ildə orta məktəbi əla qiymətlərlə başa vurub Azərbaycan dövlət Tibb İnstitutuna daxil olub, 1980-ci ildə ali təhsilini başa vurub, həkim-epidemioloq ixtisasına yiyələnmişdir. Bakı şəhərində “NEW MED” Yeni Tibb klinikası mərkəzində baş həkim işləyir. Həkim Əbülfəzov Qulu harada olmasından asılı olmayaraq imkan düşdükcə doğulduğu kəndə gəlir, kənd sakinləri ilə görüşür. Həkim eyni zamanda kəndində xeyriyyəçi kimi də tanınır. 

Niftiyev İman Yolu oğlu
21 noyabr 1956-cı ildə Masallı rayonunun Gəyəçöl kəndində müəllim ailəsində anadan olmuşdur. Kənddəki orta məktəbi bitirdikdən sonra, 1974-cü ildə ADTU-nə daxil olub, 1981-ci ildə həmin institutda qulaq, burun, boğaz həkimi ixtisası almışdır. O vaxtdan hal-hazıra kimi indiki Şirvan şəhərində həmin ixtisas üzrə həkim işləyir.

Xudayar Hənifə oğlu Rəhimov
1956-cı il dekabr ayının 27-də Masallı rayonun Gəyəçöl kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. X.Rəhimov ölkənin tikinti sektorunda “Elnur 2” tikinti şirkəti adilə fəaliyyət göstərir. Əməkdar mühəndis adına layiq görülmüşdür. X.Rəhimov tikdiyi binalarla iz qoyduğu kimi, doğulub boya-başa çatdığı Gəyəçöl kəndinin sosial problemləri və xeyriyyəçi ilə daimi məşğul olur. 

Tələt Xiləli oğlu Eynullayev 
09 noyabr 1960-cı ildə Masallı rayonunun Gəyəçöl kəndində anadan olmuşdur. Eynullayev Tələt Xiləli oğlu Polis orqanlarında işlədiyi müddətdə maraqlı və yadda qalan həyat yolu keçmiş, polis nəfəri rütbəsindən polis polkovnik-leytenant rütbəsinə qədər yüksəlmişdir. ”Daxili işlər orqanlarında Qüsursuz xidmətlərinə görə” III, II, və I dərəcəli fərqlənmə döş nişanları ilə təltif olunmuşdur. Hazırda Bakı şəhərində yaşayır, təqaüdçüdür.

Feyzullayev Şirbala Alı oğlu 
20 yanvar 1954-cü ildə Masallı rayonunun Gəyəçöl kəndində anadan olmuşdur. 1984-cü ildə Daşkənd Ali milis məktəbinə qəbul olunmuş, “Hüquqşünas” ixtisası almışdır. Müxtəlif illərdə rayon və şəhər Polis idarələrində rəhbər vəzifəsində çalışıb. Nümunəvi xidmətinə görə III, II, və I dərəcəli medallar, 1982-ci ildə milis əlaçısı döş nişanına layiq görülmüşdür. Qarabağ müharibəsi veteranıdır. Hazırda Bakı şəhərində yaşayır, təqaüdçüdür.

Bayramov Ağasəf Yasər oğlu
01 may 1954-cü ildə Masallı rayonunun Gəyəçöl kəndində anadan olmuşdur. Polis polkovniki A.Bayramov 1977-ci ildə Daşkənd Ali milis məktəbinə daxil olub, 1981-ci ildə bitirib. Özbəkistan DİN-də Peşə fəaliyyətinə başlamış, Daşkənd şəhər rayonlarında istintaq üzrə rəis müavini vəzifəsinə çatmış, 2007-ci ildən Özbəkistan DİN-də istintaq müstəntiqi kimi fəaliyyət göstərmiş, 2011-ci ildə təqaüdə çıxmışdır. Özbəkistan Respublikasında Azərbaycan Diasporasının fəal üzvüdür. Hazırda Daşkənd şəhərində sahibkarlıqla məşğuldur.

Quliyev Xaləddin Surət oğlu
1967-ci ildə Masallı rayon Gəyəçöl kəndində anadan olmuşdur. Voronej şəhərində Xalqlar Dostluğu ordenli Meşəçilik institutunu bitirmişdir. 1990-1997-ci illərdə ixtisası üzrə Xırdalan Meşə Melorasiya idarəsində meşəbəyi işləmişdir. 2004-cü ildən sahibkarlıqla məşğuldur. ”Paşa-K” firmasında direktor vəzifəsində işləmiş, hazırda sahibkarlıq fəaliyyətini Türkiyə Respublikası İstanbul şəhərində davam etdirir. X.Quliyev kəndin sosial problemlərinin həllində yaxından iştirak edir, imkansız ailələrə maddi və mənəvi köməyini, diqqətini, daimi göstərmiş, bu xeyriyyəçilik işlərini davam etdirir.

Rzayev İlqar Davud oğlu
1965-ci ildə Masallı rayonun Gəyəçöl kəndində anadan olmuşdur. 1982-ci ildə Gəyəçöl kənd orta məktəbini bitirmişdir. 2006-cı ilə kimi müxtəlif təşkilatlarda çalışmış kiçik bizneslə məşğul olmuşdur. 2006-cı ildən “Riyad” Mühafizə Xidməti idarəsində çalışır, hazırda “Riyad” Mühafizə baş idarəsi rəis müavini vəzifəsində çalışır. Xeyriyyəçi, doğma kəndinin sosial problemləri ilə daim məşğul olur. Ali təhsilli, evli, 2 övladı vardır. Hazırda Bakı şəhərində yaşayır.

Niftiyev Şaiq Yolu oğlu
1963-cü ildə Masallı rayonun Gəyəçöl kəndində anadan olub, 1980-ci ildə Gəyəçöl kənd orta məktəbi bitirdikdən sonra Dövlət Neft Akademiyasının Geologiya Kəşfiyyat fakültəsinə sənədlərini verib, 1990-cı ildə Geologiya üzrə fəlsəfə doktoru, 2012-ci ildə FHN-in tikintidə təhlükəsizliyin Dövlət Nəzarəti Akademiyasında Texniki Axtarış şöbəsinin rəisi işləyir. İki monoqrafiyanın və 74 elmi məqalənin müəllifidir. Onun elmi işləri 12 ölkədə çap olunmuşdur. Ailəlidir: 4 övladı var. Bakı şəhərində yaşayır.

Həsənov Həsənbala Həsən oğlu
1930-cu ildə Masallı rayon Gəyəçöl kəndində anadan olub, 1953-cü ildə Pedaqoji İnstitutun riyaziyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olunmuş, 1959-cu ildə təhsilini bitirmişdir. Pedaqoji fəaliyyətinin Gəyəçöl kəndində riyaziyyat müəllimi kimi davam etdirib, onun tələbələrindən 3 elmlər doktoru, 1 professor, çoxlu sayda elmlər namizədi yetişdirmişdir. Həvəskar ədəbiyyatçı, poeziya və publisist yazıları, Dünya korifeylərinin kəlamları, kəndin tarixi və ziyalıları barədə 5 kitab müəllifi, bədii yazılarla gəncliyindən bu gününə kimi məşğul olur. Ailəlidir: 2 oğlu, 2 qızı var.

Əliyev Miriş İbrahim oğlu - Mirməmməd ağa 
1936-cı ildə Masallı rayonun Gəyəçöl kəndində anadan olmuşdur. Müdrikliyi ilə seçilən Mirməmməd ağa kənd əhli içində bir ağsaqqal kimi hörmət qazanmışdır. Mirməmməd ağa poeziya, ədəbiyyata yaxın olmuş, onun 1991-ci ildə ilk dəfə toplu halında şeirləri nəşr edilmişdir. Mirməmməd ağa dinimizə bağlı, islam dininin təbliğatçısı kimi tanınmış və “Haşimi” təxəllüsü ilə mərsiyyələr yazmışdır. Gözəl sənətkar (dərzi) olan Mirməmməd ağa 15 avqust 1999-cu ildə vəfat edib.

Abiyev Həsənağa Əlipənah oğlu 
1950-ci ildə Masallı rayonunun Gəyəçöl kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfat İnstitutunda təhsil almış, alim-aqronom ixtisasına yiyələnmişdir, 1971-1991-ci illərdə Masallı rayonunda müxtəlif vəzifələrdə işləmişdir. H. Abıyev 1991-ci ilin dekabrından 1994-cü ilə kimi Masallı RİHB-nın birinci müavini olmuşdur. 2003-2012-ci illərdə Respublika Kənd Təsərrüfatı Nazirliyinin nəzdində “Kənd Təsərrüfatının inkişafının Kreditləşdirilməsi” layihəsinin Regionla Məsləhət Mərkəzinin rəhbəri, 2009-cu ildən ömrünün sonunadək “Aqrar sahənin inkişafına Dəstək” ictimai birliyinin sədri olmuşdur. Dəfələrlə rayon sovetinin deputatı seçilmiş H. Abıyevin fəaliyyəti “Əmək igidliyinə görə” medalı ilə dəyərləndirilmişdir.31.12 2012-ci ildə vəfat etmişdir. 

Züleyxa Həsənova 
1927-ci ildə Masallı rayon Gəyəçöl kəndində anada olub, ailəli , Qəhrəman ana , 11 övlad anası - 4 oğlan, 7 qızı, Sosialist Əməyin Qəhrəmanı adına layiq görülmüş, 2001-ci ildən Prezident təqaüdçüsü, 1949-cu ildə Lenin orderi, “Oraq və çəkic” qızıl medal, 1971-ci ildə Azərbaycan Kommunist Partiyası XXVIII qurultayının nümayəndəsi, VIII çağırış Azərbaycan SSR Ali sovetinin deputatı olmuşdur. 2011-ci il dekabr ayının 1-də 84 yaşında Gəyəçöl kəndində vəfat etmişdir.

Güldəstə Ağayeva
1929-cu il Masallı rayon Gəyəçöl kəndində anadan olub, orta təhsilli, ailəli, 8 övlad anası - 3 oğlan, 5 qızı, 1949-cu ildə Sosialist əməyi Qəhrəmanı adına layiq görülmüş, Sovet İKP-nin XX Azərbaycan KP-nın XXV qurultayına nümayəndə seçilib. IV çağrış Az. SSR Ali sovetinin deputatı olmuşdur. 1992-ci ilin iyul ayının 4-də 63 yaşında Gəyəçöl kəndində vəfat edib.

Kəndin din xadimləri:
Molla Hüseyn Axund Məşədi Əlif oğlu
1810-cu ildə Gəyəçöl kəndində anadan olmuşdur. Azərbaycandan Nəcəf-Əşrəfə oxumağa gedən birinci adamdır. Molla Hüseyn Axund 1885-ci ildə 75 yaşında vəfat etmişdir. Məzarı Gəyəçöl kənd qəbiristanlığındadır. 

Axund Molla Əli Əjdər oğlu
1896-cı ildə Gəyəçöl kəndində anadan olmuşdur. İlk dini ibtidai təhsilini kənd məktəbində almışdır. Sonra kənd camaatının köməyi və məsləhəti ilə Ərdəbil və Nəcəf şəhərlərində ruhani təhsili almışdır. Molla Əli Axund 1980-ci ildə Qum şəhərində 84 yaşında vəfat etmişdir. Məzarı Qum şəhərinin qəbiristanlığındadır

BVM-də iştirak edənlər:
Böyük Vətən Müharibəsində 300 nəfərə yaxın kənd sakini iştirak edib, onlardan 97 nəfəri geri qayıtmayıb, hazırda ərazidə 2 nəfər BVM-si iştirakçısı yaşayır.
Zeynalov Qılman Ramazan oğlu 
İbadov Heydər Soltan oğlu 

Böyük Vətən Müharibəsi zaman hərbi xidmətə gedib geri qayıtmayan 
Gəyəçöl kənd sakinlərinin Siyahısı 


Abdullayev Əlmərdan Şəkəralı oğlu, 
Abdullayev Bağır Teymur oğlu, 
Abbasov Qəhrəman Dadaş oğlu, 
Abbasov Atamoğlan Dadaş oğlu, 
Ağayev Söhbət Nəzərli oğlan, 
Abıyev Məmmədxan Yusub oğlu, 
Abıyev Ənvər Dadaş oğlu, 
Abıyev Bəbir Fətulla oğlu, 
Abıyev Abı Abdin oğlu, 
Ağayev Kazım Ali oğlu, 
Ağayev Turab Mirzi oğlu, 
Ağayev Hüseyn Məlik oğlu, 
Ağayev Əlibala Ali oğlu, 
Bağırov Qələmirzə Əliş oğlu, 
Bağırov Fətəli Əliş oğlu, 
Bağırov Sözvəli Əmirəli oğlu, 
Bayramov Baul Xudu oğlu , 
Bayramov Rəsul Zəki oğlu, 
Bayramov Xuduş Zəki oğlu, 
Musayev Hilal Bayrəməli oğlu, 
Musayev Qiyam Bayrəməli oğlu,
Əliyev Tahir Mehrəli oğlu, 
Əliyev İbrahim Mirməcid oğlu, 
Əkbərov Xəlil Şəkəralı oğlu, 
Əkbərov İsa Qurban oğlu, 
Əkbərov Əlihadı Oruc oğlu, 
Əkbərov Əkbər Ələsgər oğlu, 
Əhmədov Əhməd Məmməd oğlu, 
Əzizov Şaban Səfərəli oğlu, 
Əhmədov Rəzzaq Gülməmməd oğlu, 
Əsədullayev Nüsrət Əsədulla oğlu, 
Əmənov Güşadəl Əmən oğlu, 
Quliyev Xanqulu Əbil oğlu, 
Zeynalov Gəncəli Cəbi oğlu, 
Zeynalov Zeynalabidin Ramazan oğlu, 
İbadov Yəhyə Bəhlul oğlu, 
İbadov Zülfi Həsən oğlu, 
Kərimov Curux Əziz oğlu, 
Kərimov Kərim Lazım oğlu, 
Kərimov Əlibala Abı oğlu, 
Gözəlov Əliabbas Şərif oğlu, 
Hüseynov Ağaxan Qurban oğlu, 
Hüseynov Balaxan Qurban oğlu, 
Mustafayev Qüdrət Allahqulu oğlu, 
Mustafayev Mustafa Sərxan oğlu, 
Mehtiyev Paşa Həzi oğlu, 
Məlikov Kişibala Məmmədsalah oğlu, 
Mirzəyev Eyvaz Qulam oğlu, 
Məlikov Əzim Məmmədhüseyn oğlu, 
Məlikov Şahmirzə Məmmədsalah oğlu, 
Məlikov Məlik Məmmədhüseyn oğlu, 
Məmmədov Nurulla Feyzulla oğlu, 
Məmmədov Məmməd Zaman oğlu, 
Məmmədov Rufulla Zaman oğlu, 
Muxtarov Nizam Bəşir oğlu, 
Nəhmətov Kitab Yaqub oğlu, 
Nəhmətov Sərvər Şahverən oğlu, 
Niftiyev Oruc Abdin oğlu, 
Nəciyev Hüseynəli Əli oğlu, 
Niftiyev Məhərrəm Bünyad oğlu, 
Niftiyev Qiyas Bünyad oğlu, 
Niftiyev Oruc Mütəllim oğlu, 
Nəzərov Aşur Əliş oğlu, 
Niftiyev Həmid Bəylər oğlu, 
Niftiyev Şəmi Bəylər oğlu, 
Rəhimov Tahir Abduləli oğlu, 
Rəhimov Böyükağa Abduləli oğlu, 
Rəhimov Xanmirzə Yaqubəli oğlu, 
Rəhimov Namazəli Məmmədəli oğlu, 
Rəhimov Çili Abduləli oğlu, 
Rufullayev Bəyiş Nuru oğlu, 
Rufullayev Əli Nifti oğlu, 
Səmədov Nadir Məmiş oğlu, 
Seyfullayev Səyədulla Hüseyn oğlu, 
Seyfullayev Xudaş Əhməd oğlu, 
Səfərov Ataşdar Abbas oğlu, 
Tağıyev Mail Əsgər oğlu, 
Tağıyev Burhan Əsgər oğlu, 
Talıbov Sahib Əjdər oğlu, 
Fətullayev Bulud Həzi oğlu, 
Fətullayev Oruc Həzi oğlu, 
Fətullayev Fətulla Nəzərəli oğlu, 
Fətullayev Nuhəli Nəzərəli oğlu, 
Cəfərov Mirhüseyn Qasım oğlu, 
Hənifəyev Əfsər Bağır oğlu, 
Hənifəyev Abı Bağır oğlu, 
Həmizəyev Şəmsi Kamil oğlu, 
Həmizəyev Bəhmən Kamil oğlu, 
Həsənov Eyni Davud oğlu, 
Həsənov Qılman Məmmədcəfər oğlu, 
Şükürov Şükür Nəsir oğlu, 
Şükürov Şükür Hacırza oğlu,

BVM-də iştirak edib qayıdıb burda vəfat edən kənd sakinlərinin siyahısı:

Həsənov Əslan Məmmədcəfər oğlu, 
Bayarmov Ulduz Firudun oğlu, 
Fətullayev Mubah Nəzərəli oğlu, 
Muxtarov Hadı Salam oğlu, 
Süleymanov Cabbar Vəli oğlu, 
Cəfərov Əmirəli Məlik oğlu, 
Quliyev Oruc Rzaqulu oğlu, 
Məmmədov Zərbəli Qulam oğlu, 
Ağayev İsmi Allalıqulu oğlu, 
Dadaşov Şahin Bilal oğlu, 
Səfərov Bəhlul Nəsir oğlu,
Mustafayev Sərxan Mürsel oğlu, 
Həsənov Qaraxan Həsənqulu oğlu, 
Süleymanov İmran Şahrab oğlu, 
Ağayev Qəzənfər Alı oğlu, 
Məmmədov Yasər Səfər oğlu, 
Ağayev Cili Calalı oğlu, 
Muradov Əsədulla Murad oğlu, 
Səfərov Həsrət Abılı oğlu, 
Abıyev Zülfi Gülsad oğlu, 
Abdullayev Zeynal Məməd oğlu, 
Rüstəmov Eynal Qubad oğlu, 
Əmənov Əhməd Oruc oğlu, 
Məmmədov Əlhəsən Cəfər oğlu, 
Mustafayev Uruf Mustafa oğlu, 
Əhmədov Əli Məmməd oğlu, 
İsmailov Bəyiş Curu oğlu, 
Əzizov Paşa Qəmbəralı oğlu,
Həsənov İbrahim Nuri oğlu, 
Həsənov Vahab Nuri oğlu, 
Qənbərov Sahmar Ağabey oğlu, 
Qənbərov Qusi Ağabey oğlu, 
Hüseynov Höccət Hüseyn oğlu, 
Rəhimov Hənifə Abduləli oğlu, 
Quliyev Poladxan Həsənqulu oğlu, 
Əmirov Şərafət Dadaş oğlu, 
Əzizov Məmməd,
Niftiyev Nifti Bəylər oğlu, 
Kərimov Temir Xanmirzə oğlu, 
Tağıyev Fərrux Əmiraslan oğlu, 
Bağırov Sərdar Baxışəli oğlu, 
Tağıyev İlyas Məmmədtağı oğlu, 
Əsgərov Əlisan Əsgər oğlu, 
Abdullayev Saddat, 
Feyzullayev Bahad Hacıağa oğlu, 
Nəhmətov Məmməd Hacağa oğlu, 
Abdullayev Tağı Bağı oğlu, 
Əsgərov Əvəz Əsgər oğlu, 
Məmmədov Şaban Zaman oğlu, 
Ağayev Budaq Fərzi oğlu, 
Hüseynov İbad Hüseyn oğlu, 
Mustafayev Mustafa Mürsel oğlu, 
Abıyev Əlipənah Nağı oğlu, 
Abidnov Fərman Abidin oğlu, 
Məmmədov Ziyadxan Qulam oğlu, 
Eynullayev Həzi Əsədulla oğlu, 
Əmənov Əşrəf Əmən oğlu, 
Abdullayev Şəbi, 
Həsənov Nərman Məmmədcəfər oğlu, 
Həşimov Xanalı Məlik oğlu,
Ağayev Qılıncxan Zeynalabidin oğlu, 
Kərimov Müsəddim, 
Rüstəmov Xısı Qubad oğlu, 
Səyyad Səlim, 
Əzizov Murad Qənbəralı oğlu, 
Yaqubov Zərbəli Yaqub oğlu, 
Eyullayev Xiləli Xanəli oğlu, 
Mehdiyev Kərim Həzi oğlu, 
Rəhimov Fərzi Məmmədəli oğlu, 
Gözəlov Tapdıq, 
Kərimov Kürdi Əziz oğlu, 
Rzayev Nəsrəddin Baloğlan oğlu, 
Həmzəyev İmaməli Kamil oğlu, 
Əkbərov Cəlil Qurban oğlu, 
Quliyev Bahadir Kazim oğlu, 
Kərimov Şahin Qənbərəli oğlu, 
Kərimov Məmmədkazım Lazım oğlu, 
Quliyev Təriş Rzaqulu oğlu, 
Cəfərov Ağarıza Məlik oğlu, 
Əsgərov Lətif Əsgər oğlu

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az