“Masallida.az” saytının adminliyin Faiq Hüseynzadəyə etibar etdik
Bəs Faiq Hüseynzadə kimdir?
Hüseynzadə Faiq Fariz oğlu 1995-ci il noyabrın 12-sində Masallı rayonunun Mahmudavar kəndində anadan olmuşdur. Orta təhsilini də həmin kənddə alıb.

2019-2020-ci illərdə cəbhə bölgəsindəki “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. 44 günlük müharibə dövründə sosial şəbəkədə maraqlı açıqlamalarla çıxış edib.
Jurnalistikaya xüsusi marağı və bacarığı olan Faiq Hüseynzadəyə rayonun ensklopedik internet portalı kimi nəzərdə tutulmuş “Masallida.az” saytının adminliyini etibar etdik.
İnanırıq ki, onun dostları bu işdə Faiqi yalnız qoymayaraq, maraqlı təklifləri və dəyərli ideyaları ilə dəstəklərini ondan əsirgəməyəcəklər.
Faiq Hüseynzadə ilə əlaqə üçün
Tel. (whatsApp) 055 665 40 80
Facebook: https://www.facebook.com/faig.hussain
Zahir Əmənov. Cenub.az