Əməkdar artist Baloğlan Əşrəfov dünyasını dəyişdi.
masallida.az xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev (Tolik) məlumat yayıb.
1951-ci ildə Masallı rayonu Bədəlan kəndində anadan olan B.Əşrəfov
bu gün, 69 yaşında koronavirus səbəbi ilə dünyasını dəyişdi.
Bir müddət idi ki, koronavirusa yoluxan sənətçi yaşı səbəbindən xəstəliyi ağır keçirirdi.
Məlumat üçün bildirək ki, B.Əşrəfov 2007-ci ildə qaraciyər serrozundan əziyyət çəkib. Uzun müddət Türkiyədə müalicə alan sənətkara qaraciyər köçürülmüşdü.
Allah rəhmət eləsin!
Faiq Hüseynzadə. Masallida.az