“Masallının ensiklopediyası” silsiləsindən biz bu vaxta qədər sizə rayonun qədim coğrafi tarixi, təhsil tarixi, körpülərinin tarixi, eləcə də kino və teatr xadimləri barədə silsilə yazılar təqdim etmişik. Bu gündən başlayaraq Masallının musiqi tarixi ilə bağlı yazılarla sizi tanış edəcəyik.
Halaylardan başlayan Masallının musiqi tarixi
Masallının qədim musiqi nümunələri içərisində halaylar daha çox üstünlük təşkil edir. Qədim tarixə malik olan Masallı halayları orta əsrlərdən başlayaraq populyar olmuşdur. Beləki, Masallının qədim yaşayış məntəqələrindən sayılan Mahmudavar, Şərəfə, Digah, Boradigah, Seybətin, Səmidxan, Musaküçə, Gəyəçöl, Xıl, Alvadı, Xocavar kimi ərazilərin (bəzisi əhali sayına görə kiçik olmalarına baxmayaraq) toy adətləri ilə seçilmiş və ən yaxşı halayçıları ilə fərqlənən folklor məskənləri hesab olunmuşlar.
(Masallıda fəaliyyət göstərmiş Halay kollektivlərinin bəziləri haqqında yazının digər bölmələrində məlumat veriləcəkdir)
Masallıda aşıq sənəti
Masallıda aşıq sənəti də halaylar və muğam ifaçılığı ilə yanaşı addımlayaraq inkişaf etmiş, təşəkkül tapmışdır. 1925-1926-cı illərə kimi toylarımız musiqi aləti olmadan həyata keçirilmiş, sonralar öz fəaliyyətlərini daha da təkmilləşdirən xanəndələr qavalla çalıb-oxumağa başlamışlar.
XIX əsrin əvvəllərində Muğan zonasında Aşıq Allahqulu (Xırmandalı k.), Dəli Həbi və Aşıq Hacalı (Həsənli k.), XX əsrin ortalarında Aşıq Salman (Xırmandalı k.) kimi saz-söz ustadları meydana gəlmişdir.
XX əsrin əvvəllərində o vaxtki Bədalan sovetliyinin Dəmirçi kəndində Aşıq Abdullanın dəstəsi el şənliklərinə yeni nəfəs gətirmişdir. Aşıq Abdulladan sonra Masallıda aşıq musiqisi təşəkkül tapmağa başlamışdır.
Kolatanlı Aşıq Bəhlul, ərkivanlı Aşıq Məmmədəli və Aşıq Nəcəfəli qardaşları, mişkəmili Aşıq İzzət, öncəqalalı Aşıq Atabala, sığdaşlı Aşıq Nayib kimi sənətkarlar məhz onun yaratdığı xalq sənətindən bəhrələnərək el şənliklərinə ayaq açmışlar.
Masallının “canlı ensiklopediya”sı sayılan rəhmətlik
Hüseyndadaş Əsədlinin (1910-2008) mülahizələrinə görə keçən əsrin 30-cu illərinə qədər rayonumuzda yerli muğam ifaçıları olmamışdır.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra rayonumuzun el şənliklərində - toylarda qramofon meydana gəlmiş, C. Qaryağdıoğlu, İ. Abdullayev, S. Şuşinski və b. ifaları səsləndirilmişdir.
Masallıda Mədəniyyət Evinin ilk müdiri, bir də Masallıdakı erməni Ərsa və Əbra cütlüyü
1930-31-ci illərdə Masallıya Əsəd adlı bir şəxs rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin olunur. Həmin şəxs həm də tarzən olmuşdur. Beləliklə, rayonda toy şənliklərinə Əsədin tarı ayaq açır. Bir müddətdən sonra Masallıda Ərsa və Əbra adlı tar və kamança çalan iki erməni qardaşlar peyda olurlar. Nəticədə toylar tar və kamança ilə rövnəq tapmağa baslayır.
Əlavə olaraq onu da qeyd edək ki, artıq həmin illərə qədər Talış-Muğan zonasında - Lənkəranda tanınmış musiqiçilər dəstəsi mövcud idi. Haşım Kələntərli (1899-1987) kimi xanəndə-ifaçı, İsmayıl Talışinski (1903-1958) kimi kamança ifaçısı təkcə Azərbaycanda deyil, həm də Qafqazda, İranda şöhrət qazanmışdılar.
Masallının musiqisinin qızıl tarixi – Mir İslam Rəfiyev
Masallının musiqi tarixində əvəzsiz rolu olmuş Mir İslam Rəfiyev (1859-1847) rayonun Seybətin kəndində doğulmuş, Nəcəfül-Əşrəf İlahiyyat Elm Mərkəzinin ilahiyyat-muğam şöbəsində 25 il təhsil almış, Şərq aləminin zil-tenor səsli peşəkar xanəndəsi kimi Avropada, Rusiyada, İranda, İraqda, Qafqazda çox böyük uğurlar qazanmışdır.
O, hələ Nəcəfül-Əşrəfdə təhsil aldığı illərdə İraq və İranın möhtəşəm dini mərasimlərinin, toy şənliklərinin iştirakçısı olmuşdur. Təhsil dövründə Cənub zonasından olan həmyerliləri, tələbə yoldaşları ilə - seybətinli Şeyx Əsədulla Axund, ərkivanlı Şeyx Bəşir Axund, alvadılı Hacı Şeyx Həsən Axund, kolatanlı Molla Cəlal Axund və b. ilə yaxın dostluq əlaqələri yaratmışdur.
Onun yetirməsi sayılan xanəndələr - Lənkəranın Tükəvilə kəndindən Xanəli Əkbərov, Masallıdan Məmmədəli Rəhmətov, İsrafil Səfərov, Şahnəzər Bağırov, Həsənli kəndindən Hacıalı, Səmidxan kəndindən Ərzulla və Qulam, Digah kəndindən Məmmədhəsən, Qızılağac kəndindən Bağı Ələkbərov, Mollaoba kəndindən Sahib Mahmudov, Qodman kəndindən Əlihüseyn Məmmədov, Öncəqala kəndindən Aşıq Atabala Zahidov və başqaları olmuşlar.
Onun tələbəsi - Səmidxanlı Ərzulla Əliyev Bakının Binəqədi qəsəbəsində toyda Cabbar Qaryağdıoğlunun hüzurunda oxuyur. Həmin toyda Cabbar əmi üzünü məclis əhlinə tutaraq deyir:
- “Ey Binəqədi əhli, məndən sonra muğamata qulaq assanız, bu şəxs qabildir, onu oxudun!”. (Musarza Mirzəyev)
(Mir İslam haqqında daha ətraflı məlumat almaq istəyənlər cenub.az saytında getmiş “Xanəndə Mirislam Rəfiyev” adlı yazının linki (https://cenub.az/9414-masalll-xannd-mir-slamn-hyat-yolundan-nal-kimi-film-kimi-olaylar.html) vasitəsi ilə tanış ola bilərlər)
Masallının 50-ci illər musiqiçiləri
Keçən əsrin 50-cı illərindən başlayaraq rayonumuzda Yeddioymaq Şıxlarından Kərim Həsənov, Əbdürrəhman
Mehtiyev, Qodmandan Mürüvvət Həşimov, Öncəqaladan Həbib Müslümov, Masallıdan Rəsmiyyə Sadıxova, Əbdüləli Hüseynov, Əvəz Rəhmətov, Yədulla, Zeydulla və Səyadulla Əmənov qardaşları, Ələfsər Niftiyev, Rafiq Axundov, Abutalıb Sadıxov, Qarğalıqdan Süleyman, Sərdar Ələkbərov qardaşları, Şərəfədən Ağacavad Seyfullayev və b. kimi 3-cü nəsil xanəndə və musiqiçilər meydana gəlmişdir.
Son illərdə musiqi sənətinin şanlı estafetini Nizami Mirzəyev, rəhmətliklər Baloğlan Əşrəfov, Həbib Rəhimov, Hümmət Talıbzadə, Şahin Ağayev və digərləri davam etdirmişlər.
Hal hazırda estafet etibarlı əllərdədir. Bu gün də səhnə fəaliyyətini davam etdirən Fərqiyyə Cəbiyeva, Nəriman Mirzəyev, Miriş Hüseynov, Atamoğlan Zahidov, Elçin Ağayev, Əli Eminbəyov, Məhbub Şüküroğlu, Qabil Niftiyev və başqaları musiqi dünyamıza yeni tövhələr bəxş edirlər.
(Yazının sonrakı bölümlərində onların bəzisi haqqında daha geniş məlumat verəcəyik).
Təltif olunmuş Masallılı mədəniyyət işçiləri
Fəxri adlar alanlar:
Baloğlan Əşrəfov (Bədəlan k.) - filoloq, müğənni, bəstəçi, Əməkdar artist
Lalə Məmmədova (Ərkivan qəs.) - filoloq, filolofiya üzrə fəlsəfə doktoru, müğənni, Əməkdar artist
Nizamı Mirzəyev (Masallı ş.) - simli alətlər ifaçısı, Əməkdar artist
Rəsmiyyə Sadıxova (Masallı ş. - Bakı ş.) - xanəndə, opera solisti, Əməkdar artist
Lətifə Mövsümova (Masallı ş.) - pedaqoq, mədəniyyət işçisi, “Sərəf Nişanı” ordeni, “Tərəqqi” medalı, Əməkdar Mədəniyyət İşçisi
Hümmət Talıbzadə (Boradigah qəs.) - mügənni, Qabaqcıl Mədəniyyət İşçisi
Aşıq İzzət Nəcəfov (Hişkədərə i.ə.d., Mişkəmi k.) - nəfəs alətləri ifaçısı, Əməkdar Mədəniyyət İşçisi
Ümbülbanu Cəbiyeva (Mahmudavar k.) - xalq folklor ifaçısı, SSRI-nin Mədəniyyət əlaçısı
Digər tanınmışlar:
Ağamusa Ələkbərov (Qızılağac k.) - mədəni-maarif işçisi, pedaqoq,
xalq maarifi təşkilatçısı, tarzən, kamançaçı, nəfəs alətləri ifaçısı, müəssisə rəhbəri, “V. İ. Lenininin anadan olmasının 100 illiyi” yubileyi medalı ilə təltif edilmişdir.
Aşıq Abdulla (Bədəlan i.ə.d., Dəmirçi k.) - nəfəs alətləri ifaçısı, Azərbaycan LKGİ-nın Fəxri Fərmanı (1956), Respublika xalq yaradıcılığı festivalının laureatı (1964-cü il), 1971-ci ildə ümum ittifaq bədii özfəaliyyət kollektivlərinin 2-ci turunun qalibi diplomu (1971-ci il), 1987-ci ildə ümumittifaq yarişinin qalibi diplomu ilə təltif edilmişdir.
Aşıq Atabala Zahidov (Öncəqala k.) - aşıq-ozan, simli alətlər ifaçısı, Azərbaycan LKGI-nin Fəxri Fərmani (1956-cı il), Respublika xalq yaradıcılığı festivalının laureatı (1964-cü il), Ümumittifaq bədii özfəaliyyət kollektivlərinin 2-ci turunun, (1971-ci il), ümumittifaq yarişinin qalibi (1987-ci il)
Şəmsəddin Fətullayev (Ərkivan qəs.) - bəstəkar, dirijor
-------------------------
Aşıq Bəhlul (Kolatan k.) - nəfəs alətləri ifaçısı
Aşıq Məmmədəli Şiriyev (Ərkivan qəs.) - nəfəs alətləri ifaçısı
Aşıq Nayıb (Siğdaş k.) - nəfəs alətləri ifaçısı
Aşıq Nəcəfəli Şiriyev (Ərkivan qəs.) - nəfəs alətləri ifaçısı
Aşıq Salman (Xırmandalı k.) - aşıq-ozan, simli alətlər ifaçısı
Abas Abasov (Masallı ş.) - xanəndə - ifaçı
Abutalıb Sadıxov (Masallı ş.) - qarmon ifaçısı, komik aktyor
Ağabacı Hüseynova (Mahmudavar k.) - Masallı rayonunda xalq folklor ansamblının yaradıcısı və ifaçısı
Ağacavad Süyfullayev (Şərəfə k.) - tarzən
Ağacavad Əliyev (Səmidxan k.) - zərb ifaçısı
Atamoğlan Zahidov (Öncəqala k.) - müğənni
Bağı Ələkbərov (Qızılağac k.) - xanəndə - ifaçı
Bəhram Bəhramov (Masallı ş.) - zərb alətləri ifaçısı
Çağırış Bağırov (Masallı ş.) - zərb alətləri ifaçısı
Elçin Ağayev (Qarğalıq i.ə.d., Eminli k.) - müğənni
Əbdüləli Hüseynov (Masallı ş.) - pedaqoq, xanəndə
Əbdürrəhman (Yeddioymaq i.ə.d., Şıxlar k.) - xanəndə - ifaçı
Ələfsər Niftiyev (Masallı ş.) - mədəni-maarif işçisi, pedaqoq,
kamança, qarmon ifaçısı
Əli Eminbəyov (Eminli k.) - xanəndə - ifaçı
Əlihüseyn Məmmədov (Qodman k.) - xanəndə - ifaçı
Əziz Nəsirli (Masallı ş. - İİR, Tehran ş.) - xanəndə - ifaçı
Ərzulla Əliyev (Səmidxan k.) - xanəndə - ifaçı
Fərqiyyə Cəbiyeva (Mahmudavar k.) - müğənni
Hacıalı Hüseynov (Həsənli k.) - xanəndə - ifaçı
Həbib Müslümov (Öncəqala k.) - xanəndə, fotoqraf
Həbib Rəhimov (Bədəlan i.ə.d., Çayqıraq k.) - xanəndə - ifaçı
Firidun Səfərov - (Boradigah qəs.) - müğənni-ifaçı
Xəlil Abıyev (Xəlildadaş) (Qızılağac k.) - musiqiçi, tarzən, xanəndə - ifaçı
İsaq Nəzərov (Hişkədərə k.) - zərb alətləri ifaçısı
İsrafil Səfərov (Masallı ş.) - xanəndə - ifaçı
Kərim Həsənov (Yeddioymaq i.ə.d., Şıxlar k.) - xanəndə - ifaçı
Qabil Niftiyev (Masallı ş.) - müsiqiçi, nəfəs alətləri ifaçısı
Qulam (Səmidxan k.) - xanəndə - ifaçı
Məmmədəli Rəhmətov (Masallı ş.) - xanəndə - ifaçı
Məmmədhəsən (Masallı ş.) -xanəndə - ifaçıMİr Kazım Aslanlı (Sarəng) - simli alətlər ifaçısı, bəstəkarMiriş Hüseynov (Qəriblər i.ə.d., İsi k.) - mədəni-maarif işçisi, solist, mügənni-ifaçı, teleaparıcı
Mürüvvət Həşimov (Qodman) - riyaziyyatçı-fizik, pedaqoq, xanəndə-ifaçı
Nəhməd Əhmədov (Öncəqala k.) - xanəndə - ifaçı
Nəriman Mirzəyev (Ərkivan qəs.) - xanəndə - ifaçı
Niyaməddin Salami (Niyam Səlami) (Ərkivan qəs.) - rəssam, bəstəçi, müğənni
Nurəddin Fətullayev (Ərkivan qəs.) - bəstəkar, musiqi tərtibat çısı
Tehran Əbilova (Mahmudavar k.) - xalq folklor ansamblı ifaçısı
Tərlan Qurbanov (Masallı ş.) - mədəni-maarif işçisi, zərb alətləri ifaçısı, mədəniyyət təşkilatçısı
Rafiq Axundov (Masallı ş.) - nəfəs alətləri ifaçısı
Ramazan Həsənov (Ağdam r. - Masallı ş.) - nəfəs alətləri ifaçısı
Rəşid Səfərov (Qızılağac k.) - zərb alətləri ifaçısı
Sahib Mahmudov (Boradigah i.ə.d., Mollaoba k.) - xanəndə - ifaçı
Sərdar Ələkbərov (Qarğalıq k.) - xanəndə - ifaçı
Səyadulla Əmənov (Masallı ş.) - tarzən
Süleyman Ələkbərov (Qağalıq k.) - xanəndə - ifaçı
Şamo İbayev (Ərkivan qəs.) - musiqi mütəxəssisi, müğənni ifaçı
Şahin Ağayev (Hişkədərə i.ə.d., Mişkəmi k.) - müğənni-ifaçı
Şahnəzər (Masallı ş.) - xanəndə - ifaçı
Vəliş Zahidov (Öncəqala k.) - zərb alətləri ifaçısı
Yədulla Əmənov (Masallı ş.) - tarzən
(Ardı var)
Xodaşirin Cəbiyev
Publisist, araşdırıcı jurnalist
- Ana səhifə
- Mədəniyyət və İncəsənət
- Turizm
- Təhsil
- Səhiyyə
- İdman
- Qalereya
- Şəhid ailələri bir məkanda -“Halal süfrədə”
- Masallıda uşaq bağçası intibahı doğrudanmı reallaşır?
- Masallı dəyərli sənətkarını itirdi
- Masallı. Mahmudavardakı “Xan Evi”
- Masallı Kolleci öz şəhidlərini unutmur
- Masallı rayonunda hansı istirahət mərkəzləri var?
- “Masallida.az” saytının adminliyin Faiq Hüseynzadəyə etibar etdik
- “Masallılar.az” saytı Masallida.az oldu, yaxud bu sayt “işğaldan” sonra
- Arzu Bağırova - Niyə bu ad və soyadı eşidəndə hamının cöhrəsində xoş duyğular oyanır?
- Masallının “Halay”ı – 60-dan artıq yaşı olan bu kollektiv haqqında bu vaxta qədər bilmədikləriniz
- Masallıda “Qəhrəmanlar kompleksi” inşa edilir
- Masallı. Bədəlanlı Mehdi Rzayev yenə ABŞ-da keçirilən müsabiqədə qalib oldu
- Masallının 130 yaşlı hamamı, Seybətində Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Xan Şuşinskinin iştirak etdiyi 7 günlük toy
- Masallı idmançısı karate idman növü üzrə Dünya üçüncüsü oldu
- Masallı rayonda demoqrafik vəziyyət
- Masallıda tapılan xaç işarəli qəribə daşların sirri açıldı
- Masallı idmançısının daha bir uğuru
- Masallıdan olan tələbələr Prezident təqaüdünə layiq görülüblər
- Turistlər Masallının İsti su turizm və istirahət mərkəzində
- Masallı sərbəst güləşçisi bürünc medal qazandı
1/5- 113 il əvvəl indiki Masallı rayounu ərazisində nə qədər əhali yaşayıb?
- Masallı təhsilinin tarixindən
- Masallı Birinci Dünya müharibəsi illərində
- Masallı ərazisində son 180 ildə olan idarəçilik
- 3-cü hissə. Masallının sabiq rəhbəri öz kəndi haqqında-Masallının 124 yaşlı ilk təhsil ocağı, məktəb yataqxanası, N. Nərimanovun və Qori müəllimlər seminariysı məzununun Qızılağaca gəlişi, qızılıağaclı şair Nəccar
- 2-ci yazı. Masallının sabiq rəhbəri öz kəndi haqqında – tarixi abidələr, hamam, qonaq evi, liman, balıq vətəgələri
- (1-ci yazı) Masallının sabiq rəhbəri öz kəndi haqqında -2000 il əvvəl şəhər olmuş bu günkü Qızılağac kəndi
- Qədim Masallı - 2-ci yazı
- Qədim Masallı (1-ci yazı) Bölgəmiz eramızın əvvəlindən Səfəvilər dövrünə qədər
- Masallı körpüləri
1 2 - Qalereya
- Ana Səhifə
- |
- Reklam
- |
- Haqqımızda/Əlaqə
- |