Ərkivan qəsəbəsində yeni uşaq bağçası binasının təməli qoyuldu
Masallı rayonu əhalisinə görə ölkədə 1-ci sıradadır. Masallıda 230 min əhali yaşasa da, uşaq bağçalarının sayına, eləcə də bağçalara cəlb edilən uşaqların sayına görə ölkədə sonuncu yerdə gedir. Masallı kimi 230 minlik rayonda cəmi 17 uşaq bağçası var. Onun da 7-si 2 qrupludur. Daha neçəsinin abad, neçəsinin bərbad olduğunu demirik. (Bu barədə yaxın vaxtlarda geniş yazımız olacaq).
Yaxşı ki, bu gün həmin boşluğun doldurulması üçün addımlar atılır. 2 il öncə Masallı şəhərinin özündə, Kolatan və Sərçuvar kəndlərində yeni uşaq bağçaları inşa edildi. Hazırda Masallı şəhər 1 saylı və Səmidxan kəndində yeni inşa olunan uşaq bağçaları açılışını gözləyir. Mahmudavar kənd bağçası əsaslı təmir edilib. Hişkədərə kədindəki uşaq bağçasının yerli sahibkarlar tərəfindən əsaslı təmirinə hazırlıq görülür.
Bu gün, may ayının 10-da Ərkivan qəsəbəsində 100 yerlik uşaq bağçasının təməlqoyma mərasimi keçirilib. Tədbirdə Masallı İHB-nin başçısı Şahin Məmmədov iştirak və çıxış edib. Tədbirdə həmçinin Masallıdan seçilən millət vəkilləri Məşhur Məmmədov, Anar İsgəndərov, yerli ssahibkarlar Qalib Məmmədov, Sücayət Qasımov, Ərkivan qəsəbə uşaq bağçasının müdiri Reyhan Əmənova və başqaları çıxış edib.
Xatırladaq ki, Yeddioymaq və Köçəkli kəndlərində yaxın vaxtlarda uşaq bağçalarının inşasına başlanılması gözlənilir.
Bütün bunlar yaxşı hal olsa da, uşaq bağçalarının problemi bina tikməklə həll olunmur. Yeni uşaq bağçası üçün yemək, ştat və digər xərclər üçün ən azı qrupların sayından asılı olaraq ilə 200-300 min vəsait lazımdır ki, onu da əldə etmək elə də asan məsələ deyil. Uşaq bağçalarının idarəçiliyi sahəsində də çoxlu dolanbaclar və məntiqsiz qaydalar var.
Sonda Heydər Əliyev Fondunun təşəbbüsü, ərkivanlı iş adamları Məşkur Qasımov və Qalib Məmmədovun dəstəyi ilə inşa edilən uşaq bağçasında zəhməti olan hər kəs təşəkkürə layiqdir.
- Ana səhifə
- Mədəniyyət və İncəsənət
- Turizm
- Təhsil
- Səhiyyə
- İdman
- Qalereya
- Şəhid ailələri bir məkanda -“Halal süfrədə”
- Masallıda uşaq bağçası intibahı doğrudanmı reallaşır?
- Masallı dəyərli sənətkarını itirdi
- Masallı. Mahmudavardakı “Xan Evi”
- Masallı Kolleci öz şəhidlərini unutmur
- Masallı rayonunda hansı istirahət mərkəzləri var?
- “Masallida.az” saytının adminliyin Faiq Hüseynzadəyə etibar etdik
- “Masallılar.az” saytı Masallida.az oldu, yaxud bu sayt “işğaldan” sonra
- Arzu Bağırova - Niyə bu ad və soyadı eşidəndə hamının cöhrəsində xoş duyğular oyanır?
- Masallının “Halay”ı – 60-dan artıq yaşı olan bu kollektiv haqqında bu vaxta qədər bilmədikləriniz
- Masallıda “Qəhrəmanlar kompleksi” inşa edilir
- Masallı. Bədəlanlı Mehdi Rzayev yenə ABŞ-da keçirilən müsabiqədə qalib oldu
- Masallının 130 yaşlı hamamı, Seybətində Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Xan Şuşinskinin iştirak etdiyi 7 günlük toy
- Masallı idmançısı karate idman növü üzrə Dünya üçüncüsü oldu
- Masallı rayonda demoqrafik vəziyyət
- Masallıda tapılan xaç işarəli qəribə daşların sirri açıldı
- Masallı idmançısının daha bir uğuru
- Masallıdan olan tələbələr Prezident təqaüdünə layiq görülüblər
- Turistlər Masallının İsti su turizm və istirahət mərkəzində
- Masallı sərbəst güləşçisi bürünc medal qazandı
1/5- 113 il əvvəl indiki Masallı rayounu ərazisində nə qədər əhali yaşayıb?
- Masallı təhsilinin tarixindən
- Masallı Birinci Dünya müharibəsi illərində
- Masallı ərazisində son 180 ildə olan idarəçilik
- 3-cü hissə. Masallının sabiq rəhbəri öz kəndi haqqında-Masallının 124 yaşlı ilk təhsil ocağı, məktəb yataqxanası, N. Nərimanovun və Qori müəllimlər seminariysı məzununun Qızılağaca gəlişi, qızılıağaclı şair Nəccar
- 2-ci yazı. Masallının sabiq rəhbəri öz kəndi haqqında – tarixi abidələr, hamam, qonaq evi, liman, balıq vətəgələri
- (1-ci yazı) Masallının sabiq rəhbəri öz kəndi haqqında -2000 il əvvəl şəhər olmuş bu günkü Qızılağac kəndi
- Qədim Masallı - 2-ci yazı
- Qədim Masallı (1-ci yazı) Bölgəmiz eramızın əvvəlindən Səfəvilər dövrünə qədər
- Masallı körpüləri
1 2 - Qalereya
- Ana Səhifə
- |
- Reklam
- |
- Haqqımızda/Əlaqə
- |