Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyi ilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiiyə, mədəniyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə  yazılar hazırlanıb massallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik.  Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa tələsməyin. Çalışın təkliflərinizi verib, bizə yardımçı olasınız.

İşçi qrupun telefonları
Qrupunun rəhbəri: Zahir Əmənov:- 0 50 322 75 23 (Həm də NAR-la)
Xodaşirin Cəbiyev: - 050 429 05 96: 0 70 542 54 30
Əlizaman Baxış:  – 0 50 427 70 25
Beləliklə, bu silsilədən 2-ci yazımızla tanış olun: 1-ci yazının – Boradigah İnzibati Ərazi Dairəsi- yazısının linki burada: https://cenub.az/10879-masall-ensklopediyas-tqdim-edir-boradigah-nzibati-razi-dairsi.html


QIZILAĞAC İnzibati Ərazi Dairəsi  

1. Qızılağac Inzibati Ərazi Dairəsi 1 kəndi – Qızılağac kəndini əhatə edir.

2. Qızılağac ərazi dairəsinin coğrafi mövqeyi: 
Ərazi dairəsi Masallı rayon mərkəzindən 17 km şimal-şərqdə, Qasımlı d.y.st.-dan 8 km qərbdə, Viləş çayının sağ sahilindən 3 km aralı, Viləş kəndi-Lənkəranın Liman şəhəri şose yolunun kənarında, Lənkəran ovalığının Muğan zonasında, düzənlik sahədə yerləşir.

3. Həmsərhəd olduğu əraziləri:

Şimaldan Xəzər dənizinin qərb sahilləri iə, 
cənub-şərqdən Təzəkənd ərazi dairəsi ilə,
 cənubdan Qızılağac Dövlət qoruğu ilə, q
ərbdən Viləşkənd ərazi dairəsi ilə həmsərhəddir.

Kəndin adı:                                                     Qızılağac kəndi

Əhalisi:                                                           6831 nəfər
...................
1849-cu il siyahıyaalınması ------ 307 ev, 2001 nəfər;
1863-cü il ----------------------------  301 ev,  1967 nəfər;
1873-cü il ----------------------------  291 ev,  1747 nəfər;
1886-ci il -----------------------------  188 ev,  1502 nəfər;

Ərazisi:                                   2376 ha


4. Ərazi dairəsinə daxil olan torpaq sahəsi:         Cəmi: 2376 ha.
            a) Əkin sahəsi:    -----------------                            1300 ha.
            b) Bələdiyyə torpaqları: -------                                 70 ha
            c) Yaşayış yerlərinin yerləşdiyi torpaq sahəsi:

5. Qızılağac ərazi dairəsinin tarixi haqqında:
            a) Sovet dövrünə qədər – hansı inzibati əraziyə daxil olub?
            - Lənkəran qəzasına

            b) Sovet dövründə - Kənd XDS İK-nin yarandığı tarix
            - Lənkəran Qəza İnqilab Komitəsinin tərkibində olub.
            - Həşimov Mahmud yerli komitənin ilk sədri olub. 

            c) Müstəqillik dövründə - ərazi dairəsinin yarandığı tarix – 1991-ci il.


6. Ərazi dairəsində yaşayan əhalinin məşğuliyyəti: Orta əsrlərdə ticarət və balıqçılıqla yanaşı taxılçılıq və maldarlıqla məşğul olmuşlar. Müasir dövrdə tərəvəzçilik, taxılçılıq və heyvandarlıq əsas məşğuliyyət olmuşdur.  

7. Ərazi dairəsində inzibati tikintilərin tarixi haqqında:
            a) Kolxoz-sovxoz idarələri – hazırda yoxdur.
            b) Məktəb binası – 1800-1920-ci illər arası Masallı ərazisində 25 mədrəsə açılmışdı ki, onlardan üçü Qızılağacda idi - Molla Lətif, Molla Baba, Molla Hüseyn öz şəxsi evlərini mədrəsə eləmişdilər. 1930 və 1971-ci illərdə yeni məktəb binaları tikilmişdir. Müstəqillik dövründə -  2021-ci ildə 532 yerlik yeni məktəb binası tikilir.
            c) Kənd soveti və İH-nin Ərazi nümayəndəliyi binası – 1982-ci ildə
            e) Həkim məntəqəsi – 2005-ci ildə.
            d) İdman qurğuları və stadionlar – yoxdur.
            z) Uşaq bağçası – 1980-ci illərdə tikilib. 2 qruplu
            j) Məscidlər – Ətraflı məscidlər bölümündə.

i)  Ziyarətgahlar -  Ağa Mir Həsən ocağı - ətraflı ziyarətgahlar bölümündə.
ə) Yollar – Vaxtilə Orta əsrtlərdə XV əsrədək Gilan və Mazandarana gedən karvan yolu və 1944-cü ilə qədər Bakı-Astara magistralı  Qızılağacdan keçib. 

 (Cəlilabad rayonunun Göytəpə kəndindən, Masallı rayonunun Həsənli, Kürdəbazlı, Viləşkənd (Kalinovka), Qızılağac kəndlərindən, Lənkəran rayonunun Qumbaşı kəndindən keçməklə).  

8.  Ərazi dairəsinin ərazisində suvarma sistemləri – istillər, su anbarları, su qurğuları – Sovet vaxtı Viləş su anbarından suvarma şəbəkəsi vardı.



Qızılağac İnzibati Ərazi dairəsində 1 kənd daxildir ---   Qızılağac kəndi.


Kəndin əsas məşğuliyyəti:

Keşmişdə XV əsrə qədər gəmiçilik və balıqçılıqla məşğul olunub. Getdikcə əkinçilik və maldarlıq da inkişaf edib. XV əsrədək karvan yolunun üstündə olduğu üçün ticarətlə də məşğul olunub. Hazırda tərəvəzçilik, heyvandarlıq və taxılçılıqla məşğuldurlar.

Kəndin coğrafi mövqeyi:

Kənd Masallı rayon mərkəzindən 17 km şimal-şərqdə, 
Qasımlı d.y.st.-dan 8 km qərbdə, 
Viləş çayının sağ sahilindən 3 km aralı, 
Viləş kəndi-Lənkəranın Liman şəhəri şose yolunun kənarında, 
Lənkəran ovalığının Qızılağac körfəzində, 
Muğan zonasında, düzənlik sahədə yerləşir. 

Həmsərhəd olduğu kəndlər:

Qərbdən Viləşkənd, 
cənubdan Qasımlı,
 cənub-şərqdən Təzəkənd kəndləri ilə həmsərhəddir.

Qızılağac adının mənası:

Kəndin adı “qızıl” və “ağac” sözləri ilə əlaqədar deyil. Türklərin ulu babaları olan hunların içərisində “Qızıl tayfa” adlı tayfa da varmış. “Qızıl” qiymətli əlvan metal, “ağac” isə uzunluq ölçü vahidi (6-7 km) olması fikri də var. Türklərdə və farslarda “Qızıl” şəxs adı da var.. 

Tarixi haqda:

Xəritələrdə Qızılağac adı eramızın II əsrində çəkilir. XIII əsrdə Azərbaycanın indiki Masallı ərazisinə Qızıl tayfasının köçürülməsi nəticəsində Qızılabad (Qızılavar) və Qızılağac kəndlərii salınmışdır. Hər ikisi eyni kökdən olmaqla Qızıl tayfasından olanlara aiddir. 

Tarixi hadisələr: 

1614-cü ilin 19 dekabrında Rusiya elçisi M.N.Tixonov I Şah Abbasla Qızılağac kəndində görüşmüşdür. 
Orta əsr Avropa səyyah və diplomatlarından Şarli Antoni, Con Bryus, Adam Oleari, Volınski və b. Qızılağacda olmuşlar.
 A.P.Volınski 1715-18-ci illərdə Azərbaycan və İranda olmuş, bir çox şəhərlərlə birgə Qızılağac haqqında da məlumat vermişdir. 
XVIII əsrin 30-cu illərində rus hidroqrafları Qızılağac limanını tədqiq etmişlər.    

Tarixi abidələri və yeni tikililəri:

Kənd qəbristanlığı – qədimliyini göstərən orada Sultanpir ziyarətgahının və kufi xətlə yazılan SANDIQ tipli baş daşlarıdır. Bu daşa “əno” (dalaq) daşı da deyirlər. Xəstələr onun üzərində uzanıb şəfa tapırlarmış.

Dəmir dövrünə aid kurqan  - (“Həzi təpəsi”) var.

Kiçik hamam – “Kərbəlayi Nəsrullah hamamı. 1937-ci ildə sahibləri sürgün edilərək bağlanır, sökülüb dağılır. 1949-cu ildə avadanlıqları sökülərək hərbi hissəyə daşınır və orada hamam tikilir.

Böyük hamam – xeyriyyəçi Hacı Məmmədə məxsus olub. Tarixi məlum deyil, ancaq hacının yaşadığı dövrlə götürülsə, 180 ildən yuxarıdır. Hamam indi də işləyir.

Dəyirman – Quru çayın sahilində “Vinston” markalı mühərriklə işləyən od dəyirmanı olub. 

Şeyx Fətullah məqbərəsi -    

Dövlət əhəmiyyətli obyektlər:

Qızılağac qoruğu – Xəzər dənizinin cənub-qərbində yerləşən Böyük və Kiçik Qızılağac körfəzi kimi iki yerə ayrılan Qızılağac körfəzindədir. 1929-cu il 3 iyunda SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Dövlət qoruğu olub. Sahəsi 88,36 min ha-dır. Okean səviyyəsindən 24-28 m aşağıdır. 

Qızılağac Balıq yetişdirmə Təsərrüfatı – 1956-cı ildə xüsusi damba tikilməklə yaradılmışdır. Sahəsi 15 000 ha-dır. Gölə su Viləş və Qumbaşı çaylarından axıdılır. Vaxtilə ildə 200 milyona qədər 25 növ balıq yetişdirilirdi.

Qızılağac qoruğu - əsas hissəsi Lənkəran rayonu ərazisində yerləşsə də, Kiçik Qızılağac körfəzinin bir hissəsi Qızılağac kəndi ərazisində yerləşir. 

Toponimlər:
“Quru çay” – vaxtilə kəndin içərisindən keçən Viləş çayının yeri dəyişəndən sonra quruya qalan hövzəsi.

“Yovşan” – Qızılağac qoruğunda yer adı.
                                                           

Qızılağaclı Musa xan
Talış xanlığının yaradıcısı

 Əslən Qızılağac kəndindən olan Musa xan öz zamanının bacarıqlı dövlət xadimi, uzaqgörən siyasətçisi olmuşdur. O, Talış xanlığının yaradıcısı olmuşdur. Bu xanlıq 18-ci yüzilliyin başlanğıcından mövcud idi. Həmin dövrdə bu xanlıq hələ kiçik sahəni tuturdu və tam müstəqil deyildi. Xanlığın banisi olmuş Musa xan bu vəzifəyə rus çarı tərəfindən  təyin olunmuşdu. Görkəmli Azərbaycan tarixçisi A.A.Bakıxanov “Gülüstani-İrəm” əsərində yazır kı, həmin dövrdə Astara xanlıq mərkəzi olan Talış xanlığı adlanırdı və hakimi Talış xanı Musa xan idi.
Rusiya imperatoru I Pyotr 1722-ci ildə Xəzərsahili əraziləri işğal etmək üçün hərbi müdaxilə etdi. Qarışıqlıqdan istifadə edən  yerli feodallardan Əmir Aqis  Lənkəranda, Məhəmmədhüseyn Astarada, Musa xan isə Qızılağacda özlərini müstəqil hakim elan edirlər.
1725-ci ildə Musa xan çoxsaylı qoşunla Lənkərana və Astaraya hücum çəkib öz rəqiblərini məğlub edir və onları zindana saldırır.  O, Talış əyalətinə tam nəzarət etmək üçün 1727-ci ildə mərkəzi Qızılağacdan  Astaraya köçürür. 
Musa xan  mərkəzi Astara olan Talış xanlığının yaranmasını elan edir. Qeyd edək kı, Musa xan öz hakimiyyətini qoruyub saxlamaq üçün həm Rusiyanın və həm də Səfəvilərin hakimiyyətini müdafıə edirdi. 
Musa xanın tikdiyi qalalardan biri Qızılağacda, digəri isə Astarada və Lənkəranda tikilmişdi. Beləliklə, diyar 1722-ci ildən 1732-ci ilə kimi Rusiyanın tərkibində olmuşdur. “О zaman [оranın hakimi] astaralı Musa хan Nadirə bir о qədər də baş əyməmişdi. Kеçmiş qоcaların dеdiyinə görə, Musa хanın Nuşirəvan tayfasından оlduğuna çох еhtimal vardır. [О] Astara Kürabında müstəqil hakim оlmuşdur. 
Qızılağaclı Musa xanın  hakimiyyətinin ilk illərində indiki Biləsuvarın mərkəzindəki körpüyə qədər olan əraziləri, həmçinin keçmış Qala bazar yeri (indiki Masallı şəhəri), Alvadı, Banbaşı kəndləri də ona tabe idi.
Nadir şah üsyanları bəhanə edib, Rusiyaya meyilli siyasət yeritmiş Musa xanı, qardaşını və böyük oğlunu həbs edir. Musa xandan sonra Şirazlı İbrahim xan mahal hakimi təyin olunmuşdu. 
Kənddəki məhəllələr:                          

Kəndi 5 məhəlləsi var: 

1. Qərəymanlı (Karamanlı) məh. – Orta Asiyadan Kiçik Asiyaya (Türkiyə) qədər yayılan türk tayfası Qaraman adlı şəxsin adı ilə.

2. Bahadırlı məh. – Şeyx Fətullah Axundun babasının adı ilə bağlıdır.

3. Muradxanlı məh. -  Azərbaycanın bir sıra rayonlarında da Muradxanlı kəndləri vadır. Muradxanlılar Qızılbaş tayfa birliyinə daxildir.

4. Cınqırlı məhəlləsi.

5. Alçallı məh. – Qızılağac ilə Qədirli kəndi arasında olan Alçallı yaşayış məntəqəsindən tarixən köçüb gələn adamlarla bağlıdır.    

Din xadimləri:

Şeyx Fətullah axund İsmayıl oğlu Bahadırlı – 1837-ci ildə Qızılağacda doğulub. Nəcəf şəhərində astronomya üzrə ali ruhani təhsil alıb. 1912-ci ildə vəft etmişdir.

Şeyx Əsəd axund Şeyx Fətullah oğlu Bahadırlı – 1893-cü ildə Qızılağacda doğulub. Atasından ilk təhsil alıb Ərdəbilə getmiş, orta təhsildən sonra ali ruhni təhsil almaq üçün Nəcəf şəhərində oxumuşdur. 1930-cu illərin repressiyalarına dözə bilməyən Şeyx Əsəd 1937-ci ildə ürək daynmasından vəfat dib.

Molla Abdulla axund – (ona kiçik axun da deyərdilər) – 1885-ci ildə ikisinifli məktəbdə, 1896-cı ildə Mahmudbəy Mahmudbəyovun “Şkola” məktəbndə şəriət dəsləri aparması haqda məlumat var. 

Seyyid və üləmalar:

Ağa Mir Həsən ağa Mir İbrahim oğlu – 1868-ci ildə atası orada təhsil aldığına görə İsfahanda  doğulub. Yeniyetmə vaxtında Qızılağaca gəlib. VII İmam Müseyi Kazımın şəcərəsindəndir. Babası Mir Abdulla axund müctəhid olub. Ulu babası Seyid Cmalın məzarı Astaranın Maşqan kəndindədir. Mir Həsən ağanın bir çox möcüzələri hqqında indi də danışılır. 1955-ci ildə vəfat edib.

Mir Cəfər ağa Mir Kərim oğlu – 1895-ci ilə doğulub. Yüksək əhli-iman sahibi olub, ürəkləri duymaq qabiliyyəti ilə hamını heyrətləndiəmiş

Mir Kazım Axund Mir Məmməd oğlu 1888-ci ldə doğulub. Nəcəf şəhərində təhil lıb. Hüseynhacılı kəndində axundluq edib. 1938-ci ildə repressiy ilə əlaqədar həbs edilir, 1954-cü ildə ölüm xəbəri gəlir, 1989-cu ldə bəraət alır.

Axund Molla Mir Möhsün ağa Mir Həsən oğlu – 1893-cü ildə doğulub. Nəcəf şəhərində təhsil alıb. Təhildən qayıdanda camaat 200 metrlik yola xalça döşəməklə qarşılayırlar. 1965-ci ildə vəfat edib.

Kənddə və indiki Masallı ərazisində ilk məktəb:

1800-1920-ci illər arası Masallı ərazisində 25 mədrəsə açılmışdı ki, onlardan üçü Qızılağacda idi - Molla Lətif, Molla Baba, Molla Hüseyn öz şəxsi evlərini mədrəsə eləmişdilər. 
Bu illərdə (XIX əsrin sonu) Lənkəran qəzasının 58 kəndində rus dilində açılan ibtidai məktəbdən 10-u biri Qızılağacda olmaqla bu bölgədə oldu.
 1896-cı ilin 17 fevralında Qızılağacda tədris rus dilində olmaqla rəsmi şəkildə ilk məkəb açıldı. Qori Seminariyasının məzunu, əslən şamaxılı olan Mhmudbəy Mahmudbəyov (1863-1923) müdir və müəllim təyin olundu. 
Məktəbdə 38 şagird oxuyurdu. Kənardan gələnlə üçün yataqxanatikilmişdi.
1930-cu ildə Qızılağacdakı məktəb 7 illik olur. 1938-ci ildə Qızılağac məktəbinə orta məktəb statusu verildi. 
1941-ci ildə müharibə başladı, məktəb 7 illik təhilə keçirildi.  1951-ci ildə Qızılağac 7 illik məktəbi yenidən orta məktəb statusu aldı. Cəfər Əzizov direktor təyin olundu. 1971-ci ldə yeni tipli məktəb binası tikildi. 
Məktəbə Qarabağ şəhidi olan Subhan Xəlilovun adı veilib. Hazırda Qızılağacda 2 məktəb var – 1saylı və 2 saylı.

İlk ali təhsilli:

1. Mirzə Əhməd Şükürzadə -   ruhani təhsili də olduğu üçün ona Qazi Əhməd deyərdilər. Sovet dövrünə qədər.
2. Əsgərov Əli Əhəd oğlu – 1936-cı ildə Az. KTİ-ni bitirib.

Fəxri adı, orden-medal alanlar, rəhbər vəzifələrdə işləyənlər,
Əmək adamları – Sosialist Əməyi Qəhrəmanları, digər mükafat alanlar:

1. Abdullayeva Safura Seyfulla qızı – sağıcı. Sosialist Əməyi Qəhrəmanıdır.
 1936-cı ildə Qızılağac kəndində doğulub. Prezident təqaüdçüsüdür. VI və VII çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur. “Respublikanın ən yaxşı gənc maldarı” fəxri adını alıb.

2. Sadıqova Fatimə Əbdülqədir qızı – sağıcı. SSRİ ALİ Sovetinin deputatı,“Qırmızı Əmək Bayrağı” ordenlı. 

1946-cı ldə Qızılağacda doğulub. 1970-75-ci illərdə olub. ordenin alıb. KTİ-nu bitirib.rayonun südçülük komplekslərində müdir işlmişdir. Masallı Rayon Təbiəti Mühafizə İdarəsində müdir müavinidir.

3. Məmmədov Rəcəb İsmayıl oğlu – 2 dəfə “Şöhrət” və “Qırmızı ulduz” ordenli.     II Dünya müharibəsi iştirakçısı, və 28 adda digər müxtəlif mdallarla təltif olunub. 

4. Abdullayev Əhməd Mir Saleh oğlu – Respublikanın Əməkdar mühəndisidir. 1943-cü ilə Qızılağacda doğulub. Az. Politexnik İnstitutunu bitirib. Avtomobil Müəsssəsinin Baş direktoru işləyib. 


10. Səfərov Qulam Nəcəfqulu oğlu-  “Qımızı ulduz” ordeni (ətraflı zabitlər bölümündə)

11. Məmmədov Fikrət Seyfulla oğlu – general-mayor “Qırmızı ulduz”, “Azərbaycan bayrağı” ordenləri –(ətraflı zabitlər bölümündə)

12. Məmmədov Məmmədhəsən Ələsgər oğlu – podpolkovnik , 25-ə qədər orden və medallarla təltif olunmuşdur. (Ətraflı zabitlıər bölümündə).

13. Haşımov Mahmud Məhəmməd oğlu – Respublika Hərbi Prokurorluğunda məsul vəzifələrdə işləyib. (Ətraflı hüquqşünaslar bölümündə).

14. Səfərov Sabir Heydər oğlu – Lenin ordenli (Ətraflı hüquqşqnaslar bölümündə)


Kəndin alimləri:

Elmlər doktorları:

1. Abdullayev Musa Mirməmməd oğlu – tibb elmləri doktoru. 1927-ci ldə Qızılağacda doğulub.1944-cü ildə Az. DTİ-na daxil olub. Antisovet “İldırım” təçkilatına üzv olduğuna görə həbs edilir, sürgünə göndərilir. 1953-cü ilin 27 martında SSRİ Ali Sovetinin “Amnistiya haqqında”kı fəmnı ilə azad olunur. 1958-ci ildə Az. DTİ-ni bitirir. 10 il içərisində namizədlik və doktorluq işlərini yazıb müdafiə edir.Az. ET Hemotologiya və Qnköçürmə İnstitutunda çalışır. ADTİ-də elmi katib, 1970-ci ldə kafedra müdir olur. “İngiliscə-azərbaycanca tibbi lğət”-i tərtib edir. 1979-cu ildə vəfat edib.

2. Ələkbərov Cəbrayıl Ələkbər oğlu – tibb elmləri doktoru. 1957-ci ildə Qızılağac da doğulub.1980-1985-ci illərdə Rusiyanın Vladivostok şəhərində Tibb İnstitutunda oxuyub. İki il Kurqan şəhərində klinik ordinaturanı bitirdi. 16 dekabr 1993-cü ildə Türkiyədə işləməyə dəvət aldı. 2000-ci ildə Moskvada müdafiə elədi. 

3. Abdullayev Fərman Musa oğlu – tibb elmləri doktoru, professor. 1963-cü ildə Bakıda doğulub. Az.Tİ-nu bitirib. ET Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktorudur.

 4. Abbasov Namiq Abdulsəmid oğlu – tibb elmləri doktoru. 1941-c ildə Masallı şəhərində doğulub. 1992-ci ildə Kiyev şəhərində doktorluq işini müdafiə etmişdir. Respublika Ağ Ciyər Xəstəlikləri İnstitutunun professorudur. Tibb İnstututunda kafedra müdiridir.

5. Ələkbərov Xanlar Cəfər oğlu – ədliyyə general-mayoru, hüquq elmləri doktoru, professor.   1950-ci ildə Qızılağacda doğulub. Ümumittifaq Hüquq İnstitutunu bitirib, Rusiyada elmi işlə məşğul olub. Azərbaycan Polis Akademiyasının elmi işlər üzrə rəis müavinidir. Eyni zamanda Rusiya Dövlət Dumasının eksperti, Rusiya Ali məhkəməsi Elmi Məsləhət Şurasının üzvüdür.  Ümumrusiya Azərbaycanlıları Konqresinin yaradıcılrından biridir, 2001-c ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayının nümayəndə heyətində təmsil olunub.

6. Qurbanov Maarif Qurban oğlu – texnika elmləri doktoru, professor. 1929-cu ildə Qızılağacda doğulub. 1972-ci ildə Ordjanekidze Zenit Raket hərbi məktəbinə daxil olur. 1980-1984-cü illərdə Havadan 
Müdafiə Qoşunları Akademiyasının RMSF-na daxıl olur. 1989-cu ildən Moskvada Bauman adına Texniki Universitetdə hərbi kafedrasının müdiridir. 

Elmlər namizədləri

7.  Əliyev Yunis Məşədi Yusif oğlu – tibb elmləri namizədi.  1928-ci ildə Qızılağacda doğulub. 1946-1952-ci illərə z.DTİ-da oxuyub. Dəvəçi (Şabran) rayon xəstəxanasında cərrahiyyə ş-nin müdiri, baş həkim, 1958-ci ildə Res. Hək-ri Tək-mə İns.-da həkim-ordintor, 1965-ci ildə Bakı şəhər qospitalınd həkim-cərrah olub. 1965-ci ildə mayor rütbəsilə ehtiyata buraxılıb. Onkologiya İns-nun aspiranturasında oxuyub, 1968-ci ildə müdafiə etmiş, elmi-əməkdaş-dosent seçilmiş, şöbədə bş elmi işçi-həkim cərrah işləmişir. 1980-2005-ci illərdə İntitutun Həmkarlr İttifaqının sədri, 1990-1995-ci illərdə Səhiyyə Nazirliyinin Baş onkoloqu olub. 1970-ci ildə SSRİ Səhiyyə nazirliyinn “Səhiyyə əlaçısı” döş nişanı və Fəxri Fərmanlarını almışdır.2005-ci ildə vəfat etmişdir.

8. Məmmədov Üzeyir Ağaverdi oğlu – tibb elmləri namizədi. 1933-cü ldə Qızılağacda doğulub. 1949-1955-ci illərdə Az. Tİ-nda oxuyub. Tacikistan R-nın Ayni rayon Səhiyyə Şöbəsində müdir, Leninqrad (Sankt- Peterbur) şəhər xəstəxanasında baş həkim olub. 
 
Leninqrad Vilayət Ali Sovetinin deputtı seçilib. 1959-1960-cı illərdə Masallı Xəstəxanasında şöbə müdir və Səhiyyə ş-nin müdiri olub. 1965-ci ldə spiranturanı oxuyub, dissertasiya müdafiə etmişdir.N.Nərimanov adına Az Dövlət Tibb İnstitutunda Travmotologiya-ortopediya və Hərbi Sərrahiyyə kafedrasında dosentdir. 2000-ci ildən Əməkdar həkimdir.

9. Ağabalayev Fərman Alı oğlu – K/T-ı elmləri namizədi. 20 may 1934-cü ildə Qızılağacda doğulub. 1954-1959-cu illərdə Az. KTİ-da oxuyub. 1961-1964-cü illərdə K/T-ı nazirliyinin ET Əkinçilik İnstututunun aspiranturasını oxumuş, 1965-ci ildə müdafiə edib. 1970-1992-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi xəttilə bir çox məsul vəzifələrdə işləmişdir. İndi Azərbaycan Respublikası K/T-ı Nazirliyində Otlaqlar Şöbəsinin rəisi vəzifəsində işləyir.


12. Abdullayev Oqtay Musa oğlu – tibb elmləri namizədi. 27 may 1958-ci ildə Bakıda doğulub. 1974-cü ildə Az.Tİ-da oxuyub. 1984-cü ildə aspiranturanı oxuyub, 1987-ci ildə müdafiə edib.Türkiyənin Ankara, Hacattəpə, İsraili Texnion Univesitetləində kurslarda olub. 

13. Əliyev Rafiq İsa oğlu – iqtisad elmləri namizədi. 1948-ci ldə Qızılağacda doğulmuşdur. 1966-1971-ci illədə D.Bünyadzadə adına XTİ-da oxumuşdur. 1978-ci ildə Ukraynanın Xabarovsk İnstitutunun aspirnturasına daxil olur. Müdafiədən sonra müxtəlif vəzifələdə işləyir. 1995-ci ildən1999-cu iləcən Rusiya-Azərbaycan Ticarət Palatasının direktoru, ardınca prezidenti olur. Azad Sahibkarlar Cəmiyyətinin üzvüdür.

14.   Əliyev Məşədi Yusif Hacı Məcid oğlu – tibb elmləri namizədi. 1899-cu ildə Qızılağacda doğulub. 17 fevral 1996-cı ildə Qızılağacda açılan ilk məktəbdə, sonra Lənkəran 1 saylı gimnaziyda, 1919-cu ildə BDU-nin hüquq fakültəsində, 1930-1936-cı illərdə Az. Dövlət Sənaye İnstitutunun Tibb fakültəsində oxuyur. Şəki (Nuxa) şəhəində vərəm dispanserində həkim, Şək Şəhər Səhiyyə Şöbəsində müdir, işləyir. 1956-cı ildə dissertasiya müdafiə edib tibb elmləri namizədi olu. 1975-ci ildə Respublika Həkimləri Təkmilləşdirmə İnstitutunda vərəm əleyhinə mübarizə kafedrasına dosent seçilir.  SSRİ sƏhiyyə Nazirliyinin Fəxri Fərmanı və “Səhiyyə əaçısı” döş nişanı ilə təltif olunub.
                                                           

15. Həsənov Əlizaman Museyib oğlu – biologiya elmləri namizədi. 1927-ci ildə Qızılağacda doğulub.1946-1951-ci illərdə ADU-nun biologiya fakültəsində oxuyub. 1951-1975-ci illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda işləmiş, dissertasiya müdafiə etmişdir. Bitki anotomiyası sahəsində ilk mütəxəssisdir. Beynəlxal Botanika və Kimya cəmiyyətlərinin üzvüdür. “Əmək rəşadətinə görə” medlı ilə təltif olunub. Bakı Su Kəməri İstehsalat İdarəsinin laborotoriya müdiri olmuş, indi Baş texnoloqudur.

16. Sadıqov Yunis Baba oğlu – kənd təsərrüfatı elmləri namizədi. 1925-ci ildə Masallı rayonunun Qızılağac kəndində doğulub. Rayonun müxtəlif idarə və müəssisələrində 40 ilə yaxın rəhbər vəzifələrdə işləmişdir. Masallı rayon Konserv zavodunun direktoru və 20 ilə yaxın 1 May sovxozunun direktoru işləmişdir. 2001-ci ildə vəfat etmişdir.

Digər rayonlarda və Masallıda rəhbər işdə çalışmış qızlağaclılar

1. Əsgərov Əli Əhməd oğlu – . “Şərəf nişanı” vəQırmızı Əmək Bayrağı” ordenləri. 

1911-ci ldə Qızılağacda doğulub. 1930-34-cü illərə Az. K/T-ı İnstitutunda oxuyub. Masallı Rayon Statistika İdarəsində müvəkkil, Rayon Maliyyə Şöbəsində müdir işləyir. 1938-ci ildə Respublika DİN Bakı Şəhər Milis İdarəsinin rəisi olub. 1950-ci ildə Kənd Təsərrüfatı Nazirinin müavini, 1964-cü ildə Sovxozlar Naziliyində şöbə rəisi, Şəki şəhərindəki toxumçuluq sovxozunda direktor,  Şamaxıda miis idarəsinin rəisi, Əli-Bayramlıdakı (indiki Şirvan) Qaraçala sovxozunda direktor, K/T-ı Nazirliyində Elmi-Tədqqt Baş idarəsində şöbə rəisi vəzifələrində işləmişdir.
1955-1959-cu llərə Az.SSR Ali Sovetinin deputatı seçilmişdir. Fəxri Fəmanlarla təltif olunub. Az.KP-nin XVIII qurultay nümayəndəsi olmuş, plenum üzvü seçilmiş, Az. SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdu. 19 fevral 1970-ci ildə vəfat edib.

2. Səlimov İbrahim Məmməd oğlu – Lenin ordenlidir. 
1911-ci ildə Qızılağacda doğulub. 1939-cu ildə Ümumittifaq Hüquq İnstitutuna daxil olur. Daxili İşlər Komissarlığı Cəlilabad Rayon DİŞ-nə rəis, ardınca Qazıməmməd Rayon İcraiyyə Komitəsinin sədri, Rayon PK-nin I katibi göndərilir. 1952-ci ildə Ali Partiya məktəbində oxuyur. 1956-cı ildə Masallı rayonu Qızılağac kəndinə kolxoz sədri seçilir. 1958-ci ildə Masallı RİK-nin sədri seçilir. Yenidən öz kəndində kolxos sədri, sovxoz direktoru olur. 1979-cu ildə dekabrın 6-da vəfat edir. 

3. Rəsulov Abı Hüseyn oğlu – “Şərəf nişanı” ordeni 
1923-cü ldə Qızılağacda doğulub. 1945-ci ildə Moskva Balıq Sənayesi İnstitutunda oxuyub.  Bir müddət Lənkəran rayonunun Liman (Port-İliç) şəhərində, Nərimanabad qəsəbəsində balıqçılıq təsərrüfatına rəhbərlik edir. 1960-1963-cü llərdə Bakı Ali Partiya məktəbində oxuyub. 1970-1983-cü illərdə Nərimanabad qəsəbə sovetinin sədri işləmişdir.  Müxtəlif medallarla təltif olunub.

4. Abışov Şakir Zəkəriyyə oğlu – 1993-2000-ci illədə Sumqayıt Şəhər iH-nin başçısı vəzifələrində işləmişdir. 
 1950-ci il 20 mayda Qızılağacda doğulub. Az.DU-nin filologiya fakültəsini, Ali Partiya məktəbini bitirib. 1972-ci ildən Sumqayıtda fəhləlikdən Sumqayıt Şəhər Komsomol Komitəsinin katibi, Şəhər Partiya Komitəsində təlimatçı, şöbə müdiri, Şəhər XDS İK-nin sədri, 

5. Ələkbərov Elmidar Bəbir oğlu – kənd təsərrüfatı elmləri namizədi. 1941-ci ldə Qızılağacda doğulub. 1968-ci ildə S.Ağmalıoğlu adına K/T-ı İnstitutuna daxil olur, Fərqlənmə diplomu ilə oranı bitirir. K/T-ı İnstitutunun Elmi Şurasının qərarı ilə vaxtından əvvəl aspiranturaya qəbul edilir – Sankt-Peterburqa göndərilir, orada müdafiə edir, alim kimi respublikaya gəlir. 1988-1991-ci llərdə Astara Rayon Partiya Komitəsinin II katibi, Aqrar Siyasət Komissiyasının sədri, Xalq Deputatları Sovetinin deputtı, Ümumittifaq Sahə Koordinasiya Şurasının üzvü kimi vəzifələrdə olmuşdur. Hazırda Azərbaycan Koorperasiy Universitetndə müəllimdir. SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Qızıl medal”Inı alıb. 

6. Ələkbərov Tofiq Bəbir oğlu – Viləşçay Su Dəryaçasının ilk rəisi olub.
1938-ci ildə Masallı rayonunun Qızılağac kəndində doğulub. Azərb. Res-sı Kənd Tikinti Nazirliyinin 3 saylı Trestinin rəisi, Meliorasiya Nazirliyinin 2 saylı Tikinti Trestinin rəisi, 1998-ci ildə vəfat edib.

7. Səfərov Qulam Nəcəfqulu oğlu – polkovnik-leytenant. “Qımızı ulduz” ordenli. 
1907-ci ildə Qızılağacda doğulub. 1925-ci ildə Az. Hərbi Kadrlar yetişdirən məktəbə daxil olur. 1934-cü ildə Ali Sərhəd məktəbinə göndərilir. Respublikanın müxtəlif sərhəd dəstələrində komandir kimi çalışıb. 1940-cı ildən Az. SSR Dİ Xalq Komissarlığının sərəncamı ilə Şamaxı, Astara, Beyləqan (Jdanov) və Oğuz (Vartaşen) DİŞ-də müxtəlif vəzifələrdə işləyib. 10 May 1942-c ldən 402-ci atıcı diviziyasında baş sahə rəisi təyin edilib, iki dəfə “Döyüş xidməti”, “Qafqazın müdafiəsinə görə”, “1941-45-ci il Almniya üzərində qələbəyə görə” medalları ilə təltif olunub. 1972-ci ildə vəfat edib.  

8. Səfərov Sabir Heydər oğlu – Lenin ordenli 
1931-ci ildə Qızılağcd doğulub. 1949-1954-cü illərdə ADU-nun hüquq fakültəsində oxuyub.  1965-ci ildən Əli-Bayramlı (Şirvan) şəhər, Biləsuvar rayon, Zəngilan rayon, Kürdəmir rayonlarında prokuror köməkçisi və prokuror vəzifələrində çalışmışdır. “Əmək veteranı “ medalı ilə təltif olunub.
9. Məmmədov İltifat Allahverdi oğlu.1943-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olmuşdur. ADPİ-nin tarix-filologiya fakültəsini bitirmişdir. Əvvəllər müəllim işləsə də, sonralar rəhbər partiya və sovet işində çalışmışdır. Masallı Rayon İcraiyyə Komitəsinin sədri, mASALLI Rayon Partiya Komitəsinin şöbə müdiri, 2-ci katibi, daha sonra isə 1-ci katibi vəzifələrində çalışmışdır. O, həm də Azərbaycan Ali Sovetin deputatı olmuşdur.
10. Haşımov Mahmud Məhəmməd oğlu – Respublika Hərbi Prokurorluğunda məsul vəzifələrdə işləyib.
1982-ci ildə Qızılağacda doğulub.  Əvvəl həkimlik üzrə təhsil alsa da, 1910-cu ldə Bakıya köçərək ixtisasını dəyişib, hüquq sahəsi üzrə ali təhsil alıb..1915-ci ildən müxtəlif hüquq idarələrində işləyir. 1918-ci ldə Az. Demokratik Respublikasının prokurorluq orqanlarında işləyir. 1924-cü ildə vəfat edib.

11.  Ələkbərov Xanlar Cəfər oğlu – ədliyyə general-mayoru (haqqında alimlər bölməsində)   

12. Məmmədov Fikrət Seyfulla oğlu – general-mayor. “Qırmızı ulduz”, “Azərbaycan bayrağı” ordenləri 
1961-ci ildə Lənkəranda qızılağaclı Seyfullanın ailəsində doğulub. 1980-84-cü illərdə Bakı Ali Ümumqoşun Komandirləri məktəbində oxuyub. 1990-93-cü illərdə M.Frunze adına Hərbi Akademiyada təhsil alıb. III Ordu Korpusunun komandiri olmuşdur., “Vətənə xidmətə görə”, “Əsgəri rəşadətə görə””Minnətdar əfqan xalqından” medallarını alıb.15 may 2002-c ildə vəfat edib.

13. Qurbanov Maarif Qurban oğlu – texnika elmləri doktoru, professor, polkovnik. (Alimlər bölümündə ətraflı).  

14 . Məmmədov Məmmədhəsən Ələsgər oğlu – podpolkovnik. 1918-ci ildə Qızılağacda doğulub. 1936-cı ildə Lənkəran Pedaqoji məktəbini, 1940-cı ildə hərbi məktəbini, 1960-cı ildə ADU-nu bitirmişdir. 1955-ci ildə Bakı şəhər Əzizbəyov rayon PK-də şöbə müdiri, 1960-cı ildən Respublika Qırmızı Aypara Cəmiyyətinin sədr müavini işləmişdir. 25-ə qədər orden və medallarla təltif olunmuşdur.
15. Ədalət Ablş oğlu Hüseynov – Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı1947-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olub. Xarici Dillər İnstitutunu bitirib. Bir müddət Qızılağac kənd orta məktəbində müəllim işləyib. Rayon Partiya Komitəsinin göndərişi ilə Masallı Rayon Komsomol Komitəsində katib kimi fəaliyyət göstərib. Ardınca Dövlət Təhlükəsizlok Komitəsində əmək fəaliyyətini davam etdirib. Əvvəlcə DTK-nın Lerik rayon şöbəsində əməliyyat müvəkkili, ardınca Biləsuvarda rəis müavini, İmişlidə və Lənkəranda DTK-nın regional idarələrində rəis vəzifələrində çalışmışdır.            Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 
            Hal-hazırda Rusiya Federasiyaslının Astarxan şəhərində bizneslə məşğul olmaqla Azərbaycan diasporasının sədridir.  
Dənizçilər:

1. Nağıyev Tapdıq Xalıq oğlu - uzaq səfərlə kapitanı, vəfat edib.

2. Əzimov Ədalət Ayaz oğlu – gəmi kapitanı. 1052-ci ildə Qızılağac kəndində doğulub. Qafur Məmmədov adına  Bakı Dənizçilik məktəbini bitirib. 1991-ci ildə Odessa Dəniz Mühəndisləri İnstitutunu bitirib. 1998-ci ildən uzaq səfərlər kapitanıdır.

Xeyriyyəçilər: 

1. Hacı Həsən Ağa – 1948-2001. 1994-cü ildə şəxsi hesabı ilə mədrəsə tikdiib.
2. Əliyev sakit hacı Əli oğlu – 2001-ci ildə dəstəmazxana tikdirib.
3. Əliyev Əlövsət Musa oğlu – 1943 təvəllüdlü. Sultan Pir ziyarətgahını tikdirib.
4.Nəsirov İbad Qəzənfər oğlu – 1950-ci il təvəllüdlü. Viləş çayının üstündə 47,5 m uzunluğunda körpü sldııb. 

Yazarlar:

1. Usta Məmmədhəsən Nəccar – şair. 1837-ci ildə Qızılağacda doğulub. Lənkəranda “Fövcül-Füsəha” məclisinin üzvü olub. 2 dekabr 1962-ci ildə Lənkəranda çıxan “Leninçi” qəzetində əməkdar müəllim Mir Haşım Talışlı Nəccar haqqında məlumat vermişdir. 1917-ci ildə vəfat etmişdir.

2.Səməd Qərib – şair. 1886-cı ildə Bakının Çəmbərəkəndində doğulub. Qızılağaca sürgün edilib, burada yaşayıb.1928-ci ldə vəfat edib.

3. Hacı Məhəmmədnəsir Qulamhüseyn oğlu – şair. 1931—ci ildə Nərimanabadda doğulub. 1970-c ildə Astarxan Balıq Texnologiya İnstitutunda oxuyub.  2001-ci ildə “Haqqın səsi” kitabı çapdan çıxıb.


4. Zeynalov Allahverdi Hüseyn oğlu – şair. 1933-cü ildə Qızılağacda doğulub. Azərbaycan Sənaye İnstitutunu bitirib. “Alim şahmat oynayır”, “Haqqın qılıncı”, “Sənintək məni sevən hanı” və sair bir neçə kitabın müəllifidir. “Cəsur insan” romanı üzərində işləyir.

5. Məmmədov Qulu Vəci oğlu (Qulu Vəcioğlu) – şair. 1947-ci ildə Qızılağacda doğulub. 1965-1970-ci illərdə AZ.KTİ-nda oxuyub. “Ürəyimin ağrıları”, “Yolum”, “Şanlı ömürdən notlar” kitablarının müəlliidir.

Musiqiçilər:

1. Ələkbərov Bağı İbrahim oğlu – xanəndə. 1906-cı ildə Qızılağacda doğulub. Seybətinli muğam ustadı Mir İslam Rəfiyevdən dərs alıb. 

2. Abullayev Xəlil Museyib oğlu  – xanəndə. 1919-cu ildə Qızılağacda doğulub. 4 yaşında çiçək xəstəliyindən gözləri tutulur. Bakı musiqi məktəbinin tar şöbəsini bitirib. Qazax rayonunda müsiqi müəllimi işləyir. Növhə və qəsidələrin mahir ifaçısı olub. 1992-ci il mart ayının 28-də vəfat edib.

3. Əbilov Şahin Musa oğlu – həkim, şair, bəstəkar (hərbi mahnılar müəllifi). 11 iyul 1963-cü ildə Qızılağacda doğulub. N.Nərimanov adına Az. Tİ-nu bitirib. Biləsuvar Məkəzi Xəstəxanasında təcili yardım ş-də işlədi. 1991-ci ildə Bakı şəhərindəki Hövzə xəstəxanasına müayinə həkimi göndərilir. 1990-cı ildə başlayan Qarabağ müharibəsi illərində həkim kimi savaşa getdi. “İgid əsgər, möhkəm dayan”, “Cənab leytenant” və onlarla (30-dan çox) hərbi mahnı və marşların müəllifidir. “İgid əsgər, möhkəm dayan” şeilər kitabını çap etdirib.       


Kəndin idmançıları:

1. Tağıyev Firdovsi Ramazan oğlu –  güləşçi-samboçu. 1946-cı ildə Qızılağac kəndində doğulub. 1964-cü ildə yeniyetmələr arasında, 1965-ci ldə gənclər arasında respublka qalibi olub. 1970-ci ildə Az. Dövlət B/T-si İnstitutunu bitirib. 1970-74-cü illərdə Azərbaycan yığma komandasının məşqçisi təyin olunub. 1972-ci ildə Azərbaycan yığması çempion olub. F.Tağıyev Az. Bədən Tİ-da güləş kafedrasında dosentdir. 1992-ci ildə əməkdar məşqçi fəxri adını alıb.

2. Tağıyev Tahir Ramazan oğlu – güləşçi. 1950-ci ildə Qızılağacda doğulub. 1973-78-ci illərdə Az.Bədən Tİ-da oxuyub. Respublika DİN-də müxtəlif vəzifələrdə işləyib. Sambo və dzyu-do üzrə SSRİ idman ustası. 

I Qarabağ müharibəsi şəhidləri:

1. Xəlilov Subhan Malik oğlu – 1969-cu ildə Qızılağacda doğulub. 1989-cu ildə Bakı Neft Texnkumunda oxuyub. 1992-ci il oktyabr ayının 28-də Finqə kəndində gedən döyüşlərdə şəhid olub.

2.Cabbarov Əhliman Muğdət oğlu – 1974-cü ildə Qızılağacda doğulub. 1993-cü ildə Ağdərənin müdafiəsində şəhid olub.

3. Xanmuradov Azad Şikar oğlu - 1974-cü ildə Qızılağacda doğulub. 1993-cü ildə Füzuli bölgəsində şəhid olmuşdur.

4.Abasov Şahin Vəli oğlu – 1971-ci ilin 24 mrtında Qızılağacda doğulub. 1993-cü ildə könüllü cəbhəyə gedir. 6 yanvar 1993-cü ildə Beyləqanın müdafiəsində şəhid olur.

5.Qurbanov Sabir Laçın oğlu – 25 sentyabr 1975-c ildə Qızılağacda doğulub. 1994-cü ilin 20 aprelində Ağdamın lxıçılar kəndində itkin düşüb.
 II Qarabağ Müharibəsi şəhidləri və qaziləri:  


QIZILAĞAC – nələr çatmır?
1. Qəhrəman anaların --- sayı
2. II Dünya M-sində iştiak edən, vəfat edənlərin ayı
3. II Qarabağ Müharibəsi şəhidləri və qaziləri:  


İstifadə olunmuş ədəbiyyatlar:
1. Hacı Nüsrət Nəsirullayev. “Qızılağac və qızılağaclılar” kitabı.
2. Azərbaycan Sovet Ensklopediyası, Bakı-1979, III cild, səh. 158. 

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az