Kəlbəhüseynli
Kəndin adı:
Kəlbəhüseyinli
Əhalisi:
1287 nəfər
Ərazisi:
600 hektar
Kəndin əsas məşğulyyəti:əkinçilik və heyvandarlıq.
Həmsərhəd kəndləri:
Çaxırlı, Sarıcəfərli, Əhmədli
Kəndin adının mənası:
Çox tanınmış el ağsaqqalı Kərbəlayi Hüseynin adı ilə bağlıdır. Yaşlıların dediyinə görə XVII əsrdə Şah Təhmasibin dövründə əhali buraya köçüb məskən salmışlar. Kəndin qədim adı isə belədir: Qaladibi
Tarixi abidələri:
“Qala”XVII-XVIII əsrlərdə I-ci Pyoturun dövründə ruslar tərəfindən salınmış və müdafiə xarektirli olmuşdur. Digər məlumatda qeyd olunur ki,“Qala” – kəndin ən qədim tarixi abidələrindəndir.Torpaq qaladır. Qalanın hər iki tərəfində böyük giriş və çıxış qapıları olmuşdur.İndi xeyli çökmüş və uçulmuş qalanın nə vaxt ucaldıldığı barədə dəqiq məlumat yoxdur.Böyük ehtimalla, Səfəvilər imperiyasıdövründə hərbi məqsədlə tikilmişdir.
Kənddə ilk məktəb:
1937-1938-ci illoərdə açılıb.
İlk ali təhsilli ziyalılar:
1.Rzayev Əli Enulla oğlu
2.Bəşirov Müzəffər Bəşir oğlu
3.Abuşov İbrahim Şahbaz oğlu
4.Bəşirov Abas Bəşir oğlu
Elmlər namizədləri
1.Paşayev Aydın Məmməd oğlu –Filologiya
2.Bəşirov Seyran Müzəffər oğlu-Fizika
Elmlər doktorları:
1.Bəşirov Abas Bəşir oğlu-Fizika
2.Ulusel Rahid Süleyman oğlu (Rahid Ulusel)
Kəndin din xadimləri:
1.Molla Müctəba
2.Molla Höccət
3.Molla Hüseyin
Kəlbəhüseyinli kəndinin şəhidi:
Əbilov Nicat Əbil oğlu.
BVM-də iştirak edənlər:
İkinci dünya müharibəsində 14 nəfər iştirak etmişdir. 4 nəfər müharibədə həlak olmuşdur.10 nəfər isə müharibədən sonrakı illərdə həlak olmuşdur.
Müharibədə həlak olanlar:
1.Zəkəriyyəyev Sübhan
2.Əliyev Səməd
3.Molla Müctəba
4.Kərimov Qənbər
5. Süleymanov Muxtar
Müharibədən sonra vəfat edənlər:
1.Rzayev Əli
2.Abuşov İbrahim
3.Abuşov Fətulla
4.Rzayev Səid
5.Ələkbərov Məhəmməd
6.Rzayev Maqsud
7.Ağayev Mirtağı
8.Səmədov Xudaverdi
9.Molla Qulamhüseyn Hüseynov
10.Nuriyev Saleh
11. Həsənov Bəhmən
12. Səmədov Əli
13.Rzayev Məsmud
14. Həsənov Sahib
15.İbrahimov Ağamir-Belarusiya cəhbəsində partizan hərakatının fəal üzvü olmuşdur.
Kəndin tanınmışları:
Rahid Süleyman oğlu Xəlilov - Rahid Ulusel
Rahid Ulusel (Rahid Süleyman oğlu Xəlilov) 1954-cü ildə Masallı rayonunun Kəlbəhüseynli (əski adı – Qaladibi) kəndində anadan olmuşdur.
1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini Fərqlənmə diplomu ilə bitirmiş, 1975–2002-ci illərdə Masallı rayonunun Güllütəpə, Çaxırlı kənd və Masallı şəhər orta məktəblərində müəllim, Masallı rayon İcra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, şöbə müdiri, “Yeni qəzeti”n baş redaktoru vəzifələrində çalışmışdır. 2002-ci ildən Azərbaycanda Atatürk Mərkəzinin elmi əməkdaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun baş elmi işçisi, 2005-ci ildən Qərb Universitetinin fəlsəfə və mədəniyyətşünaslıq müəllimi, “Qlobalistika və Sivilizologiya” EAİB-nin sədri, fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Rahid Uluselin 17 kitabı – “Qloballaşma çağında milli özünüdərketmə və geostrategiya” (Azərbaycan Milli Ensiklopediyası, 2002), “Mədəniyyətlərin İpək Yolu: Azərbaycandan dünya məkanına” (Təhsil, 2003), “Mədəniyyət və Texnosivilizasiya” (Azərbaycan Milli Ensiklopediyası, 2003), “Qloballaşma və Türk sivilizasiyası” (Çaşıoğlu, 2005), “Qloballaşma və Harmoniya fəlsəfəsi” (Elm, 2005), “Kainat – Hüceyrə, Hüceyrə – Kainatdır” (Sabah, 2008), “Klassika” (Avropa, 2008), “Esseistika” (Avropa, 2009), “Müasir Azərbaycan tənqidi” (Elm, 2009), “Həyat və düşüncə ritmləri” (Çaşıoğlu, 2009), “Ustad Rəsul Rza. Fəlsəfə və Poeziya: Dünya və Azərbaycan klassikasında onların vəhdəti” (Letterpress, 2010), “Heydər Əliyev və Azərbaycan-Dünya Münasibətləri: siyasətdən mədəniyyətədək” (İdeal-Print, 2010) və s., 200-dən çox məqaləsi Azərbaycanda və xaricdə çap olunmuşdur. Yuri Borevin “Estetika” kitabını (Təhsil, 2010) Azərbaycan dilinə tərcümə etmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülmüşdür.
Professor Rahid Ulusel Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun Dissertasiya Şurasının üzvü, Beynəlxalq Biokosmologiya AssosiasiyasınınAsiya üzrə vitse-prezidenti,“Biokosmologiya – neo-Aristotelizm” jurnalının Redaksiya Heyətinin üzvü, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvüdür. O, XXII Dünya Fəlsəfə Konqresi (Koreya, Seul, 2008), III Qlobal Sivilizasiya Konqresi (İsrail, Yerusəlim, 2009), VIII Dünya Konqresi (İsveç, Stokholm, 2010), XXIII Dünya Fəlsəfə Konqresində (Afina, 2013) və bir sıra nüfuzlu beynəlxalq konfranslarda Azərbaycanı təmsil etmişdir.
Bəşirov Abbas Bəşir oğlu
1934-cü ildə Kəlbəhüseynli kəndində anadan olmuşdur. 1955-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1966-cı ildə texniki elmlər namizədi, 1967-ci ildə Fizika fakültəsinin Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dosenti olmuş, 1988-ci ildə Fizika-riyaziyyat elmləri doktoru və 1989-cu ildə professor olmaqla Fizika fakültəsində kafedra müdiri işləmişdir. 1998-ci ildə vəfat etmişdir.
Bəşirov Seyran Müzəffər oğlu
1954-cü ildə Kəlbəhüseynli kəndində anadan olmuşdur. 1971-ci ildə Bakı şəhəri 190 saylı orta məktəbi bitirmiş, 1975-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1975-1981-ci illərdə Masallı rayonunda Fizika müəllimi kimi fəaliyyət göstərmiş, 1981-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olmuş və 1984-cü ildə təhsilini başa vurmuşdur. 1987-ci ildən Fizika-riyaziyyat elmləri namizədidir. Hal-hazırda C. Naxçıvanski adına hərbi liseydə dərs deyir.