Kəndin adı:
XılƏhalisi:
4460 nəfər
Ərazisi:
1471 min kv/m
Coğrafi mövqeyi:
Düzənlik
Kəndin əsas məşğuliyyəti:
Əkinçilik və heyvandarlıq
Həmsərhəd olduğu kəndlər:
Gəyəçöl, Sərçuvar, Sirəbil, Şıxlar, Çayqırağı və Lürən
Kəndin adının mənası:
Yaşlı nəsildən eşitdiyimizə görə, bizim kəndin tarixi qədimdir. Keçmişdə bir neçə türk tayfaları indiki kəndimizin mərkəzində məskunlaşıblar. Əhalinin sayı artdıqca, kəndin adı “Çoxluq” kimi adlanır. Əsasən çəmənlikdən ibarət olan bu böyük əraziyə “Çoxluq” yəni Xıl deyirlərmiş və hazırda Xıl kimi formalaşmışdır.
Kənddə ilk məktəbin açıldığı tarix:
Kənddə ilk məktəb 1919-cu il açılmışdır.
Kəndin ilk ali təhsillisi:
Əli bəy Şahkərim bəy oğlu Bəylərbəyov
1884-cü ildə Masallı rayonun Xıl kəndində anadan olmuşdur. O, kənddə ibtidai təhsil aldıqdan sonra Lənkəran şəhərindəki təqribən orta məktəb həcmində təhsil verən rus məktəbinə - Gimnaziyaya daxil olaraq həmin məktəbi 1911-ci ildə bitirmiş və həmin ildə Tiflis şəhərindəki ali hərbi məktəbə daxil olmuşdur. 1919-cu ildə həmin məktəbi əla qiymətlə başa vurmuşdur. Əli bəy Bəylərov I dünya müharibəsində iştirak etmişdir. O, Ərzurum əməliyyatının hazırlanmasında şəxsən göstərdiyi xidmətlərə görə Ali baş komandan tərəfindən “Qızıl Qılınc”la mükafatlanmışdır. I dünya müharibəsi qurtarandan sora o, hərbi xidmətlərdən - Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Çingiz İldırım və başqaları ilə birlikdə 1918-ci ildə Azərbaycan Demokratik Respublikasında mühüm sahələr üzrə hərbi rəhbər vəzifələrinə cəlb edilmişdir. O, Azərbaycan Respublikasının hərbi Komissarı, sonralar Respublikada Zabitlər hazırlayan məktəbin hərbi vəzifələrində işləmişdir. Respublikada aparılan hərbi işlərdəki səmərəli fəaliyyətinə görə dövlət tərəfindən “Gümüş medal” la mükafatlanmışdır. O, 15.11.1922-ci ildən 20.02.1924-cü ilə kimi Azərbaycan Sovet Respublikasında Baş Milis İdarəsinin rəisi, ilk daxili işlər komissarı vəzifələrində işləmişdi. Ona 1923-cü ildə yüksək və səmərəli fəaliyyət göstərdiyinə görə “General Mayor” rütbəsi verilmişdir. M. C. Bağırov Azərbaycana I katib təyin olunandan sonra o, hərbi işlərdən uzaqlaşıb mülki işlərdə işləmək məqsədilə xüsusi bir ixtisas almaq arzusu ilə Azərbaycan Pedaqoji institutunun plan-iqtisad şöbəsinə daxil olur. Təhsil aldığı vaxtda Azərbaycan SSSR Xalq Komissarlığı yanında plan iqtisadiyyat və statistika şöbəsinə müdiri və s. vəzifələrdə işləmişdir. Həmin illərdə öz xalqın sevən, xeyirxah bu insan doğulduğu kənddə yaraşıqlı və geniş həcmli orta məktəb tikilməsinə nail olmuşdur. Və həmin Xıl tam orta məktəbi bu xeyirxah insanın adın daşıyır. Bütün bu işlərin əvəzində 44 yaşında ikən 1937-ci ildə sentyabrın 19-da həbs edilmiş, SSRİ-nin hərbi kollegiyasının 02.01.1983-cü il qərarı “xalq düşməni” kimi mühakimə olunaraq güllələnmişdir. Ölümündən sonra SSRİ ali məhkəməsinin 28.11.1956-cı il qərarı ilə bəraət qazanmışdır.
Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında:
Hüseynov Elşad Eynulla oğlu
08 oktyabr 1960-cı ildə Masallı rayonun Xıl kəndində anadan olub. 1979-cu ildə Xıl kənd orta məktəbini bitirib, həmin ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətindən sonra 1981-ci ildə Azərbaycan DİN-də polis serjantı kimi fəaliyyətə başlamışdır. Erməni daşnaqlarının torpaqlarımıza hücum etdiyi vaxtdan E. Hüseynov könüllü olaraq torpaqlarımızın müdafiəsinə qalxmışdır. Qarabağ müdafiəsi uğrunda gedən döyüşlərdə igidliklə vuruşmuşdur. Ağdamın Fərrux dağında gedən döyüşlərdə 15 iyun 1992-ci ildə qəhrəmancasına şəhid olmuşdur. Göstərdiyi igidliyə görə Azərbaycanın Milli qəhrəmanı adına layiq görülüb. Abidəsi Xıl kəndində ucaldılıb. Elimizin igid oğlu Xıl kənd qəbiristanlığında dəfn olunub.
Böyük Vətən müharibəsində iştirak edənlər:
Xıl kəndindən Böyük Vətən Müharibəsində (1941-1945) 290 nəfərə yaxın kənd sakini iştirak edib, onlardan 103 nəfəri geri qayıtmayıb, hazırda ərazidə 2 nəfər BVM-si iştirakçısı
Hüseynov Mürşüd Həbib oğlu
Məcidov Bağış Qələm oğlu Xıl kəndində yaşayırlar.
Kəndin ziyalıları haqqında:
Kərimov Elgün Arif oğlu
09.01.1984-cü ildə Masallı rayon Xıl kəndində anadan olmuşdur. 1990-2001-ci illərdə Xıl Kənd orta məktəbində oxuyub, 2002-2006 ci illərdə Naxçıvan Dövlət Universitetin ingilis dili fakültəsini bitirir. 2007-2009-cu illərdə ABŞ-da Beynəlxalq Əlaqələr üzrə magistraturanı bitirmişdir. Hal-hazırda Bakı şəhərində ingilis dili hazırlığında çalışır.
Məmmədov Samit Təfəkkül oğlu
1960-cı ildə Masallı rayon Xıl kəndində anadan olmuşdur. 1997-ci ildə Xıl kənd orta məktəbini bitirdikdən sonra həmən ili Ticarət texnikumuna daxil olmuşdur. Keçmiş SSRİ də hərbi xidmətdə olmuşdur, 1998-ci ildən Hollandiya Respublikasında Azərbaycan Diasporasının sədri işləyir.
Ağayev Emin Famil oğul
17.01.1980-ci ildə Masallı rayon Xıl kəndində anadan olmuşdur 1997-ci ildə Xıl kənd orta məktəbi bitirib. 1997-ci ildə Lənkəran Dövlət Universitetin Filologiya fakültəsinə daxil olub. Həmin Universiteti bitirdikdən sora 2001-2004-cü illərdə Magistraturanı oxuyub. Oxuduğu müddətdə Lənkəran Araz kursunda çalışıb 2004-2007-ci illərdə Tlonlor İnstitutun Folklorşünaslıq və Mifologiya üzrə Aspiranturada müdafiə etmişdir. Bir çox kitabları Azərbaycan Mifologiya Elmi və Mirəli Seyidov, Mən Azərbaycanlıyam kitabların müəllifidir 2009-cu ildən Qafqaz Universitetində filologiya kafedrasında müdir vəzifəsində işləyir.
Mirağa bəy Talışxanov
Masallı rayonun Xıl kəndində anadan olub. Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir. 1937-ci ilə kimi Cəlilabadda məhkəmə sədri işləmişdir. 1947-ci ildə Xıl kəndində vəfat etmişdir.
Vaqif Mirəsgər oğlu Nağıyev
1941-ci ildə Masallı rayonun Xıl kəndində anadan olub. Orta məktəbi və institutu Bakıda oxuyub. Onun əsas fəaliyyət dairəsi Moskva şəhərində kosmonavtlar üçün tibb texnikası olub. Aviasiya üzrə general, Rusiya elmlər akademiyasının kosmonavt üzvü, tibb elmləri professoru, elmlər doktoru olub. Elmi ixtiraları var. 1982-ci ilin dekabr ayında İtaliyaya gedərkən vəfat edib. Bakı şəhərində dəfn olunub. Lənkəran şəhərində adını daşıyan küçə var.
Cəfərov Mirhəmid Ağacəfər oğlu
1958-ci ildə Masallı rayonun Xıl kəndində anadan olub. Orta məktəbi Xıl kənd orta məktəbində oxuyub və hərbi xidmətə gedib. Rusiyanın Tomsk vilayətində Polis rəis müavini işləyir. Pod-polkovnik Mirhəmid Cəfərov bir neçə kitabın müəllifidir.
Qədirov Heydər Əliheydər oğlu
22 may 1946-cı ildə Masallı rayonun Xıl kəndində anadan olub. 1962-ci ildə Xıl kənd orta məktəbini bitirib, 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsini bitirib, elə həmin ildən Neft-Akademiyasında müəllim işləyib. 1976-78-ci illərdə aspiranturanı bitirib, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb. 1970-1978-ci illərdə Elmlər Akademiyasında elmi işçi vəzifəsində, 1978-1981-ci ilə qədər Elmlər Akademiyasının təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1993-cü ildə İqtisadiyyat sahəsində doktorluq dərəcəsini alıb, 1996-cı ildən 2002-ci ilə qədər Elmlər Akademiyasının İqtisadiyyat institutunda şöbə müdiri və eyni zamanda Neft Akademiyasının professoru kimi çalışıb. Neft-qaz yataqlarının riyazi məsələlərinin həlli və iqtisadiyyatda inovasiya məsələlərinin həllinə aid 100-dən çox elmi əsər və məqalələri vardır. Hal-hazırda Milli Aviasiya Akademiyasında çalışır.
Musa Quluzadə (Quliyev Musa Nizam oğlu)
1939-cu ildə Masallı rayonun Xıl kəndində anadan olmuşdur. Xıl kənd orta məktəbinin 7 sinfini bitirib, Lənkəran Kənd Təsərrüfatı texnikumuna daxil olub. Texnikumu fərqlənmə diplomu ilə bitirib, Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra bir neçə il öz ixtisası üzrə işləyib. 1991-ci ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda “Azərbaycan tarixi” kafedrasında dosent vəzifəsində çalışmışdır. Musa Quluzadə 20-dən çox elmi və bədii kitabın, 200-dən artıq elmi, publisistik məqalələrin müəllifidir. Əsərləri Rusiyada, Türkiyədə, İran, Ukrayna və başqa ölkələrdə dərc olunmuşdur. 1999-cu ildən bu günə kimi Azərbaycan Respublikasının Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Doktorantura” şöbəsinin müdiri vəzifəsində işləyir. Tarix elmlər doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Respublikanın qabaqcıl təhsil işçisidir. Hal-hazırda Bakı şəhərində yaşayır.
Elçin Musaoğlu ( Quliyev Elçin Musa oğlu)
1966-cı ildə Masallı şəhərində anadan olub. Kino rejissorudur. Bu vaxta kimi 30-dan artıq bədii və sənədli filmlər çəkmişdir. 2010-cu ildə öz ssenarisi əsasında çəkdiyi “40-cı qapı” filmi ona çox böyük şöhrət gətirmişdir. Bu film Azərbaycana 11 Beynəlxalq mükafat gətirmişdir. ABŞ-ın Hyüstan şəhərində keçirilən Beynəlxalq kino festivalında bu filmə görə Elçin Musaoğlu “Qızıl mükafata” layiq görülmüşdür.
Məmmədov Rəhim Məmmədəli oğlu
1948-ci ildə Masallı rayonun Xıl kəndində anadan olmuşdur. 1955-ci ildə Xıl kənd orta məktəbinin I sinfinə getmişdir, məktəbi bitirdikdən sonra 1967-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuş və 1972-ci ildə təhsilini bitirdikdən sonra Xıl kənd orta məktəbində müəllim işləyib. 1984-cü il İqtisad Universitetində fəlsəfə kafedrasında dosent kimi fəaliyyətini davam etdirmişdir. Hal-hazırda həmin universitetdə çalışır.
Salmanov Valid Fətəli oğlu
11 iyun 1973-cü ildə Masallı rayonun Xıl kəndində müəllim ailəsində anadan olmuşdur. 1990-cı ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, elə həmin ildə aspiranturaya qəbul olmuşdur. Aspiranturanı bitirdikdən sonra fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. Azərbaycan Elmlər Akademiyasında elmi işçi kimi çalışır.
İslamov İslam Camal oğlu
16 yanvar 1968-ci ilə Masallı rayonun Xıl kəndində anadan olub. 1985-ci ildə Azərbaycan Politexnik institutuna qəbul olmuş və 1990-cı ildə təhsilini bitirdikdən sonra aspiranturaya qəbul olunmuş, texniki elmlər namizədi Dinamika üzrə alimlik dərəcəsi almışdır. Hal-hazırda Azərbaycan Texniki Universitetində çalışır.
Kəndin din xadimləri:
Molla Məhəmməd Mücrüm Axund
1870-ci ildə cənubu Azərbaycanın Ərdəbil şəhərinin Piləçay kəndindən Xıl kəndinə gəlmişdir.
Molla Mücrüm Axund Lənkəranda fəaliyyət göstərən “Məclisi Üns”ün üzvü olmuşdur. Çoxlu sayda mərsiyələri və qəzəlləri vardır.