Bala-Təklə
Kəndin adı:Bala Təklə
Əhalisi:
511 nəfər
Ərazisi:
500 hektar
Kəndin əsas məşquliyyəti:
Əkinçılik və maldarlıq.
Həmsərhəd olduğu kəndlər:
Bala Təklə kəndi,Çaxırlı,Şərəfə və Həsənli kəndləri ilə həmsərhəddir.
Kəndin adının mənası:
Tək Əli tayfasından olmasından işarədi.
Kəndin qısa tarixçəsi:
Bala Təklə Kəndi Şərqi anadolu vilayətindən İrana köçürülmüşlər.Şah İsmayıl Xətai hakimiyyəti dövründə İranda yaşamışlar.Sonra ŞahTəhmasibin hakimiyyəti döründə Təkləlilər sıxışdırılaraq indiki Səlyan rayonunu Qarabucax kəndi ərazisində yerləşmişlər.Sonralar hazır ki,ərazidəməskunlaşmışlar.Bala Təklə kəndinin 600iloə yaxın tarixi vardır.
Kənddə ilk məktəbin açıldığı tarix:
Bala Təklə kəndində ilk məktəb 1930-cu ildə açılmışdır.
Kəndin ilk ali təhsilliləri:
1.Fərəcov Ramazan Alı oölu
2.Fərəcov Abdul Alı oğlu
3.AğayevHüseyn Məmməd oğlu
4.Salmanov Müzəffər Qəzənfər oğlu
5.İbrahimov Əlifağa Ramazan oğlu
6.Şirinov İmanxan Abbasqulu oğlu
7.Fərəcov Həsən Məhərrəm oğlu
8.Ağayev Ağazadə Əhməd oğlu
9.Fərəcov Əfəndi Atabala oğlu
10.Ağayev Yaşar Hüseyn oğlu
Kəndin şəhidi:
Ağayev Yavər Balaxan oğlu
1972-ci ildə Bala Təklə kəndində anadan olmuşdur.1989-cu ildə hərbi xidmətə getmişdir.Hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq milli orduya yazılmışdır. Zəngilanın Qazançı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
İkinci dünya müharibəsində iştirak edənlər:
14 nəfər olmuşdur.Onlardan 4 nəfəri qayıtmamış,10 nəfəri sonrakı illərdə vəfat etmişdir.
Xaricdə yaşayan tanınmışlar:
Şirinov İmanxan Abasqulu oğlu - həkim-cərrah
Mahmudov İqbal Böyükkişi oğlu Donetski (Ukraina) vilayətinin Azərbaycan diaspornun sədri olmuşdur.