Əmirtürbə


Kəndin adı: 
Əmirtürbə

Əhalisi: 
400 nəfər

Ərazisi:
 
110 ha

Coğrafi mövqeyi: 

Əmirtürbə kəndi Masallı rayonunun şimal qərbində dağətəyi ərazidə yerləşir.

Kəndin əsas məşğuliyyəti:  
Əkinçilik və heyvandarlıq

Həmsərhəd olduğu kəndlər: 
Şimaldan Güllütəpə kəndi, cənubdan Tokidərə və , şərqdən Tatyanoba kəndi və qərbdən isə Yeni Zuvand kəndləri ilə həmsərhəddir.

Kəndin adının mənası: 

“Əmirtürbə” adı iki sözdən “Əmir” və “Türbə ”sözlərindən ibarətdir. Əmir sözü ərəbcə başçı türbə isə görkəmli şəxslərin xatirəsini əbədiləşdirmək üçün onların qəbri üzərində tikilən binaya deyilir.

Kəndin ilk ali təhsillisi:

Kəndin ilk ali təhsilli ziyalısı Həmzəli Babulla oğlu İsayev olub. Uzun illər Güllütəpə kənd orta məktəbində Tədris işləri üzrə direktor müavini işləyib. Kəndin ilk ali təhsilli mühəndisləri Hüseyn Alışov, Mirzə Cavadov olub. Kəndin Ali təhsilli tibb işçiləri Rəsul İsayev və Elçin Həmzalı oğlu olmuşlar.

Böyük Vətən müharibəsində iştirak edənlər:

Əmirtürbə kəndindən BVM-də iştirak edənlər Əli Əbilhəsən oğlu, Şirxan İsayev və Süleyman İsayev həlak olublar.

Kəndin ziyalıları haqqında: 
Bu kənddən Elçin Həmzalı oğlu və Rəsul İsayev Masallı Rayon Mərkəzi Xəstəxanasında ,Hüseyn Alışov isə Masallı rayon Elektrik şəbəkəsində işləyirlər

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az