Tatyanoba


Kəndin adı:

Tatyanoba 

Əhalisi:    

1430 nəfər 

Ərazisi:

345 ha 

Coğrafi mövqeyi: 

Tatyanoba kəndi Masallı rayonunun şimal qərbində dağətəyi ərazidə yerləşir.

Kəndin əsas məşğuliyyəti: 

Tatyanoba kəndinin əhalisi əsasən qonşu Yeyənkənd kəndindən təsərrüfatlarını genişləndirmək üçün gələrək burada məskunlaşmışlar. Bu da təxminən XIX əsrin ortalarına təsadüf edir. Kolxozlaşma dövrünə qədər əhali heyvandarlıq və qismən əkinçiliklə məşğul olublar. Sonra heyvandarlıq fermaları tikilir və tütün, taxıl və çəltik əkini ilə məşğul olurlar.

Həmsərhəd olduğu kəndlər: 

Şimaldan Güllütəpə kəndi, cənubdan Yeyənkənd ərazisi, şərqdən Köhnə Alvadı kəndi və qərbdən isə Dövlət meşə fondu torpaqları ilə həmsərhəddir.

Kəndin adının mənası:

“Tatyan” adı Tatian - isti yer (atəşpərəstlərin yeri) kimi mənalandırılır. Tatyanoba adı isə 2003-cü ildə bu kəndə verilmişdir.

Kənddə ilk məktəbin açıldığı tarix: 

Kənddə ilk məktəb müharibədən sonra təşkil edilir.

Kəndin ilk ali təhsillisi: 

Kəndin ilk ali təhsilli müəllimi Kazımov Məmməd (Məmməd Kazım), İbrahimov İbiş Qəzənfər oğlu olub. Sonra isə Tağıyev Yasər, Abdullayev Əziz ali təhsil alan müəllimlərdir. Kəndin ilk ali təhsilli meşə mütəxəssisləri Nüsrət və Məmməd Abdullayev qardaşları, ilk ali təhsilli həkimi Məmmədov Əliniyaz, hüquqşünaslar Səmədov Abusəməd,Kiçbəyov Elbəyi, Kiçbəyov Atabəy, ilk tibb işçisi Abdullayev Əliheydər Əli oğlu olmuşlar.

Böyük Vətən müharibəsində iştirak edənlər: 

Tatyanoba kəndindən BVM-də iştirak edənlər olub. Onlardan İsayev Vətən, Tağıyev Bəylər, Əliyev Hüseyn və s. 10 nəfərə qədər kənd sakini isə müharibədən qayıtmayıblar.

Kəndin ziyalıları haqqında: 
Yazıçı - şair Məmməd Kazım isə xalqımızın çox maraqlı şairlərindən nasirlərindən, dramaturqlarından, publisistlərindən və telejurnalistlərindəndir. O, bu gün öz doğma kəndində yaşayır və yaradıcılığını böyük həvəslə davam etdirir. Azərbaycan dövlət Televiziyasında yaratdığı məşhur “Hünər” proqramına uzun müddət rəhbərlik etməklə ,bu proqramı respublikamızdan kənarlarda da tanıtmışdı .Onun böyük xidmətləri sayəsində İkinci dünya və böyük vətən müharibələrində itkin düşən və həlak olan ,amma qəbri bizə məlum olmayan yüzlərlə oğullarımız tapılıb və həmin yerlər əbədiləşib .O. çoxlu şerlər, poemalar və publisist kitabların müəllifidir.

Kəndin digər tanınmışları: 
Bu kəndin sakini Məmmədov Əliniyaz Əli oğlu Tibb elmləri doktorudur, Bakı şəhərində həkim işləyir. Əzizov Tofiq Hüseyn oğlu tarix elmləri namizədidir. Məktəbdə müəllimdir. Kiçibəyov Atabəy Qələbəy oğlu Qax rayonunda məhkəmə sədridir. Səmədov Abusəməd Abı oğlu Nərimanov rayon prokrorluğunda işləyir. Nəsirov Məhərrəm Sahib oğlu Respublika Daxili İşlər Nazirliyində məsul vəzifədə işləmişdir ​

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az