Mişkəmi
Kəndin adı:Mişkəmi
Əhalisi:
593 nəfər
Ərazisi:
276 hektar
Coğrafi mövqeyi:
Masallı rayonun cənub-qərbində yerləşir.
Kənddəkilərin əsas məşğuliyyəti:
Keçmişdə çəltikçilik, taxılçılıq, çayçılıq olmuşdur. Hal-hazırda kənd əhalisi maldarlıqla və kənd təsərrüfatı ilə məşğul olurlar.
Həmsərhəd olduğu kəndlər:
Mişkəmi kəndi şimaldan Tüklə kəndi, şərqdən Hişkədərə, qərbdən Miyankü və Kubin kəndləri ilə həmsərhəddir.
Kəndin adının mənası:
Mişkəmi kəndinin ilk adı “Vərsəmon oba “ olub.Talış dağlarının hündür zirvəsində həmin insanlar yaşayıblar. XVIII əsrdə onlar oradan köçərək indiki yaşayış məntəqəsində məskunlaşmışlar. “Müşkəm” sözündən götürülmüşdür, mənası “Ətirli yer”-dir.
Mişkəmi kəndinin ilk ali təhsilli:
Mirzəyev Şahab Rzaxan oğlu
22 fevral 1937-ci ildə Masallı rayonu Mişkəmi kəndində anadan olmuşdur.1947-1953-cü illərdə Hişkədərə kənd yeddiillik məktəbində təhsil alıb. 1953-1957-ci illərdə Lənkəran Pedoqoji texnikumunu bitirib. 1961-ci ildə Miyənkü səkkizillik məktəbində sinif müəllimi işləyib. 1965-1971-ci illərdə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmişdir. 1971-ci ildən ömrünün sonuna qədər Tüklə kənd orta məktəbində Coğrafiya müəllimi işləmişdir.
Rəhmətov Bəhlul Hənifə oğlu
1924-cü ilin aprel ayının 16-da Masallı rayon Hişkədərə kəndində anadan olmuşdur. ilk təhsilini Hişkədərə kənd yeddiillik məktəbində almişdir. Orta təhsilini Boradigah orta məktəbində almişdir. Orta təhsilini bitirdikdən sonra ehtiyaca görə Məmmədoba kənd ibtidai məktəbində 1944-1945-ci tədris ilində müəllim təyin olunmuşdur. 1945-1946, 1946-1947-ci tədris illərində Tüklə məktəbində ibtidai sinif müəllimi kimi çalışmışdir. 1947-1948-ci tədris ilində Cəlilabad rayon Közbulaq orta məktəbində müəllim işləmişdir. 1949-cu ildə Bakı Pedaqoji Məktəbini qiyabi bitirmişdir. 1948-1958-ci illərdə ehtiyaca görə Yardılmlı rayon Qaraqaya kənd ibtidai məktəbində müəllim işləmişdir. Ailə vəziyyətinə görə 1958-ci ildə Masallı rayon Maarif Şöbəsinin əmri ilə Miyankü məktəbinə müəllim təyin olunmuşdur. 1968-2004-cü illərdə Hişkədərə kənd orta məktəbinda müəllim işləmişdir. 60 illik pedaqoji fəaliyyətini başa vurduqdan sonra öz xahişi ilə müəllimlik fəaliyyətinə son verilmişdir. Bəhlul müəllim 1954-cü ildən Sovikapenin üzvü olmuşdur. İşlədiyi müddətdə məktəb istehsalat briqadasının başçısı, 10 il həmkarlar təşkilatının sədri, kolxozda partiya təşkilatının müavini, sonra isə sədri, rayon partiya komotəsinin təbliğatçısı, 12 il Hişkədərə sovetliyi üzrə yoldaşlıq məhkəməsinin sədri, 14 il ağsaqqallar şurasının sədri işləmişdir.
Mişkəmi kəndinin şəhidi:
Əliyev Vüqar Hidayət oğlu
20 iyun 1973-cü ildə Masallı rayonun Mişkəmi kəndində anadan olmuşdur.1990-cı ildə Hişkədərə kənd orta məktəbində təhsil almışdır. 1992-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli rayonun Bala-Bəhmənli kəndində “N” saylı hərbi hissədə xidmət etmişdir.1993-cü ildə fevral ayında Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Vüqar Əliyev 1993-cü il martın 8-də Kasapet kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi.
Kəndin ziyalıları haqqında:
Əhmədov Bayraməli Məmmədəli oğlu
29 mart 1948-ci ildə Masallı rayonu Mişkəmi kəndində anadan olmuşdur. 1968-1974-cü illər Azərbaycan Poletexnik İnstitutunu bitirmişdir. 1985-ci ildən texnika elmləri üzrə fəlsəfə doktorudur. 2004-cü ildən Ekologiya və Təbiətdən istifadə üzrə Rusiya Beynəlxalq Akademiyasının müxbir üzvüdür. 70 elmi məqalə, 20 ixtiranın müəllifidir.
İzzətov Bəxtiyar Mirzəkişi oğlu
02 avqust 1956-cı ildə Masallı rayonu Mişkəmi kəndində anadan olmuşdur. 1963-1973-cü illərdə Hişkədərə kənd orta məktəbində təhsil almışdır. 1973-cü ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuş, 1978-ci ildə həmin Universiteti bitirmişdir. 1978-1985-ci illərdə Hişkədərə kənd orta məktəbində müəllim işləmişdir. 1985-ci ildə Kosmik Tədqiqatlar İnstitutunda böyük mühəndis vəzifəsində işləmişdir. 1988-ci ildə MEA-nın Fizika İnstitutunun aspiranturasına daxil olmuşdur. 1996-cı ildə “CaGa2S4 birləşməsinin lümenessensiya xassələri” mövzusunda dissertasiyanı müdafiə edərək Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.
Ölkədən kənarda yaşayan kənd ziyalıları haqqında:
Ağayev Rafiq Paşa oğlu
25 oktyabr 1963-cü ildə Masallı rayonu Mişkəmi kəndində anadan olmuşdur. 1971-1981-ci illərdə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun İstehsal proseslərin avtomatlaşdırılması fakültəsinin Avtomatika və Telemexanika ixtisasını bitirmişdir. 1986-1990-cı illərdə Azərbaycan Elmi İstehsalat Birliyində mühəndis işləmişdir. 1991-1994-cü illərdə REA İdarə Prosesləri İnstitutunda aspiranturaya daxil olmuş, 1995-ci ildə “Ümumiləşdirilmiş interval seçim modelləri” mövzusunda Texnika Elmləri Namizədlik dissertasiyasını müdafiə etmişdir. 2000-2004-cü illərdə REA İPU-nun doktoranturasında təhsil almışdır. 2011-ci ildə REA İPU-da “Diqrafların Laplas nəzəriyyəsi metodlarının çoxagentli idarədə tətbiqi” mövzusunda Fizika-riyaziyyat elmləri üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Hal-hazırda REA İPU-dan əlavə, uzun illərdir ki, RDGU-nun İqtisadiyyat və İdarə İnstitutunda müəllim işləyir.
Rəhmətov Camal Bəhlul oğlu
04 oktyabr 1959-cu ildə Masallı rayonu Mişkəmi kəndində anadan olmuşdur. Orta təhsilini Hişkədərə kənd orta məktəbini bitirmişdir. 1981-ci ildə Kiyev Kənd Təsərrüfatı Akademiyasının Biologiya fakültəsinə daxil olmuş, 1986-cı ildə həmin Akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir. 1992-ci ildə elmlər namizədi dərəcəsini müdafiə edib, 1994-1997-ci illərdə Doktoranturada təhsil almış, 2001-ci ildə elmlər doktoru adını almışdır. Ukrayna Ali Attestasiya Komitəsinin üzvüdür. Hal-hazırda Kiyev Kənd Təsərrüfatı Akademiyasında Nəbatat bağının rəhbəridir. 225 elmi işin müəllifi, 10 kitabın və 27 ixtiranın müəllifidir.